Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5476/2024 24.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Gəncə şəhəri 6 saylı Notariat Ofisinə qarşı “imtinaya dair ərizənin etibarsız hesab ediməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Gəncə Cavabdeh2 və Gəncə şəhəri 6 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, **********528 saylı ərizənin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mərhum anası X3 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Atası Cavabdeh2 ona verdiyi etibarnamədən istifadə edərək xx.xx.2023-cü il tarixdə onun adından anasından miras qalmış əmlakdan imtina etmişdir. Bu faktı bildikdən sonra Gəncə şəhər 6 saylı Notariat Ofisinə müraciət edərək xx.xx.2023-cü il tarixdə açılmış vərəsəlik işinin dayandırılmasını və onun iştirakı olmadan vərəsələyin rəsmiləşdirilməməsini xahiş etmişdir. Atasından miras əmlakdan imtinanın səbəbini soruşduqda həmin gün oğlu X4 adından eyni vaxtda ərizə verərkən diqqətsizlik edərək onun da payından imtina etdiyini bildirmişdir. O və atası Gəncə şəhəri 6 saylı notariat ofisinə müraciət edərək miras əmlakdan imtina barədə ərizənin ləğv edilməsini xahiş etmiş, Gəncə şəhəri 6 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 863 və 864 saylı imtina məktubları ilə ərizənin ləğv edilməsinin qeyri-mümkün olduğu bildirilmişdir. Notariusun imtinası ilə qətiyyən razı deyildir. Belə ki, miras əmlak onun tərəfindən qəbul edilmişdir. Miras əmlakın tərəfindən qəbul edilməsi Mülki Məcəllənin 1243.2 və “Notariat hərəkətlərinin aparılması haqqında Təlimat”ın 99-cu maddəsinə uyğundur. Onun pasport qeydiyyatında olduğu yer Gəncə şəhəri, Ərdəbil küçəsi, ev 12, mənzil 14-dür və həmin əmlaka dair mirası qəbul etmişdir. Məhkəmə iclasında iddiaçının təmsilçisi iddianı müdafiə edərək həmçinin bildirdi ki, mübahisələndirilən ərizəni imzalayan Cavabdeh2 miras paydan imtina səlahiyyəti iddiaçı tərəfindən verilmiş etibarnamədə nəzərdə tutulmamış, notariat ofisi isə buna baxmayaraq, ərizəni qəbul etmişdir. İddiaçının təmsilçisi iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, Cavabdeh2 məhkəməyə ərizə ünvanlayaraq iddianı qəbul etdiyini və səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, digər cavabdehin nümayəndəsi iclasa gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyərək və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan, İddiaçı tərəfindən Gəncə Cavabdeh2 verilmiş xx.xx.2023-cü il tarixli etibarnamə ilə bütün dövlət, qeyri-dövlət idarə, təşkilat,müəssisələrində, bütün məhkəmə instansiyalarında, prokurorluq, istintaq orqanlarında, polis və digər inzibati orqan və təşkilatlarda, İcra idarəsində, Ədliyyə orqanlarında, o cümlədən Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinində,“ASAN Xidmət” və “ASAN Kommunal “mərkəzlərində, “Azəriqaz”İB-də, "xxxx"ASC-də və "xxxx"ASC-də, RabitəTelefon qovşaqlarında,internet xətti şirkətlərində məni təmsil etməyi, mənə çatası hüquqmüəyyənedici sənədləri almağı, sənədlərdə olan texniki səhvlərin düzəliş edilməsinə dair işləri aparmağı, adımdan istənilən növ ərizə yazmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, о cümlədən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın təmin edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakının və ya pul məbləğinin alınması ilə əlaqədar bütün məhkəmə orqanlarında mənə aid olan mülki, cinayət və inzibati işləri aparması, məhkəmələr tərəfindən çıxarılmış qərarlardan şikayət etməyi, iddianı qəbul etməyi, adımdan iddia ərizəsi yazmağı və imzalamağı, istintaqda şahidin nümayəndəsi qismində iştirak etməyi, Az.Res.MPM-nin 72, 74.1, 74.2-ci və Az.Res.İXM-nin 375.4, Az.Res.CPM 105, 106-cı və Az.Res.İPM-nin 20,81-ci maddələrində nəzərdə tutulanları, АR МPМ-nin 47-ci maddəsi üzrə (işin materialları üzrə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çaxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tətqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəsislərə suallar vermək, vasatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə və vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, Apelyasiya və Ali məhkəməyə və yeni açılmış hallar üzrə şikayət etmək, məhkəmə prossesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan imtina etmək), 74-cu maddəsində (iddia ərizəsinin imzalanması, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın təmin edilməsi, iddianın predmetinin, və ya əsasının dəyişdirilməsi, məhkəmə aktında şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələblərinin) nəzərdə tutulan bütün hərəkətləri etmək, eləcə də mənim adımdan sənədləri toplamağı, təqdim etməyi, imzalamağı, adımdan ərizə yazmağı, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında mənə aid olan mülki işləri aparmağı bütün növ haq və rüsumları ödəməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi etibar edilmişdir. İş materiallarında olan, Gəncə şəhəri 6 saylı Notariat ofisinə İddiaçı tərəfindən verilmiş və onun əvəzinə Cavabdeh2 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı anası X2 ölümündən sonra ona çatası miras payı qəbul etməmiş, indi də etmir və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. İş materiallarında olan, Gəncə şəhəri 6 saylı Notariat ofisinə X6 tərəfindən verilmiş və onun əvəzinə Cavabdeh2 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İslam Mehdiyev anası X2 ölümündən sonra ona çatası miras payı qəbul etməmiş, indi də etmir və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir. İş materiallarına əlavə olunmuş Cavabdeh2 tərəfindən Gəncə şəhəri 6 saylı notariat ofisinə verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, xx.xx.2023-cü il tarixdə qızı İddiaçı adından xx.xx.2010-cu il tarixdə vəfat etmiş keçmiş arvadı X1 miras qalmış əmlakların qəbulundan imtina barədə ərizə vermişdir. Əslində isə qızı Cavabdeh2 ona görə etibarnamə vermişdir ki, onun adından anasından miras qalmış əmlakı qəbul etsin. Onun niyyətində həqiqətən miras onun adından qəbul etmək olmuşdur. Qocalığı öz sözünü deyir. Qulağı eşitmir. Yaddaşı zəifləyibdir. Yəqin ki, oğlu X4 adından həmin gün eyni vaxtda ərizə verərkən, diqqətsizlik edərək qızının da, payından imtina etmişdir. Ona görə də, xx.xx.2023-cü il tarixdə qızı İddiaçı adından verdiyi ərizəninin ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan Gəncə şəhəri 6 saylı Notariat ofisi tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, onun xx.xx.2023-cü il tarixli mirasdan imtinaya dair ərizəsinin notariat qaydasında etibarsız hesab edilməsinin mümkünsüzlüyü barədə məlumat verilmiş və məhkəməyə müraciət olunması izah olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1271-ci maddəsinə əsasən, mirasdan nümayəndə vasitəsilə imtina tapşırıqda (etibarnamədə) imtina səlahiyyətinin xüsusi nəzərdə tutulduğu halda mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Hazırkı iş üzrə iddiaçı cavabdehlər Cavabdeh2 və Gəncə şəhəri 6 saylı Notariat Ofisinə qarşı miras əmlaka paydan imtina barədə onun adından verilmiş ərizənin etibarsız hesab olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, belə imtina onun iradəsini əks etdirmir və bu barədə səlahiyyət ərizəni imzalayan Cavabdeh2 etibar edilməmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək iddianı qəbul etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin cavabdeh tərəfindən etiraf edilərək qəbul edildiyindən və bu barədə məhkəməyə yazılı izahat verildiyindən, iddiaçı iddianı həmin hissədə sübut etmək vəzifəsindən azaddır. Bununla yanaşı, həmin cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və üçüncü şəxslərin hüquqlarını pozmur. Buna görə məhkəmə hesab edir ki, iddianın Cavabdeh2 tərəfindən etirafı qəbul edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, miras əmlaka paydan imtina barədə İddiaçı adından Cavabdeh2 verdiyi ərizəni Gəncə şəhəri 6 saylı Notariat Ofisi təsdiq etmişdir. Lakin Cavabdeh2 adına verilmiş etibarnamədə mirasdan nümayəndə vasitəsilə imtina səlahiyyəti xüsusi nəzərdə tutulmamışdır. Belə olan halda, həmin imtina etibarlı hesab edilə və qəbul edilə bilməzdi. Məhkəmə mülki işin tədqiq edilmiş hallarına qeyd olunan hüquq normalarını tətbiq edərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh2 tərəfindən İddiaçı əvəzindən notariat ofisinə təqdim edilmiş mirasdan imtina haqqında xx.xx.2023-cü il tarixli ərizə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı tərəfindən Gəncə şəhəri 6 saylı Notariat Ofisinə təqdim edilmiş mirasdan imtina haqqında xx.xx.2023-cü il tarixli ərizə etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №e-2(125)-5476/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5476/2024
24.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver