Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-6055/2025 11.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidməti 10 saylı X2 Mərkəzinin Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair (Açar söz: təbiətə vurulan zərərin əvəzinin ödənilməsi) Hakim: İmanov Zaman Şakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi: Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidməti 10 saylı X2 Mərkəzinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidməti 10 saylı X2 Mərkəzinin Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İddia tələbi: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidməti 10 saylı X2 Mərkəzinin Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Əziz Əliyev küçəsi, ev 88-də yaşayan Cavabdeh fəaliyyət göstərdiyi 3 saylı dolayısının 2-ci kvartalının 6 bölməsində yerləşən “Roem-Park” istirahət-rekrasiya obyektinin ərazisində qanunsuz qazıntı işlərinin aparılması və vələs cinsindən diametri 16 sm olan 1 ədəd ağacın budağının kəsilməsi nəticəsində X5 vurulmuş 489 (dörd yüz səksən doqquz) manat 51 (əlli bir) qəpik məbləğində qalıq qalmış ziyanın ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İİ. İddia ərizəsinin mahiyyəti: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 10 saylı X2 Mərkəzinin əməkdaşları tərəfindən 29 iyun 2024-cü il tarixdə xidməti ərazidə ekoloji təmizlik aksiyası həyata keçirilərkən, Hacıkənd meşəbəyliyinin 3 saylı dolayısının 2-ci kvartalının 6 bölməsində fəaliyyət göstərən “Roem-Park” istirahət-rekrasiya obyektinin ərazisində qanunsuz qazıntı işləri aparıldığını və vələs cinsindən olan diametri 16 sm olan 1 ədəd ağacın budağının kəsilməsi müəyyən edilmiş, nəticədə torpağın üst münbit qatının korlanmasına görə DMFnə 582 (beş yüz səksən iki) manat 90 qəpik, yaş ağacın bir budağının kəsilməsinə görə 6 manat 61 qəpik ziyan hesablanmışdır. Həmin fakt əsasında Mərkəzin əməkdaşlarının iştirakları ilə xx.xx.2024-cü il tarixdə müvafiq akt tərtib edilmiş və fotoşəkillər çəkilərək akta əlavə edilmişdir. Vətəndaş Cavabdeh yazılmış cərimədən 100 (yüz) manat könüllü ödəmiş, qalıq qalmış 489 (dörd yüz səksən doqquz) manat 51 qəpik ziyanı ödəmədiyinə görə Mərkəz tərəfindən vətəndaşın ünvanına xx.xx.2024-cü il tarixdə 3-14-27-11/2- 161/2024 saylı xəbərdarlıq məktubu göndərilmiş, lakin hazırki vaxta kimi cərimə ödənilməmişdir. İİİ. Məhkəmə icraatı iştirakçıları: Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidməti 10 saylı X2 Mərkəzinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, 10 saylı X2 Mərkəzinin əməkdaşları tərəfindən xidməti ərazidə ekoloji təmizlik tədbirləri həyata keçirilən zaman cavabdeh tərəfindən qanunsuz qazıntı işləri aparıldığı və vələs cinsindən olan ağacın budağının kəsilməsi halı aşkar edilmişdir. Cavabdeh bu faktı öz izahatında etiraf etmişdir. Hətta Cavabdeh dəymiş ziyandan 100 manat könüllü ödəniş etmiş, qalıq qalan məbləği ödəməmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İV. İş materiallarına olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidməti 10 saylı X2 Mərkəzi tərəfindən tərtib edilmiş 02 iyul 2024-cü il tarixli, 001796 nömrəli aktın surətindən görünür ki, 29 iyun 2024-cü 2024-cü il tarixində keçirilən ekoloji təmizlik aksiyası həyata keçirilən zaman Hacıkənd meşəbəyliyinin 2 saylı meşə dolayısının 2-ci kvartalının 6a bölməsində fəaliyyət göstərən “Roem-Park” istirahət- rekreasiya obyektinin ərazisində qazıntı işlərinin aparıldığı və vələs cinsindən diametri 16 sm-dən 1 ədəd olmaqla ağacın budağının kəsildiyi aşkar edilmişdir. Yerində araşdırma zamanı torpağın üst münbit qatının korlanaraq ərazidə abadlıq işləri aparılmışdır. Ərazinin 13.40 m2 ərazisində torpağın üst münbit qatının korlandığı müəyyən edilir. Həmin ziyan 582,90 manat təşkil etmişdir. - Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidməti 10 saylı X2 Mərkəzinin direktoru Ramil Lətifova verdiyi 29 iyun 20245-cü il tarixli izahatın surətindən görünür ki, o, Hacıkənd meşəbəyliyinin 3-cü dolayının ərazisində abadlıq işləri apararkən bir ədəd ağacın budağını kəsmişdir. Eyni zamanda kiçik bir ərazidə torpağın sıyrılmasını həyata keçirmişdir. Lakin, bunun qanunsuz olduğunu bilməmişdir. - Cavabdeh tərəfindən həyata keçirilmiş qəbzin surətindən görünür ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidməti 10 saylı X2 Mərkəzinin hesabına 100 manat məbləğində pul ödənilmişdir. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidməti 10 saylı X2 Mərkəzi tərəfindən Cavabdeh ünvanlanmış 22 iyul 2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh təbiətə dəymiş ziyana görə qalıq qalan 489,51 manat məbləğində maddi ziyanın 10 (on) gün müddətinə X4 hesabına ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. V. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinin tələbinə görə isə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 dekabr 1993-cü il tarixli, 636 saylı qərarı ilə təsdiq edilmiş “X3 Hesablanması və Ödənilməsi Qaydası”na əsasən təbiətə dəymiş ziyana görə hesablanmış məbləğin təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən ödənilməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaşıllıqlara dəymiş ziyanın miqdarının hesabat sənədi rəsmi qaydada təqsirkar olan fiziki, vəzifəli və hüquqi şəxslərə göndərilir. Həmin qaydanın 4.3-cü bəndinə əsasən yaşıllıqlara dəymiş ziyanın məbləği təqsirkar fiziki, vəzifəli və hüquqi şəxslər üçün məcburidir və bununla əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. Prosessual hüquq norması: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Vİ. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdeh tərəfindən vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehin iddiaçıya birbaşa ziyan və zərər vurulması ilə nəticələnən hüquqazid əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Məhkəmə iclasında Cavabdeh tərəfindən iddiaçıya zərər vurması və həmin zərərdən qalıq qalan ödənilməmiş 489,51 manat məbləğində pulun qalması iş materiallarında olan sənədlərlə tam sübut olunur. Qeyd olunanlara əsasən məhkəmə iddianı əsaslı sayıb, onun təmin olunması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, Cavabdeh təbiətə vurduğu zərərə görə iddiaçı təşkilat qarşısında maddi məsuliyyət daşıyır və həmin zərər ondan məcburi qaydada tutulmalıdır. Beləliklə məhkəmənin yekun qənaətinə əsasən, iddia təmin olunmalı, Cavabdeh 489,51 (dörd yüz səksən doqquz manat əlli bir qəpik) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidməti 10 saylı X2 Mərkəzinin hesabına ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinin tələbinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia əsaslı sayıldığından və iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün iş üzrə ödənilməli olan 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və ondan tutularaq, Dövlət büdcəsinə ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 489,51 (dörd yüz səksən doqquz manat əlli bir qəpik) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Xidməti 10 saylı X2 Mərkəzinin hesabına ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub Dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-6055/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-6055/2025
11.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver