Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-89/2025 28.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh Əziz oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdeh (borclu) olan Cavabdeh 15.000 ABŞ dolları (25.500 manat ekvivalenti 1 ABŞ dolları 1.70 manat) məbləğində borc məbləğinin ödənişinin gecikdirilməsinə görə gecikdirilmiş 5 il müddət üçün illik 5 faiz həcmində hesablanmış yəni cəmi 6.375 manat məbləğində pul vəsaitinin cavabdehdən xeyrinə ödənilməsi tələbi barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 15.000 ABŞ dolları və xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 5.000 ABŞ dolları (25.500 manat ekvivalenti 1 ABŞ dolları=1.70 manat) pul vəsaiti iddiaçı tərəfindən cavabdehə borc olaraq verilmişdir. Cavabdeh 5.000 ABŞ dolları məbləğində pul vəsaitini xx.xx.2019-cü il tarixə kimi qaytarmağı və 15.000 ABŞ dolları məbləğində pul vəsaitinin isə 7.000 ABŞ dolları hissəsini xx.xx.2018-ci il tarixə və 8.000 ABŞ dolları hissəsini isə xx.xx.2018-ci il tarixə kimi qaytaracağını dair öz üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh üzərinə düşən öhdəliyi vaxtında icra etmədiyindən İddiaçı icra qeydinin tərtib edilməsi ilə bağlı notariat orqanına müraciət etmişdir. 2 saylı Gəncə regional «ASAN xidmət» mərkəzi Notariat Ofisində xx.xx.2022-ci il tarixli, 8İ-2282 reyestr nömrəli icra qeydinə əsasən Cavabdeh 15.000 ABŞ dolları (25.500 manat ekvivalenti 1 ABŞ dolları 1.70 manat) məbləğində pul vəsaitinin İddiaçı xeyrinə ödənilməlidir. Bununla əlaqədar icra qeydi Gəncə İcra İdarəsinə göndərilmişdir. İcraçı həmin borc ilə bağlı təqdimat vermiş və Gəncə Şəhər Məhkəməsinin qərarları ilə xəbərdarlıq və cərimə edilmişdir. Lakin bu günə kimi borcunu tam ödəməmişdir. Qanunvericiliyin tələbinə əsasən iddiaçı cavabdehdən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edir. Yəni 15.000 ABŞ dolları (25.500 manat ekvivalenti 1 ABŞ dolları=1.70 manat ) bu günə qədər 5 il müddət keçdiyindən hər il üçün 5 faizi ilə 1.275 manat, 5 ilə 6.375 manat gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğ hesablanmışdır. Sonda iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, şəxsi məsələləri ilə əlaqədar İddiaçı borc pul almışdır. Bununla bağlı onunla İddiaçı arasında kredit müqavilələri bağlanmışdır. O qeyd edilən kredit ödənişlərini vaxtında və tam şəkildə iddiaçıya ödəsə də İddiaçı onun barəsində əsassız olaraq icra qeydinin tərtib edilməsi ilə bağlı notariusa müraciət etmişdir. 2 saylı Gəncə regional «ASAN xidmət» mərkəzi notariat ofisində xx.xx.2022-ci il tarixli, 8İ-2282 reyestr nömrəli icra qeydinə əsasən 15.000 ABŞ dolları (25.500 manat ekvivalenti 1 ABŞ dolları 1.70 manat) məbləğində pul vəsaitinin İddiaçı xeyrinə ödənilməlidir. Hesab edir ki, həmin icra qeydi tamamilə əsassızdır. Bundan başqa xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə bütün borcunu ödədiyinə görə xx.xx.2022-ci il tarixdən sonra iddiaçıya bu müqavilə ilə bağlı heç bir ödəniş etməmişdir. Həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı ona qarşı «pul tələbi» barədə iddiası üzrə müddəti keçmişdir. Sonda Cavabdeh iddianın əsassız olduğunu və iddia üzrə iddia müddəti keçdiyindən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini (vəkilini) və cavabdehi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 53 saylı notariat ofisində xx.xx.2018-ci il tarixdə, 3M-1437 reyestr nömrə ilə təsdiq edilmiş kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 7.000 ABŞ dolları məbləğində pul vəsaitini xx.xx.2018-ci il tarixə və 8.000 ABŞ dolları məbləğində pul vəsaitini isə xx.xx.2018-ci il tarixə kimi geri qaytarmaq şərti ilə 15.000 ABŞ dolları (25.500 manat ekvivalenti 1 ABŞ dolları=1.70 manat) borc verilmişdir. İş materiallarında olan Bakı şəhəri 53 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə, 3M-2449 reyestr nömrə ilə təsdiq edilmiş kredit müqaviləsinin müddətinin uzadılması barədə sazişin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixdə, 3M-1437 reyestr nömrə ilə təsdiq edilmiş kredit müqaviləsinin 01 il müddətinə yəni xx.xx.2020-ci il tarixədək uzadılmışdır. İşdə olan 2 saylı Gəncə regional «ASAN xidmət» mərkəzi notariat ofisində xx.xx.2022-ci il tarixli, 8İ-2282 reyestr nömrə ilə təsdiq edilmiş icra qeydinin surətindən görünür ki, Cavabdeh 15.000 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı xeyrinə ödənilməlidir İş materiallarında olan 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzi notariat ofisində xx.xx.2022-ci il tarixdə 8İ-2501 reyestr nömrə ilə təsdiq edilmiş İddiaçı tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Cəfərova ünvanlanmış ərizənin surətindən görünür ki, 2 saylı Gəncə regional «ASAN xidmət» mərkəzi notariat ofisində xx.xx.2022-ci il tarixli, 8İ-2282 reyestr nömrə ilə təsdiq edilmiş icra qeydinə əsasən Cavabdeh tərəfindən 3.000 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmişdir. Qalıq borcun borclu Cavabdeh əmək haqqına yönəldilməsinə dair göstəriş verilməsi xahiş olunmuşdur. İşdə olan Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 117303/2022 nömrəli məktubun surətindən görünür ki, 2 saylı Gəncə regional «ASAN xidmət» mərkəzi notariat ofisində xx.xx.2022-ci il tarixli, 8İ-2282 reyestr nömrə ilə təsdiq edilmiş icra qeydinə əsasən Cavabdeh qalıq borcu 12.000 ABŞ dolları təşkil edir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(125)- 836/2023 nömrəli qərarından görünür ki, Cavabdeh barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Resxpublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İşdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(125)-3488/2023 nömrəli qərarından görünür ki, Cavabdeh Azərbaycan Resxpublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və ona 500 manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 117303/2022-4-26-006 nömrəli məktubdan görünür ki, 2 saylı Gəncə regional «ASAN xidmət» mərkəzi notariat ofisində xx.xx.2022-ci il tarixli, 8İ-2282 reyestr nömrə ilə təsdiq edilmiş icra sənədi üzrə borclu Cavabdeh bu günə olan borcu 12.000 ABŞ dolları təşkil edir. İşdə olan Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 2 saylı Gəncə regional «ASAN xidmət» mərkəzi notariat ofisində xx.xx.2022-ci il tarixli, 8İ-2282 reyestr nömrə ilə təsdiq edilmiş icra sənədi üzrə borclu Cavabdeh barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-5323/2024 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə, Bakı şəhəri 53 saylı Dövlət Notariat Kontoruna, 2 saylı Gəncə Regional «ASAN Xidmət» Mərkəzinin notariat ofisinə, Gəncə şəhər 2 saylı notariat ofisinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1, X2, X7, İddiaçı olmaqla «icra qeydinin ləğvi edilməsi» tələbinə dair iddia tələbi təmin edilməmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-3264/2025 nömrəli qətnaməsindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-5323/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-2914/2025 nömrəli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-3264/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-2838/2024 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh 5.780 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 78 manat pul tutularaq X4 ödənilməlidir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri 53 saylı notariat ofisində xx.xx.2018-ci il tarixdə, 3M-1437 reyestr nömrə ilə təsdiq edilmiş kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 7.000 ABŞ dolları məbləğində pul vəsaitini xx.xx.2018-ci il tarixə və 8.000 ABŞ dolları məbləğində pul vəsaitini isə xx.xx.2018-ci il tarixə kimi geri qaytarmaq şərti ilə 15.000 ABŞ dolları (25.500 manat ekvivalenti 1 ABŞ dolları=1.70 manat) məbləğində pul vəsaitini kredit vermişdir. Bakı şəhəri 53 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə, 3M-2449 reyestr nömrə ilə təsdiq edilmiş kredit müqaviləsinin müddətinin uzadılması barədə sazişinə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixdə, 3M-1437 reyestr nömrə ilə təsdiq edilmiş kredit müqaviləsinin 01 il müddətinə, yəni xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi könüllü şəkildə icra etmədiyindən 2 saylı Gəncə regional «ASAN xidmət» mərkəzi notariat ofisində xx.xx.2022-ci il tarixli, 8İ- 2282 reyestr nömrə ilə təsdiq edilmiş icra qeydinə əsasən Cavabdeh 15.000 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı xeyrinə ödənilməlidir. Bundan başqa, Cavabdeh tərəfindən 2 saylı Gəncə regional «ASAN xidmət» mərkəzi notariat ofisində xx.xx.2022-ci il tarixli, 8İ- 2282 reyestr nömrə ilə təsdiq edilmiş icra qeydi mübahisələndirilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-5323/2024 nömrəli qətnaməsinə əsasən Cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə, Bakı şəhəri 53 saylı Dövlət Notariat Kontoruna, 2 saylı Gəncə Regional «ASAN xidmət» Mərkəzinin notariat ofisinə, Gəncə şəhər 2 saylı notariat ofisinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1, X2, X7, İddiaçı olmaqla «icra qeydinin ləğvi edilməsi» tələbinə dair iddia tələbi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-3264/2025 nömrəli qətnaməsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-5323/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(102)-2914/2025 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-3264/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda İddiaçı Cavabdeh qarşı cavabdeh (borclu) olan Cavabdeh 15.000 ABŞ dolları (25.500 manat ekvivalenti 1 ABŞ dolları 1.70 manat) məbləğində borc məbləğinin ödənişinin gecikdirilməsinə görə gecikdirilmiş 5 il müddət üçün illik 5 faiz həcmində hesablanmış, yəni cəmi 6.375 manat məbləğində pul vəsaitinin cavabdehdən xeyrinə ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddianın əsassız olduğunu, həmçinin iş üzrə iddia müddəti keçdiyindən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 29 mart tarixli qərarında göstərilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Həmçinin həmin qərarda göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 373.2 və 373.3-cü maddələrinə görə müqavilə tələbləri üzrə və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 432.1-ci maddəsinə görə əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası). Həmin Məcəllənin 554.3-cü maddəsinə görə əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Məhkəmə mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, İddiaçı Cavabdeh qarşı «pul tələbinə» dair iddiası qismən, yəni əsas borcun əvəzi qismində 12.000 ABŞ dollları məbləğində pul vəsaitinin 5 faizi məbləğində İŞEŞİbrahimovdan İddiaçı xeyrinə tutulması tələbinə dair hissədə əsaslı olsa da, digər hissədə əsassızdır. Belə ki, qeyd olunan icra sənədi üzrə borclu Cavabdeh tərəfindən 3.000 ABŞ dolları məbləğində ödəniş edilmiş və onun 2 saylı Gəncə regional «ASAN xidmət» mərkəzi notariat ofisində xx.xx.2022-ci il tarixli, 8İ-2282 reyestr nömrə ilə təsdiq edilmiş icra qeydinə əsasən əsasən borcu 12.000 ABŞ dolları təşkil etmişdir. Qeyd olunan xüsusat Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 117303/2022 nömrəli məktubla və Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 117303/2022-4-26-006 nömrəli məktubla da öz əksini tapmışdır. Lakin Cavabdeh İddiaçı hazırki tələbini qəbul etməməklə yanaşı, iddia müddətinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən göründüyü kimi hazırki halda iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsində göstərilən hüququ qanundan irəli gələn tələbə bənzəsə də, əsl həqiqətdə müqavilədən yaranan və vaxtaşırı icra edilməli olan öhdəliklərdən irəli gələn hüquqdur. Belə ki, qanundan irəli gələn tələb etmə hüququnun əsasında onların istinad edə biləcəyi əqd mövcud olmadığından, ya da əqd mövcud olsa da etibarlı olmadığından tərəflərin tələb etmə zamanı istinad etdiyi yeganə əsas qanuna əsaslanan tələb olur və belə tələb ümumi iddia müddətinə tabe tutulur. Hazırki halda tələbin məzmunundan da cavabdehin iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını gecikdirdiyindən əsas borc məbləğinə 5 faiz dərəcəsi ilə hesablanan pul vəsaitinin tələb olunduğu görünür. Digər tərəfdən borclunun icranı gecikdirməsi ilə bağlı olan pul tələbi əsas tələbə söykənən əlavə tələbdir. Məsələn, iddiaçı ona məxsus pul vəsaitinin oğurlanması ilə əlaqədar həmin pul vəsatinin qaytarılması öhdəliyinin gecikdirilməsinə görə cavabdehdən illik beş faiz ödənilməsini tələb etdiyi halda tətbiq edilməli iddia müddəti ümumi; müqavilə münasibətlərdən irəli gələn öhdəliyin icrasının gecikdirilməsinə görə cavabdehdən illik beş faiz ödənilməsini tələb etdiyi halda tətbiq edilməli iddia müddəti müqavilə münasibətləri üzrə tətbiq edilməli olan iddia müddətidir. Beləliklə məhkəmənin ifadə etdiyi mövqe ondan ibarətdir ki, əsas tələb üzrə iddia müddəti hansı münasibətə əsaslanır və tabe tutulursa, əlavə tələb üzrə iddia müddəti də həmin münasibətə əsaslanmalı və ona tabe tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsində nəzərdə tutulan tələbin əlavə tələb olmasına dair hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini formalaşdıran xx.xx.2023-cü il tarixli 2(102)-2894/2023 nömrəli qərarında da (50-52-ci bəndlər) ifadə olunmuşdur. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə xx.xx.2024-cü il tarixdə məhkəmədə iddia qaldırmış, Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı ödənilməmiş əsas borcu 12.000 ABŞ dolları məbləğində olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh X5 xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək 12.000 ABŞ məbləğində əsas borca illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 2.850 ABŞ dolları məbləğində (12.000 ABŞ dolları % 5 x 3 il 9 ay 19 gün il) pul vəsaiti ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də, məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 68 manat 45 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh 2.850 (iki min səkkiz yüz əlli) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 68 (altmış səkkiz) manat 45 (qırx beş) qəpik məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-89/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-89/2025
28.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver