Məhkəmə qərarları › İş №e-2(125)-5497/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5497/2024

11.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5497/2024 11.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı «cavabdehlərin qeydiyyatda olduğu evə yaşayış və istifadə hüquqlarına xitam verilməsi» tələbi barədə ilk iddiasına, Cavabdeh2 İddiaçı qarşı «yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə yaradılan maenənin aradan qaldırılması və mənzilə köçürülmə» tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəmilov X10 Günay Nadir qızına və Cavabdeh1 qarşı Cavabdeh2 və Cavabdeh1 ona məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Cavadxan (keçmiş Gəncə) küçəsi, 9-cu döngədə yerləşən 4 nömrəli evin 8 nömrəli mənzilindən yaşayış və istifadə hüquqlarının itirilmiş hesab olunması tələbi barədə ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı Şəmilov X10 Günay Nadir qızına və Cavabdeh1 qarşı iddianın dəqiqləşməsinə dair məhkəməyə ərizə təqdim edərək Cavabdeh2 və Cavabdeh1 ona məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Cavadxan (keçmiş Gəncə) küçəsi, 9-cu döngədə yerləşən 4 nömrəli evin 8 nömrəli mənzilindən yaşayış və istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 İddiaçı qarşı onun Gəncə şəhəri, Nizami rayonu, Cavadxan (keçmiş Gəncə) küçəsi, 9-cu döngədə yerləşən 4 nömrəli evin 8 nömrəli mənzilindən istifadə hüququnun həyata keçirilməsinə İddiaçı tərəfindən yaradılan maneənin aradan qaldırılmsı və azyaşlı qızı xx.xx.2012-ci il təvəllüdlü Cavabdeh1 ilə birlikdə həmin evə köçürülmələrinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək izahatında bildirdi ki, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan (keçmiş Gəncə) küçəsi, 9-cu döngədə yerləşən 4 nömrəli evin 8 nömrəli mənzilini 1998-ci il tarixdə xalası X13 ona bağışlamışdır. Cavabdeh2 ilə nikahlarını xx.xx.2004-cü il tarixdə qeydə aldırdıqdan sonra sözügedən ünvanda yaşamağa başlasalar da, 3-4 ay həmin ünvanda yaşadıqdan sonra onun ailəsi ilə münasibəti pisləşdiyinə görə yaşamaq üçün kirayə mənzilə köçmüşlər. Daha sonra maddi vəziyyətləri pisləşdiyinə görə o və Cavabdeh2 ilə birgə təxminən 2004-cü ilin dekabr ayında ünvan 1 ünvanında yerləşən 4 nömrəli binanın 8 nömrəli mənzilinə geri qayıtmışlar. Bundan sonra onunla X18 arasında baş vermiş münaqişə nəticəsində X18 vəfat etmişdir. Həmin hadisə ilə əlaqədar Azərbycan Respublikasının Cinayət Məcəlləsinin 126-cı maddəsi maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasının çəkib azadlığa çıxdıqdan sonra ailəsi ilə birgə kirayədə yaşamağa davam etmiş, ev inşa etmək üçün torpaq sahəsi və avtomobil almışıdır. Gəncə Şəhər Məhkəməsinin 2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh2 ilə arasında olan nikah pozulduqdan sonra Cavabdeh2 birgə nikah dövründə inşa edilmiş evdə yaşamışdır, hazırda da həmin evdə yaşayır. Hazırda Cavabdeh2 və Cavabdeh1 ona məxsus olan ünvan 2 ünvanında yerləşən 8 nömrəli mənzilində qeydiyyatda olmaları bir mülkiyyətçi kimi onun hüquqlarını pozur. Bununla bağlı Gəncə şəhər Baş Polis İdarəsinə müraciət etsə də ona məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.Sonda İddiaçı ilk iddianı təmin olunmasını, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddianı müdafiə, ilk iddianı isə qəbul etməyərək bildirdi ki, o, İddiaçı ilə 2004-cü ildə nikahlarını qeydə aldırmışdır. Onların birgə nikahlarından 2007-ci il tarixdə Zəhra, 2012-ci il tarixdə Məryəm, 2013-cü il tarixdə Əlihüseyn və 2018-ci il tarixdə Asiyə adlı uşaqları anadan olmuşdur. 2004-cü il tarixdə nikah münasibətlərinə daxil olduqdan sonra o, cehiz əşyaları ilə birgə İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən 8 nömrəli mənzilə köçmüşdür. O, uzun illər ərzində sözügedən ünvanda yaşamış və İddiaçı ilə birgə təsərrüfat aparmışdır. Lakin sonradan İddiaçı ilə münasibətləri pisləşdiyinə görə Gəncə Şəhər Məhkəməsinin 2022-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. O, azyaşlı övladları ilə birgə sözügedən ünvanda yaşasa da İddiaçı buna imkan verməyərək daimi olaraq onu təhqir etmiş və həmin ünvandan çıxmağa məcbur olmuşdur. Lakin ona məxsus cehiz əşyaları bu günədək həmin mənzildədir. Sözügedən mənzildə faktiki yaşamasa belə formal olaraq qeydiyyatda orda qalmaq istəyir. Həmçinin azyaşlı uşağının həmin mənzildən qeydiyyatdan çıxması başqa rəsmi ünvan olmadığına görə qeydiyyata düşməyə problem yaradacaqdır. Buna görə də məcbur olub İddiaçı tərəfindən ünvan 2 ünvanında yerləşən 8 nömrəli mənzildən istifdə hüququnun həyata keçirilməsinə yaradılan maneənin aradan qaldırılması və xx.xx.2012-ci il tarixdə anadan olmuş Cavabdeh1 ilə birlikdə sözügedən mənzilə köçürülməsinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin onun Gəncə şəhəri, Nizami rayonu, Cavadxan (keçmiş Gəncə) küçəsi, 9-cu döngədə yerləşən 4 nömrəli evin 8 nömrəli mənzilində yaşamaq fikri yoxdur və heç vaxt həmin mənzildə yaşamayacaqdır. Sonda Cavabdeh2 qarşılıqlı iddianın təmin, ilk iddianın isə rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, işdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(125)- 349/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 ilə İddiaçı arasında xx.xx.2004-cü il tarixdə Gəncə şəhəri Nikah evində 147 akt nömrəsi ilə bağlanmış nikah pozulmuşdur, tərəflərin birgə nikahlarından anadan olan xx.xx.2007-ci il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək anaları Cavabdeh2 himayəsinə saxlanması qət edilmişdir. İş materiallarında olan xx.xx.1997-ci il tarixli, 7577 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 8 nömrəli mənzil İddiaçı adına qeydə alınmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X11, xx.xx.2013-cü il təvəlldülü X7, xx.xx.2012-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1948-ci il təvəllüdül X14, xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2007-ci il təvəllüdlü X3 şəhəri, Cavadxan küçəsi, 9-cu döngə, ev 4 ünvanında yerləşən 8 nömrəli mənzildə qeydiyyatdadırlar. İş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 3- 13-37/2-8-28404/24 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı Cavabdeh2 və Cavabdeh1 ünvan 2 ünvanında yerləşən 8 nömrəli mənzildən qeydiyyatdan çıxarılmalartı barədə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-11551/2024 nömrəli məktubunun surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak Gəncə şəhər 6 saylı DNK-nun xx.xx.1992-ci il tarixli, 2-3-81 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə X1.Gəncə şəhər 6 saylı DNK-nun xx.xx.1992-ci il tarixli, 2-3-125 reyestr nömrəli alqı- satqı müqaviləsinə əsasən ünvan 5 ünvanında yerləşən daşınmaz əmlak X2. Gəncə şəhər 1 saylı DNK-nun xx.xx.1997-ci il tarixli, 3M-3-348 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən ünvan 5 ünvanında yerləşən daşınmaz əmlak İddiaçı bağışlanmış və onun adına 77/7577 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan (keçmiş Gəncə) küçəsi, 9-cu döngədə yerləşən 4 nömrəli evin 8 nömrəli mənzili İddiaçı mülkiyyətindədir. İddiaçı ilə Cavabdeh2 nikahlarını xx.xx.2004-cü il tarixdə qeydə aldırmışlar. Cavabdeh2 qeyd olunan tarixdə həmin mənzilə köçüm və orada yaşamağa başlamışdır.Tərəflərin birgə nikahlarından xx.xx.2012-ci il tarixdə anadan olmuş Cavabdeh1 yetkinlik yaşına çatmadığına görə yaşayış yeri üzrə valideyinlərinin olduğu yer üzrə qeydiyyata alınmışdır. Tərəflər arasında olan nikah Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(125)-349/2022 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. Şəmilov X10 Günay Nadir qızına və Cavabdeh1 qarşı «cavabdehlərin qeydiyyatda olduğu evə yaşayış və istifadə hüquqlarına xitam verilməsi» tələbi barədə iddia ərizəsi ilə, Cavabdeh2 isə İddiaçı qarşı «yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə yaradılan maenənin aradan qaldırılması və mənzilə köçürülmə» tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə mövcud olmayan hüquqa xitam verilməsinin mümkün olmamasını və hüquqa xitam verilməsi üçün əvvəlcə hüququn əmələ gəlməsinin zəruriliyini nəzərə alaraq, qeyd edir ki, Cavabdeh2 və Cavabdeh1 İddiaçı məxsus mənzildən istifadə hüququna xitam verilməsi məsələsi həll edilərkən, Cavabdeh2 və Cavabdeh1 həmin evdən istifadə hüququnun yaranıb-yaranmaması araşdırılmalıdır. Buna görə də məhkəmə mübahisəli hüquq münasibətinə hansı hüquq normasının tətbiq olunması məsələsini araşdırarkən həmin hüquq münasibətinin, Cavabdeh2 Gəncə şəhəri, Nizami rayonu, Cavadxan (keçmiş Gəncə) küçəsi, 9-cu döngədə yerləşən 4 nömrəli evin 8 nömrəli mənzilində 2004-cü ildən yaşadığını və azyaşlı Cavabdeh1 anası Cavabdeh2 himayəsində olduğunu nəzərə alaraq hesab edir ki, tərəflər arasında yaşayış sahəsindən istifadə hüququ ilə bağlı münasibətlər Cavabdeh2 və azyaşlı Cavabdeh1n münasibətdə 01 sentyabr 2000-ci ildən 01 oktyabr 2009-cu ilədək olan müddət ərzində yarandığına görə hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur. Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servtitutdur. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 255.8-ci maddəsinə görə daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir. Həmin Məcəllənin 262.2-ci maddəsinə görə yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Həmin Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan (keçmiş Gəncə) küçəsi, 9-cu döngədə yerləşən 4 nömrəli evin 8 nömrəli mənzili İddiaçı mülkiyyətindədir. İddiaçı ilə Cavabdeh2 nikahlarını xx.xx.2004-cü il tarixdə qeydə aldırmış, Cavabdeh2 qeyd olunan tarixdə həmin mənzilə köçmüş və orada yaşamağa başlamışdır. Bununla Cavabdeh2 Gəncə şəhəri, Nizami rayonu, Cavadxan (keçmiş Gəncə) küçəsi, 9-cu döngədə yerləşən 4 nömrəli evin 8 nömrəli mənzilində istifadə hüququ yaranmışdır. Lakin Cavabdeh2 Gəncə şəhəri, Nizami rayonu, Cavadxan (keçmiş Gəncə) küçəsi, 9-cu döngədə yerləşən 4 nömrəli evin 8 nömrəli mənzilində yaşamağa başladıqdan 4 ay sonra baş vermiş ailədaxili münaqişələrlə əlaqədar həmin mənzili İddiaçıla birlikdə tərk etmiş, 2004-cü ilin dekabr ayında Gəncə şəhəri, Nizami rayonu, Cavadxan (keçmiş Gəncə) küçəsi, 9-cu döngədə yerləşən 4 nömrəli evin 8 nömrəli mənzilinə İddiaçıla birlikdə geri qayıtmışdır. Bundan sonra İddiaçıla atası arasında baş vermiş münaqişə ilə əlaqədar İddiaçı atası vəfat etmiş, İddiaçı isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə təqsirli bilinib, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2004-cü ilin dekabr ayından sonra Cavabdeh2 Gəncə şəhəri, Nizami rayonu, Cavadxan (keçmiş Gəncə) küçəsi, 9-cu döngədə yerləşən 4 nömrəli evin 8 nömrəli mənzilini tərk etmiş və həmin ünvanda yaşamamışdır. Həmçinin 2004-cü il tarixdən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi xx.xx.2024-cü il tarixədək ötən 20 il müddətində müddətində yaşayış sahəsindən istifadəyə maneənin aradan qaldılması tələbinə dair məhkəmədə iddia qaldırılmamış, eləcə də məhkəmədən kənar qaydada hər hansı hərəkət edilməmişdir. Digər tərəfdən mülki işə məhkəmədə baxılarkən Cavabdeh2 tərəfindən verilmiş izahatda və məhkəməyə təqdim edilmiş ərizədə Cavabdeh2 bundan sonra Gəncə şəhəri, Nizami rayonu, Cavadxan (keçmiş Gəncə) küçəsi, 9-cu döngədə yerləşən 4 nömrəli evin 8 nömrəli mənzilində yaşamayacağını, yalnız başqa ünvana daimi qeydiyyata düşə bilmədiyi üçün Gəncə şəhəri, Nizami rayonu, Cavadxan (keçmiş Gəncə) küçəsi, 9-cu döngədə yerləşən 4 nömrəli evin 8 nömrəli mənzilindən istifadə hüququna xitam verilməsinə razı olmadığını bildirmişdir. Cavabdeh2 Gəncə şəhəri, Nizami rayonu, Cavadxan (keçmiş Gəncə) küçəsi, 9-cu döngədə yerləşən 4 nömrəli evin 8 nömrəli mənzilində yaşamayacağını bildirdiyinə, ilkin iddiaya etirazını yalnız qeydiyyatla əlaqədar əsaslandırdığına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinin tələbi baxımından, İddiaçı Cavabdeh2 həmin mənzildə marağının qalmamasını sübut etmə vəzifəsindən azad olmuşdur. Göründüyü kimi Cavabdeh2 və Cavabdeh2 himayəsində olan Cavabdeh1 Gəncə şəhəri, Nizami rayonu, Cavadxan (keçmiş Gəncə) küçəsi, 9-cu döngədə yerləşən 4 nömrəli evin 8 nömrəli mənzilinə ehtiyacları aradan qalxmış, həmin şəxslər qeyd olunan mənzili könüllü tərk etmişlər. Buna görə ilkin qismən iddia təmin edilməli, Cavabdeh2 və Cavabdeh1 Gəncə şəhəri, Nizami rayonu, Cavadxan (keçmiş Gəncə) küçəsi, 9-cu döngədə yerləşən 4 nömrəli evin 8 nömrəli mənzilindən istifadə hüququna xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Cavabdeh2 və Cavabdeh1 Gəncə şəhəri, Nizami rayonu, Cavadxan (keçmiş Gəncə) küçəsi, 9-cu döngədə yerləşən 4 nömrəli evin 8 nömrəli mənzilindən istifadə hüququ yaşayış hüququnu da ehtiva edir və buna görə də ilkin iddianın «yaşayış hüququn»a dair hissədə təmin edilməməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Cavabdeh2 və Cavabdeh1 Gəncə şəhəri, Nizami rayonu, Cavadxan (keçmiş Gəncə) küçəsi, 9-cu döngədə yerləşən 4 nömrəli evin 8 nömrəli mənzilinə istifadə hüququna xitam verildiyinə görə həmin şəxslərin müvahisə predmeti olan mənzilə köçürülmələri qanunun tələbinə uyğun deyildir. Buna görə də qarşılıqlı iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarını nəzərə alaraq, hesab edir ki, ilk iddia qismən təmin edilməli, Cavabdeh1 ünvan 2 ünvanında yerləşən 8 nömrəli mənzildən istifadə hüququna xitam verilməlidir, qarşılıqlı iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı «cavabdehlərin qeydiyyatda olduğu evə yaşayış və istifadə hüquqlarına xitam verilməsi» tələbi barədə ilk iddiası qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Cavadxan küçəsi, 9-cu döngədə yerləşən 4 nömrəli evin 8 nömrəli mənzilindən istifadə hüququna xitam verilsin. İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı «cavabdehlərin qeydiyyatda olduğu evə yaşayış və istifadə hüquqlarına xitam verilməsi» tələbi barədə ilk iddiası qalan hissədə təmin edilməsin. Cavabdeh2 İddiaçı qarşı «yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə yaradılan maenənin aradan qaldırılması və mənzilə köçürülmə» tələbi barədə qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar