Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-770/2024 05.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi və İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus ağ-qara rəngli mətbəx mebelinin, 1 ədəd qırmızı rəngli manqalın, 1 ədəd paltar qurudanın (suşilka), 1 ədəd güzgülü divar şkafının və içərisində olan üst geyimlərinin, ayaqqabıların və ev çəkələklərinin, 2 ədəd ütü taxtasının, 3 ədəd ağ darojkanın, 1 ədəd yumru darojkanın, 1 ədəd yeni il şam ağacının, 1 ədəd “Franko” firmasının frutilniçasının, 1 ədəd ağ gecə lampasının, 1 dəst güllü qazan dəstinin, 1 ədəd “Panasonic” markalı videonun, 1 ədəd balaca “Panasonic” markalı kameranın (videoçəkən), 1 ədəd çarpayının üzərində olan 1 ədəd yastıq və 1 ədəd mələfənin, 1 ədəd bir gözlü ağ tumbuçkanın, 1 ədəd uşaq partasının, 2 ədəd köhnə stulun, 1 ədəd köhnə jurnal masasının, 1 dəst pərdənin (tül dekoru ilə), 1 ədəd 6 şamlı çıl-çırağın, 1 ədəd 2 nəfərlik göy rəngli çarpayının ( sandıqçası ilə), 1 ədəd yorğanın, 2 ədəd yastığın, 1 ədəd yaşıl odeyalın, 1 ədəd ağ güzgülü termonun, 1 ədəd qızılı rəngli saatın, 1 ədəd yumşaq oturacağın, 1 ədəd ağ rəngli paltar dolabının, 1 dəst pərdənin (tül və göy rəngli dekor), 1 ədəd 8 şamlı çil-çırağın, 1 ədəd uşaq çarpayısının, 1 ədəd yellənən beşiyin, 1 ədəd uşaq otağı üçün xalçanın, 1 ədəd uşaq kolyaskasının, 1 ədəd 6 şamlı çil-çırağın, 1 ədəd uşaq otağı üçün divar saatının, 2 ədəd 8 şamlı çil-çırağın, 1 dəst pərdənin (tül və 2 dekor), 1 ədəd 5x6 ağ xalçanın, 1 ədəd ağ rəngli stol və 8 ədəd stulun, 1 ədəd ağ rəngli masa örtüsünün, 1 ədəd qızılı rəngli meyvə qabının, 1 ədəd divan, 2 ədəd kreslo və 1 ədəd yumşaq oturacaqdan ibarət dəstin, 1 ədəd ağ rəngli şüşəli jurnal masasının (üzərində 2 ədəd meyvə qabı), 1 ədəd ramkada portretin,1 ədəd qara rəngli kiçik ölçülü televizorun, 1 ədəd göy rəngli ev telefonunun,1 ədəd güldan televizor aksessuarının,1 ədəd pişikli televizor aksessuarının, 1 ədəd ağ rəngli güzgülü komodun, 2 ədəd şamdanın,3 ədəd qara qaşlı qabların,1 ədəd LG markalı DVD-nin, 2 ədəd çay qaşığı qutusunun (hər birinin içərisində 6 ədəd çay qaşığı olmaqla), 6 ədəd səbətin (qızılı rəngli limon çəngəlləri ilə), tort üçün qızılı rəngli bıçaq və tort götürənin, 3 ədəd aş buludunun, 1 ədəd üç gözlü qara qaşlı ləpə qabının, 32 ədəd (irili-xırdalı) içi güllü kobalt dayaz boşqabların, 6 ədəd dərin və 6 ədəd dayaz qızılı naxışlı boşqabların (MZ), 6 ədəd ağ içi qaşlı limon qabının(VEEX),1 ədəd turşu və 3 ədəd salat qabının(Luisenburg),12 ədəd qızılı rəngli çızıqlı araq rumkasının, 1 ədəd balıq formasında balıq boşqabının, 6 ədəd çaşka və 6 ədəd nəlbəkidən ibarət yaşıl rəngli kobalt dəstin,İran istehsalı 2 ədəd ayağı qızılı rəngli konfet qabının, 1 ədəd ayağı qızılı rəngli tort qabı və 1 ədəd üç gözlü ləpə qabının, 3 ədəd kənarları qaşlı podnosların, 1 ədəd gümüşü rəngli podnosun, 6 ədəd xrustal limon nəlbəkisinin, 1 ədəd taxta ləpə qabının, 2 ədəd üçkünc ayaqlı limon qabının (Bohema), 2 ədəd ayaqlı setka qənd qabının,1 ədəd kiçik şüşə gül qabının (Paşabahçe), 2 ədəd yarpaq formasında giləmeyvə qabının (MZ), 2 ədəd ayaqlı qabın (SOGA),1 ədəd güllü kobalt tort boşqabının, 1 ədəd televizor altlığının, 1 ədəd latun saatın və 2 ədəd latun şamdanın, 5 ədəd suvenirlərin (boynu qaşlı it, qız əlində gül, balaca it, qaşlı fil, tısbağa), 1 dəst xrustal konyak dəstinin, 1 ədəd zınqırovun,2 ədəd meduza gül qabının, 6 ədəd qara naxışlı bokalın (Versace), 1 ədəd naxışlı ağ güldanın (Versace), 6 ədəd qızılı rəngli şampan bokalının (Bohema), 6 ədəd qızılı rəngli şərab bokalının (Bohema), suvenirlərin (oğlan-qız qaşlı, balerina, kəpənəkli çaşka), 1 dəst yaşıl rəngli 6 nəfərlik 49 predmetdən ibarət servizin, 1 dəst çəhrayı rəngli 22 predmetdən ibarət çay servizinin, 1 ədəd üzəri güllü ağ güldanın, 12 ədəd araq rumkasının (Dance), 6 ədəd yaşıl rəngli kobalt kasanın, 6 ədəd ayağı qara rəngli şüşə bokalların, 6 ədəd qızılı rəngli cızıqlı qaşlı bokalların, 12 ədəd xrustal iri bokalların,1 dəst 3 ədəd qazandan ibarət dəstin, 1 ədəd qızılı rəngli kül qabının, 1 ədəd qızılı rəngli qaşlı kiçik qabın, 1 ədəd qızılı rəngli qaşlı şamdanın, 2 ədəd suvenirin (palmalı dəvə, qu quşu), 6 ədəd qızılı rəngli su stəkanının, 2 ədəd İran istehsalı qızılı rəngli qara qşlı qənd qablarının, 1 ədəd İran istehsalı qızılı rəngli gülafdanın, 1 dəst 7 predmetdən ibarət konyak dəstinin (Bohema), 1 ədəd qrafin və 6 ədəd bokaldan ibarət kompot dəstinin (TOM), 1 dəst yaşıl rəngli 7 predmetdən ibarət şərbət dəstinin, 2 ədəd yaşıl rəngli balaca güldanın (Bohema), 1 ədəd çəhrayı Bohema güldan və 1 ədəd qapaqlı konfet qabının,1 ədəd ayaqlı qapaqlı mürəbbə qabının(Ales), 2 ədəd qızılı rəngli qaşlı salfet qabının, 2 ədəd meyvə qabının (Bohema), 2 ədəd qənd qabının (Bohema),1 ədəd güldanın (Bohema), 6 ədəd armudu stəkanların,1 ədəd xrustal meyvə qabının, 1 ədəd xrustal güldanın,1 ədəd qırmızı xrustal güldanın, 2 ədəd yaşıl meduza qabın,12 ədəd nəlbəkinin (Luisenburg),6 ədəd ağ-qızılı rəngli nəlbəkinin, 24 ədəd içi güllü nəlbəkinin, 17 ədəd xrustal çay stəkanının, 2 ədəd göy rəngli peçenye qabının, 12 ədəd xrustal stəkanın, 6 ədəd limon qabının (TOM), 2 ədəd mürəbbə vazının, 1 ədəd tozsoranın (Franko), 1 ədəd paltaryuyan maşının (LG), 1 ədəd göy rəngli paltar səbətinin, 1 ədəd çəhrayı vanna-vedrənin,1 ədəd pas-pasın (vedrəsi ilə), 1 ədəd 3 gözlü kartof-soğan qabının, 1 ədəd qara rəngli stol + 6 ədəd qara rəngli stulun, 1 ədəd balaca künc divanın, 1 ədəd 3x4 naxışlı gəbənin, 1 ədəd qara rəngli soyuducunun (Toshiba), 1 ədəd ağ rəngli mikrodalğalı sobanın (LG), 1 ədəd samovar formalı kompot qabının, 1 ədəd xrustal meyvə vazının, 1 ədəd çömçə-bıçaq dəstinin (dəmir), 1 ədəd samovar-çaydan dəstinin (AMS), 1 ədəd mantı qazanının (Galaksi), 1 ədəd multibişiricinin (Franko), 2 ədəd suvenirin (ağ at), 1 ədəd böyük qazanın (Premier), 1 ədəd ağ rəngli dəm çaynikinin, 1 ədəd böyük tavanın (Premier), 1 ədəd kapron başlıqlı su qabının, 6 ədəd dovğa kasasının, 2 ədəd qapaqlı şüşə qənd qabının, 1 ədəd qara rəngli yağ-pendir qabının, 53 predmetli dördkünc ağ rəngli mətbəx servizinin, 12 ədəd dəmir jülyen qabının, 5 ədəd şüşə duz qabının, 1 ədəd göy setkalı peçenye qabının, 1 ədəd buludun, 6 ədəd taxta qapaqlı ədviyyat qabının (3 böyük+3 balaca), 1 ədəd çəhrayı qapaqlı düyü qabının, 2 ədəd plastmas ədviyyat qabının, 1 ədəd həsir qulplu dəm çaynikinin, 6 ədəd göy rəngli çaşka-nəlbəkinin, 5 ədəd viski stəkanının, 8 ədəd coca-cola stəkanının, 2 ədəd şampan bokalının, 5 ədəd üzəri qus təsvirli su stəkanlarının, 7 ədəd araq rumkasının (müxtəlif formalı), 4 ədəd içi güllü nəlbəkinin, 1 ədəd rozetkanın, 2 ədəd kofe fincanının, 1 ədəd şüşə qapaqlı lokum qabının, 1 ədəd kofe aparatının (Maxwell), 1 ədəd xrustal stəkanın, 8 ədəd müxtəlif çaşkaların, 1 ədəd kombaynın (Korkmaz), 1 dəst üçlü keks qabının, 1 ədəd qoz çəkənin, 1 ədəd qızrmızı bıçaq çemodanının (Mona Lisa), 1 ədəd dəmir çaydan və dəm çaynikinin (OMS), 1 ədəd mikserin(Galaksi), 1 ədəd xəmir kəsənin, 3 ədəd bənövşəyi tavanın,1 ədəd blinçik tavasının, 5 ədəd qırmızı rəngli şirəli qazanın, 4 ədəd qızılı rəngli qulplu qazanın, 4 ədəd içi qara qazanın, 5 ədəd böyüklü balacalı qazanların (Miller Haus), 1 ədəd sarı rəngli şirəli qazanın, 1 ədəd balaca şirəli qazanın, 4 ədəd plastmas qırmızı qabların, 1 ədəd çəhrayı rəngli balaca keramika qabın, 3 ədəd kapron qapaqlı şüşə qabların, 2 ədəd dördkünc plastmas qapaqlı qabların, 1 ədəd un vedrəsinin,1 ədəd sürtkəcin, 3 ədəd şüşə soba qabı, 1 ədəd qırmızı rəngli keks qabının, 2 ədəd süzgəcin, 4 ədəd plastmas ləyənin, 1 ədəd balaca şirəli ləyənin, 2 ədəd plastmas qulplu süzgəclərin, 1 ədəd qırmızı rəngli soğan çəkənin, 4 ədəd padnosların, 2 ədəd sarımsaq əzənin,12 ədəd silikon keks qablarının, 2 ədəd sitanın,2 ədəd yumurta çalanın (vençik),1 ədəd heyva doğrayanın, 1 ədəd ət döyənin, 1 ədəd kartof soyanın, 1 ədəd banka açanın, 1 ədəd qozqıranın,12 ədəd çay qaşığı, 12 ədəd tort çəngəli, 12 ədəd limon çəngəli, 6 ədəd bıçaq, 11 ədəd xörək qaşığı, 12 ədəd çəngəldən ibarət ayağı qızılı rəngli dəstin, 5 ədəd bıçaq, 10 ədəd xörək qaşığı, 12 ədəd çəngəl, 7 ədəd çay qaşığı, 11 ədəd böyük qaşıqları olan qızılı rəngli cızıqlı dəstin, 6 ədəd çömçnin, 4 ədəd gündəlik bıçaqların, 6 ədəd taxta qaşıqların, 2 ədəd doğrama taxtasının (1 taxta+ 1plastmas) və 1 ədəd içi qırmızı divar saatının ona məxsus ünvan 1 ünvanında yerləşən evindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh oğlu X1 arvadıdır. Onlar xx.xx.2013-cü ildə ailə qurmuşdular. Ailə quran zaman Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən evinə gəlin köçmüş və cehiz əşyalarını həmin evə yığmışdır. 2017-ci ildə digər oğlu evləndiyi üçün oğlu Rəşad Əliyev onun razılığı ilə öz ailəsi ilə birlikdə ona məxsus ünvan 2 ünvanında yerləşən evinə köçmüşdürlər və Cavabdeh cehiz əşyalarını da həmin evə aparmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 1240/2023 saylı qətnaməsi ilə oğlu Rəşad Əliyevlə Cavabdeh arasında olan nikah pozulmuşdur. Bundan sonra o, dəfələrlə Cavabdeh evindən cehiz əşyalarının çıxarılması barədə xəbər göndərmişdir. Lakin Cavabdeh könüllü olaraq cehiz əşyalarını çıxarmamışdır. 2023-cü ilin noyabr ayında o özünə məxsus ünvan 2 ünvanında yerləşən evini özgəninkiləşdirmişdir. Buna görə Cavabdeh cehiz əşyalarını ünvan 1 ünvanında yerləşən evinə yığmaq məcburiyyətində qalmışdır. Bundan sonra o, yenə Cavabdeh və atası Elnura xəbər göndərmişdir ki, cehiz əşyalarını onun evindən çıxarsın. Lakin cavabdeh tərəf könüllü olaraq cehiz əşyalarını çıxarmamışdır. Cavabdeh cehiz əşyalarının onun evində olması onun mülkiyyət hüquqlarını pozur. Belə ki, o evindən rahat istifadə edə bilmir. Buna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********79-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1240/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh X6 arasında Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində xx.xx.2013-cü il tarixli, 1099 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2014cü il təvəllüdlü X2 və xx.xx.2002-ci il təvəllüdlü X3 iddiaçı Cavabdeh himayəsində saxlanılması və onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq cavabdeh X4 hər ay hər uşaq üçün 165 manat olmaqla, cəmi 330 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2660 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Kirovabad şəhəri 3 saylı notariat kontorunun xx.xx.1988-ci il tarixli, 2-80 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı satılmışdır. Fərdi yaşayış evi xx.xx.2011-ci il tarixli, **********79-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışa əsasən İddiaçı adınadır. Məhkəmə iclasında müəyyən olundu ki, Gəncə şəhəri, Lermontov küçəsi, 1-ci döngədə yerləşən 10 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. Cavabdeh iddiaçının keçmiş gəlini olmuş və iddiaçının oğlu ilə ailə qurarkən özünə məxsus əmlaklarını iddiaçının evinə yerləşdirmişdir. Cavabdehin nikahı məhkəmə qaydasında pozulmuşdur. İddiaçı iddia etmişdir ki, cavabdehin əmlakının onun mülkiyyətində qalması onun mülkiyyət hüququnu pozmaqla, mülkiyyətindən rahat istifadə etməsinə maneçilik törətməklə hüquqlarını məhdudlaşdırır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq edilmiş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respubliksının Mülki Prosessual Məcəlləsinin (bundan sonra–MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi cavabdeh mübahisəli evə 2013-cü ildə gəlin köçərək tərəflər arasında olan hüquq münasibətləri 2013-cü ildə yaranmışdır. Ona görə də hazırki mübahisə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra- Mənzil Məcəlləsi) 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında deyilir: «Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarında aşağıdakıların biri-birini saxlamaq vəzifəsi nəzərdə tutulmuşdur. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi, ər-arvadın bir-birini saxlamaq vəzifəsi, qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi, baba və nənənin nəvələrini saxlamaq vəzifəsi, nəvələrin baba və nənəni saxlamaq vəzifəsi, yetirmələrin öz faktik tərbiyəçilərini saxlamaq vəzifəsi, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi. Göründüyü kimi, hazırki iş üzrə Cavabdeh Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müddəalarında nəzərdə tutulan şəxslər kateqoriyasına daxil deyildir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfinldən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri də Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan qanunvericilikdən göründüyü kimi əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İşin mübahisə edilməyən hallarından müəyyən olur ki, İddiaçı iddia etdiyi fərdi yaşayış evi onun tam mülkiyyətindədir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı qanunla qorunan mülkiyyət hüququna edilən qəsdlərə və ya başqa maneələrə son qoyulmaqla Cavabdeh məxsus olan 219 adda cehiz əşyaları İddiaçı məxsus olan Gəncə şəhəri, Lermontov küçəsi, 1-ci döngədə yerləşən 10 nömrəli fərdi yaşayış evindən çıxarılmalıdır. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu tələb olunmadığından iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh məxsus olan ağ-qara rəngli mətbəx mebeli, 1 ədəd qırmızı rəngli manqal, 1 ədəd paltar qurudan (suşilka), 1 ədəd güzgülü divar şkafı və içərisində olan üst geyimləri, ayaqqabıları və ev çəkələkləri, 2 ədəd ütü taxtası, 3 ədəd ağ darojka, 1 ədəd yumru darojka, 1 ədəd yeni il şam ağacı, 1 ədəd “Franko” firmasının frutilniçası, 1 ədəd ağ gecə lampası, 1 dəst güllü qazan dəsti, 1 ədəd “Panasonic” markalı video, 1 ədəd balaca “Panasonic” markalı kamera (videoçəkən), 1 ədəd çarpayının üzərində olan 1 ədəd yastıq və 1 ədəd mələfə, 1 ədəd bir gözlü ağ tumbuçka, 1 ədəd uşaq partası, 2 ədəd köhnə stul, 1 ədəd köhnə jurnal masası, 1 dəst pərdə (tül dekoru ilə), 1 ədəd 6 şamlı çıl-çıraq, 1 ədəd 2 nəfərlik göy rəngli çarpayı ( sandıqçası ilə), 1 ədəd yorğan, 2 ədəd yastıq, 1 ədəd yaşıl odeyal, 1 ədəd ağ güzgülü termo, 1 ədəd qızılı rəngli saat, 1 ədəd yumşaq oturacaq, 1 ədəd ağ rəngli paltar dolabı, 1 dəst pərdə (tül və göy rəngli dekor), 1 ədəd 8 şamlı çilçıraq, 1 ədəd uşaq çarpayısı, 1 ədəd yellənən beşik, 1 ədəd uşaq otağı üçün xalça, 1 ədəd uşaq kolyaskası, 1 ədəd 6 şamlı çil-çıraq, 1 ədəd uşaq otağı üçün divar saatı, 2 ədəd 8 şamlı çil-çıraq, 1 dəst pərdə (tül və 2 dekor), 1 ədəd 5x6 ağ xalça, 1 ədəd ağ rəngli stol və 8 ədəd stul, 1 ədəd ağ rəngli masa örtüsü, 1 ədəd qızılı rəngli meyvə qabı, 1 ədəd divan, 2 ədəd kreslo və 1 ədəd yumşaq oturacaqdan ibarət dəst, 1 ədəd ağ rəngli şüşəli jurnal masası (üzərində 2 ədəd meyvə qabı), 1 ədəd ramkada portret,1 ədəd qara rəngli kiçik ölçülü televizor, 1 ədəd göy rəngli ev telefonu, 1 ədəd güldan televizor aksessuarı, 1 ədəd pişikli televizor aksessuarı, 1 ədəd ağ rəngli güzgülü komod, 2 ədəd şamdan, 3 ədəd qara qaşlı qablar, 1 ədəd LG markalı DVD, 2 ədəd çay qaşığı qutusu (hər birinin içərisində 6 ədəd çay qaşığı olmaqla), 6 ədəd səbət (qızılı rəngli limon çəngəlləri ilə), tort üçün qızılı rəngli bıçaq və tort götürən, 3 ədəd aş buludu, 1 ədəd üç gözlü qara qaşlı ləpə qabı, 32 ədəd (irili-xırdalı) içi güllü kobalt dayaz boşqablar, 6 ədəd dərin və 6 ədəd dayaz, qızılı naxışlı boşqablar (MZ), 6 ədəd ağ içi qaşlı limon qabı (VEEX),1 ədəd turşu və 3 ədəd salat qabı (Luisenburg), 12 ədəd qızılı rəngli cızıqlı araq rumkası, 1 ədəd balıq formasında balıq boşqabı, 6 ədəd çaşka və 6 ədəd nəlbəkidən ibarət yaşıl rəngli kobalt dəsti, İran istehsalı 2 ədəd ayağı qızılı rəngli konfet qabı, 1 ədəd ayağı qızılı rəngli tort qabı və 1 ədəd üç gözlü ləpə qabı, 3 ədəd kənarları qaşlı podnoslar, 1 ədəd gümüşü rəngli podnos, 6 ədəd xrustal limon nəlbəkisi, 1 ədəd taxta ləpə qabı, 2 ədəd üçkünc ayaqlı limon qabı (Bohema), 2 ədəd ayaqlı setka qənd qabı, 1 ədəd kiçik şüşə gül qabı (Paşabahçe), 2 ədəd yarpaq formasında giləmeyvə qabı (MZ), 2 ədəd ayaqlı qab (SOGA), 1 ədəd güllü kobalt tort boşqabı, 1 ədəd televizor altlığı, 1 ədəd latun saat və 2 ədəd latun şamdan, 5 ədəd suvenir (boynu qaşlı it, qız əlində gül, balaca it, qaşlı fil, tısbağa), 1 dəst xrustal konyak dəsti, 1 ədəd zınqırov, 2 ədəd meduza gül qabı, 6 ədəd qara naxışlı bokal (Versace), 1 ədəd naxışlı ağ güldan (Versace), 6 ədəd qızılı rəngli şampan bokalı (Bohema), 6 ədəd qızılı rəngli şərab bokalı (Bohema), suvenirlər (oğlan-qız qaşlı, balerina, kəpənəkli çaşka), 1 dəst yaşıl rəngli, 6 nəfərlik 49 predmetdən ibarət serviz, 1 dəst çəhrayı rəngli 22 predmetdən ibarət çay servizi, 1 ədəd üzəri güllü ağ güldan, 12 ədəd araq rumkası (Dance), 6 ədəd yaşıl rəngli kobalt kasa, 6 ədəd ayağı qara rəngli şüşə bokallar, 6 ədəd qızılı rəngli, cızıqlı qaşlı bokallar, 12 ədəd xrustal iri bokallar, 1 dəst 3 ədəd qazandan ibarət dəst, 1 ədəd qızılı rəngli kül qabı, 1 ədəd qızılı rəngli qaşlı kiçik qab, 1 ədəd qızılı rəngli qaşlı şamdan, 2 ədəd suvenir (palmalı dəvə, qu quşu), 6 ədəd qızılı rəngli su stəkanı, 2 ədəd İran istehsalı, qızılı rəngli qara qaşlı qənd qabları, 1 ədəd İran istehsalı qızılı rəngli gülafdan, 1 dəst 7 predmetdən ibarət konyak dəsti (Bohema), 1 ədəd qrafin və 6 ədəd bokaldan ibarət kompot dəsti (TOM), 1 dəst yaşıl rəngli 7 predmetdən ibarət şərbət dəsti, 2 ədəd yaşıl rəngli balaca güldan (Bohema), 1 ədəd çəhrayı Bohema güldan və 1 ədəd qapaqlı konfet qabı, 1 ədəd ayaqlı, qapaqlı mürəbbə qabı (Ales), 2 ədəd qızılı rəngli, qaşlı salfet qabı, 2 ədəd meyvə qabı (Bohema), 2 ədəd qənd qabı (Bohema),1 ədəd güldan (Bohema), 6 ədəd armudu stəkanlar, 1 ədəd xrustal meyvə qabı, 1 ədəd xrustal güldan, 1 ədəd qırmızı xrustal güldan, 2 ədəd yaşıl meduza qab, 12 ədəd nəlbəki (Luisenburg), 6 ədəd ağ-qızılı rəngli nəlbəki, 24 ədəd içi güllü nəlbəki, 17 ədəd xrustal çay stəkanı, 2 ədəd göy rəngli peçenye qabı, 12 ədəd xrustal stəkan, 6 ədəd limon qabı (TOM), 2 ədəd mürəbbə vazı, 1 ədəd tozsoran (Franko), 1 ədəd paltaryuyan maşın (LG), 1 ədəd göy rəngli paltar səbəti, 1 ədəd çəhrayı vanna-vedrə, 1 ədəd pas-pas (vedrəsi ilə), 1 ədəd 3 gözlü kartof-soğan qabı, 1 ədəd qara rəngli stol + 6 ədəd qara rəngli stul, 1 ədəd balaca künc divanı, 1 ədəd 3x4 naxışlı gəbə, 1 ədəd qara rəngli soyuducu (Toshiba), 1 ədəd ağ rəngli mikrodalğalı soba (LG), 1 ədəd samovar formalı kompot qabı, 1 ədəd xrustal meyvə vazı, 1 ədəd çömçə-bıçaq dəsti (dəmir), 1 ədəd samovar-çaydan dəsti (AMS), 1 ədəd mantı qazanı (Galaksi), 1 ədəd multibişirici (Franko), 2 ədəd suvenir (ağ at), 1 ədəd böyük qazan (Premier), 1 ədəd ağ rəngli dəm çayniki, 1 ədəd böyük tava (Premier), 1 ədəd kapron başlıqlı su qabı, 6 ədəd dovğa kasası, 2 ədəd qapaqlı şüşə qənd qabı, 1 ədəd qara rəngli yağ-pendir qabı, 53 predmetli dördkünc ağ rəngli mətbəx servizi, 12 ədəd dəmir jülyen qabı, 5 ədəd şüşə duz qabı, 1 ədəd göy setkalı peçenye qabı, 1 ədəd bulud, 6 ədəd taxta qapaqlı ədviyyat qabı (3 böyük+3 balaca), 1 ədəd çəhrayı qapaqlı düyü qabı, 2 ədəd plastmas ədviyyat qabı, 1 ədəd həsir qulplu dəm çayniki, 6 ədəd göy rəngli çaşka-nəlbəki, 5 ədəd viski stəkanı, 8 ədəd coca-cola stəkanı, 2 ədəd şampan bokalı, 5 ədəd üzəri quş təsvirli su stəkanları, 7 ədəd araq rumkası (müxtəlif formalı), 4 ədəd içi güllü nəlbəki, 1 ədəd rozetka, 2 ədəd kofe fincanı, 1 ədəd şüşə qapaqlı lokum qabı, 1 ədəd kofe aparatı (Maxwell), 1 ədəd xrustal stəkanı, 8 ədəd müxtəlif çaşka, 1 ədəd kombayn (Korkmaz), 1 dəst üçlü keks qabı, 1 ədəd qoz çəkən, 1 ədəd qızrmızı bıçaq çemodanı (Mona Lisa), 1 ədəd dəmir çaydan və dəm çayniki (OMS), 1 ədəd mikser (Galaksi), 1 ədəd xəmir kəsən, 3 ədəd bənövşəyi tava,1 ədəd blinçik tavası, 5 ədəd qırmızı rəngli şirəli qazan, 4 ədəd qızılı rəngli qulplu qazan, 4 ədəd içi qara qazan, 5 ədəd böyüklü balacalı qazanlar (Miller Haus), 1 ədəd sarı rəngli şirəli qazan, 1 ədəd balaca şirəli qazan, 4 ədəd plastmas qırmızı qablar, 1 ədəd çəhrayı rəngli balaca keramika qabı, 3 ədəd kapron qapaqlı şüşə qabları, 2 ədəd dördkünc plastmas qapaqlı qablar, 1 ədəd un vedrəsi,1 ədəd sürtkəc, 3 ədəd şüşə soba qabı, 1 ədəd qırmızı rəngli keks qabı, 2 ədəd süzgəc, 4 ədəd plastmas ləyən, 1 ədəd balaca şirəli ləyən, 2 ədəd plastmas qulplu süzgəclər, 1 ədəd qırmızı rəngli soğan çəkən, 4 ədəd padnoslar, 2 ədəd sarımsaq əzən, 12 ədəd silikon keks qabları, 2 ədəd sita, 2 ədəd yumurta çalan (vençik),1 ədəd heyva doğrayan, 1 ədəd ət döyən, 1 ədəd kartof soyan, 1 ədəd banka açan, 1 ədəd qozqıran, 12 ədəd çay qaşığı, 12 ədəd tort çəngəli, 12 ədəd limon çəngəli, 6 ədəd bıçaq, 11 ədəd xörək qaşığı, 12 ədəd çəngəldən ibarət ayağı qızılı rəngli dəst, 5 ədəd bıçaq, 10 ədəd xörək qaşığı, 12 ədəd çəngəl, 7 ədəd çay qaşığı, 11 ədəd böyük qaşıqları olan qızılı rəngli cızıqlı dəst, 6 ədəd çömçə, 4 ədəd gündəlik bıçaqlar, 6 ədəd taxta qaşıqlar, 2 ədəd doğrama taxtası (1 taxta+ 1 plastmas) və 1 ədəd içi qırmızı divar saatı İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Lermontov küçəsi, 1-ci döngədə yerləşən 10 nömrəli fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-770/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-770/2024
05.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver