Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-94/2024 23.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X18 Əli oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 etibarnamə üzrə nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına qarşı “ipoteka müqaviləsi üzrə ipoteka yüklülüyündən azad edilmə və ipoteka predmetlərinin ipotekadan azad edilməsi” tələbinə dair mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı2, İddiaçı1 və X8 (X5 hüquqi varisi) cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına "xxxx" MMC-yə, İddiaçı3 və üçüncü şəxslər X6 və X7 qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edib, "xxxx" MMC BOKT qarşısında "xxxx" MMC-nin 10 mart 2011-ci il tarixli 8 nömrəli kredit müqaviləsi, 16 mart 2011-ci il tarixli 1 nömrəli əlavə və xx.xx.2013-cü il tarixli 2 saylı əlavə üzrə öhdəliklərə xitam verilməsi, 10 mart 2011-ci il tarixli 8/1 nömrəli ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, X9 məxsus Tovuz rayonu Alakol kəndində 0,30 torpaq sahəsində yerləşən 887,7 kv.m ümumi, 887,7 kv.m əsas sahədən ibarət olan əmlak kompleksinin ipotekadan azad edlməsi, 10 mart 2011-ci il tarixli 8/2 nömrəli ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, İddiaçı2 məxsus Tovuz rayonu Əlimərdanlı kəndində 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 91,9 kv.m yaşayış, 236,9 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin ipotekadan azad edlməsi, 10 mart 2011-ci il tarixli 8/3 nömrəli ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, İddiaçı1 məxsus Tovuz rayonu, Qaraxanlı kəndində 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 57,2 kv.m yaşayış, 88 kv.m köməkçi sahədən ibarət olan yaşayış evinin ipotekadan azad edilməsi, X1 məxsus Tovuz rayonu Alakol kəndində 0,30 torpaq sahəsində yerləşən 887,7 kv.m ümumi, 887,7 kv.m əsas sahədən ibarət olan miras əmlaka X2 vərəsəlik hüququnun tanınması və miras əmlaka payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 mart 2011-ci il tarixli 8 nömrəli kredit müqaviləsinə əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan kredit təşkilatı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 36 ay müddətinə, illik 8 faizlə, 127800 manat məbləğində kredit xətti açılmışdır. Eləcə də kredit vəsaitlərini borcalana açılmış xətt üzrə tranşlarla, hər tranşın müddəti 1 il olmaqla verilməli, borcalan isə açılan kredit xətti çərçivəsində borc vəsaitinin təyinatı üzrə istifadəsini və istifadəyə görə hesablanmış faizlərlə birlikdə geri qaytarmağı öhdəsinə götürmüşdür. 10 mart 2011-ci il tarixli 8/1 nömrəli ipoteka müqaviləsinə əsasən, X16 10 mart 2011-ci il tarixli 8 nömrəli kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə mülkiyyətində olan Tovuz rayonu Alakol kəndində 0,30 torpaq sahəsində yerləşən 887,7 kv.m ümumi, 887,7 kv.m əsas sahədən ibarət olan əmlak kompleksini "xxxx" MMC BOKT xeyrinə ipoteka ilə yüklü etmişdir. 10 mart 2011-ci il tarixli 8/2 nömrəli ipoteka müqaviləsinə əsasən, İddiaçı2 10 mart 2011-ci il tarixli 8 nömrəli kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə mülkiyyətində olan Tovuz rayonu Əlimərdanlı kəndində 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 91,9 kv.m yaşayış, 236,9 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evini "xxxx" MMC BOKT xeyrinə ipoteka ilə yüklü etmişdir. 10 mart 2011-ci il tarixli 8/3 nömrəli ipoteka müqaviləsinə əsasən, İddiaçı1 10 mart 2011-ci il tarixli 8 nömrəli kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə mülkiyyətində olan Tovuz rayonu, Qaraxanlı kəndində 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 57,2 kv.m yaşayış, 88 kv.m köməkçi sahədən ibarət olan yaşayış evini "xxxx" MMC BOKT xeyrinə ipoteka ilə yüklü etmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, X5 mülkiyyətində olan Tovuz rayonu Alakol kəndində yerləşən əmlak kompleksinin 10 mart 2011-ci il tarixli 8 nömrəli kredit müqaviləsi üzrə 127800 manat kredit öhdəliyi üzrə "xxxx" MMC BOKT qarşısında 36 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, İddiaçı2 mülkiyyətində olan Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən fərdi yaşayış evi 10 mart 2011-ci il tarixli 8 nömrəli kredit müqaviləsi üzrə 127800 manat kredit öhdəliyi üzrə "xxxx" MMC BOKT qarşısında 36 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, X10 mükiyyətində olan Tovuz rayonu, Qaraxanlı kəndində 0,08 ha torpaq sahəsində yerləşən yaşayış evi 10 mart 2011-ci il tarixli 8 kredit müqaviləsi üzrə 127800 manat kredit öhdəliyi üzrə "xxxx" MMC BOKT qarşısında 36 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan kredit təşkilatı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2011-ci il tarixli 8 saylı kredit müqaviləsinə 16 mart 2011-ci il tarixli 1 nömrəli əlavədən görünür ki, "xxxx" MMC BOKT tərəfindən "xxxx" MMC-yə illik 8 faiz olmaqla, 12 ay müddətinə 127800 manat kredit verilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan kredit təşkilatı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2011-ci il tarixli 8 saylı kredit müqaviləsinə xx.xx.2013-cü il tarixli 2 saylı əlavədən görünür ki, "xxxx" MMC BOKT tərəfindən "xxxx" MMC-yə illik 10 faiz həcmində, 11 ay müddətinə 125.000 manat məbləğində kredit verilmiş, cavabdeh Cəmiyyət qrafikdə müəyyən olunmuş qaydada və müddətdə əsas və faiz borclarını ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı cavabdehlər "xxxx" MMC-yə, X9, İddiaçı2, X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borcludan 10 mart 2011-ci il tarixli, 8 saylı kredit müqaviləsinə əsasən verilmiş 125.000 manat məbləğində kreditin 64.103 manat hissəsi üzrə (X9 aid əmlak üzrə verilən məbləğ) 26.589,70 manat əsas borc, 6.741 manat faiz borcu, 919,80 manat cərimə, cəmi 34.250,50 manat, 41.667 manat hissəsi üzrə (İddiaçı2 aid əmlak üzrə verilən məbləğ)17.283,30 manat əsas borc, 4.381,70 manat faiz borcu, 597,80 manat cərimə, cəmi 22.262,80 manat, 19.231 manat hissəsi üzrə (X3 aid əmlak üzrə verilən məbləğ) 7.976,90 manat əsas borc, 2.022,30 manat faiz borcu, 275,90 manat cərimə, cəmi 10.275,20 manat, ümumilikdə əsas borc, faiz və cərimələr daxil olmaqla 66.788,50 manat pulun və həmçinin 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, əmlakların açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdehlərə qaytarılması, ipoteka predmetilərinə tutma yönəldikdən və əmlaklar satıldıqdan sonra yaşayış evlərində yaşayanların 1 ay müddətində çıxarılaraq evlərin və əmlak kompleksinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(044)-2867/2016 nömrəli iş üzrə 12 iyul 2016-cı il tarixli qətnaməsi ilə (hakim Mahir Niftəliyev) iddia təmin edilmişdir. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-113/2019 nömrəli iş üzrə 26 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Fikrət Mehtiyev və Azər Bayramov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin olunmuş, cavabdeh "xxxx" MMCdən 10 mart 2011-ci il tarixli, 8 saylı kredit müqaviləsinə xx.xx.2013-cü il tarixli 2 saylı əlavə üzrə əsas borc üzrə 51.850 manat, faiz borcu üzrə 13.145 manat və cərimə üzrə 1.793,50 manat olmaqla, cəmi 66.788,50 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissələrdə təmin edilməmişdir. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 iyun 2020-ci il tarixli 2(102)-2181/2020 nömrəli qərarı ilə (hakimlər Abiddin Hüseynovun sədrliyi və məruzəsi ilə, hakimlər Əhməd Nurməmmədovdan və Əhməd Əhmədovdan ibarət tərkibdə) kassasiya şikayəti təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2019-cu il tarixli 2(104)-113/2019 nömrəli qətnaməsi ipoteka predmetlərinə tutma yönəldilməsi tələbinin təmin olunmaması hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-638/2021 nömrəli, 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Rəhman Muradovun sədrliyi və məruzəsi, hakimlər Ədil Məmmədovdan və Çingiz Məmmədovdan ibarət tərkibdə) tutmanın ipoteka predmetlərinə yönəldilməsinin təmin edilməsi hissəsində cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyul 2016-cı il tarixli 2(044)-2867/2016 nömrəli qətnaməsi “Tutmanın ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə Tovuz rayonu Alakol kənd sakini X9 məxsus Tovuz rayonu Alakol kəndində 0,30 torpaq sahəsində yerləşən 887,7 kv.m ümumi, 887,7 kv.m əsas sahədən ibarət olan əmlak kompleksinə, Tovuz rayonu Əlimərdanlı kənd sakini İddiaçı2 məxsus olan Tovuz rayonu Əlimərdanlı kəndində 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 91,9 kv.m yaşayış, 236,9 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə və Tovuz rayonu Qaraxanlı kəndində yaşayan X3 məxsus Tovuz rayonu Qaraxanlı kəndində 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 57,2 kv.m yaşayış, 88 kv.m köməkçi sahədən ibarət olan yaşayış evinə yönəldilməsi və həmin əmlakların açıq hərrac yolu ilə satılaraq satışdan əldə olunan vəsait hesabına "xxxx" MMC Bank olmayan kredit təşkilatına olan borcun ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdehlərə (əmlak sahiblərinə) qaytarılması, X9 məxsus Tovuz rayonu, Alakol kəndində 0,30 torpaq sahəsində yerləşən 887,7 kv.m ümumi, 887,7 kv.m əsas sahədən ibarət olan əmlak kompleksinə, İddiaçı2 məxsus olan Tovuz rayonu, Əlimərdanlı kəndində 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 91,9 kv.m yaşayış, 236,9 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə, X3 məxsus Tovuz rayonu, Qaraxanlı kəndində 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 57,2 kv.m yaşayış, 88 kv.m köməkçi sahədən ibarət olan yaşayış evinə tutma yönəldikdən və əmlaklar satılqdıqdan sonra həmin evlərdə yaşayanların 1 (bir) ay müddətində evlərdən çıxarılaraq evlərin və X9 məxsus əmlak kompleksinin boşaldılması” hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2022-ci il tarixli 2(102)-3159/2022 nömrəli qərarı ilə (hakimlər İlqar Xələfovun sədrliyi və məruzəsi ilə, hakimlər İsmayıl Xəlilovdan və Ələsgər Əliyevdən ibarət tərkibdə) kassasiya şikayətinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-638/2021 nömrəli, 30 iyun 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Tərəfimdən yuxarıda qeyd edilən əmlaklarla bağlı AR İN yanında ƏMDX DƏDK və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi İdarəsinə sorğu edilmiş və xx.xx.2023-cü il tarixli 3-21-2-37/2-1392/2023 saylı məktubundan görünür ki, İddiaçı2 adına olanTovuz rayonu, Əlimərdanlı kəndində yerləşən fərdi yaşayış evinin "xxxx" MMC BOKT-un xeyrinə xx.xx.2011-ci il tarixdə ipoteka ilə yüklü edilmişdir. AR İN yanında ƏMDX DƏDK və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-2-37/2-1361/2023 saylı məktubundan görünür ki, X5 adına olan Tovuz rayonu, Alakol kəndində yerləşən fərdi yaşayış evinin "xxxx" MMC BOKT-un xeyrinə xx.xx.2011-ci il tarixdə ipoteka ilə yüklü edilmişdir. AR İN yanında ƏMDX DƏDK və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-2-37/2- 1399/2023 saylı məktubundan görünür ki, İddiaçı1 adına olan Tovuz rayonu, Qaraxanlı kəndində yerləşən fərdi yaşayış evinin "xxxx" MMC BOKT-un xeyrinə xx.xx.2011-ci il tarixdə ipoteka ilə yüklü edilmişdir. Yuxarıdakı məhkəmə qərarlarından görünür ki, İddiaçı2 adına olanTovuz rayonu, Əlimərdanlı kəndində yerləşən fərdi yaşayış evi, X5 adına olan Tovuz rayonu, Alakol kəndində yerləşən fərdi yaşayış evi, İddiaçı1 adına olan Tovuz rayonu, Qaraxanlı kəndində yerləşən fərdi yaşayış evi əsassız yerə "xxxx" MMC BOKT-un xeyrinə ipoteka ilə yüklü olaraq qalır. Ona görə də hazırda qeyd edilən fərdi yaşayış evlərinin“ipoteka predmetinin ipotekadan azad edilməsi və ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilir. Diqqətinizə çatdırılır ki, məhkəmənin icraatında analoji iş üzrə iş olmuşdur. Belə ki, iddiaçılar X12 və Həsənova Svetlana Mustafa qızı cavabdehlər "xxxx" MMC-yə və "xxxx" MMC-yə qarşı “kredit müqavilələri üzrə öhdəliklərə xitam verilməsi, ipoteka predmetinin ipotekadan azad edilməsi, ipoteka müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC BOKT qarşısında "xxxx" MMC-nin xx.xx.2012 və xx.xx.2012-ci il tarixli kredit müqavilələri üzrə öhdəliklərinə xitam verilməsi, Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsində olan 0.05 ha torpaq sahəsində yerləşən 1 mətəbəli, 3 otaqlı, 105.8 kv.m yaşayış, 88.1 kv.m köməkçi sahədən ibarət 112A nömrəli fərdi yaşayış evinin ipotekadan azad edilməsi və ipotekaya xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 10 yanvar 2022-ci il tarixli 2(044)-70/2022 saylı qətnaməsi ilə (hakim G.Şirinov) iddia tələbi təmin edilməmişdir. İddiaçılar apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişlər. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)- 1540/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – X17 (sədrlik edən və məruzəçi), X11 və X13) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İddiaçılar kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Daha sonra kassasiya şikayətinə əlavə verilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-37/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qərarı ilə iddiaçılar X4 və Həsənova Svetlana Mustafa qızının kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1540/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qətnaməsinin qismən, “ipoteka predmetinin ipotekadan azad edilməsinin və ipotekaya xitam verilməsinin rədd edilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə yeni qərar çıxarılmaqla iddianın təmin edilməsi, xx.xx.2010-cu il tarixli 5/1 saylı ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi və iddiaçılar X12 və Həsənova Svetlana Mustafa qızına məxsus Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsində olan 0.05 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 105.8 kv.m yaşayış, 88.1 kv.m köməkçi sahədən ibarət 112A nömrəli fərdi yaşayış evinin ipotekadan azad edilməsi qərara alınmışdır. Qeyd edilən analoji qərardan da görünür ki, hazırki iddia tam əsaslıdır və təmin olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 307.4-cü maddəsinə əsasən, əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. İpoteka müqaviləsində göstərilməli olan şərtlər “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində əks olunmuşdur. Həmin maddəyə görə, ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Lakin Mülki Məcəllənin 307.4-cü və “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində ipoteka müqaviləsində göstərilməli olan zəruri şərtlər dəqiq müəyyən olunmamışdır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ipoteka müqaviləsinin bağlanması üçün də kredit xətti müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsinin mühüm şərtlərinə dəyişiklik edildikdə ipoteka müqaviləsində də müvafiq düzəlişlər edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 14-cü maddəsində qeyd olunur ki, ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı aparılmalıdır. Yəni həmin dəyişikliklər barədə ipoteka qoyan şəxsin məlumatı və razılığı olmalıdır. Bundan başqa bildirilir ki, ipoteka qoyan şəxslərdən X16 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir və o vəfat edəndən sonra ondan qalan miras əmlakı birinci növbə vərəsəsi kimi X8 qəbul etmişdir. Bu faktı mərhum Ş.Abbasovun vərəsələrindən İddiaçı3, X14, X15 da təsdiq edə bilərlər. Bununla bağlı tərəflər məhkəmədə iştriak edərkən iddianın əsaslı olmasını etiraf edəcəklər. Odur ki, "xxxx" MMC BOKT qarşısında "xxxx" MMC-nin 10 mart 2011-ci il tarixli 8 nömrəli kredit müqaviləsi, 16 mart 2011-ci il tarixli 1 nömrəli əlavə və xx.xx.2013-cü il tarixli 2 saylı əlavə üzrə öhdəliklərə xitam verilməsi, 10 mart 2011-ci il tarixli 8/1 nömrəli ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, X9 məxsus Tovuz rayonu Alakol kəndində 0,30 torpaq sahəsində yerləşən 887,7 kv.m ümumi, 887,7 kv.m əsas sahədən ibarət olan əmlak kompleksinin ipotekadan azad edlməsi, 10 mart 2011-ci il tarixli 8/2 nömrəli ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, İddiaçı2 məxsus Tovuz rayonu Əlimərdanlı kəndində 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 91,9 kv.m yaşayış, 236,9 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin ipotekadan azad edlməsi, 10 mart 2011-ci il tarixli 8/3 nömrəli ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, İddiaçı1 məxsus Tovuz rayonu, Qaraxanlı kəndində 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 57,2 kv.m yaşayış, 88 kv.m köməkçi sahədən ibarət olan yaşayış evinin ipotekadan azad edlməsi, 5. X1 məxsus Tovuz rayonu Alakol kəndində 0,30 torpaq sahəsində yerləşən 887,7 kv.m ümumi, 887,7 kv.m əsas sahədən ibarət olan miras əmlaka X2 vərəsəlik hüququnun tanınması və miras əmlaka payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Gəncə şəhər Məhkəməsinin e-2(125)-3445/2023 saylı 02 may 2023-cü il tarixli qərardadı ilə iddiaçılar X8, İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC BOKT, "xxxx" və üçüncü şəxslər X14 və X7 qarşı kredit müqavilələri üzrə öhdəliklərə xitam verilməsi, ipoteka predmetinin ipotekadan azad edilməsi, ipotekaya xitam verilməsi və miras əmlaka payın tanınması tələbinə dair iddia ərizəsi X1 məxsus Tovuz rayonu Alakol kəndində 0,30 torpaq sahəsində yerləşən 887,7 kv.m ümumi, 887,7 kv.m əsas sahədən ibarət olan miras əmlaka X2 vərəsəlik hüququnun tanınması və miras əmlaka payının müəyyən edilməsi hissəsində baxılmamış saxlanılmışdır. Gəncə şəhər Məhkəməsinin e-2(125)-3445/2023 saylı 05 iyun 2023-cü il tarixli qərardadı ilə iddiaçılar X8, İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC BOKT, "xxxx" və üçüncü şəxslər X14 və X7 qarşı kredit müqavilələri üzrə öhdəliklərə xitam verilməsi, ipoteka predmetinin ipotekadan azad edilməsi, ipotekaya xitam verilməsi tələbinə dair iddia tələbinin "xxxx" MMC BOKT qarşısında "xxxx" MMC-nin 10 mart 2011-ci il tarixli 8 nömrəli kredit müqaviləsi, 16 mart 2011-ci il tarixli 1 nömrəli əlavə və xx.xx.2013-cü il tarixli 2 saylı əlavə üzrə öhdəliklərə xitam verilməsi hissəsinə xitam verilmişdir. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-3435/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı X8 əsl İddiaçı3 ilə əvəz edilmişdir. İddiaçıların nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək “10 mart 2011-ci il tarixli 8/1 nömrəli ipoteka müqaviləsi üzrə X9 məxsus Tovuz rayonu Alakol kəndində 0,30 torpaq sahəsində yerləşən 887,7 kv.m ümumi, 887,7 kv.m əsas sahədən ibarət olan əmlak kompleksinin ipoteka yüklülüyündən azad edilməsi, İddiaçı2 məxsus Tovuz rayonu Əlimərdanlı kəndində 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 91,9 kv.m yaşayış, 236,9 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi, İddiaçı1 məxsus Tovuz rayonu, Qaraxanlı kəndində 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 57,2 kv.m yaşayış, 88 kv.m köməkçi sahədən ibarət olan yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi, Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verib iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasıns səlahiyyətli nümayəndəsini göndərməmişdir. Məhkəmə işə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların etibarnamə üzrə nümayəndəsi Vəkil izahatını iş materialları ilə əlaqəli araşdıraraq belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10 mart 2011-ci il tarixli 8 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan kredit təşkilatı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 36 ay müddətinə, illik 8 faizlə, 127800 manat məbləğində kredit xətti açılmışdır. Eləcə də kredit vəsaitlərini borcalana açılmış xətt üzrə tranşlarla, hər tranşın müddəti 1 il olmaqla verilməli, borcalan isə açılan kredit xətti çərçivəsində borc vəsaitinin təyinatı üzrə istifadəsini və istifadəyə görə hesablanmış faizlərlə birlikdə geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 10 mart 2011-ci il tarixli 8/1 nömrəli ipoteka müqaviləsindən görünür ki, X9 məxsus Tovuz rayonu Alakol kəndində 0,30 torpaq sahəsində yerləşən 887,7 kv.m ümumi, 887,7 kv.m əsas sahədən ibarət olan əmlak kompleksi "xxxx" MMC BOKT-un xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan 10 mart 2011-ci il tarixli 8/2 nömrəli ipoteka müqaviləsindən görünür ki, İddiaçı2 10 mart 2011-ci il tarixli 8 nömrəli kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə mülkiyyətində olan Tovuz rayonu Əlimərdanlı kəndində 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 91,9 kv.m yaşayış, 236,9 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evini "xxxx" MMC BOKT-un xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan 10 mart 2011-ci il tarixli 8/3 nömrəli ipoteka müqaviləsindən görünür ki, İddiaçı1 10 mart 2011-ci il tarixli 8 nömrəli kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə mülkiyyətində olan Tovuz rayonu, Qaraxanlı kəndində 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 57,2 kv.m yaşayış, 88 kv.m köməkçi sahədən ibarət olan yaşayış evini "xxxx" MMC BOKT-un xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, X5 mülkiyyətində olan Tovuz rayonu Alakol kəndində yerləşən əmlak kompleksinin 10 mart 2011-ci il tarixli 8 nömrəli kredit müqaviləsi üzrə 127800 manat kredit öhdəliyi üzrə "xxxx" MMC BOKT qarşısında 36 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, İddiaçı2 mülkiyyətində olan Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən fərdi yaşayış evi 10 mart 2011-ci il tarixli 8 nömrəli kredit müqaviləsi üzrə 127800 manat kredit öhdəliyi üzrə "xxxx" MMC BOKT qarşısında 36 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, X10 mükiyyətində olan Tovuz rayonu, Qaraxanlı kəndində 0,08 ha torpaq sahəsində yerləşən yaşayış evi 10 mart 2011-ci il tarixli 8 kredit müqaviləsi üzrə 127800 manat kredit öhdəliyi üzrə "xxxx" MMC BOKT qarşısında 36 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan kredit təşkilatı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2011-ci il tarixli 8 saylı kredit müqaviləsinə 16 mart 2011-ci il tarixli 1 nömrəli əlavədən görünür ki, "xxxx" MMC BOKT tərəfindən "xxxx" MMC-yə illik 8 faiz olmaqla, 12 ay müddətinə 127800 manat kredit verilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan kredit təşkilatı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2011-ci il tarixli 8 saylı kredit müqaviləsinə xx.xx.2013-cü il tarixli 2 saylı əlavədən görünür ki, "xxxx" MMC BOKT tərəfindən "xxxx" MMC-yə illik 10 faiz həcmində, 11 ay müddətinə 125.000 manat məbləğində kredit verilmiş, cavabdeh Cəmiyyət qrafikdə müəyyən olunmuş qaydada və müddətdə əsas və faiz borclarını ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan AR İN yanında ƏMDX DƏDK və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-2-37/2-1392/2023 saylı məktubundan görünür ki, İddiaçı2 adına olan Tovuz rayonu, Əlimərdanlı kəndində yerləşən fərdi yaşayış evinin "xxxx" MMC BOKT-un xeyrinə xx.xx.2011-ci il tarixdə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan AR İN yanında ƏMDX DƏDK və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi İdarəsinin AR İN yanında ƏMDX DƏDK və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-2-37/2-1361/2023 saylı məktubundan görünür ki, X5 adına olan Tovuz rayonu, Alakol kəndində yerləşən fərdi yaşayış evinin "xxxx" MMC BOKT-un xeyrinə xx.xx.2011-ci il tarixdə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan AR İN yanında ƏMDX DƏDK və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi İdarəsinin AR İN yanında ƏMDX DƏDK və Reyestri PHŞ 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-2-37/2-1399/2023 saylı məktubundan görünür ki, İddiaçı1 adına olan Tovuz rayonu, Qaraxanlı kəndində yerləşən fərdi yaşayış evinin "xxxx" MMC BOKT-un xeyrinə xx.xx.2011-ci il tarixdə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2867/2016 nömrəli iş üzrə 12 iyul 2016-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan kredit təşkilatının cavabdehlər "xxxx" MMC-yə, X9, İddiaçı2, X3 qarşı iddianın təmin edilməsi, borcludan 10 mart 2011-ci il tarixli, 8 saylı kredit müqaviləsinə əsasən verilmiş 125.000 manat məbləğində kreditin 64.103 manat hissəsi üzrə (X9 aid əmlak üzrə verilən məbləğ) 26.589,70 manat əsas borc, 6.741 manat faiz borcu, 919,80 manat cərimə, cəmi 34.250,50 manat, 41.667 manat hissəsi üzrə (İddiaçı2 aid əmlak üzrə verilən məbləğ) 17.283,30 manat əsas borc, 4.381,70 manat faiz borcu, 597,80 manat cərimə, cəmi 22.262,80 manat, 19.231 manat hissəsi üzrə (X3 aid əmlak üzrə verilən məbləğ) 7.976,90 manat əsas borc, 2.022,30 manat faiz borcu, 275,90 manat cərimə, cəmi 10.275,20 manat, ümumilikdə əsas borc, faiz və cərimələr daxil olmaqla 66.788,50 manat pulun və həmçinin 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, əmlakların açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin hesabına borcun ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdehlərə qaytarılması, ipoteka predmetlərinə tutma yönəldikdən və əmlaklar satıldıqdan sonra yaşayış evlərində yaşayanların 1 ay müddətində çıxarılaraq evlərin və əmlak kompleksinin boşaldılması qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)- 113/2019 nömrəli iş üzrə 26 sentyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin olunmuş, cavabdeh "xxxx" MMC-dən 10 mart 2011-ci il tarixli, 8 saylı kredit müqaviləsinə xx.xx.2013-cü il tarixli 2 saylı əlavə üzrə əsas borc üzrə 51.850 manat, faiz borcu üzrə 13.145 manat və cərimə üzrə 1.793,50 manat olmaqla, cəmi 66.788,50 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissələrdə təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 iyun 2020-ci il tarixli 2(102)-2181/2020 nömrəli qərarından görünür ki, kassasiya şikayəti təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2019-cu il tarixli 2(104)-113/2019 nömrəli qətnaməsi ipoteka predmetlərinə tutma yönəldilməsi tələbinin təmin olunmaması hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)- 638/2021 nömrəli, 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə tutmanın ipoteka predmetlərinə yönəldilməsinin təmin edilməsi hissəsində cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyul 2016-cı il tarixli 2(044)-2867/2016 nömrəli qətnaməsi “Tutmanın ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə Tovuz rayonu Alakol kənd sakini X9 məxsus Tovuz rayonu Alakol kəndində 0,30 torpaq sahəsində yerləşən 887,7 kv.m ümumi, 887,7 kv.m əsas sahədən ibarət olan əmlak kompleksinə, Tovuz rayonu Əlimərdanlı kənd sakini İddiaçı2 məxsus olan Tovuz rayonu Əlimərdanlı kəndində 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 91,9 kv.m yaşayış, 236,9 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə və Tovuz rayonu Qaraxanlı kəndində yaşayan X3 məxsus Tovuz rayonu Qaraxanlı kəndində 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 57,2 kv.m yaşayış, 88 kv.m köməkçi sahədən ibarət olan yaşayış evinə yönəldilməsi və həmin əmlakların açıq hərrac yolu ilə satılaraq satışdan əldə olunan vəsait hesabına "xxxx" MMC Bank olmayan kredit təşkilatına olan borcun ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdehlərə (əmlak sahiblərinə) qaytarılması, X9 məxsus Tovuz rayonu, Alakol kəndində 0,30 torpaq sahəsində yerləşən 887,7 kv.m ümumi, 887,7 kv.m əsas sahədən ibarət olan əmlak kompleksinə, İddiaçı2 məxsus olan Tovuz rayonu, Əlimərdanlı kəndində 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 91,9 kv.m yaşayış, 236,9 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə, X3 məxsus Tovuz rayonu, Qaraxanlı kəndində 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 57,2 kv.m yaşayış, 88 kv.m köməkçi sahədən ibarət olan yaşayış evinə tutma yönəldikdən və əmlaklar satılqdıqdan sonra həmin evlərdə yaşayanların 1 (bir) ay müddətində evlərdən çıxarılaraq evlərin və X9 məxsus əmlak kompleksinin boşaldılması” hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2022-ci il tarixli 2(102)-3159/2022 nömrəli qərarı ilə (hakimlər İlqar Xələfovun sədrliyi və məruzəsi ilə, hakimlər İsmayıl Xəlilovdan və Ələsgər Əliyevdən ibarət tərkibdə) kassasiya şikayətinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-638/2021 nömrəli, 30 iyun 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, 10 mart 2011-ci il tarixli 8 nömrəli kredit müqaviləsinə əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan kredit təşkilatı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 36 ay müddətinə, illik 8 faizlə, 127800 manat məbləğində kredit xətti açılmışdır. Eləcə də kredit vəsaitlərini borcalana açılmış xətt üzrə tranşlarla, hər tranşın müddəti 1 il olmaqla verilməli, borcalan isə açılan kredit xətti çərçivəsində borc vəsaitinin təyinatı üzrə istifadəsini və istifadəyə görə hesablanmış faizlərlə birlikdə geri qaytarmağı öhdəsinə götürmüşdür. 10 mart 2011-ci il tarixli 8/1 nömrəli ipoteka müqaviləsinə əsasən, X16 10 mart 2011-ci il tarixli 8 nömrəli kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə mülkiyyətində olan Tovuz rayonu Alakol kəndində 0,30 torpaq sahəsində yerləşən 887,7 kv.m ümumi, 887,7 kv.m əsas sahədən ibarət olan əmlak kompleksini "xxxx" MMC BOKT xeyrinə ipoteka ilə yüklü etmişdir. 10 mart 2011-ci il tarixli 8/2 nömrəli ipoteka müqaviləsinə əsasən, İddiaçı2 10 mart 2011-ci il tarixli 8 nömrəli kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə mülkiyyətində olan Tovuz rayonu Əlimərdanlı kəndində 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 91,9 kv.m yaşayış, 236,9 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evini "xxxx" MMC BOKT xeyrinə ipoteka ilə yüklü etmişdir. 10 mart 2011-ci il tarixli 8/3 nömrəli ipoteka müqaviləsinə əsasən, İddiaçı1 10 mart 2011-ci il tarixli 8 nömrəli kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə mülkiyyətində olan Tovuz rayonu, Qaraxanlı kəndində 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 57,2 kv.m yaşayış, 88 kv.m köməkçi sahədən ibarət olan yaşayış evini "xxxx" MMC BOKT xeyrinə ipoteka ilə yüklü etmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, X5 mülkiyyətində olan Tovuz rayonu Alakol kəndində yerləşən əmlak kompleksinin 10 mart 2011-ci il tarixli 8 nömrəli kredit müqaviləsi üzrə 127800 manat kredit öhdəliyi üzrə "xxxx" MMC BOKT qarşısında 36 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, İddiaçı2 mülkiyyətində olan Tovuz rayonu Əlimərdanlı kəndində yerləşən fərdi yaşayış evi 10 mart 2011-ci il tarixli 8 nömrəli kredit müqaviləsi üzrə 127800 manat kredit öhdəliyi üzrə "xxxx" MMC BOKT qarşısında 36 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. "xxxx" MMC BOKT tərəfindən "xxxx" MMC-yə illik 10 faiz həcmində, 11 ay müddətinə 125.000 manat məbləğində kredit verilmiş, cavabdeh Cəmiyyət qrafikdə müəyyən olunmuş qaydada və müddətdə əsas və faiz borclarını ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı cavabdehlər "xxxx" MMC-yə, X9, İddiaçı2, X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borcludan 10 mart 2011-ci il tarixli, 8 saylı kredit müqaviləsinə əsasən verilmiş 125.000 manat məbləğində kreditin 64.103 manat hissəsi üzrə (X9 aid əmlak üzrə verilən məbləğ) 26.589,70 manat əsas borc, 6.741 manat faiz borcu, 919,80 manat cərimə, cəmi 34.250,50 manat, 41.667 manat hissəsi üzrə (İddiaçı2 aid əmlak üzrə verilən məbləğ)17.283,30 manat əsas borc, 4.381,70 manat faiz borcu, 597,80 manat cərimə, cəmi 22.262,80 manat, 19.231 manat hissəsi üzrə (X3 aid əmlak üzrə verilən məbləğ) 7.976,90 manat əsas borc, 2.022,30 manat faiz borcu, 275,90 manat cərimə, cəmi 10.275,20 manat, ümumilikdə əsas borc, faiz və cərimələr daxil olmaqla 66.788,50 manat pulun və həmçinin 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, əmlakların açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdehlərə qaytarılması, ipoteka predmetilərinə tutma yönəldikdən və əmlaklar satıldıqdan sonra yaşayış evlərində yaşayanların 1 ay müddətində çıxarılaraq evlərin və əmlak kompleksinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)- 638/2021 nömrəli, 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə tutmanın ipoteka predmetlərinə yönəldilməsinin təmin edilməsi hissəsində cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyul 2016-cı il tarixli 2(044)-2867/2016 nömrəli qətnaməsi “Tutmanın ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə Tovuz rayonu Alakol kənd sakini X9 məxsus Tovuz rayonu Alakol kəndində 0,30 torpaq sahəsində yerləşən 887,7 kv.m ümumi, 887,7 kv.m əsas sahədən ibarət olan əmlak kompleksinə, Tovuz rayonu Əlimərdanlı kənd sakini İddiaçı2 məxsus olan Tovuz rayonu Əlimərdanlı kəndində 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 91,9 kv.m yaşayış, 236,9 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə və Tovuz rayonu Qaraxanlı kəndində yaşayan X3 məxsus Tovuz rayonu Qaraxanlı kəndində 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 57,2 kv.m yaşayış, 88 kv.m köməkçi sahədən ibarət olan yaşayış evinə yönəldilməsi və həmin əmlakların açıq hərrac yolu ilə satılaraq satışdan əldə olunan vəsait hesabına "xxxx" MMC Bank olmayan kredit təşkilatına olan borcun ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdehlərə (əmlak sahiblərinə) qaytarılması, X9 məxsus Tovuz rayonu, Alakol kəndində 0,30 torpaq sahəsində yerləşən 887,7 kv.m ümumi, 887,7 kv.m əsas sahədən ibarət olan əmlak kompleksinə, İddiaçı2 məxsus olan Tovuz rayonu, Əlimərdanlı kəndində 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 91,9 kv.m yaşayış, 236,9 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə, X3 məxsus Tovuz rayonu, Qaraxanlı kəndində 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 57,2 kv.m yaşayış, 88 kv.m köməkçi sahədən ibarət olan yaşayış evinə tutma yönəldikdən və əmlaklar satılqdıqdan sonra həmin evlərdə yaşayanların 1 (bir) ay müddətində evlərdən çıxarılaraq evlərin və X9 məxsus əmlak kompleksinin boşaldılması” hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2022-ci il tarixli 2(102)-3159/2022 nömrəli qərarı ilə (hakimlər İlqar Xələfovun sədrliyi və məruzəsi ilə, hakimlər İsmayıl Xəlilovdan və Ələsgər Əliyevdən ibarət tərkibdə) kassasiya şikayətinin təmin edilməməsi, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-638/2021 nömrəli, 30 iyun 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddiaçının tələbi ipoteka redmeti olan əmlakların yüklülükdən azzad edilməsi ilə bağlı olduğundan həmin münasibətlərə öhdəlik və ipoteka predmetinin yüklülükdən azad edilməsini tənzimləyən normalar tətbiq edilməlidir. Belə ki, Mülki Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2- ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 307.4-cü maddəsinə əsasən, əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. İpoteka müqaviləsində göstərilməli olan şərtlər “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində əks olunmuşdur. Həmin maddəyə görə, ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Lakin Mülki Məcəllənin 307.4-cü və “İpoteka haqqında” Qanunun 10.5-ci maddəsində ipoteka müqaviləsində göstərilməli olan zəruri şərtlər dəqiq müəyyən olunmamışdır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ipoteka müqaviləsinin bağlanması üçün də kredit xətti müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsinin mühüm şərtlərinə dəyişiklik edildikdə ipoteka müqaviləsində də müvafiq düzəlişlər edilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 14-cü maddəsində qeyd olunur ki, ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişdikdə ipotekanın əlavə dövlət qeydiyyatı aparılmalıdır. Yəni həmin dəyişikliklər barədə ipoteka qoyan şəxsin məlumatı və razılığı olmalıdır. Göründüyü kimi, hazırkı iş üzrə 10 mart 2011-ci il tarixli 8 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2011-ci il tarixli 1 nömrəli əlavəyə əsasən verilmiş 127800 manat borcun isə tam icra olunduğu və öhdəliyə xitam verilməsi məhkəmənin qanuni qüvvəsini almış aktı ilə təsdiqini tapmışdır. İpotekadan yüklülüyündən və ipotekadan azad edilməsi tələb edilən X9 məxsus Tovuz rayonu Alakol kəndində 0,30 torpaq sahəsində yerləşən 887,7 kv.m ümumi, 887,7 kv.m əsas sahədən ibarət olan əmlak kompleksi, İddiaçı2 məxsus Tovuz rayonu Əlimərdanlı kəndində 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 91,9 kv.m yaşayış, 236,9 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi və İddiaçı1 məxsus Tovuz rayonu, Qaraxanlı kəndində 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 57,2 kv.m yaşayış, 88 kv.m köməkçi sahədən ibarət olan yaşayış evi yalnız 10 mart 2011-ci il tarixli 8 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2011-ci il tarixli 1 nömrəli əlavəyə əsasən verilmiş 127800 manat borcun təminatı olaraq ipoteka ilə yüklü edilmişdir, xx.xx.2011-ci il tarixli 8 saylı kredit müqaviləsinə xx.xx.2013-cü il tarixli 2 saylı əlavəyə əsasən verilmiş kreditə görə X16, İddiaçı2 və İddiaçı1 əmlakları ilə hər hansı öhdəlik götürməmişlər, "xxxx" MMC BOKT tərəfindən "xxxx" MMC-yə xx.xx.2011-ci il tarixli 8 saylı kredit müqaviləsinə xx.xx.2013-cü il tarixli 2 saylı əlavəyə əsasən verilmiş 125.000 manat kreditə görə borc məbləğləri qanunla müəyyən edilmiş qaydada ipoteka ilə təmin olunmamış və bununla bağlı ipoteka qoyanlar, yəni hazırkı iş üzrə iddiaçılar üçün öhdəlik yaratmamışdır. “İpoteka haqqında” Qanunun 14-cü maddəsinə əsasən ipoteka müqaviləsində əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti barədə dəyişiklik edilməmiş və ipotekanın əlavə dövlət qeydiyyatı aparılmamışdır. Yəni, "xxxx" MMC BOKT tərəfindən "xxxx" MMC-yə xx.xx.2011-ci il tarixli 8 saylı kredit müqaviləsinə xx.xx.2013-cü il tarixli 2 saylı əlavəyə əsasən verilmiş 125.000 manat borc məbləğləri barədə ipoteka qoyan şəxslərin məlumatı və razılığı olmamışdır. Məhkəmə qeyd edir ki, xx.xx.2011-ci il tarixli 8 saylı kredit müqaviləsinə xx.xx.2013-cü il tarixli 2 saylı əlavənin şərtlərinə uyğun olaraq xx.xx.2013-cü ildən 11 ay müddətinə, illik 10 faizlə verdiyi 125.000 manat kreditin qaytarılması üçün X16, İddiaçı2 və İddiaçı1 hər hansı bir öhdəlik götürməmiş və əmlaklarını həmin məbləğin qaytarılmasının təminatı kimi "xxxx" MMC BOKT-un qarşısında ipoteka ilə yüklü etməmişlər. xx.xx.2011-ci il tarixli 8 nömrəli kredit müqaviləsinin və xx.xx.2011-ci il tarixli 8/1, 8/2 və 8/3 nömrəli ipoteka müqavilələrinin müddəti 10.xx.xx.2014-cü ildə başa çatmasına və öhdəliyə xitam verilməsinə baxmayaraq iddiaçılara məxsus olan əmlaklar ipoteka yüklülüyündən azad edilməmişdir. Halbuki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.2-ci maddəsinə əsasən, bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" MMC BOKT tərəfindən "xxxx" MMC-yə xx.xx.2011-ci il tarixli 8 saylı kredit müqaviləsinə 1 saylı əlavəyə xitam verildiyi üçün, X9 məxsus Tovuz rayonu Alakol kəndində 0,30 torpaq sahəsində yerləşən 887,7 kv.m ümumi, 887,7 kv.m əsas sahədən ibarət olan əmlak kompleksi, İddiaçı2 məxsus Tovuz rayonu Əlimərdanlı kəndində 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 91,9 kv.m yaşayış, 236,9 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi, İddiaçı1 məxsus Tovuz rayonu, Qaraxanlı kəndində 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 57,2 kv.m yaşayış, 88 kv.m köməkçi sahədən ibarət olan yaşayış evi ipoteka yüklülüyündən azad edilməlidir. Məhəmə qeyd edilən əmlaklara dair ipoteka müqaviləsinə xitam verilməsi hissəsi ilə bağlı qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsinə əsasən ipotekaya ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə, əsas öhdəliyə xitam verildikdə, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda, ipoteka predmeti məhv olduqda və bu Qanunla nəzərdə tutulmuş digər hallarda xitam verilir. Göründüyü kimi, qanuvericiliyin tələbinə əsasən, tərəflər arasında əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. 10 mart 2011-ci il tarixli 8 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2011-ci il tarixli 1 nömrəli əlavəyə əsasən verilmiş 127800 manat borcun isə tam icra olunduğu və öhdəliyə xitam verilməsi məhkəmənin qanuni qüvvəsini almış aktı ilə təsdiqini tapmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə ipotekaya xitam verilməsi qanundan irəli gələn tələbdir və ipotekaya xitam verilməsi yenidən məhkəmə qaydasında baxıla bilməz. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X16 ilə "xxxx" MMC BOKT və "xxxx" MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 8/1 nömrəli ipoteka müqaviləsi üzrə X9 məxsus Tovuz rayonu Alakol kəndində 0,30 torpaq sahəsində yerləşən 887,7 kv.m ümumi, 887,7 kv.m əsas sahədən ibarət olan əmlak kompleksi, İddiaçı2 məxsus Tovuz rayonu Əlimərdanlı kəndində 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 91,9 kv.m yaşayış, 236,9 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi, İddiaçı1 məxsus Tovuz rayonu, Qaraxanlı kəndində 0,08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 57,2 kv.m yaşayış, 88 kv.m köməkçi sahədən ibarət olan yaşayış evi ipoteka yüklülüyündən azad edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev
Məhkəmə qərarları › İş №e-2(125)-94/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-94/2024
23.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver