Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-6758/2024 18.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 İsa oğlunun sədrliyi Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə Ərizəçi İddiaçı borclu X2 qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: X3 ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-11536/2015 saylı, 23 noyabr 2015-ci il tarixli qətnaməsinin icrası zamanı borclu X1 tutulmalı olan 360000 ABŞ dolları məbləğində pulun indeksasiya edilərək borcludan əlavə olaraq, 180000 (bir yüz səksən min) ABŞ dolları məbləğində pulun tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə iddia icraatı qaydasında baxılmalı olan mülki iş kimi 2 (125)-6758/2024 sayla qeydə alınmış və baxılması üçün hakimin icraatına verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizəçi tərəfindən məhkəməyə ünvanlanmış ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cü maddəsi ilə müəyyən edilmiş forma və məzmununa riayət edilməməklə məhkəməyə verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, ərizəyə pul tələbinə dair iddia ərizəsi kimi yanaşıldıqda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, məhkəmə göstərir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Odur ki, məhkəmə hesab edir ki, qeyd edilən hallar nəzərə alınmaqla ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi İddiaçı borclu X2 qarşı pul tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi tarixdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-6758/2024
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-6758/2024
18.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver