Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1151/2020 10.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Əsədova Səma Əsəd qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddiası üzrə işə Bakı Kommersiya Məhkəməsinin binasında,açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxxxxxx” ASC tərəfindən ona məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 2 nömrəli sovxoz ərazisində yerləşən dülgər sexinə (kod:**********4) cərimə hesablanması ilə bağlı tərtib edilmiş xx.xx.2020-ci il tarixli SQUN 82 nömrəli aktın ləğv olunması və həmin akt əsasında hesablanmış 1699 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 2 nömrəli sovxoz ərazisində yerləşən dülgər sexində fərdi sahibkarlılla məşğul olur. Qeyd oluna sexdə “xxxxxxxx” ASC tərəfindən quraşdırılmış sayğac vasitəsii lə elektrik enerjisindən istifadə olunur. Abunə haqqında sənəddən də aydın görəsnir ki, elektrik sayğacı əvvəlki dövrlərdə quraşdırılsa da , dülgər sexi tam gcü ilə 2018-ci lin oktaybr ayından etibarən işləməyə başlamış və həmin dövrdənsexdə elektrik enerjisinin sərfiyyatı artmışdır. Sexin fəaliyyət göstərməyə başladığı ilk günlərdən hazırki günə qədər “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən dəfələrlə sexdə yoxlamalar aparılmış, lakin heç bir nöqsan aşkar edilməmişdir. Belə yoxlamalardan biri də təxminən xx.xx.2020-ci il tarixdı aparılmış və yenə də heç bir nöqsan aşkar edilməmişdir. Lakin sonuncu yoxlamadan 10 gün sonra, yəni xx.xx.2020-ci il tarixdə “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən yenidən sexdə yoxlama aparılmış və sexdə sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə olunduğu üçün SQUN 82 nömrəli akt tərtib edilmişdir. Tərtib olunmuş aktla əlaqədar bildirilir ki, həmin akt yoxlama aparılan zaman yerinə tərtib olunmamışdır. Ümumiyyətlə belə bir aktın tərtib olunduğu bizə sonradan məlum olmuşdur. Yoxlama aparılan zaman sexin ərazisində sexin və “xxxxxxxx” ASC-nin əməkdaşlarından başqa kənar şəxs olmadığı halda qeyd olunmuşdur ki, yoxlama zamanı 2 nəfər hal şahidi də iştirak etmişdir. Aktda elektrik xəttindən axan yükün ölçüldüyü və 8,4 amper olduğu göstərilmişdir. Həmin vaxt isə ümumiyyətlə “xxxxxxxx” ASC-nin əməkdaşları hər hansı bir ölçmə əməliyyatı aparmamışdır, hətta həmin əməkdaşlarda həmin vaxt heç bir ölçmə cihazı olmamışdır. Bundan əlavə aktda qeyd olunmuşdur ki, abonent sexin ərazisindən keçən elektrik xəttini zədələyərək kənar xətt çəkmişdir. Həqiqətən də sexin ərazisindən sexə məxsus elektrik xəttindən əlavə başqa bir xətt keçir. Lakin qeyd olunan tarixdə yoxlama aparılan zaman sexin əməkdaşları tərəfindən sexə məxsus elektrik xəttinə elektrik cihazı qoşulmuşdur. Aktda qeyd olunanlar həqiqəti əks etdirmir. Sexə cərimə yazılması ilə bğalı məlumat əldə etdikdən sonra “xxxxxxxx” ASC-nin müvafiq idarəsinə müraciət olunmuş və həmin idarə tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib olunmuş aktın surəti ona təqdim edilmiş və bildirilmişdir ki, sexə 1699 manat məbləğində cərimə yazılmışdır. Lakin cərimənin hansı formada hesablanması ilə əlaqədar ona heç bir sənəd təqdim olunmamış, sadəcə olaraq bildirmişlər ki, sexə 2 il müddtinə cərimə hesbalanmışdır. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli SQUN 82 nömrəli aktın akt əsasında hesablanmış 1699,74 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia ərizəsini qəbul etməyərək məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. xx.xx.2020-ci il tarixdə məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək bildirmişdir ki, “xxxxxxxx” ASC-nin Enerji satış Departamentinin sayğac Quraşdırma və X4 Uçota Nəzarət şöbəsinin mühəndisidir. Daş sexində kabel zədələnmişdir. Xətt çəkiləndə qonşu kabelə gedən xətdə zədələnib. xx.xx.2020-ci il tarixdə məhkəmə iclasında şahid qismində Ağayev Abbas oğlu ifadə verərək bildirmişdir ki, o “xxxxxxxx” ASC-nin Enerji satış Departamentinin sayğac Quraşdırma və X4 Uçota Nəzarət şöbəsinin mühəndisidir. O da daş sexində baxış eçirmişdir. Orada balacaq otaq olmuş və əlavə xətt çəkilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - SQUN № 000082 saylı xx xxxxxx 2020-ci il tarixli aktın surətindən görünür ki, istehlakçı Qurban Fariz daş sexində E.E.İ.Q-na uyğun olaraq yoxlama aparılan zaman məlum olmuşdur ki, abonent sexin ərazisindən keçən Sip xəttini zədələyib kənar xətt çəkmişdir. Axan yük 8,4 A. - xx xxxxxx 2020-ci il tarixli ”xxxxxxxx” ASC-nin AKT komissiyasının Texniki sahə üzrə tələblər İcra vərəqinin təsdiq olunmuş surətində qeyd olunur ki, yoxlama zamanı məlum oldu ki, abonent sexin ərazisindən keçən sp xəttini zədələyərək kənar xətt çəkmişdir. Qərara əsasən, 1,848 kvt x 14 saat x 365 gün x 2 il=18886 kvts. İcra vərəqinin qeyd hissəsində kənar xəttin ləğv edilməsi göstərilmişdir. Əsas: SQUN AKT № 000082, xx.xx.2020-ci il tarixli. - 06/17-278 saylı abunə kodu üzrə Abunə haqqında arayışdan görünür ki, NİQ № 000033 nömrəli akt üzrə abonentə xx.xx.2018-ci il tarixdə 38.960,10 manat borc yazılmışdır. - **********90205 saylı abunə kodu üzrə Abunə haqqında arayışdan görünür ki, SQUN № 000082 nömrəli akt üzrə abonentə xx.xx.2020-ci il tarixdə 1699,74 manat borc yazılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektə baxış keçirilmiş və iddiaçıya SQUN № 000082 saylı, xx.xx.2020-ci il tarixli akt yazılmış və həmin akt əsasında abonentə xx.xx.2020-ci il tarixdə 1699,74 manat borc hesablanmışdır. “Elektroenergetika haqqında” xx xxxxx 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən, enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.2-ci bəndinə əsasən,Bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.3-cü bəndinə uyğun olaraq. dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Hesablaşma elektrik sayğacı tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir və həmin elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir, yaxud çıxılır. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.17-ci bəndinə görə istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Həmin Qaydaların 12.15.8-ci bəndinə görə enerji resurslardan səmərəli və qənaətlə istifadəsinə, elektrik qurğularının texniki istismar qaydalarının, təhlükəsizlik texnikası qaydalarının, təlimatların digər normativ sənədlərin tələblərinə əməl olunmasına və səlahiyyəti daxilində digər məsələlərə nəzarət etmək üçün X1 Agentliyinin səlahiyyətli nümayəndələrinin (onların xidməti vəsiqələri, nəzarətin həyata keçirilməsi haqqında qərarın surəti və nəzarətin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı əsasında) günün istənilən vaxtı maneəsiz elektrik qurğularına buraxılmasını təmin etməyə müstəqil enerji istehsalçısı borcludur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Qanunvericiliyin göstərilən normalarını nəzərə alaraq məhkəmə qeyd edir ki, 1699,74 manat əlavə sərfiyyat “xxxxxxxx” ASC tərəfindən faktiki istehlak edilmiş elektrik enerjisini ölçən elektrik sayğacının göstəriciləri əsasında deyil, SQUN № 000082 saylı, xx.xx.2020-ci il tarixli akt əsasında hesablanmışdır. Məhkəmə həmçinin qeyd edir ki aktın tərtib olunmasına səbəb olan yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun aparılmamış və yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Ona görə məhkəmə hesab edir ki, akt üzrə hesablanmış və iddiaçı tərəfindən mübahisələndirilən 1699,74 manat məbləğində borc İddiaçı abunə hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş SQUN № 000082 saylı akt əsasında hesablanmış 1699 (min altı yüz doxsan doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində borc İddiaçı **********90205 saylı abunə hesabından silinməlidir. Şərh olunanlaraəsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş SQUN № 000082 saylı akt əsasında hesablanmış 1699 (min altı yüz doxsan doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində borc İddiaçı **********90205 saylı abunə hesabından silinsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1151/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1151/2020
10.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver