Məhkəmə qərarları › İş №e-2-2(113)-1098/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1098/2021

16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1098/2021 16.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı artıq yazılmış qaz sərfiyyatının silinməsi və pulun qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə 2019-cu ilin noyabr ayından 2020-ci ilin iyul ayınadək qaz sərfiyyatının hesablanmasını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx xxx 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.4-cü bəndinin tələblərinə əsasən aparılması vəzifəsini, artıq yazılmış qaz sərfiyyatın silinməsini və ƏDV ilə birlikdə artıq ödənilmiş 20856,52 manat məbləğin İddiaçı MMC-yə qaytarılması vəzifəsinin ARDNŞ Cavabdeh İByə həvalə edilməsi və İddiaçı MMC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh ARDNŞ Cavabdeh İB-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia ərizəsi belə əsaslandırılmışdır ki, xx xxxxxx 2019-cu il tarixdə İddiaçı MMC və ARDNŞ “Azərqaz” İB arasında AMX-7415/19 saylı müqavilə bağlanmışdır. 2019-ci ilin noybar ayında İddiaçı MMC-yə məxsus Elster tipli G-65 markalı 75096388 saylı sayğacın işlək vəziyyətdə olmadığı müəyyən edilsə də, "Cavabdeh" İB bağlanmış müqavilənin 2.1.12-ci bəndinin tələblərinə uyğun olaraq “Qazdan istifadə Qaydaların”nın 4.9-cü bəndinin tələblərinə əsasən zədələnmiş qaz sayqaçının təmirini təmin etməmişdir. Yalnız xx.xx.2020-ci il tarixdə müəsissəyə məxsus G65 markalı 75096388 nömrəli rotor tipli “Elster” qaz sayqaçı ******* saylı xx.xx.2020-ci il tairxli Aktla çıxarılaraq yoxlanılması üçün “Azərqaz” İB aidiyyatı strukturuna təhvil verilmişdir. Lakin, cavabdeh uzun müddət sayğaçı yoxlamamış və yalnız dəfələrlə müraciətdən sonra üzərinə düşən vəzifələri yerinə yetirib 09531 saylı xx.xx.2020-ci il tarixli Qusur Aktı tərtib edib sayğacın nasaz olduğunu və zəruri ehtiyyat hissələri barədə məlumat vermişdir. İddiaçı” MMC ehtiyyat hissələri alıb sayğacın təmiri üçün cavabdehə təhvil vermişdir. Qeyd edilməlidir ki, Qaydaların 6.2-ci bəndinin tələblərinə zidd olaraq cavabdeh bildiriş təqdim etmədən 2020-ci ilin iyul ayının 10-da qaz təchizatını tam dayandırmışdır. Cavabdeh təmiri tamamlayaraq ******* saylı xx.xx.2020-ci il tarixli Aktla sayğacı yerinə quraşdırmışdır. xx.xx.2020-ci il tarixdə cəmiyyətin hüquqi adının dəyişməsi ilə əlaqədar İddiaçı MMC və ARDNŞ “Azərqaz” İB arasında AMX-3952/20 saylı xx.xx.2020-ci il tarixli müqavilə bağlanmışdır. 2019-ci ilin noyabr ayından başlayaraq cavabdeh qaz sərfiyyatına görə artım dinamikası ilə müxtəlif hesabatlar təqdim etmişdir. İddiaçı müvafiq olaraq AMX-7415/19 saylı xx xxxxxx 2019-cu il tarixli, sonra AMX-3952/20 saylı xx.xx.2020-ci il tarixli müqavilənin 2.1.9-ci bəndinin tələblərinə uyğun olaraq, 16/489- ÇS/ASGHS/YQKİTTX saylı xx.xx.2020 il tarixli və 20/602-ÇS/ASGHS/YQKİTTX saylı xx.xx.2020 il tarixli məktubla 2019-cu ilin noyabr ayından cari ilin iyul ayınadək, qaz sayğacının işlək olmayan dövrdə istifadə edilmiş qazın həcmi və hesablanmış 18919,6 manat məbləğin dəyəri barədə əsaslandırılmış yazılı məlumatın təqdim olunmasını cavabdehdən xahiş etmişdir. Bakı Regional Qazın Satışı Departamenti SOCAR**********30560046X01001 saylı xx.xx.2020-ci il tarixli məktubuna ziddiyyətli məlumatları daxil edib qaz istehlakı sahəsində müxtəlif normativ hüquqi aktlara istinad etsə də, 18919,6 manat borcun əmələ gəlməsini əsaslandırmadan cəmiyyətin 2034,03 manat debitor borcun ödənilməsini bildirmişdir. Bununla bağlı cəmiyyət 20/602- ÇS/ASGHS/YQKİTTX saylı xx.xx.2020 il tarixli məktubla təkrar ARDNŞ Cavabdeh İB müraciət edərək qaldırılan məsələyə aydınlıq gətirilməsini təkrar xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə daxil olan SOCAR**********30560046X01216 saylı xx.xx.2020-ci il tarixli məktubdan məlum olmuşdur ki, müqavilə kontragenti olan Cavabdeh İB Bakı regional Qazın Satışı Departamenti guya “Qaz sayqaçının olmadığı və ya işləmədiyi müddətində qazın hesablanması haqqında” müxtəlif vaxtlarda aktlar tərtib olunaraq guya nümayəndələri tərəfindən imzalanmış və cihazların sərfiyyatına uyğun olaraq hesabat aparılmışdır. Daha sonra yaranmış debitor borcun ödənilməsi İddiaçı MMC tələb edilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx xxx 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»n (bundan sonra mətndə - Qaydalar) 5.4-cü bəndinin tələblərinə əsasən qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. İddiaçı cavabdehin SOCAR**********30560046X01216 saylı xx.xx.2020-ci il tarixli məktubunda istinad etdiyi “Qaz sayqaçının olmadığı və ya işləmədiyi müddətində qazın hesablanması haqqında” hər hansı bir aktını imzalamayıb. İddiaçının sayqaçı işləmədiyi dövrdə cavabdehin təhciz edilən qazın həcmini hansı cihazla ölçdüyünü, habelə hansı səbəbdən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx xxx 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»n (bundan sonra mətndə - Qaydalar) 5.4-cü bəndinin tələblərini tətbiq etmədiyinə aydınlıq gətirməmiş, iddiaçının bu hissədə müraciətlərini cavabsız saxlamışdır. Həmçinin cəmiyyət hesabat ilinin xx.xx.2020-ci ilin əvvəlinə 2230,32 manat borc qalığın əmələ gəlməsinin səbəbi və mənbəyinə aydınlıq gətirilməsini Cavabdeh İB xahiş etsə də həmin müraciətlər cavabsız qalmışdır. Bakı Regional Qazın Satışı Departamenti Sabunçu XS təqdim etdiyi 167№-li xx.xx.2020-ci il tarixli və bundan öncə olan hesab fakturalardan görünür ki, sözügedən departamentə abonent-cəmiyyətin qaz sayğacının 2019-cu ilin noyabr ayından qeyri-işlək vəziyyətdə olduğu məlumdur. Buna baxmayaraq qeyd edilən departament Qaydaların 5.4-bəndinin tələblərinə zidd olaraq abonentin qaz istehlakın artım dinamikası ilə sərfiyyatı qeyd edib hesab-fakturaları ödəniş üçün cəmiyyətə təqdim etmişdir. Bundan başqa İddiaçı MMC qeyd edir ki, müəssisənin ərazisindən kənarda yerləşən və müəssisəni təhciz edən qaz borusuna qanunsuz qoşulmalar haqqında müvafiq məlumat Cavabdeh İB verilmiş və müəssisənin balans mənsubiyyəti sərhədi müəyyən edilmədiyindən iddiaçı həmin qoşulmalara görə heç bir məsuliyyət daşımır. Cavabdeh İB cavab məktublarında ödənişə təqdim edilən sərfiyyata, həmin sərfiyyatın əmələ gəlməsinə və digər tələblərini əsaslandırmadan yalnız qalıq borcun ödənilməsi barədə əsassız tələbləri ilə əlaqədar iddiaçı 20/798-GS/ASGHS/ÜR saylı xx.xx.2020-ci il tarixli pretenziya ilə Cavabdeh İB müraciət etmişdir. Lakin, cavabdeh AMX-3952/20 saylı xx.xx.2020-ci il tarixli müqavilənin 5.2-ci bəndibnin tələblərinə zidd olaraq yaranan mübahisəni qarşılıqlı anlaşma yolu həll etməkdən yayınmışdır və bununla əlaqədar İddiaçı MMC məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sayğac işlək olmayan dövrdə Cavabdeh İB qaz həcminin müəyyən edilməsinə aydınlıq gətirmədiyini nəzərə alaraq, hesab edir ki hesablama Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx xxx 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»n (bundan sonra mətndə - Qaydalar) 5.4-cü bəndinin tələblərinə əsasən “Qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.” tələblərinə uyğun hesablanmalıdır. Cavabdehin təqdim etdiyi 60№-li xx.xx.2019-cu il tarixli, 323№-li xx.xx.2019-cu il tarixli və 309№-li xx.xx.2020-ci il tarixli hesab fakturadan görünür ki, oktyabr ayından sonra iddiaçının sayğacının mexaniki və elektron son göstərişiləri dəyişilməz olaraq qalır. Beləliklə, 2019-cu ilin noyabr ayından başlayaraq sayğac qeyriişlək vəziyyətində olmuşdur. Qaydaların 5.4-cü bəndinin tələblərini rəhbər tutaraq, 2019-cu ilin noyabr ayının əvvəlki ayın orta gündəlik sərfini hesablamaq üçün 2019-cu ilin oktyabr ayının 60№-li xx.xx.2019-cu il tarixli hesab fakturadakı 1169 m3 qaz sərfiyyatı 31-ə (oktyabr ayında günlərin sayı) bölüb 37,70 m3 gündəlik orta sərfiyyatı müəyyən edirik və sayğac quraşdırılanadək, və ya cavabdeh tərəfindən qaz təhcizatı tam dayandırılan günədək günlərin sayına uyğun qazın həcmi hesablanıb AMX-7415/19 saylı xx xxxxxx 2019-cu il tarixli və AMX-3952/20 saylı xx.xx.2020-ci il tarixli müqavilənin 3.1-ci bəndinin tələblərinə uyğun olaraq hər 1 (bir) m3 üçün 0,20 manatla hesablamalıdırlar. 1169 m3 (əvvəlki ayın sərfiyyatı): 31 (oktyabr ayında günlərin sayı) =37,70 m3 (gündəlik orta sərfiyyat). Qaz təhcizatı 2020-ci ilin iyul ayının 10-da tam dayandırılmışdır və günlərin sayı 30(Xİ.2019) + 31(Xİİ.2019) + 31(İ.2020) + 29(İİ.2020) + 31(İİİ.2020) + 30(İV.2020) + 31(V.2020) + 30(Vİ.2020) + 10 (Vİİ.2020) = 253 gün təşkil edir (İX.2019-Vİİ.2020 olan dövr) Beləliklə, 37,70 m3 (gündəlik orta sərfiyyat) x 253 gün (İX.2019-Vİİ.2020 olan dövr) =9538,1 m3 - Qaydaların 5.4-cü bəndinin tələblərinə əsasən İX.2019-Vİİ.2020 olan dövr üçün təchiz edilmiş qaz həcminin hesablanması usuludur. 9538,1 m3 x 0,20 manat (müqavilənin 3.1-ci bəndinin tələblərinə uyğun olaraq hər 1 (bir) m üçün tarif) = 1907,62 manat təchiz edilmiş qazın ƏDV ilə birlikdə dəyəridir. Beləliklə, Qaydaların tələblərinə əsasən İddiaçı MMC cəmi 1907,62 manat ödəməli idi. Lakin, ARDNŞ Cavabdeh İB inhisarçı vəziyyətindən istifadə edərək İddiaçı MMC xx.xx.2020-ci ilin əvvəlinə 2230,32 manat borc qalığın, 2019-cu ilin noyabr ayının 01-dən ilin iyul ayının 10-dək əhatə edilən dövr üzrə ƏDV ilə birlikdə 22764,14 manat debitor borcunu əsaslandırmadan əsassız hesablanmış məbləğin İddiaçı MMC tərəfindən ödənilməsinə nail olmuşdur. İddiaçı MMC qeyd edir ki, mühüm əhəmiyyət kəsb edən Zabrat hava limanında şəxsi heyətin çətin pandemiya şəraitində sağlamlığını, digər tərəfdən dövlət əhəmiyyətli neft sanayesinin işini fasiləsiz təmin etmək məqsədi ilə yaranmış vəziyyətdə İddiaçı MMC ARDNŞ Cavabdeh İB tələb etdiyi debitor borcla razılaşmasada deyilən məbləği ödəmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, təbii qazdan 2019-cu ilin noyabr ayından 2020-ci ilin iyuil ayına kimi istifadə olunub. Sayğacsız dövr olduğu üçün təbii qazın hesablanması cəmiyyətdə istifadə edilən cihazların saatlıq maksimal qaz sərfiyyatına uyğun aparılıb. Nazirlər Kabinetinin qərarında sayğacın təmiri və quraşdırma xərcləri və müddəti göstərilib. Nazirlər Kabinetinin qərarına əsasən qaz sayğacının təmir olunması, yenisi ilə əvəz olunması istehlakçı hüquqi şəxsin öz vəsaiti hesabına həyata keçirilir. Belə ki, qanunvericiliyə görə qaz sayğacının təmiri, quraşdırılması, yaxud yenisi ilə əvəzlənməsi abonentin öz üzərində olduğundan qaz sayğacının vaxtında təmir olunub quraşdırılmaması ilə bağlı məsuliyyəti hüquqi şəxs özü daşıyır. Çünki müvafiq ödənişlər müqabilində istər İB-yə, istərsə də sayğacın əvəzləşdirilməsi işi ilə məşğul olmaq üçün lisenziyası olan hüquqi şəxslərə müraciət etməklə qaz sayğacının vaxtında təmir olunub quraşdırılması aparıla bilər. Sərfiyyat dövrü 2019-cu ilin noyabr ayından 2020-ci ilin 7-ci ayına qədər olan müddət üçün hesablanıb. İstehlakçının sayğacsız dövrdə cihazdan hansı miqdarda istifadə etməsi qeyri-müəyyən olduğu üçün qaz sərfiyyatının maksimal qaz sərfiyyatı ilə cihazların texniki passportunda da qeyd olunur. Sayğacsız dövrdə qaz işlədicilərinin gün ərzində istifadə edəcəyi qaz sərfiyyatını hesablamaq qeyri-mümkün olduğundan saatda istifadə oluna biləcək maksimal qaz sərfiyyatı götürülüb. Vəsaitin hesablanması ilə bağlı konkret meyar yoxdur, qazın hesablanması orta aylıq hesabatla götürülür. Sayğacsız dövrdə qaz təchizatı dayandırılmadığından maksimal saat hesabı götürülüb. Həmin dövrdə qaz sayğacı İB-yə təmirə verisə də belə qaz sayğacını təmir uzun müddətə təmir etməməsinə görə məsuliyyət abonentin üzərinə düşür, çünki, təmir üçün lazım olan ehtiyyat hissələri (vəsait) vaxtında təqdim edilməyib, bu səbəbdən sayğac gec təmir olunaraq təhvil verilmişdir. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq iddianın rədd olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AMX-7415/19 nömrəli, xx.xx.2019-cu il tarixli və AMX-3952/20 nömrəli, xx.xx.2020-ci il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilələrindən görünür ki, paylayıcı - Cavabdeh İB ilə istehlakçı - İddiaçı (əvvəlki adı “X4 Services” MMC) arasında olan razılığa görə qazın qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər 1 m3 üçün 0,20 manat məbləğində müəyyən edilməklə paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktlardan görünür ki, xx.xx.2019-xx.xx.2020-ci il tarixlərində 9 ay ərzində qaz sərfiyyatı ümumilikdə 113821 m3 (113821*0.2=22764,2 manat) qeydə alındığı müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş KT 09531 nömrəli qüsur aktından görünür ki, xx.xx.2020-ci il tarixdə dövlət yoxlamasına qəbul olunmuş G-65 markalı, 75096388 saylı sayğacın bəzi (batereya, rotor, yastıq, qoruyucu qapaqlar) hissələri sıradan çıxmış və yenisi ilə əvəz edilməlidir. Abonent kodu **********40000 olan İddiaçı abonent saldosundan görünür ki, abonentin təbii qazdan istifadəyə görə 2018-ci ilin noyabr ayının sonuna 7161 m3, dekabr ayının sonuna 11151 m3, 2019-cu ilin yanvar ayının sonuna 8666 m3, fevral ayının sonuna 8405 m3, mart ayının sonuna 10183 m3, aprel ayının sonuna 5459 m3, may ayının sonuna 1411 m3, iyun ayının sonuna 1250 m3, iyul ayının sonuna 974 m3 ümumilikdə 9 ay üçün 54660 m3 qaz sərfiyyatı olmuş və eyni zamanda abonentin təbii qazdan istifadəyə görə 2019-cu ilin noyabr-2020-ci ilin iyul ayı (9 ay) üçün qalıq və aktlar qrafasında ümumilikdə 22764,20 manat qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, xx.xx.2020-ci il tarixli 09531 saylı qüsur aktı tərtib olunaraq Elster tipli, G-65 markalı 75096388 nömrəli sayğac sıradan çıxması qeyd olunmuş və qaz sayğacının elektron ekranı işləmədiyi üçün İddiaçı nümayəndəsinin iştirakı ilə xx.xx.2018-ci il tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 90185539 saylı akt tərtib olunaraq Elster tipli G-65 markalı 75096388 saylı qaz sayğacı qaz xəttindən çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə İddiaçı abonent saldosunu nəzərdən keçirərkən 2018-ci ilin noyabr ayından 2019-cu ilin iyul ayına olan qazın sərfiyyatında yuxarı-aşağı stabil dinamikanı, ümumilikdə 9 ay ərzində 54660 mx xxxxxxx 10932 manat məbləğində qaz sərfiyyatının olduğu müəyyən etmiş, Cavabdeh isə qaz sayğacının olmadığı dövr ərzində yəni, 2019-cu ilin noyabr ayından 2020-ci ilin iyul ayına qədər (9 ay üçün) ümumilikdə qazın sərfiyyatı 113821 mx xxxxxxx 22764,20 manat həcmində hesablamışdır. Göründüyü kimi Cavabdeh 2019-cu ilin noyabr ayından 2020-ci ilin iyul ayına qədər (9 ay üçün) hesabladığı (Cavabdeh İB hesablanma qaydaları ilə bağlı heç bir sübut təqdim etməmişdir) qazın sərfiyyatı əvvəlki anoliji müddətə münasibətdə təxminən 2 dəfə çoxdur. Bununla yanaşı məhkəmə İddiaçı 2019-cu ilin noyabr ayından 2020-ci ilin iyul ayına qədər (9 ay üçün) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx xxx 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.4-cü bəndinin tələblərinə əsasən apardığı hesablama ilə razı deyil. Məhkəmə qeyd edir ki, həmin qaydalara (qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır) uyğun olaraq yalnız noyabr ayın qaz sərfiyyatının (oktyabr ayının göstəriçilərinə görə) hesablanması mümkün olduğu təqdirdə, novbəti 8 ayın qaz sərfiyyatı hesablanması mümkün deyil, belə ki, 2019-cu ilin noyabr ayından 2020-ci ilin iyul ayınadək sayğac təmirdə olduğundan həmin dövr üçün sayğac göstəricilərinə uyğun olaraq orta gündəlik sərfi hesablana bilməz. Odur ki, məhkəmə hesab edir ki, qaz sayğacının olmadığı müddət ərzində istifadə edilmiş qazın dəyəri üzrə hesablama sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparıla bilmədiyindən mübahisə olunan dövrün qaz sərfiyyatının hesabatı bir il əvvəlki anoloji dövrə uyğun aparılmalıdır. Belə ki, sayğac göstəricilərinə əsasaən 2018-ci ilin noyabr ayından 2019-cu ilin iyul ayına (7161+11151+8666+8405+10183+5459+1411+1250+974) olan ümumi sərfiyyat 54660 m3 olmuş hər 1 m3 qiyməti isə 0,20 manat olduğundan İddiaçı MMC həmin dövrdə 10932 manat məbləğində qazdan istifadə etmişdir. Cavabdeh” İB-i isə məhkəməyə heç bir hesablama qaydaları ilə bağlı sübut təqdim etmədən İddiaçı MMC-yə 2019-cu ilin noyabr ayından 2020-ci ilin iyul ayına qədər 22764,20 (1432,20+2230,20+3868,80+3619,20+3868,80+3744+2321,20+1497,60+182,20) manat məbləğində qazdan istifadəyə görə borc hesablamışdır. Göründüyü kimi Cavabdeh” İB tərəfindən mübahisəli dövr üçün İddiaçınə 11832,20 manat (22764,2-10932) məbləğində artıq borc hesablanmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçınə 2019-cu ilin noyabr ayından 2020-ci ilin iyul ayına qədər (9 ay üçün) artıq hesablanmış 11832,20 manat məbləğində pul İddiaçınə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 56,73% təmin edildiyini nəzərə alan məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 17,01 manat məbləğində dövlət rüsumu “Cavabdeh'' İstehsalat Birliyindən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2019-cu ilin noyabr ayından 2020-ci ilin iyul ayına qədər (9 ay üçün) artıq hesablanmış 11832,20 manat, həmçinin dövlət rüsumu kimi ödənilmiş 17,02 manat cəmi 11849,22 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar