Məhkəmə qərarları › İş №e-2(125)-5652/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-5652/2025

28.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-5652/2025 28.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 Tahir oğlunun sədrliyi və Xurşudov Nadir Şahin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Toyota Prius” markalı, 77GO503 nömrəli avtomobili ilə törətdiyi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar üçün onun əvəzinə ödədiyi 522,90 manat məbləğin, onun etibarnaməsi üçün ödədiyi 19,75 manat dəyərində məbləğin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə verərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində olan “Toyota Prius” markalı, 77GO503 nömrəli avtonəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixində idarə etmək üçün qanuni etibarnamə əsasında 1 il 12 gün müddətinə Cavabdeh vermişdir. Etibarnamənin rəsmiləşdirilməsi ilə əlaqədar Cavabdeh əvəzinə 19,75 manat dövlət rüsumu ödəmişdir. Cavabdeh bu müddət ərzində ona məxsus olan “Toyota Prius” markalı, 77GO503 nömrəli avtomobilini idarə etmiş və avtomobili ilə ümumilikdə 522,90 manat məbləğində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar törətmişdir. Cavabdeh özünə aid həmin cərimələri uzun müddət ödəmədiyindən cərimələrin üzərinə dəbbə pulu hesablanmış və həmin cərimələr artaraq 522,90 manat olmuşdur. Cavabdeh onun avtomobili ilə törətdiyi 522,90 manat məbləğində cərimələri və etibarnaməsi üçün onun əvəzinə ödədiyi 19,75 manat məbləğində rüsumu ödəməsi barədə dəfələrlə xəbərdar etməsinə baxmayaraq, Cavabdeh həmin cərimələri və rüsumu ödəməkdən imtina etmişdir. Belə olduğu halda, Cavabdeh cərimələri ödəmədiyi üçün avtomobilinin üzərinə həbs qoyulmuş və o, həmçinin avtomobilini texniki baxışdan keçirə bilmədiyinə görə Cavabdeh aid cərimələri ödəmək məcburiyyətində qalıb ödəmişdir. Beləliklə, Cavabdeh onun “Toyota Prius” markalı, 77GO503 nömrəli avtomobili ilə törətdiyi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar üçün onun əvəzinə ödədiyi 522,90 manat dəyərində məbləğ və onun etibarnaməsi üçün ödədiyi 19,75 manat məbləğ Cavabdeh tutularaq ona ödənilməlidir. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq, qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün bildirişin ona təqdim olunması mümkün olmamışdır. Cavabdeh SMS vasitəsi ilə məlumatlandırılmışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci və 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:- BA325620 nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Prius” minik markalı, **-GO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. xx.xx.2024-cü il tarixli, 7E-11668 reyestr nömrəli nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamədən görünür ki, İddiaçı özünə məxsus “Toyota Prius” minik markalı, **-GO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etmək səlahiyyətini xx.xx.2025-ci il tarixədək Cavabdeh etibar etmişdir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən mobil notariat xidməti üçün 19,75 manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, **-GO-*** qeydiyyat nömrə nişanlı avtomobillə Cavabdeh İXM-də nəzərdə tutulmuş yol hərəkəti qaydalarını pozduğuna görə EQ23940513, İXP6740242, EQ25032058, EQ25272538, İXP6809106, EQ25614347, AYN1029261, EQ25871905, EQ25888310, EQ26318811 və EQ26907250 nömrəli protokollar üzrə cəmi 522,90 manat məbləğində cərimə edilmişdir. xx.xx.2025-xx.xx.2025-ci il tarixədək İddiaçı məxsus kart hesabından çıxarışın surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə EQ25614347 nömrəli protokol üzrə 85,6 manat, xx.xx.2025-ci il tarixdə EQ25272538 nömrəli protokol üzrə 12,7 manat, xx.xx.2025ci il tarixdə EQ25032058 nömrəli protokol üzrə 28,6 manat, xx.xx.2025-ci il tarixdə AYN1029261 nömrəli protokol üzrə 61,2 manat, xx.xx.2025-ci il tarixdə EQ25871905 nömrəli protokol üzrə 18 manat, xx.xx.2025-ci il tarixdə EQ23940513 nömrəli protokol üzrə 160 manat, xx.xx.2025-ci il tarixdə İXP6809106 nömrəli protokol üzrə 50,8 manat, xx.xx.2025-ci il tarixdə İXP6740242 nömrəli protokol üzrə 79 manat, xx.xx.2025-ci il tarixdə EQ25888310 nömrəli protokol üzrə 9 manat, xx.xx.2025-ci il tarixdə EQ26318811 nömrəli protokol üzrə 9 manat, xx.xx.2025-ci il tarixdə EQ26907250 nömrəli protokol üzrə 9 manat olmaqla, cəmi 522,90 manat ödəniş edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı özünə məxsus “Toyota Prius” minik markalı, **-GO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin idarə edilməsi səlahiyyətini etibarnamə əsasında Cavabdeh etibar etmişdir. Cavabdeh həmin avtomobili idarə edərkən müxtəlif tarixlərdə yol hərəkəti qaydalarını pozduğuna görə cəmi 522,90 manat məbləğində cərimə olunmuş və həmin məbləğ İddiaçı tərəfindən ödənilmişdir. İddiaçı iddia etmişdir ki, Cavabdeh cərimələri ödəmədiyi üçün avtomobilinin üzərinə həbs qoyulmuş, həmçinin avtomobilini texniki baxışdan keçirə bilmədiyinə görə Cavabdeh aid cərimələri ödəmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Göründüyü kimi, cavabdeh iddiaçıya məxsus avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla barəsində tətbiq olunmuş inzibati tənbeh tədbiri üzrə cərimələri ödəmədiyi üçün iddiaçını əlverişsiz vəziyyətə salmışdır. Belə ki, avtomobilin üzərinə həbs qoyulduğu üçün iddiaçının cərimə ödənilmədən avtomobilini texniki baxışdan keçirməsi və istifadə etməsi mümkün olmadığından cavabdehin əvəzinə cərimələri ödəmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 522,90 manat pul və 19,75 manat xərc alınaraq İddiaçı ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 522,90 manat pul, 19,75 manat xərc olmaqla, cəmi 542,65 (beş yüz qırx iki manat 65 qəpik) manat və 30 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar