Məhkəmə qərarları › İş №e-2(125)-7413/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-7413/2025

05.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-7413/2025 05.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Tahir oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi və İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhəri 5 saylı notariat ofisinə qarşı notariat hərəkətlərinin aparılmasından imtinaya dair qərarın əsassız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh Gəncə şəhəri 5 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Vəli Xuluflu küçəsi, 93 (Yeni qaydalarla-AZ 2001, Gəncə şəhəri, Zərifə Əliyeva prospekti, giriş 126) ünvanında xüsusi mülkiyyətdə olan 0,0374 ha. torpaq sahəsində yerləşən 72,80 kv/m fərdi yaşayış evinin ona məxsus olan 6/8 payını nəvəsi X2 bağışlaması haqqında müqavilənin rəsmiləşdirilməsindən imtina edilməsi haqqında Gəncə şəhəri 5 saylı dövlət notariat kontorunun notariusu Aris Ələkbərovun 19 dekabr tarixli 01 saylı qərarının qanuna uyğun olmadığı, notarial hərəkətinin aparılmasından imtinasının əsassız olduğu müəyyən edilməklə üzərinə bağışlama müqaviləsinin rəsmiləşdirilməsi vəzifəsi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 məhkəməyə ərizə verərək, ərizənin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh Gəncə şəhəri 5 saylı notariat ofisinə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Gəncə şəhəri 5 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Gəncə şəhəri 5 saylı notariat ofisinə qarşı notariat hərəkətlərinin aparılmasından imtinaya dair qərarın əsassız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Gəncə şəhəri 5 saylı notariat ofisinə qarşı notariat hərəkətlərinin aparılmasından imtinaya dair qərarın əsassız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardadın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar