Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1097/2025 11.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "Bakı Reabilitasiya Mərkəzi" X9 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "Bakı Reabilitasiya Mərkəzi" X9 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "Bakı Reabilitasiya Mərkəzi" X9 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "Bakı Reabilitasiya Mərkəzi" X13 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 50.007,09 manat borcun ödənilməsi tələbinin əsassız hesab edilməsi və həmin borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 19 oktyabr 2020-ci il tarixli, **********0 nömrəli qərarına əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və X1-X8 (bundan sonra – POBM) yenidən təşkil edilərək, onun əsasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi” (bundan sonra – POİRM) və “Bakı Reabilitasiya Mərkəzi” (bundan sonra – BRM) X10 yaradılmışdır. Bundan irəli gələrək, təbii qazdan istifadə edilən qazanxana, mərkəzdə müalicə olunan əlilliyi olan şəxslərin isti su ilə təmin edilməsi üçün nəzərdə tutulduğundan müəssisə yenidən təşkil olunan zaman BRM-in balansına verilmişdir. Həmin dövrdən etibarən Cavabdeh İB ilə BRM arasında bağlanmış müqavilə əsasında təbii qazdan istifadəyə görə təqdim olunmuş hesab fakturaların vaxtında ödənilməsi təmin olunmuşdur. Bu yaxınlarda Cavabdeh İB-nin nümayəndələri müəssisəyə gələrək qaz istehlakına görə borcun olduğunu, borcun ödənilməyəcəyi təqdirdə qaz təchizatının dayandırılacağını bildirmişlər. Borcun hansı əsasla yarandığı və nə qədər olduğu soruşulduqda həmin nümayəndələr xx.xx.2012-ci il tarixə müəssisənin 50007,09 manat (əlli min yeddi manat 09 qəpik) borcunun olduğunu bildirmişlər. Bununla bağlı bildiririk ki, ötən dövrün maliyyə sənədləri də tərəfimizdən araşdırılmış və Cavabdeh İB-nə hər-hansı borcun yaranmadığı müəyyən edilmişdir. Yəni, Cavabdeh İB-nin 50007,09 manat (əlli min yeddi manat 09 qəpik) tələbinin heç bir hüquqi əsası yoxdur.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı "Bakı Reabilitasiya Mərkəzi" X9 nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın:
- 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir.
9. İşin müəyyən olunmuş halı odur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 19 oktyabr 2020-ci il tarixli, **********0 nömrəli qərarına əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və X1-X8 (bundan sonra – POBM) yenidən təşkil edilərək, onun əsasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi” (bundan sonra – POİRM) və “Bakı Reabilitasiya Mərkəzi” (bundan sonra – BRM) X10 yaradılmışdır.
10. Cavabdeh ilə Bakı Reabilitasiya Mərkəzi PHŞ arasında 15 fevral 2021-ci il tarixdə, AMX-1144/21 saylı qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi bağlanmışdır.
11. Həmin müqavilənin 1-ci bəndinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.
12. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin ödənilməsini paylayıcı istehlakçıdan tələb edə bilməz
13. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.
14. İş materiallarına əlavə edilmiş X14 sahəsi ilə X4rşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktına əsasən 01 yanvar 2014-cü ilin əvvəlinə borc qalığının 50.905,61 manat, 31 mart 2014-cü ilə qalıq borcun 53.910,61 manat, qeyd hissəsində kreditor qalığının 3.005 manat məbləğində olduğunu öz imza və möhürləri ilə təsdiq etmişlər.
15. İş materiallarına əlavə olunmuş abonentin saldosundan görünür ki, 2014-cü ilin mart ayı üçün iddiaçıya 53.910,61 manat borc hesablanmışdır.
16. Məhkəmə qeyd edir ki, Hesablanan borc məbləği 2014-cü ildən əvvəlki tarixlərə X2 hesablanmış olan borcdur.
17. Cavabdeh tərəf borcun hesablanması əsası barədə hər hansı bir sənəd təqdim edə bilməmiş, sadəcə olaraq birtərəfli qaydada tərtib edilmiş və əsası əks olunmamış abonentin saldosunu təqdim etməklə kifayətlənmişdir. və bunun hansı göstəricilərə əsasən hesablandığı, sərfiyyatın nə qədər olması və sayğac göstəricilərinə dair məlumatlar abonentin saldosunda öz əksini tapmamışdır.
18. Sadəcə olaraq Cavabdeh İB tərəfindən Protez X6 ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda xx.xx.2020-ci il tarixə Birliyə 50.767,04 manat debitor borcunun yarandığı bildirilmişdir.
19. Həmçinin də, Cavabdeh İB bu müddət ərzində qeyd edilən borcu belə Məhkəmə qaydasında tələb etməmişdir.
20. İddiaçının da, tələbini nəzərə alaraq Məhkəmə hesab edir ki, 50.007,09 manat məbləğində borcun hər hansı bir əsası yoxdur.
21. Üzləşmə aktından da, göründüyü kimi X3 ona hesablanmış olan 53.910,61 manat borcun ancaq 3.005 manat hissəsini qəbul etmişdir.
22. Bu baxımdan Məhkəmə hesab edir ki, birtərəfli qaydada tərtib edilmiş və əsası olmayan (göstəricilər əks olunmamış), sadəcə olaraq borc məbləği qeyd edilən, 2014-cü ildən əvvəlki dövrləri əhatə edən borcların hesablanması əsassız olmuşdur.
23. Ona görə də, Məhkəmə hesab edir ki, iddiaçıya hesablanmış olan 50.007,09 manat borc silinməlidir.
24. İş materiallarından görünür ki, iddiaçı Məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməmişdir.
25. Ona görə də, dövlət rüsumunun əvəzi olaraq 240,02 manat məbləğində pul Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
26. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh tərəfindən "Bakı Reabilitasiya Mərkəzi" X12 hesablanmış 50007 (əlli min yeddi) manat, 09 (doqquz) qəpik məbləğində borc silinsin. Dövlət rüsumunun əvəzi olaraq 240 (iki yüz qırx) manat, 02 (iki) qəpik məbləğində pul Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Kənan Hüseynov