Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-75/2025 13.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdeh, cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi və X15, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə regional İdarəsi) qarşı «qeyriyaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, vurulmuş maddi və mənəvi zərərin əvəzi qismində pul» tələbi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi və X15, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə regional İdarəsi) qarşı iddiaçıya məxsus olan Gəncə şəhəri, Atatürk prospekti 258 ünvanında yerləşən qeyri yaşayış sahəsinin (zirzəminin) üstündə yerləşən birmərtəbəli tarixi binanın Cavabdeh adına özgəninkiləşdirilməsi ilə bağlı müqavilənin etibarsız hesab edilməsi və müqavilənin yaratdığı bütün hüquqi nəticələrin ləğv edilməsi, iddiaçıya məxsus Atatürk prospekti, 258 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (zirzəminin) edilmiş müdaxilə qanunsuz hesab edilərək iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinin Cavabdeh hesabına əvvəlki vəziyyətinə qaytarılması, hazırkı iş üzrə vəkilə ödənilmiş 2.500 manat, dövlət rüsumu kimi ödənilmiş 110 manat 80 qəpik, mənəvi zərərin əvəzi qismində 5.000 manat, cəmi 7.610 manat 80 qəpik məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi, tarixi binaya qanunsuz müdaxilə nəticəsində korlanmasının tarixi memarlıq abidələrinin təmiri üzrə ixtisaslaşdırılmış mütəxəssislər tərəfindən Cavabdeh hesabına bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli,e-2(125)-75/2025 nömrəli qərardadına əsasən İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi və X15, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə regional İdarəsi) qarşı «müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilənin yaratdığı bütün hüquqi nəticələrin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və pul» tələbi barədə iddiasına dair mülki işin icraatına «müqavilənin etibarsız hesab edilməsi və müqavilənin yaratdığı bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi» hissədə xitam verilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iddianı müdafiə edərək izahatında göstərdi ki, Gəncə şəhəri Atatürk prospekti 258 ünvanında yerləşən tarixi binanın zirzəmisi İddiaçı mülkiyyətindədir. Həmin əmlaka dair hüquqlar xx.xx.2006-cı il tarixdə 4 nömrəli reyestr kitabının 14-cü səhifəsində qeyd edilməklə iddiaçının adına qeydiyyata alınmışdır. Həmin zirzəminin üzərində yerləşən əmlakı zirzəmini alan zaman özəlləşməyə açılmamışdır deyə satın ala bilməmişdir. Əmlakı ilə bağlı müvafiq işlər aparmaq istəyərkən İddiaçı məlum olmuşdur ki, zirzəmi Cavabdeh tərəfindən betonla doldurulmuş, İddiaçı əmlakının giriş hissəsi bağlanaraq sonuncunun əmlakı qəsdən məhv edilmiş və iddiaçıya külli miqdarda zərər vurulmuşdur. Aparılmış ilkin araşdırmalar zamanı müəyyən edilmişdir ki, iddiaçının əmlakının üzərindəki əmlak Cavabdeh mülkiyyətindədir. Dövlət əmlakını özəlləşdirməkdə üstünlük hüququna malik olan İddiaçı təklif edilməmiş həmin əmlakın digər şəxsə satılması Mülki Məcəllənin tələblərinə tamamilə ziddir. Bundan başqa sözügedən həmin əmlak tarixi memarlıq abidəsidir. Cavabdeh tərəfindən həmin memarlıq abidəsinə müdaxilə də mövcuddur. Hazırkı iş üzrə işin məhkəmə müstəvisində araşdırılmasını təmin etmək məqsədi ilə və peşəkar hüquqi yardım göstərməsi üçün müqavilə bağlanmış və vəkilə bu iş üçün 2.500 manat pul ödənilmişdir. Eyni zamanda hazırkı işlə bağlı İddiaçı əsəb, streslər keçirmiş və mənəvi əzab çəkmişdir. Bunun da müqabilində 5.000 manat mənəvi zərər hesablanmalı və qeyd edilən maddi və mənəvi zərər Cavabdeh tutulmalı və İddiaçı ödənilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı məxsus olan Gəncə şəhəri Atatürk prospekti 258 ünvanında yerləşən qeyri yaşayış sahəsinə (zirzəminin) edilmiş müdaxilə qanunsuz hesab edilərək zirzəmi Cavabdeh hesabına əvvəlki vəziyyətinə qaytarılmalı, hazırkı iş üzrə ona vurulan maddi və mənəvi zərər, tarixi binaya Cavabdeh qanunsuz müdaxiləsi nəticəsində korlanmasının tarixi memarlıq abidələrinin təmiri üzrə ixtisaslaşdırılmış mütəxəssislər tərəfindən Cavabdeh hesabına bərpa edilməli, Cavabdeh və digər şəxslərin əməlində cinayət xarakterli fakt olduğundan bununla bağlı xüsusi qərardad çıxarılaraq Baş Prokurorluğa göndərilməsi barədə qərar çıxarılmalıdır. Sonda Nümayəndə1 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə2 iddianı qəbul etməyərək, izahatında bildirdi ki, Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri Atatürk prospekti 258 ünvanında yerləşən əmlakı vicdanlı alıcı kimi almış və mülkiyyət hüquqlarını aidiyyatı dövlət strukturları tərəfindən verilmiş sənədlərə əsasən təsdiq edilərək tanınmışdır. İddiaçı iddia tələbinin əsasının Cavabdeh mülkiyyətində olan daşınmaz əmlakında apardığı təmir işləri ilə heç bir əlaqəsi yoxdur. Həmin mansard və eyvan tarixi binada olan zaman Cavabdeh həmin binada xüsusi mülkə sahib olmadığı vaxtlardan da öncəyə təsadüf edir və həmin eyvan və mansardı inşa etməyi iddiası düzgün deyildir. İddiaçı öz mülkiyyət hüququnu şəhadətnamə ilə əsaslandırır. Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və Texniki Pasport təqdim etmədən, həmin texniki pasportda iddiaçıya məxsus əmlakın planı, sxemi, qapı və pəncərələrin yerləri göstərilmədən yalnız aidiyyatı icra strukturu ilə razılaşdırıldığı halda tikiləcək olan giriş və çıxışların Cavabdeh dağıtdığını, betonla doldurulduğu və ziyan vurulduğunu iddia edən iddiaçının mülkiyyətində olduğu deyilən daşınmaz əmlakın reallıqda giriş-çıxışı və ya pəncərəsi mövcud deyildir, kağız üzərində olan, reallıqda olmayan xüsusatlara əsaslanaraq əmlaka ziyan vurulması iddiası məhkəmə tərəfindən rədd edilməlidir. Sonda Nümayəndə2 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə regional İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş materialllarını tədqiq edərək və işdə olan sübutları araşdıraraq tərəflərin nümayəndələrini (vəkillərini) və mütəxəssisin izahatını, şahidlərin ifadələrini dinləyərək, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş X9 izahatında göstərdi ki, o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin Daşınmaz Əmlakın Texniki İventarlaşma və Qiymətləndirmə sektorunun mühəndis inventarşadırıcısı vəzifəsində işləyir. Həmin əmlakın texniki pasportuna əsasən binanın davamı sağ hissədə görünür və situasiya planında çıxış hissə Atatürk prospektində görünür. Situasiya planında binanın uzunluğu Atatürk prospekti boyuncadır. Sxem hissədə isə binanın sol hissədə yerləşdiyini nəzərə alaraq sağ hissədən binanın davam etdiyi görünür. Bu isə situasiya planı ilə qarşılaşdırıldığında giriş hissənin Atatürk prospektində olduğu nəticəsinə gəlməyə əsas verir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə2 vəsatəti əsasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, o, tərəflərin heç birini tanımır və heç kimlə şəxsi ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, o, 1995-ci il tarixdən 2012-ci ilin iyun ayınadək Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətində Mülki Müdafiə qərargahının rəisi vəzifəsində işləmişdir. Buna görə də o, Nizami rayonunda yerləşən sığınacaqları, onların harada yerləşməsini, sahələrini və s. dəqiq bilmişdir. Həmçinin o, mülki müdafiənin qərargah rəisi olduğu üçün həmin ərazidə yerləşən sığnacaqlara, dalanacaqlara dair bütün məlumatlar, sənədlər və s. bu günədək onda qalmaqdadır. Bunda əvvəl isə o, 1987-ci il tarixdən 1995-ci il tarixədək X17 X14 rayon Kommunist Komitəsində işləmişdir. Həmin komitə mübahisələndirilən binanın 2-ci mərtəbəsində yerləşmişdir. Daha sonra partiya ləğv edildikdən sonra Gəncə şəhəri Nizami rayon Təhsil Şöbəsinə verilmiş və Təhsil şöbəsi orada fəaliyyət göstərmişdir. O, uzun müddət həmin binada çalışsa da həmin binada zirzəmi olub, olmadığını, o cümlədən giriş-çıxış qapılarının harada yerləşməsini dəqiq xatırlamır. Bundan başqa mülki müdafiənin qərargahı rəisi olan zaman binalarda yerləşən zirzəmilərdən istifadəyə dair müqavilələr bağlasa da sözügedən binaya dair hər hansı müqavilə bağlanmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə2 vəsatəti əsasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki,o, xx.xx.2001-ci il tarixdən Gəncə şəhəri Alimlər evində baş mühasib vəzifəsində işləyir. Onların fəaliyyət göstərdiyi bina Gəncə şəhəri, Atatürk prospekti 258 ünvanında yerləşir. Binanın qəlyanxana kimi istifadə olunan zirzəmisindən başqa zirzəmisi yoxdur. Cahangir, Asif, Ruslan, Rafiq, Abil müəllim məşğulluğun müdirləri olub, təxminən 7 il bundan əvvəl Abbas Səhhət küçəsinə köçmüşlər. 2007-ci ildə məşğulluq mərkəzində təmir olmuş, istilik sistemi, döşəmə təmir olunmuşdur. Mətləb müəllim 1979-cu ildən müəllim, 1992-ci ildən isə Alimlər Evinin müdiri olmuşdur. Məşğulluq zirzəmini açmaq istəyəndə müdir olmuşdur. İşdə olan Əmlakın Texniki İnventarlaşdırılması bürosu tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 001736 nömrəli texniki pasportun surətindən görünür ki, 1941-ci il tarixdə tikilmiş ümumi sahəsi 132,4 kv/m olan Gəncə şəhəri, Atatürk prospekti, 258 ünvanında yerləşən qeyri-yaşayış sahəsini balans saxlayıcı və ya mülkiyyətçi Gəncə şəhər İcra Hakimiyyəti Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən icarəçi İddiaçı verilmişdir. İş materiallarında olan Gəncə şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2007-ci il tarixli, 10-61 nömrəli məktubun surətindən görünür ki, ünvan ünvanda yerləşən ərizəçiyə məxsus 132,4 kv/m qeyriyaşayış sahəsinin (zirzəminin) prospektə baxan fasadında lazımi antiseysmik tədbirlər görülməsi şərti ilə müvafiq qaydada razılaşdırılmış layihə əsasında zirzəmidə bir ədəd pəncərə boşluğunun qapı boşluğu ilə əvəz olunaraq əyləncə-klubu kimi istifadə olunmasına Memarlıq və Şəhərsalma İdarəsi etiraz etmir. Rekonstruksiya işləri razılaşdırılmış layihə əsasında aparılmalıdır, əks təqdirdə görüləcək işlər qeyri-qanuni hesab ediləcəkdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş «dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına» dair xx.xx.2006-cı il tarixli, 000580 qeydiyyat nömrəli şəhadətnamənin surətindən görünür ki, Gəncə şəhəri, Atatürk prospekti, 258 ünvanında yerləşən 132.4 kv/m qeyri-yaşayaış sahəsi 1.456 manat məbləğinə İddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada satılmışdır. Bu şəhadətnamə müəssisə və obyekt üzərində hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə verilir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3- 21-3-33/2-3153/2024 nömrəli məktubun surətindən görünür ki, 3 saylı Gəncə Ərazi idarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, Gəncə şəhəri, Atatürk prospekti 258 nömrəli binada yerləşən yaşayış sahəsinə dair Azərbaycan Respulikası Nazirlər Kabineti yanında Mənzil kommunal Təsərrüfatı Komitəsi Aztexinbentarlaşdırma Bürosu tərəfindən Məşğulluq mərkəzinin adına Texniki Pasport tərtib edilmişdir. Gəncə şəhəri, Atatürk prospekti 258 nömrəli binanın zirzəmisində yerləşən ümumi sahəsi 263,9 kv/m qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Gəncə şəhər Texniki İnventarlaşdıma Bürosu tərəfindən «Çinar» kiçik müəssisəsinin adına xx.xx.1994-cü il tarixli Texniki Pasport tərtib edilmişdir. Gəncə şəhəri, Atatürk prospekti 258 ünvanında yerləşən 132,4 kv.m qeyri yaşayış sahəsinə dair Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən İddiaçı adına xx.xx.2006-cı il tarixli, 001736 qeydiyyat nömrəli Texniki Pasport tərtib edilmişdir. Gəncə şəhəri, Atatürk prospekti 258 ünvanında yerləşən 69 kv.m qeyri yaşayış sahəsi «Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında» xx.xx.2006-cı il tarixli, 000712 qeydiyyat nömrəli şəhadətnaməsinə əsasən X5 adına qeydiyyata alınarq xx.xx.2016-ci il tarixli, **********37-06301-083002 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.Gəncə şəhəri, Atatürk prospekti 258 ünvanında yerləşən ümumi sahəsi 287,3 kv.m olan qeyri-yaşayış sahəsi xx.xx.2009-cu il tarixli, 3438 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X6 adına qeydiyyata alınaraq xx.xx.2010-cu i il tarixli, **********37-06301-083001 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri, Atatürk prospekti 258 ünvanında yerləşən ümumi sahəsi 78,8 kv.m olan qeyri-yaşayış sahəsi xx.xx.2022-ci il tarixli, 489 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyata alınaraq xx.xx.2022-ci il tarixli, **********37-06101-083003 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri, Atatürk prospekti 258 ünvanında yerləşən ümumi sahəsi 173,5 kv.m olan qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixli, 97 nömrəli «icarəyə verilmiş əmlakın alqı-satqı» müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyata alınaraq xx.xx.2021-ci il tarixli, **********37-06301-083006 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Gəncə «ASAN xidmət» mərkəzində fəaliyyət göstərən notariat ofisinin xx.xx.2019-cu il tarixli, 4Ə-925 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Gəncə şəhəri, Atatürk prospekti 258 ünvanında, 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 14,2 kv.m olan qeyri-yaşayış sahəsi X1 tərəfindən Cavabdeh satılmışdır. Müqaviləyə əsasən, sonuncunun adına xx.xx.2019-cu il tarixli, **********37-06101- 083002 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə «ASAN xidmət» mərkəzində fəaliyyət gösterən notariat ofisinin 02 04.2019-cu il tarixli, 4Ə-927 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Gəncə şəhəri, Atatürk prospekti 258 ünvanında yerləşən ümumi sahəsi 75,8 kv.m olan qeyri-yaşayış sahəsi X12 tərəfindən Cavabdeh satılmışdır. Müqaviləyə əsasən, sonuncunun adına xx.xx.2019-cu il tarixli, **********37-06101-083001 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhər 3 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 4Ə-77 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Gəncə şəhəri, Atatürk prospekti 258 ünvanında yerləşən ümumi sahəsi 180,5 kv.m olan qeyri-yaşayış sahəsi "xxxx" MMC tərəfindən Cavabdeh satılmışdır. Müqaviləyə əsasən, sonuncunun adına xx.xx.2022-ci il tarixli, **********37-06301-083003 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, HK-1/461 nömrəli məktubun surətindən görünür ki, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Gəncə şəhər sakini ƏhmədovaÜlviyyə Tariyel qızının Gəncə şəhəri, Atatürk prospekti 258 ünvanında yerləşn zirzəmisi ona məxsus olan qeyri-yaşayış sahəsinin qanunsuz olaraq özəlləşdirilib tarixi binaya təmir adı altında müdaxilələr edilməsinə dair müraciəti əsasında cinayət təqibi üzrə araşdırma aparılır. İş materiallarında olan Azərbaycan Milli Elmlər X11 tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, 8-1/2-1048/2024 nömrəli məktubdan görünür ki, Gəncə şəhəri, Atatürk prospekti 258 ünvanında yerləşən qeyri-yaşayış sahəsi AMEA-ya məxsus olmamaqla yanaşı AMEA ilə heç bir bağlılığı olmadığından tələb olunan sənədlərin AMEA tərəfindən təqdim olunması mümkün deyildir. İşdə olan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X15, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, 2-44/2024 nömrəli məktubdan görünür ki, Gəncə şəhəri, Atatürk prospekti, 258 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair sənədlər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X15, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X15, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə regional İdarəsində mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəyin surətindən görünür ki, Gəncə şəhəri, Atatürk prospekti 258 ünvanında yerləşən 1941-ci il tarixdə inşa olunmuş binanın zirzəmi sahəsinə girişin olmadığı müşahidə edilmişdir. Binanın yerli əhəmiyyətli memarlıq abidəsi olması və təhlükəsizlik baxımından zirzəminin olub-olmaması ilə bağlı binanın daxilində qazma işlərinin aparılması məqsədəuyğun hesab edilmir. İşdə olan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X15, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, 2-71/2024 nömrəli məktubdan görünür ki,”Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq olunmuş siyahıya əsasən Gəncə şəhəri,Atatürk prospekti, 258 ünvanında yerləşən XİX əsrə aid “Yaşayış evi” (3796 inventar nömrə) yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülmüşdür. Qanunvericiliyə əsasən abidələrdən və onların ayrı-ayrı hissələrindən istifadə oluna bilər. Abidələri və ya onların ayrı-ayrı hissələrini istifadə edənlər onların həcm kompozisiyasını, xarici görünüşünü, konstruktiv elementlərini dəyişdirməməli, istismar zamanı abidələrin təhlükəsizliyə xələl gətirməməlidir. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci və 25-ci maddələrinə əsasən abidələrin üzərində aparılacaq işlərin layihəsi Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilir. Bundan sonra abidələrin üzərində bərpa,konservasiya, təmir,rekonstruksiya, regenerasiya və digər işlər həyata keçirilə bilər.Abidələrdə tikiniti-texniki ekspertizanın keçirilməsi, ekspert qarşısında qoyulmuş suallar üzrə mütəxəssis rəyinin verilməsi Mədəniyyət Nazirliyi yanında X15, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin səlahiyyətində deyildir. İş materiallarında olan tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının xx.xx.2025ci il tarixli, 10/8933 nömrəli rəyindən görünür ki, Gəncə şəhəri, Atatürk prospekti, 258 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair (binaya dair) texniki sənədlər təqdim olunmadığından binasının ümumi texniki sənədlərinə əsasən həmin binanın zirzəmi mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinin sahələrini müəyyən etmək mümkün olmamışdır. Gəncə şəhəri Atatürk prospekti 258 ünvanında İddiaçı məxsus qeyri-yaşayış sahəsinin mövcud olmadığından zirzəminin faktiki sahəsinin müəyyən edilməsinə dair tədqiqat aparılmadı. Gəncə şəhəri, Atatürk prospekti, 258 ünvanında yerləşən qeyriyaşayış binasının texniki sənədlərinə əsasən, həmin binada İddiaçı mülkiyyətinə verilməsinə baxmayaraq faktiki olaraq qeyri-yaşayış sahəsinin mövcud olmadığından qərardadın bu sualları üzr tədqiqat aparılmadı. Gəncə şəhəri, Atatürk prospekti 258 ünvanında yerləşən qeyri-yaşayış binasının texniki sənədlərinə əsasən, həmin binada İddiaçı mülkiyyətinə verilmiş zirzəmi nəzərdə tutulmuşdursa, onun istifadəyə yararlı hala gətirilməsi, yaxud zirzəminin yenidən açılması texniki təhlükəsizlik qaydalarına uyğundurmu, eləcə də zirzəminin yenidən açılması binanın uçması və dağılması ilə əlaqədar olaraq qeyd olunur ki, iş materiallarına əlavə olunmuş FHN-nin TTNDA-nin xx.xx.2024-cü il tarixli 3-18-2/2-9922/2024 nömrəli rəyinə əsasən qeyri-yaşayış binası üzrə müvafiq ölçü işləri aparılaraq binanın uzunluğu 31,5 m, eni 13,7 m binanın 1941-ci ildə inşa olunmuşdur və mərtəbənin hündürlüyü 4,10 metr təşkil edir. Hazırda binanın iddia edilən zirzəmi sahəsinə girişin olmadığı müşahidə edilmiş və binanın yerli əhəmiyyətli memarlıq abidəsi olması və təhlükəsizlik baxımından zirzəminin olub-olmaması ilə bağlı binanın daxilində qazma işlərinin aparılması məqsədə uyğun hesab edilmədiyi göstərilmişdir. Cavabdeh məxsus olan Gəncə şəhəri, Atatürk prospekti, 258 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin altında İddiaçı adına qeydiyyatdan keçmiş zirzəmi qum, torpaq və.s materiallarla doldurub-doldurulmamasının müəyyən edilməsi məsələsi tikintitexniki ekspertin həll etdiyi məsələlər dairəsindən kənar olduğundan qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. İddiaçı adına qeydiyyatdan keçmiş zirzəmi faktiki olaraq mövcud olmadığından Atatürk Prospektinə baxan hissəsində pəncərələrin olub-olmamasını dəqiqliklə müəyyən etmək mümkün deyildir. Gəncə şəhəri Atatürk prospekti 258 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin məhlə tərəfdə baxan hissəsinə binaya bitişik şəkildə əlavə tikilinin inşa olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-cı maddəsinə görə hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Gəncə şəhəri Atatürk prospekti 258 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 132,4 kv/m olan hissəsi balans saxlayıcı və ya mülkiyyətçi Gəncə şəhər İcra Hakimiyyəti Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən icarəçi İddiaçı verilmişdir. Bundan başqa Gəncə şəhər 3 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 4Ə-77 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Gəncə şəhəri, Atatürk prospekti 258 ünvanında yerləşən ümumi sahəsi 180,5 kv.m olan qeyri-yaşayış sahəsi "xxxx" MMC tərəfindən Cavabdeh satılmışdır. Müqaviləyə əsasən, sonuncunun adına xx.xx.2022-ci il tarixli, **********37-06301-083003 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi və X15, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə regional İdarəsi) qarşı «qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, vurulmuş maddi və mənəvi zərərin əvəzi qismində pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia tələbinin əsası kimi Cavabdeh tərəfindən Gəncə şəhəri, Atatürk prospekti, 258 ünvanında yerləşən qeyriyaşayış sahəsinin ona məxsus olan və zirzəmi hesab edilən hissəsini qum və torpaqla dolduraraq tamamilə yararsız vəziyyətə salınması ilə əsaslandırmışdır. Cavabdeh iddianı qəbul etməmiş, iddia tələbinə etirazının əsası kimi İddiaçı məxsus zirzəmiyə hər hansı müdaxilə etmədiyini göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə uyğun olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə» Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, «Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir». «İnsan Hüquqlarının və X8 Haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən mənəvi zərər dedikdə, şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarının 4-cü bəndinə məhkəmələrə izah edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı qərarının 8-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qanunvericiliyin qeyd edilən normalarının tələbindən göründüyü kimi, mülki hüquq münasibətlərinin iştirakçıları arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında müqavilənin mövcudluğu, eləcə də əsassız varlanma zəruri şərt olsa da, belə öhdəliklərin yaranma əsaslarına deliktlər, yəni hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl də daxildir. Deliktlərin yaranması üçün isə Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə üç zəruri amilin mövcudluğu labüddür. Belə ki, deliktlərdən əmələ gələn öhdəliyin yaranması üçün həmin hərəkət təqsirli olmalı, hüquq və ya qanunula qadağan edilməli və başqa şəxsə zərər vurmalıdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının, eləcə də Konstitusiyanın 148-ci maddəsi üzrə Azərbaycan Respublikası qanunvericilik sistemini təşkil edən və yuxarıda qeyd edilmiş normativ hüquq aktların tələbinə görə şəxsin təqsiri müəyyən edilməyən əməllə (hərəkət və ya hərəkətsizliyə) əlaqədar hər hansı (maddi və ya qeyri-maddi) məsuliyyətə cəlb ediməsi qanuna uyğun deyildir və həmin şəxsin təqsirli olmadığı hərəkətlərə görə delikt öhdəlikləri yaranmır. Mülki işin məhkəmə tədqiqi zamanı müəyyən edilmiş hallarından görünür ki, İddiaçı iddia tələbinin əsası kimi 2006-cı il tarixdən onun mülkiyyətində olan və Gəncə şəhəri, Atatürk prospekti, 258 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (zirzəmiyə) Cavabdeh tərəfindən qanunsuz müdaxilə edilərək, həmin zirzəminin torpaq, beton və s.-lə doldurulduğuna və zirzəminin girişinin bağlanıldığına istinad etsə də həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunanların əksinə məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində xx.xx.2001-ci il tarixdən Gəncə şəhəri Alimlər evində baş mühasib vəzifəsində işlədiyini və həmin tarixdən hazırki tarixədək heç vaxt Gəncə şəhəri, Atatürk prospekti, 258 ünvanında yerləşən binanın hazırda işlək vəziyyətdə olan zirzəmilərindən başqa zirzəmilərinin olmadığını bildirmişdir. Həmçinin məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin Daşınmaz Əmlakın Texniki İventarlaşma və Qiymətləndirmə sektorunun mühəndis inventarşadırıcısı X9 izahatında mübahisə predmeti olan zirzəminin qapısının həmin əmlakın texniki pasportuna əsasən Gəncə şəhəri, Atatürk pr. İstiqamətindən olduğunu göstərmişdir. Halbuki, İddiaçı öz iddia tələbini qeyd olunan qapının əvvəllər Gəncə şəhəri, Atatürk pr., istiqamətindən deyil, əks istiqamətdən, yəni binanın həyətindən istiqamətindən olması ilə əsaslandırmışdır. Bundan başqa, məhkəmə iddianı mənəvi zərərin əvəzi kimi 5.000 manat pul tələbinə dair hissədə də əsaslı hesab etmir. Belə ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində mənəvi sarsıntı və əsəb gərginliyi keçirdiyini iddia etsə də, cavabdehin təqsirli hərəkətləri barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi və X15, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə regional İdarəsi) qarşı «qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, vurulmuş maddi və mənəvi zərərin əvəzi qismində pul» tələbi barədə iddiası rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iş üzrə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının dəyəri qismində 100 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi və X15, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə regional İdarəsi) qarşı «qeyriyaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, vurulmuş maddi və mənəvi zərərin əvəzi qismində pul» tələbi barədə iddiası təmin olunmasın. İddiaçı tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının dəyəri qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-75/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-75/2025
13.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver