Məhkəmə qərarları › İş №e-2(125)-7249/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-7249/2024

16.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-7249/2024 16.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “cavabdehin cərimə edilməsi, maddi və mənəvi zərər” tələbi barədə iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq, məhkəmə, m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “cavabdehin cərimə edilməsi, maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs Cavabdeh Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş, inzibati xətanı törətməkdə təqsirli bilinərək, 25000 (iyirmi beş min) manat məbləğində cərimə olunması barədə, müqavilədən kənar işlədiyi 8 gün dövr üçün ona dəymiş maddi mənəvi zərərin əvəzi 4710 (dörd min yeddi yüz on) AZN əsas borc məbləğində təzminat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri öyrənərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsindən görünür ki, hazırki tələb Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı yönəlmiş və iddiaçı tərəfindən iddia ərizəsində Cavabdeh ASC-nin hüquqi ünvanı kimi ünvan 1n hüququ ünvanı barədə sübut əlavə edilməmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş MŞG/1-00847 nömrəli, 15 may 2024-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışda Cavabdeh ASCnin hüquqi ünvanı olaraq, AZ1029, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov, ev 1965-ci məhəllə, bina 5 ünvanı göstərilmişdir. O cümlədən, iş materiallarına əlavə edilmiş İddiaçı Ziyad oğluna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttəşliyi Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən ünvanlanmış məktubda “İddiaçı əmək hüquqlarının pozulması ilə əlaqədar yenidən Cavabdeh ASC-nin hüquqi ünvanına AZ1029, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov, ev 1965-ci məhəllə, bina 5 (X3 Mərkəzi) tərəflərindən məktub göndərildiyi” bildirilmişdir. Belə olan halda iddia cavabdehin (Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin) hüquqi ünvanının qeydə alındığı məhkəməyə verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 35.1.-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 152.1.3-cü maddəsinə əsasən iddia ərizəsi əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi Mülki Prosessual Məcəlləsinin 152.1.1 və 152.1.3-cü maddəsinin tələblərinə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah olunur ki, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən cavabdehin hüquqi ünvanının olduğu yerin məhkəməsinə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “cavabdehin cərimə edilməsi, maddi və mənəvi zərər” tələbi barədə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah olunur ki, qeyd edilən iddia ərizəsində olan nöqsanlar aradan qaldırıldıqdan sonra cavabdehin hüquqi ünvanının olduğu yerin məhkəməsinə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Azərbaycan Respublikası Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar