Məhkəmə qərarları › İş №e-2(125)-965/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-965/2023

04.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-965/2023 04.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pulun tutulması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 (min beş yüz) ABŞ dolları, 5465 (beş min dörd yüz altmış beş) manat, hüquqi xidmət üçün ödənilmiş 410 (dörd yüz on) manat, ödənilmiş 106 (yüz altı) manat dövlət rüsumu, cəmi 5981 (beş min) döqquz yüz səksən bir) manat və 1500 (min beş yüz) ABŞ dolları məbləğində pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh özünün “Halal Bildirçin” Fermasının rəhbəri olduğunu və hər ay əldə olunan gəlir onların arasında iki yerə bölünməsi şərti ilə həmin biznesin investoru olaraq biznesin inkişaf etdirilməsi üçün 10000 (on min) manat məbləğində pul yatırım etməsini ona təklif etmişdir. O, Cavabdeh inannaraq onun təklifi ilə razılaşmış və Cavabdeh xx.xx.2021-ci il tarixdə onunla ilkin olaraq nəğd şəkildə 1500 (min beş yüz) ABŞ dolları məbləğində pul aldığını və yuxarıda qeyd olunan qaydada onunla razılığa gəlməsinə dair əl yazması ilə yazılı şəkildə müqavilə tərtib edərək öz imzasıyla təsdiq etmişdir. Onlar arasında razılaşmaya uyğun olaraq o, milliön elektron ödəmə sistemi vasitəsi ilə 00550 saylı terminaldan xx.xx.2021-ci il tarixdə, saat 14:00:24-də “AzərTürkBank” xidmətinin nağd ödəniş sistemi vasitəsi ilə Cavabdeh adına olan 53743*********4443 saylı kart hesabına 4700 (dörd min yeddi yüz) manat məbləğində pul ödəniş etmişdir (əməliyyat ********* ATB8-********). Həmçinin o, milliön elektron ödəmə sistemi vasitəsi ilə xx.xx.2021-ci il tarixdə, saat 00:42:42-də 20018 saylı terminaldan AzərTürkBank” xidmətinin nağd ödəniş sistemi vasitəsi ilə Cavabdeh adına olan 53743*********4443 saylı kart hesabına 765 (yeddi yüz altmış beş) manat məbləğində pul ödəniş etmiş (əməliyyat ********* ATB8-658817). Onun tərəfindən Cavabdeh pul ödənildikdən sonra Cavabdeh “Halal Bildirçin” Fermasının rəhbəri olmadığını öyrənmiş və o, aldadıldığını bilmişdir. Bundan sonra o, cavabdehə ödədiyi pulların geri qaytarılması ilə bağlı cavabdehə dəfələrlə müraciət etmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında iddiaçının təmsilçisi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının təmsilçisini dinləyib, iş materiallarını araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, Cavabdeh tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli “müqavilə”yə əsasən, bu müqavilə “Halal Bildirçin” Fermasının rəhbəri Cavabdeh və İddiaçı arasında ona görə bağlanmışdır ki, bundan sonra İddiaçı “Halal Bildirçin” Ferması biznesinə investor olaraq 10000 (on min) manat dəyərində məbləğ yatırır. Burada şərt ondan ibarətdir ki, İddiaçı Firuddin oğlu 02 (iki) ay müddətində satış qane etdiyi halda əlavə sərmayə yatırımı edəcəkdir. Satış nəticə qane etməsə, biznesə yatırılan məbləğ İddiaçı tam olaraq qaytarılacaqdır. Cavabdeh imzası ilə təsdiqləmişdir ki, İddiaçı 5000 (beş min) ABŞ dolları məbləği almış və “Halal Bildirçin” Ferması biznesi üçün inkişaf, satışın artırılması üçün bütün lazımi işləri öz öhdəliyinə götürmüşdür. Əldə onunan gəlir, mənfəət tərəflər arasında iki yeə bölünərək aidiyyatı işçi xərcləri ödəniləcəkdir. İlkin olaraq 1500 ABŞ dolları əldən ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli milliön elektron ödəmə sistemi qəbzindən görünür ki, “AzərTürkBank” xidmətinin nağd ödəniş sistemi vasitəsi ilə 53743*********4443 saylı kart hesabına 765 (yeddi yüz altmış beş) manat məbləğində pul ödənişi olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli milliön elektron ödəmə sistemi qəbzindən görünür ki, “AzərTürkBank” xidmətinin nağd ödəniş sistemi vasitəsi ilə 53743*********4443 saylı kart hesabına 4700 (dörd min yeddi yüz) manat məbləğində pul ödənişi olmuşdur. İş materiallarına əlavə edilmiş, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məlumata əsasən, Cavabdeh adına xx.xx.2020-ci il tarixdə açılmış **********274443 kart nömrəli hesab xx.xx.2023-cü ildə bağlanmışdır. Həmin kart hesabına MilliÖn vasitəsilə xx.xx.2021-ci il tarixdə 4700 manat, xx.xx.2021-ci il tarixdə 765 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli e-manat elektron ödəmə sistemi qəbzindən görünür ki, Gəncə 1 saylı Vəkil bürosuna 293 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir (maddə 1092.1). Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Əgər məqsədə çatılması əvvəlcədən qeyrimümkün idisə və verən bunu bilirdisə; əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa, qaytarma tələbi istisna edilir (maddə 1093). Mülki işin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, əldə ediləcək gəlirin, mənfəətin yarıya bölünməsi şərtiylə, cavabdeh tərəfindən həyata keçiriləcək fəaliyyətə iddiaçı tərəfindən 1500 ABŞ dolları və 5465 manat pul verilmişdir. Bu hallar Bank tərəfindən verilmiş, cəmi 5465 manat pulun cavabdehin hesabına köçürülməsi barədə məlumatla və cavabdeh tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli sənədlə təsdiqlənir. İddiaçı həmin fəaliyyətin həyata keçirilmədiyinə əsaslanaraq ödənilmiş pulların geri qaytarılmasını xahiş etmişdir. Beləliklə, varlanmış şəxs olan cavabdehin əməli gözlənilən məqsədə uyğun olmadığından, məhrum olan iddiaçı verdiklərini geri tələb etməkdə haqlıdır. Belə ki, cavabdehin varlanması həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa – gəlir, mənfəət əldə ediləcək fəaliyyətin həyata keçirilməməsi və (ya) gəlirin, mənfəətin bölünməməsinə söykənir. Nəzərə alınır ki, cavabdeh tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli sənəd “müqavilə” adlandırılsa da, həmin sənəd qanunvericiliyə əsasən, müqavilə qismində təsbit olunması üçün lazımi rekvizitlərə malik deyildir. Beləliklə, bu hal, hazırkı iş üzrə əsassız varlanma nəticəsində əldə edilənlərin geri qaytarılmasının tələb hüququnu aradan qaldırmır. Belə ki, Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Bundan başqa, cavabdehin həyata keçirəcəyi fəaliyyətdən əldə ediləcək gəlirin, mənfəətin tərəflər arasında yarıya bölünməsinin əvvəlcədən qeyri-mümkün olması və iddiaçının bunu bilməsi və (ya) iddiaçının həmin məqsədə çatmağa vicdansızcasına mane olması barədə dəlillər məhkəməyə təqdim edilmədiyindən, qaytarma tələbini istisna edən hallar müəyyən olunmur. Qeyd edilənlərə əsasən, iddiaçı 5465 manat pulun və 1500 ABŞ dolları pulun tutulmasını tələb etməkdə haqlıdır, buna görə iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-ci maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia tam təmin olunduğundan iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 106 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı, iddiaçı tərəf vəkilə etdiyi kömək üçün ödənilən xərcin əvəzi qismində 410 manat pulun tutulmasını xahiş etsə də, iddia ərizəsinə əlavə edilmiş qəbzə əsasən, ödənilmiş 293 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5465 (beş min dörd yüz altmış beş) manat, 1500 (min beş yüz) ABŞ dolları (ödəniş vaxtına dolların manatın məzənnəsi nəzərə alınmaqla manatla), vəkilə etdiyi kömək üçün ödənilmiş xərcin əvəzi qismində 293 (iki yüz doxsan üç) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 106 (yüz altı) manat tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar