Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-634/2025 14.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 İsa oğlunun sədrliyi, Həsənov Arif Ariz oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum oğlu Məlikov Cavid Əzizağa oğlunun ölümü ilə bağlı ona dəymiş mənəvi zərərə görə 50.000 (əlli min) manat məbləğində kompensasiya məbləğinin cavabdeh "xxxx" MMC-dən alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Vətən müharibəsi iştirakçısı mərhum Məlikov Cavid Əzizağa oğlunun anası, eləcə də digər oğlu Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlər zamanı həlak olmuş şəhid anasıdır. Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində yerləşən yaşayış binaları qəzalı vəziyyətdədır. Belə ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin 2016-cı il tarixli sərəncamına əsasən, həmin binanın sökülərək yenidən inşa edilməsi "xxxx" MMC-yə icazə verilmişdir. Sonradan MMC ilə yaşayış binasının sakinləri arasında əldə olunan şifahi razılaşma əldə olunmuş, sakinlərə mənzillərdəki tikinti əşyalarını sökərək özlərinə götürmək hüquqları onlara izah olunmuşdur. Buna görə də, Sumqayıt şəhəri, 16-cı məhəllə, 5/32 saylı evin 14-cü mənzilində yaşayan X4 600 manat pul məbləği qarşılığında fərdi qaydada fəhlə işləyən iddiaçının oğlu Məlikov Cavid Əzizağa oğlu ilə razılaşaraq mənzildəki tikinti materiallarını sökməyi həvalə etmişdir. 13 mart 2023-cü il tarixdə saat 16 radələrində mənzildə söküntü işləri apararkən divarın uçması nəticəsində dağıntılar altında qalaraq həlak olmuşdur. Məlikov Cavid Əzizağa oğlu işləmək üçün ünvan 1 ünvanında yaşayan mənzil sahibi X3 dəvəti ilə qapı, pəncərə və digər əşyaların sökülməsi məqsədi ilə həmin mənzilə daxil olmuş və mənzildə söküntü işləri aparmışdır. Söküntü zamanı mənzilin divarı uçmuş və X8 uçuntunun altında qalaraq vəfat etmişdir. Həmin mənzil xx.xx.2023-cü il tarixində "xxxx" MMC tərəfindən X2 alınmış və icbari sığorta olunmuşdur. Daşınmaz Əmlakın BB № 798522, RPA********** saylı İcbari Sığorta Şəhadətnaməsinə əsasən, sığorta müqaviləsi xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər qüvvədə olub və sığortalı isə "xxxx" MMC-dir. Mərhumun ölümü ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda ********* nömrəli cinayət işi açılmışdır. Həmin cinayət işinin araşdırılması Sumqayıt Şəhər prokurorluğunun böyük müstəntiqi birinci dərəcəli hüquqşünas X9 icraatına verilmişdir. Müstəntiq tərəfindən iddiaçı və onu ailə üzvləri dindirilərkən cavabdeh təşkilat barədə heç bir şikayəti olmadıqlarını bildirmişlıər. Buna səbəb "AYTA LTD” MMC-nin cavabdeh qarşısında götürdüyü öhdəlikləri olmuşdur. Belə ki, cinayət işinin araşdırılması zamanı "AYTA LTD” MMC-nin rəhbəri İddiaçı ilə görüşlərə cəhd etmiş, barəsində açılmış cinayət işinin bağlanması üçün, ilkin olaraq ona 13000 (on üç min) manat dəyərində nağd şəkildə pulun kompensasiya ödənişini etməyi, həmçinin hadisə baş verən mənzilin sığortalı olduğundan ona verilən sığorta ödənişinin də iddiaçının oğlunun ölümü üçün ona kompensasiya verəcəyi ilə bağlı aralarında şifahi razılıq əldə etmişlər. Hətta bununla əlaqəli olaraq MMC iddiaçıya həmin sığorta şirkətində danışıqların aaprılması üçün etibarnamə də vermişdir. Həmin etibarnamə iş materiallarına əlavə olunmuşdur. Lakin daha sonraiddiaçı sığorta şirkəti ilə danışığından sonra məlum olmuşdur ki, sığorta şirkəti hər hansı ödəniş etməli deyilmiş. Habelə iddiaçının razılıq ərizəsi əsasında cinayıət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Göründüyü kimi, cavabdeh cinayət işinin bağlanmasından istifadə edərək özlərini tam məsuliyyətdən kənar tutmağa üstünlük vermişlər. Halbu ki, ortada bir ölum faktı var və ölümə səbəb isə, həmin mənzili sığorta etdirmiş "xxxx" MMCdir( Lazımı sənədlər iddia ərizəsinə əlavə edilir). Digər bir məsələ isə, oğlunun ölümü zamanı bir sinəsi dağlı şəhid anası olan iddiaçının və ailə üzvlərinin keçirdiyi sarsıntılarla bağlıdır. Odur ki, aylardır bala dağı və əsəb-stres keçirərək işsiz və dolanışıqsız qalaraq maddi və mənəvi zərərərə də məruz qalmışlar. Bir zərərçəkən kimi bütün bunlara səbəb isə, qarşı tərəfin (zərərvuranın) təqsirli (qəsdli) davranışıdır. Odur ki, qanunverciliyin tələblərinə uyğun olaraq ilkin olaraq "xxxx" MMC nin hüquqi və faktiki fəaliyyət göstərdiyi ünvana poçt vasitəsilə pretenziya qaydasında məktub göndərilmişdir. Məhkəmədə İddiaçı etibarnamə üzrə nümayəndəsi, Vəkil iştirak etmiş, iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə işə cavabdeh "xxxx" MMC-nin iştirakı olmadan baxılmasını və yekun qərar çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı etibarnamə üzrə nümayəndəsi, Vəkil dinləyib işdə olan sənədləri tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məlikov Cavid Əzizağa oğlu xx.xx.2025-ci il tarixdə travmativ residivləşən qanaxma səbəbindən ölmüşdür. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, İddiaçı Məlikov Cavid Əzizağa oğlunun anasıdır. İş materiallarına əlavə olunan Sumqayıt Şəhər Prokurorluğunun böyük müstəntiqi Fərid Əmirov tərəfindən qəbul edilmiş, 31 iyul 2023-cü il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərardan görünür ki, xx.xx.1978-ci il tarixdə anadan olmuş Məlikov Cavid Əzizağa oğlunun xx.xx.2023-cü il tarixdə saat 16 radələrində ünvan 2 ünvanında yerləşən yaşayış binasının söküntüsü zamanı öz səhlənkarlığı nəticəsində divarın uçaraq dağıntılar altında qalması və xəstəxanada ölməsi faktında cinayət hadisəsi müəyyən olunmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin nümayəndəsi, vəkil X6 İddiaçı nümayəndəsi Vəkil ünvanlanmış 05 avqust 2024-cü il tarixli məktubundan görünür ki, mərhum Məlikov Cavid Əzizağa oğlunun ölüm hadisəsi ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanılmış və araşdırma sonunda cinayət işi üzrə icraata xitam verilmişdir. Prokurorluqda aparılan araşdırma zamanı məlum olmuşdur ki, mərhum Məlikov Cavid Əzizağa oğlu ünvan 1 ünvanında yaşayan mənzil sahibi X1 İsmayıl Kərimovun dəvəti ilə qapı, pəncərə və digər əşyaların söküntüsü məqsədilə həmin mənzilə daxil olmuşdur və mənzildə söküntü işləri aparmışdır. Söküntü işləri apararkən mərhum təhlükəsizlik qaydalarına əməl etmədiyi üçün mənzilin divarı uçmuş və altında qalaraq vəfat etmişdir. Hadisə baş verən günü mənzil X3 istifadəsində və sahibliyində olmuş, Ayta LTD MMC-yə təhvil-təslim edilməmişdir. “Ayta LTD“ MMC-nin mərhum Məlikov Cavid Əzizağa oğlunun ölümündə heç bir təqsirli hərəkətləri mövcud olmamışdır. Beləliklə, məhkəmə iclası zamanı tədqiq edilmiş müəyyən olundu ki, qəzalı vəziyyətdə olan ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli yaşayış binasının söküntü işləri 2016-cı il tarixdə "xxxx" MMC-yə həvalə edilmiş, "xxxx" MMC ilə yaşayış binasının sakinləri arasında əldə olunmuş şifahi razılaşmaya əsasən sakinlərə mənzillərindəki tikinti əşyalarını sökərək özlərinə götürməyə icazə verilmiş, buna görə də 14-cü mənzildə yaşayan X4 600 manat pul məbləği qarşılığında fərdi qaydada fəhlə işləyən Məlikov Cavid Əzizağa oğlu ilə razılaşaraq mənzilindəki tikinti materiallarını sökməyi sonuncuya həvalə etmiş, sonuncu da 13 mart 2023-cü il tarixdə saat 16 radələrində mənzildə söküntü işləri apararkən öz səhlənkarlığı ucbatından divarın uçması nəticəsində dağıntılar altında qalaraq xəsarərlər almış və həmin xəsarətlərdən Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında ölmüşdür. 31 iyul 2023-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara əsasən xx.xx.1978-ci il tarixdə anadan olmuş Məlikov Cavid Əzizağa oğlunun xx.xx.2023-cü il tarixdə saat 16 radələrində ünvan 2 ünvanında yerləşən yaşayış binasının söküntüsü zamanı öz səhlənkarlığı nəticəsində divarın uçaraq dağıntılar altında qalması və xəstəxanada ölməsi faktında cinayət hadisəsi müəyyən olunmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı bir iddia tələbi üzrə hüquqi qiymətləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülən iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa bu halda iddia haqlı sayıla bilməz və iş üzrə sonrakı araşdırmaların aparılmasına zərurət qalmır. Çünki, bunun iş üçün əhəmiyyəti olmayacaqdır. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Məhkəmə bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər mənəvi ziyanın ödənilməsi ilə bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyin mənəvi ziyanla bağlı münasibətləri tənzimləyən normalar tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. İddiaçı ərizəsində baş vermiş hadisəyə, yəni Məlikov Cavid Əzizağa oğlunun ölümünə "xxxx" MMC-nin səbəb olduğunu və oğlunun ölümü ilə bağlı ona 50000 manat mənəvi ziyan dəydiyini qeyd etsə də, məhkəmədə tədqiq edilmiş sübutlar Məlikov Cavid Əzizağa oğlunun ölümünə səbəb olmuş halların cavabdeh "xxxx" MMC-nin hərəkətləri nəticəsində yaranmasını təsdiq etmir. Məhkəmə hesab edir ki, iddiaçının oğlunun ölümünə səbəb olan halların məhz cavabdehin hərəkətləri nəticəsində yarandığı sübuta yetirilmədiyindən və bu baxımdan "xxxx" MMC-nin mülki hüquq pozuntusu törətməsi təsdiq olunmadığından iddia tələbi əsassız sayılmalı və təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-634/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-634/2025
14.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver