Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-562/2025 29.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X25 Şakir oğlunun sədrliyi, X11 iclas katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh və onun uşaqları xx.xx.2021-ci il təvəllüdlü X15 və xx.xx.2024-cü il təvəllüdlü X12 ona məxsus olan Gəncə şəhəri, A.İmanquliyeva küçəsi bina 7, mənzil 42 ünvanından istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Bu haqda X21 İnventarlaşdırma və MHQİ tərəfindən qeydiyyat vəsiqəsi verilmişdir. Qeyd olunan mənzil mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh onun oğlu, xx.xx.2021-ci il təvəllüdlü X15 və xx.xx.2024-cü il təvəllüdlü X16 isə nəvələridir. Cavabdeh 2013-cü ildən bu ünvanda yaşamır. O, Bakı şəhərində və mülkiyyət hüququ əsasında ona məxsus evində köçüb yaşayır. Xüsusi ilə qeyd etmək istəyir ki, cavabdehin mülkiyyətində tam şəraitli və tam təmirli yaşayış evi vardır. Buna baxmayaraq, cavabdeh onun məlumatı olmadan övladlarını onun mənzilinə qeydiyyata aldırmışdır. Cavabdeh övladları xx.xx.2021-ci il təvəllüdlü X15 və xx.xx.2024-cü il təvəllüdlü X8 şəhəri, A.İmamquliyeva küçəsi, bina 7 ev 42 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxaraq cavabdehin mülkiyyətində olan əmlakına qeydiyyata düşməsini xahiş etsə də nə cavabdeh özü nə də ki, övladlarını qeydiyyatdan çıxarmamışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Cavabdeh Daşkəsən rayonu, Zağalı Kəndində mülkiyyətində evi olduğundan onun ünvanda yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməklə mülkiyyətində olan əmlakda qeydiyyata durmalıdır. Həmçinin məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Cavabdehin isə faktiki olaraq, başqa yerdə yaşaması, amma onun evində qeydiyyatda olması onun dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək cavabdeh xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh iddiaçıya məxsus olan Gəncə şəhəri, A.İmanquliyeva küçəsi bina 7, mənzil 42 ünvanından istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat verib əlavə olaraq bildirdi ki, Cavabdeh iddiaçının oğlu olmaqla, 2013-cü ildən mübahisəli ünvandan çıxıb getmiş və ailə həyatı quraraq ailəsi ilə birlikdə Bakı şəhərində yaşamağa başlamışdır. Həmçinin cavabdehin adına atası Zöhrab Daşkəsən rayonu, Zağalı kəndində həyət evi almışdır. Həmin ev təmirli vəziyyətdə olmaqla cavabdehin hazırda da mülkiyyətindədir. Cavabdehin mübahisəli evə olan hüququ 2013-cü ildən itmişdir. Çünki o, mübahisəli evdə 12 ildən artıqdır yaşamır. Həm də həmin evə olan ehtiyacı da aradan qalxmışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh tərəfin iddia tələbinə olan etirazı: Cavabdeh etiraz ərizəsində qeyd etmişdir ki, İddiaçı ona qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edir ki, onun başqa yaşayış yeri yoxdur. İddiaçı iddiada göstərdiyi Daşkəsən rayonu, Zağalı kəndində yerləşən əmlak ona məxsus deyildir. Həmin əmlakı o, X1. Lakin əmlak bankda girov olduğundan X4 adına rəsmiləşdirmək olmamışdır. Həmin əmlakla bağlı X3 Şəhər Məhkəməsinə müraciət etmiş və iddia ərizəsində onunla aralarında Daşkəsən rayonu, Zağalı kəndində yerləşən evə dair bağlanan xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini qeyd etmişdir. Bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri: X13 izahatında bildirdi ki, İddiaçı onun həm qonşusu, həm də xalası qızıdır. Cavabdeh isə İddiaçı doğma oğludur. Cavabdeh 2013-cü ildə ailə həyatı qurmuş və həmin vaxtdan ünvan 7 ünvanda yaşamağa başlamışdır. Bildiyinə görə Sakit uzun müddətdir Bakı şəhərində yaşayır. X14 rayonu, Zağalı kəndində özünün evi də vardır. Həmin evi hətta kirayə verib həmin pulla Gəncə şəhərində kirayə ev tutub yaşamaq olar. 2013-cü ildən bəri Sakit Gəncə şəhəri, A.İmanquliyeva küçəsi bina 7, mənzil 42 ünvanında yaşamır və heç vaxt həmin evə yaşamaq üçün də qayıtmamışdır. Onu həmin mənzildən valideynlərinin qovmasının da şahidi olmamışdır. X18 izahatında bildirdi ki, İddiaçı onun qonşusudur. Cavabdeh isə İddiaçı doğma oğludur. Onların hər ikisi ilə münasibəti normaldır. Cavabdeh və onun ailəsi 2013-cü ildən Gəncə şəhəri, A.İmanquliyeva küçəsi bina 7, mənzil 42 ünvanında yaşamır. Belə ki, Ağgül həyət evi alaraq orada köçüb yaşayır. Sakit isə bildiyinə görə Bakı şəhərində yaşayır. Eşitdiyinə görə Sakitin Daşkəsən rayonunda özünün evi də var. 2013-cü ildən bəri Gəncə şəhəri, A.İmanquliyeva küçəsi bina 7, mənzil 42 ünvanında ümumiyyətlə heç kim yaşamır. Sakit 2013-cü ildən bəri Gəncə şəhəri, A.İmanquliyeva küçəsi bina 7, mənzil 42-də yaşamaq üçün gəlməmiş, nə də kimsə onu həmin mənzildən qovmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş yazılı sübutlar; - X21 inventarlaşdırma və MHQİ tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri, M.Hacıyev küçəsi, bina 7, mənzil 41-42 də yerləşən sahəsi 100,1 kvadramter yaşayış otağı şəxsi mülkiyyət hüququ əsasında Gəncə şəhər XDS İcraiyyə Komitəsinin 77 nömrəli 25 may 1987-ci il tarixli qərarı əsasında İddiaçı adına qeydə alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışının surətindən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh Gəncə şəhəri, A.İmanquliyeva küçəsi ev 7, mənzil 42-də qeydiyyatdadır. - Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 07 noyabr 2024-cü il tarixli, 2004 nömrəli arayışdan görünür ki, ünvan 9 ünvanları xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. ünvan 10 ünvanında qeydiyyatda olan xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh (AA*******) qeyd edilən evdə qeydiyyatda olmasına baxmayaraq 2013-cü ildən bütün əşyaları çıxarmaqla evdən köçdüyü üçün həmin evdə yaşamamışdır. Həmin vaxtdan qeydiyyatda olduğu ünvana gedib gəlmir. - 14 iyul 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********69-10301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X10 surətindən görünür ki, Daşkəsən rayonu, Zağalı kəndində yerləşən 0,02 ha torpaq sahəsində yerləşən 64.70 kvadratmetrdən ibarət ev xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. Məhkəmənin müəyyən etdiyi hallar: Məhkəmə baxışı zamanı müəyyən edildi ki, cavabdeh xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh İddiaçı doğma oğludur. Gəncə şəhəri, A.İmanquliyeva küçəsi bina 7-də olan, 42 saylı mənzil 25 may 1987-ci ildən hal-hazıra kimi İddiaçı məxsusdur. Cavabdeh İddiaçı məxsus evdə pasport qeydiyyatındadır. Hal-hazırda İddiaçı cavabdeh olan oğlu Cavabdeh ona məxsus evdən istifadə hüquqlarının itirilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Cavabdeh İddiaçı məxsus mübahisəli evdə formal olaraq pasport qeydiyyatında olmasına baxmayaraq, həmin evdə 2013-cü ildən hal-hazıra kimi yaşamır. Bu da iddiaçının mülkiyyətində olan əmlaka sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasında iştirak etməsə də iddiaya dair etiraz ünvanlayaraq heç bir yaşayış yeri olmadığını qeyd edib iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki; Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə qeyd edir ki, cavabdehin mübahisəli evə istifadə hüququ 2000-ci ilin sentyabrın 1-dən əvvəl yarandığından hazırki mübahisənin həlli ilə bağlı Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Belə ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsinin birinci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı və ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün əsas, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu və həmin şəxsin yaşayış sahəsinə olan ehtiyacını məhz bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində qalması tələb olunur. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün və ya kənar şəxsin istifadə etməsi hüquqi cəhətdən əsassızdır. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı (itməsi) ilə nəticələnir. İşin müəyyən olunmuş hallarından da görünür ki, mübahisəli evdə Cavabdeh qeydiyyatda olsa da, orada 2013-cü ildən bəri, yəni uzun müddətdir yaşamır. Bu isə məhkəmə üçün o qənaətə gəlməyə əsas verir ki, Cavabdeh mübahisəli evdə uzun illər yaşamamaqla, onun orada yaşamasına dair ehtiyacı aradan qalxmış, həmin evə sonradan köçüb yaşamaq kimi hüquqi marağı da olmamışdır. Bununla yanaşı məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh mülkiyyətində Daşkəsən rayonu, Zağalı kəndində yerləşən ev vardır. Daşkəsən rayonu, Gəncə şəhərindən çox da uzaqda olmayan rayon olmaqla yanaşı cavabdehin həmin kənddə yerləşən evi satmaqla, yaxud kirayə verməklə mübahisəli evlə eyni şəraitdə olan Gəncə şəhərində ev kirayələyib qalmaq imkanı vardır. Məhkəmə həmçinin cavabdehin iddiaya etirazına da münasibət bildirərək qeyd edir ki, Cavabdeh etirazda onun başqa yaşayış yeri olmadığını, Daşkəsən rayonu, Zağalı kəndində yerləşən əmlak ona məxsus olmadığını, həmin əmlakı X2, lakin əmlak bankda girov olduğundan X4 adına rəsmiləşdirə bilmədiyini, həmin əmlakla bağlı X4 Gəncə Şəhər Məhkəməsinə müraciət etdiyini və iddia ərizəsində onunla aralarında Daşkəsən rayonu, Zağalı kəndində yerləşən evə dair bağlanan xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini qeyd etsə də buna dair tutarlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə cavabdehin qeyd etdiklərini iddianın rəddinə yönəlik hüquqi manevr kimi qiymətləndirir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı məxsus evin tərkib hissəsindən istifadə hüququnu əmələ gətirən əsaslar aradan qalxdığından, onun Gəncə şəhəri, A.İmanquliyeva küçəsi bina 7, mənzil 42 ünvanından istifadə hüququ itmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsini qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Konstitusiyası Məhkəməsi Plenumu həmin qərarında, həmçinin qeyd etmişdir ki, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Konstitusiyası Məhkəməsi Plenumu həmin qərarında daha sonra formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Həmin qərarında Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, formalaşdırdığı hüquqi mövqeyində qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Məhkəmə işin müəyyən olunmuş həqiqi hallarına əsasən hesab edir ki, cavabdehin iddiaçıya məxsus evin yaşayış sahəsindən istifadə hüququnun əldə edilməsini zəruri edən əsas aradan qalxdığından, yəni hazırda onun həmin yaşayış sahəsinə ehtiyacı olmadığından cavabdehin iddiaçıya məxsus evin tərkib hissəsindən istifadə hüququ itirilmiş hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan evdə pasport qeydiyyatında olması cavabdehin həmin evdən istifadə hüququ əldə etməsi kimi qiymətləndirilə bilməz və cavabdehin qeydiyyatı formal xarakter daşıyır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə İddiaçı mülkiyyətçi kimi kompensasiya ödəmədən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbini irəli sürməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələbinə görə yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə yekun qənaətinə əsasən hesab edir ki: - İddiaçı iddia tələbi təmin edilməli və Cavabdeh Gəncə şəhəri, A.İmanquliyeva küçəsi bina 7, mənzil 42 ünvanına olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək belə qənaətə gəlir ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləği tələb etmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh Gəncə şəhəri, A.İmanquliyeva küçəsi bina 7, mənzil 42 ünvanına istifadə hüquqları itirilmiş hesab olunsun. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-562/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-562/2025
29.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver