Məhkəmə qərarları › İş №e-2-2(113)-117/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-117/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-117/2021 12.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “artıq hesablanmış borcun silinməsi və mənəvi zərərin ödənilməsi” və iddiaçı Cavabdeh İddiaçınə qarşı “borcun ödənilməsi” tələblərinə dair birləşdirilmiş işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz olaraq hesablanmış 20891,40 manat pulun silinməsi, 2019-cu ilin noyabr, dekabr, 2020-ci ilin yanvar, fevral aylarına hesablanmış 203669,40 manat qaz sərfiyyatının əvvəlki illərin sərfiyyatına uyğun olaraq hesablanması, vəkilə xidmət haqqı olaraq ödənilmiş 110 manatın və 30 manat dövlət rüsumunun, mənəvi zərərə görə 50000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçınə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 87404,40 manat məbləğində pul, 30 (otuz) manat dövlət rüsumu, 40 qəpik xidmət haqqı olmaqla, ümumilikdə 87434,80 manat pulun tutularaq Cavabdeh İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/HAZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X,Azəriqaz İB, VÖEN990000162İB1, AN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə iclası 12 oktyabr 2021-ci il tarixə saat 11:30-a təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehnə qarşı “artıq hesablanmış borcun silinməsi və mənəvi zərərin ödənilməsi” və iddiaçı Cavabdeh İddiaçınə qarşı “borcun ödənilməsi” tələblərinə dair iddia ərizələri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanmalıdır. Məhkəmə belə qənaətə gələrkən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, tərəflərin məhkəməyə təkrar gəlməmələrini nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır, 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “artıq hesablanmış borcun silinməsi və mənəvi zərərin ödənilməsi” və iddiaçı Cavabdeh İddiaçınə qarşı “borcun ödənilməsi” tələblərinə dair iddia ərizələri baxılmamış saxlansın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar