Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1106/2025 27.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlkin iddia İddiaçı ilkin iddia üzrə Cavabdehnə “pul” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “Azəriqaz" İB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi,iddia müddəti) X1 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İlkin iddia İddiaçı ilkin iddia üzrə Cavabdehnə “pul” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “Azəriqaz" İB-yə qarşı “borcun silinməsi” qarşlıqlı iddia ərizəsinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti: a)İddia tələbi və iddia tələbinin dəlilləri
1. İddiaçı İB (bundan sonra – iddiaçı) Cavabdeh MMC -yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC -dən təbii qazdan istifadəyə görə yaranmış 250658,34 (iki yüz əlli min altı yüz əlli səkkiz manat, otuz dörd qəpik) manat borcun və dövlət rüsumuna görə ödənilmiş 540,66 manat məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN:AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı müqavilə əsasında Cavabdeh MMCni təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir və nəticədə 250658,34 (iki yüz əlli min altı yüz əlli səkkiz manat, otuz dörd qəpik) borcu yaranmışdır. Mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə tərəfimizdən mediasiya şurasına və pretenziya qaydasında müraciət olunmasına baxmayaraq heç bir müsbət nəticə əldə edilməmişdir. Məktubda cavabdehə borcunu tam ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, tərəflər arasında bağlanmış qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfinizdən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən, hesab İstehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində İstehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir.
3. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, iddia müddəti ötmüş 93662,29 borc məbləğinə aid hissədə iddia müddətinin tədbiq edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandıırlmışdır ki, 2021-ci ilin dekabrından əvvəlki dövrlərin də borclarını iddiaçı cavabdehdən tələb edir. Abonent saldosundan da göründüyü kimi, 2021-ci ilin noyabrına qədər (noyabr da daxil olmaqla) toplam borc məbləği 93662,29 manat təşkil etmişdir. Sonrakı illər ərzində həmin borc bizdən tələb edilmədiyindən bugünədək ödənilməmiş qalmışdır. Abonent saldosundan aydın görmək olar ki sonrakı illərdə, yəni 2022, 2023 və 2024-cü illərdə istifadə etdyimiz belə qazın dəyərini tam ödəməyə çatdırmamışıq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin məcəllənin 373.3-cü maddəsinə əsasən isə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Göründüyü kimi, cavabdeh təşkilat 2021-ci ilin dekabr ayına kimi olan illərdə yaranmış borcu üç ildən artıq müddət ərzində bizdən tələb etməmişdir. Hazırda isə hesab edirik ki, cavabdehin həmin borcu bizdən tələb etmək hüququ yoxdur.
b)Qarşılıqlı iddia tələbi və qarşılıqlı iddia tələbinin dəlilləri
5. 18.12.2024-cü il tarixdə Cavabdeh MMC “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, Azəriqaz İB tərəfindənCavabdeh MMC-yə məxsus Abşeron rayonu, Digah qəsəbəsi ünvanda yerləşən qeyri-yaşayış sahəsinə (kərpic istehsalı müəsisəsi) 2020ci ilin dekabr ayına olan və iddia müddəti keçmiş 54675,59 (əlli dörd min altı yüz yetmiş beş manat, əlli doqquz qəpik) manat məbləğində borcun **********00000 nömrəli abonent kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC onunla ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İB arasında bağlanılmış müqavilə əsasında ona məxsus olan Abşeron rayonu, Digah qəsəbəsi ünvanda yerləşən, qeyri yaşayış sahəsi (kərpic istehsalı müəsisəsi) üçün **********00000 saylı abonent hesabı verilərək təbii qazla təchiz edilmişdir. İstifadə edilmiş qazın dəyəri Cavabdeh tərəfindən daim vaxtlı-vaxtında ödənilmişdir.Bu yaxınlarda isə İddiaçı İB tərəfindən Cavabdeh MMC-yə qarşı məhkəmədə iddia qaldırılaraq, təbii qazdan istifadəyə görə yaranmış 250.658.34 (iki yüz əlli min altı yüz əlli səkkiz manat, otuz dörd qəpik) manat borcun ödənilməsi tələb edilmişdir. Tərəflər arasında aaprılmış şifahi danışıqlar zamanı, bu qədər borcun ödənilməmiş qalmasının ola bilməməzliyi bildirilsə də, qarşı tərəf buna məhəl qoymamışdır. Bu səbəbdən biz hazırki iş üzrə qarşılıqlı iddia ərizəsi vermək məcburiyyətində qaldıq.İddia ərizəsinə nəzər yetirdikdə görürük ki, ilkin iddia üzrə iddiaçı təşkilat illər öncə yaranmış borcu ilkin iddia üzrə cavabdehdən tələb etməmiş və yalnız indi tələb etmək niyyətinə düşmüşdür. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, iş materiallarında olan abonent saldosuna baxdıqda görmək olar ki, 2020-ci ilin dekabr ayına borc 54675,59 manat qeyd edilmişdir. Sonrakı illər ərzində həmin borc ilkin iddia üzrə cavabdehdən tələb edilmədiyindən bugünədək ödənilməmiş qalmışdır. Abonent saldosundan aydın görmək olar ki, “Yanar Dağ LTD'* MMC heç sonrakı illərdə, yəni 2021, 2022, 2023 və 2024-cü illərdə istifadə etdiyi qazın dəyərini belə tam ödəyə bilməmişdir. Buna görə də hesab edirik ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının sözügedən abonent hesabından həmin borc məbləği silinməlidir.
II. Tərəflərin mövqeləri:
7. ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nini nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
8. ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İB Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasın gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
9. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
10. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
11. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
12. İddiaçı Cavabdeh MMC ilə cavabdeh İddiaçı İB arasında 30 iyun 2017-ci il tarixli 2290- 06-17 saylı təbii qaz alqı-satqısına dair müqavilə bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı İB istehlakçı Cavabdeh MMC-ni təbii qazla təchiz edir.
13. **********00000 saylı abonent Cavabdeh MMC-nin (kommersiya) abonent saldosundan görünür ki, abonent kombi (1/1) ,qaz plitəsi PQ-4(1/1) ,odluq (33/33) adlı qaz cihazlarından istifadə edir. 2024-cü ilin noyabr ayına abonentə 250658.34 manat məbləğində borc hesablanmışdır.
V. Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. 373.2-ci maddə-müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
16. 375.1-ci maddə- hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
17. 375.2-ci maddə-məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
18. 377.2-ci maddə-icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 5.5-ci bənd- qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
20. “Qaz təchizatı haqqında” AR Qanununun 3.5-ci maddəsinə görə Sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir.
21. AR MPM-in: 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 113.1-ci maddəsinə görə iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır.
22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
23. Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli və Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarlarında göstərmişdir, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın həmin maddəsinin İİİ hissəsinin müddəalarına əsaslanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq, işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir”. Bundan başqa, həmin Qərarda iddia müddəti anlayışının tətbiqi ilə bağlı qeyd edilir ki, “iddia müddətinin əhəmiyyəti bunlardır: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.
VI. Məhkəmənin mövqeyi:
25. Məhkəmə hesab edir ki,ilkin iddia ərizəsi qismən təmin edilməlidir.
26. İddiaçı İB Cavabdeh MMC -dən təbii qazdan istifadəyə görə yaranmış 250658,34 manat borcun tutulmasını xahiş edir.
27. Belə ki, işin yuxarıda göstərilən hallarından göründüyü kimi iddiaçı Cavabdeh MMCnin silinməsini tələb etdiyi 250658.34 manat məbləğində borc 2024-cü ilin noyabr ayına hesablanmış abonentə məxsus qeyri-yaşayış sahəsin istifadə edilən qazın dəyəri yəni sərfiyyata görə hesablanan borcdur.
28. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş işin mübahisəsiz hallarından göründüyü kimi Cavabdeh tərəfindən istifadə olunmuş təbii qaza görə 2024-cü ilin noyabr ayına yaranmış 250658.34 manat borcun 93662.29 manat hissəsi 2021-ci ilin noyabr ayına olan borcdur.Abonent saldosundan müəyyən olunur ki, 2021-ci ilin noyabr ayına yaranmış 93662.29 manat borcdan cavabdeh tərəfindən ödəniş olmuş və həmin ilin dekabr ayına cavabdehin iddiaçıya 77994.46 manat təşkil edir. İlkin iddiaçı tərəfindən iddia ərizəsi xx.xx.2024-cü il tarixdə verilmişdir.
29. Məhkəmə hesab edir ki, İddiaçıMülki Məcəllənin 373.1-ci və 373.2-ci maddələrnə əsasən istifadə olunmuş təbii qaza görə yaranmış borcun 2021-ci ilin noyabr ayına olan 77994.46 manat hissəsinin tələb edilməsi ilə bağlı üç il iddia müddətini keçirmişdir.
30. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə münasibəti olduğundan mübahisəyə MM-nin 373.2-ci maddəsində nəzərdə tutulmuş üç illik iddia müddəti tətbiq edilməlidir. Qazdan istifadəyə görə ödənişlər “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndi və tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində ödənilməli olduğundan müəyyən olunur ki, iddia müddətinin axımı hər aya görə saldoda öz əksini tapmış ödəniş üçün MM-nin 377.2-ci maddəsinə əsasən bir ay sonra başlamışdır. İddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etdiyi nəzərə alınaraq müəyyən olunur ki, 2021-ci ilin sonuna yaranmış 77994.46 manat borc iddia müddəti ötmüş borcdur. Həmin hissədə ilkin iddia rədd edilməlidir.
31. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi Cavabdeh tərəfindən istifadə olunmuş təbii qaza görə yaranmış 250658.34 manat borcun 77994.46 manat hissəsi iddia müddəti ötmüş borcdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia qismən 172663.88 (250658,34 - 77994.46 =172663.88) manat borcun tələbi hissəsində təmin edilməli, digər hissədə rədd edilməlidir.
32. Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddiaya münasibətdə məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən əsaslarla ilkin iddia iddia müddəti tətbiq edilərək qismən təmin edildiyindən, 77994.46 manat borca dair hissədə iddia müddəti keçdiyindən ilkin iddia həmin hissədə rədd edildiyindən, qarşılıqlı iddia həmin əsaslarla təmin edilərək, 54675,59 manat məbləğində borc (iddia tələbi həcmində)Cavabdeh abonent hesabından iddia müddəti keçməsi səbəbilə silinməlidir.
33. İlkin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iş üzrə ödənilmiş 462 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir. Qarşılıqlı iddia isə təmin edildiyindən ödənilmiş 254 manat məbləğində dövlət rüsumu İddiaçındən tutularaq Cavabdehnə ödənilməlidir.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən təbii qazdan istifadəyə görə yaranmış 172663.88 manat borc, 462 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İlkin iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin **********00000 nömrəli abonent hesabında yaranmış 54675,59 manat borc silinsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 254 manat məbləğində dövlət rüsumu İddiaçınə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova