Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-6626/2024 07.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «cavabdehin cərimə edilməsi, maddi və mənəvi zərər» tələbinə dair şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri Gəncə Şəhər Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «cavabdehin cərimə edilməsi, maddi və mənəvi zərər» tələbinə dair şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs Cavabdeh Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş, inzibati xətanı törətməkdə təqsirli bilinərək 25000 (iyirmi beş min) manat cərimə olunması barədə, müqavilədən kənar işlədiyi 8 gün dövr üçün ona dəymiş maddi və mənəvi zərərin əvəzi 4710 (dörd min yeddi yüz on) AZN əsas borc məbləğində təzminat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şikayət ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı Cavabdeh ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş, inzibati xətanı törətməkdə təqsirli bilinərək 25000 (iyirmi beş min) manat cərimə olunmasını xahiş etmişdir. Halbuki, inzibati xətanın törədilməsində təqsirli hesab edilən şəxsin inzibati məsuliyyətə cəlb olunması ilə bağlı işlərə mülki mühakimə icraatı qaydasında baxılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, iddiaçı inzibati xəta törətməkdə təqsirli hesab etdiyi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı səlahiyyətli orqana müraciət etmək əvəzinə məhkəməyə şikayət ərizə ilə müraciət etmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində öz əksini tapan iddia ərizəsinin forma və məzmununa aid şəkildə deyil, şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O cümlədən, bir-biri ilə əlaqəli olmayan bir neçə tələblə məhkəmədə çıxış etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Odur ki, məhkəmə hesab edir ki, şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, İddiaçı həmin məsələ ilə bağlı səlahiyyətli orqana müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «cavabdehin cərimə edilməsi, maddi və mənəvi zərər» tələbi barədə şikayət ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan «Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-6626/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-6626/2024
07.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver