Məhkəmə qərarları › İş №e-2-2(113)-1141/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1141/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1141/2021 30.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borc məbləğinin silinməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı “aktın etibarsız hesab olunması və borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh İB tərəfindən tərtib edilmiş Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 19.03.2020-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında İddiaçı məxsus Bakı şəhəri, Türkan qəsəbəsi, Sovxoz ərazisində yerləşən istixanaya hesablanmış 23544 manat məbləğində borcun ləğv olunaraq **********00160 nömrəli abonent kodundan silinməsi, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh İB-dən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbnin həcminin artırılması barədə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən tərtib edilmiş “qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” 26.01.2021-ci il tarixli ******* nömrəli və 26.02.2021-ci il tarixli ******* nömrəli aktların etibarsız hesab edilməsi və əsassız olaraq hesablanmış 17226,8 manat borc məbləğini, ilkin iddia ərizəsi ilə birlikdə cəmi 40770,8 manat borc məbləğinin abonent saldosunda silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bundan sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-yi tərəfindən əsassız hesablanmış 40770,80 mana borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmışdır, iddiaçının nümayəndəsi məhkəməyə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilməmişdir. Belə ki, ikinci akta münasibətdə iddia tələbinin həcmini artırmasına baxmayaraq qeyd olunan akt üzrə iddiaçı tərəfindən Cavabdeh İB-nə müraciət olunmamışdır. Qeyd olunanlara əsasən iddianın baxılmamaış saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda sadalanan əsaslara görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.3-cü maddəsinin tələbinə görə əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İş materiallarından görünür ki, iddiaçı tərəfindən qeyd olunan iddia tələbində göstərilən məbləğin hesablanmasına səbəb olmuş iki akt üzrə borcun silinməsi ilə bağlı iddia tələbinin həcminin artırılmasına dair ərizəsində göstərilən ikinci 26.02.2021-ci il tarixli ******* nömrəli akt üzrə hesablanmış 17226,8 manat borcun silinməsini xahiş etsə də, tələbin qeyd olunan hissəsi üzrə qanunvericiliklə müəyyən edilmiş tələblərə riayət edilməyərək pretenziya qaydasında cavabdehə müraciət olunmamış, cavabdehin imtinası alınmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə 30.06.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, bundan əvvəl məhkəməyə təqdim etdiyi iddia tələbinin həcminin artırılması barədə ərizədə göstərilən aktları göstərməyərək, yalnız silməsi tələb olunan vəsait hissəsində tələb irəli sürmüşdür. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan sonuncu dəqiqləşmə ərizəsində silinməsi tələb edilən məbləğin bir hissəsi üzrə mübahisənin müvafiq olaraq məhkəmədən kənar qaydada həll edilməsinə dair qaydalara iddiaçı tərəfindən əməl olunmamışdır. Hazırda iddiaçı daha əvvəlki iddia tələbinin həcminin artırılması barədə iki hissəsli iddia tələbinin bir hissədə birləşdiridiyindən məhkəmə həmin tələbin ayrılaraq qiymət verilməsini məqsədmüvafiq hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, hakim ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.1, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh İB-yə qarşı “borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar