Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1200/2024 26.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə (Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: təbii qaz sərfiyyatına görə ödənilən pulun qaytarılması Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi ilə, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə (Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) qarşı ödənilən pulun abunə kodu hesabına keçirilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı (icarəçi) ilə "xxxx" MMC (icarəyə verən) arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC ünvan 2 istirahət zonasında 2418,8 kv.m ərazisinin 500 kv.m qeyri-yaşayış sahəsini İddiaçı xx.xx.2021-ci il tarixədək icarəyə vermişdir. Müqavilənin 7-ci bəndinə əsasən icarəçi vaxtı-vaxtında kommunal xidmətlərinin haqqını, elektrik enerjisi və su haqqını ödəməli, yanğın əleyhinə qaydalara riayət etməlidir.
2. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 347944 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı tərəfindən Cavabdeh İB-nin hesabına (033072 sayı abunə kodu üzrə qazın ödənişi olan) 1.613,44 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
3. İddiaçı (icarəyə verən) ilə Maraqlı şəxs (icarəçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 005 saylı icarə müqaviləsinə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 2418,8 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin 100 kv.m-ni icarə məqsədilə Maraqlı şəxs xx.xx.2024-cü il tarixədək icarəyə vermişdir. Müqavilənin 4.3-cü bəndinə əsasən icarəçi icarə haqqından əlavə icarəyə götürdüyü əmlakın saxlanma və istismar xərclərini, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər ödəmələri ödəmələdir.
4. İddiaçı ilə Cavabdeh İB arasında təbii qaz alqı-satqısına dair xx.xx.2023-cü il tarixli AMX-2437/23 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh İB fərdi sahibkar İddiaçı təbii qazla təchiz edir.
5. İddiaçı ərizə ilə Cavabdeh İB-yə ərizə ilə müraciət edərək, bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə "xxxx" MMC ilə onun arasında bağlanmış müqaviləyə əsasən xx.xx.2021-ci il tarixdə abunə kodu (033072) 1.613,44 manat vəsait ödədiyini, lakin bu pulun "xxxx" MMC-nin ümumi qaz borcuna silinməmiş, nə də ki, onun hesabına geri qaytarılmamışdır. Hal-hazırda bu pul məbləği Cavabdeh İB-nin hesabındadır. Cavabdeh İB onlara bildirmişdir ki, pul yalnız "xxxx" MMC-nin hesabından ödənilməlidir. Bu səbəbdən 1.613,44 manat vəsaitin onun şəxsi hesabına qaytarılmasına göstəriş verilməsini xahiş etmişdir.
6. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 487633 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Maraqlı şəxs tərəfindən Cavabdeh İB-nin hesabına (033072 sayı abunə kodu üzrə qaz borcuna görə ödəniş olan) 15000 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
7. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 488311 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Maraqlı şəxs tərəfindən Cavabdeh İB-nin hesabına (033072 sayı abunə kodu üzrə qaz borcuna görə ödəniş olan) 4.322,43 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
8. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 490184 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Maraqlı şəxs tərəfindən Cavabdeh İB-nin hesabına (033072 sayı abunə kodu üzrə qaz borcuna görə ödəniş olan) 3000 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
9. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 491432 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Maraqlı şəxs tərəfindən Cavabdeh İB-nin hesabına (033072 sayı abunə kodu üzrə qaz borcuna görə ödəniş olan) 1155 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 10.İddiaçı ərizə ilə Cavabdeh İB-yə ərizə ilə müraciət edərək, bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən əmlak kompleksini "xxxx" MMC-dən əldə etmişdir. Qaz abunəçisi 2023-cü ilə qədər (abunə kodu: 033072) "xxxx" MMC olmuş və ödənişlər nağd şəklində ödənilirdi. Bildirir ki, "xxxx" MMC fəaliyyətini dayandırmışdır. Son 2021, 2022 və 2023-cü illərdə obyektdə özü fəaliyyət göstərdiyinə görə rəsmi olaraq öz hesabından qazın ödənişini həyata keçirmiş, obyektin bir hissəsini icarəyə verdiyi Maraqlı şəxs öz bank hesabından qaza olan borcu ödəmişdir. xx.xx.2023-cü il tarixdə ASAN Xidmətə yaxınlaşaraq abunə kodunu "xxxx" MMC-dən İddiaçı adına keçirmişlər. Hal-hazırda abunə kodu onun adındadır. Bildirir ki, fəaliyyət göstərdiyi 2 il ərzində qaza borcu yoxdur. Bu səbəbdən ödənilmiş pulların (033072) abunə koduna keçirilməsini və yaxud onların pulalarının geri qaytarılmasını köməklik göstərilməsini xahiş etmişdir.
11. e-pul.az portalından xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, (abunə kodu 033072 olan) İddiaçı (qeyri-əhali) Cavabdeh İB-yə borcu 36.716,71 manat təşkil edir.
12. 100319102600000 saylı abonent İddiaçı (kommersiya) abonent saldosundan görünür ki, abonent PQ-4 (2/2), Su qızdırıcı kalonka (AQV-80, AQV-120) (1/1) adlı qaz cihazlarından istifadə edir. 2021-ci ilin oktyabr ayının əvvəlinə abonentə 1.613,44 manat məbləğində borc hesablanmış, 2021-ci ilin oktyabr-noyabr-dekabr ayında müvafiq olaraq 31 manat, 0 manat, 0 manat ödəniş olmuş, 2023-cü ilin aprel ayının sonuna və may ayının əvvəlinə 25.090,12 manat borc, may ayının sonuna və iyun ayının əvvəlinə 25.679,12 manat borc hesablanmış, 2023-cü ilin aprel-may-iyun aylarında müvafiq olaraq 0 manat, 0 manat və 21,22 manat ödəniş edilmişdir. 2024-cü ilin aprel ayına abonentin borcu 36.716,71 manat təşkil edir.
13. 28.11.2023-cü ildə İddiaçı tərəfindən pretenziya məktubu ilə Cavabdeh İB-yə müraciət edilmişdir.
II. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
14. İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 033072 nömrəli abunə kodu üzrə ödənilmiş 25.490,87 manat məbləğində pul vəsaitinin Cavabdeh İB tərəfindən abunə kodu hesabına keçirilməsini, bu mümkün olmadığı təqdirdə isə həmin vəsaitin onlara qaytarılması, həmçinin mediasiya təşkilatına ödənilmiş 200 manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı ünvan 3 ünvanında yerləşən əmlak kompleksinin 2013-cü ildən etibarən mülkiyyətçisi və sahibidir. Bu əmlakı "xxxx" MMC şirkətindən əldə etmişdir. 2023-cü ilə qədər (abunə kodu: 033072) abunə kodu "xxxx" MMC-nin adına idi və həmin dövrdə ödənişlər nağd şəkildə edilirdi. Hazırda isə "xxxx" MMC-nin fəaliyyəti dayandırılmışdır. Son 2021, 2022 və 2023-cü illərdə biznes fəaliyyəti həyata keçirdiyinə görə rəsmi olaraq öz hesabından qazın ödənişini həyata keçirmişdir. Həmçinin obyektin bir hissəsini rəsmi şəkildə icarə müqaviləsi bağlayaraq Maraqlı şəxs istifadəsinə vermişdir. Cavabdeh İB-nin hesabına ödənilmiş məbləğlər öz bank hesabından və Maraqlı şəxs hesabından ödənilmişdir. Tərəfindən xx.xx.2021-ci il tarixində 1.613,44 manat, Maraqlı şəxs tərəfindən isə xx.xx.2023-cü il tarixdə 15000 manat, xx.xx.2023-cü il tarixdə 4.322,43 manat, xx.xx.2023-cü il tarixdə 3000 manat, xx.xx.2023-cü il tarixdə isə 1555 manat olmaqla, ümumilikdə 25.490,87 manat məbləğində pul vəsaiti Cavabdeh İB-nin "xxxx" ASC-də olan bank hesabına ödənilmişdir. Bütün bunlar iddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırıqlarından da görünür. Tərəflərindən ödənilmiş pul məbləğləri abunə kodu üzrə hesabda öz əksini tapmadığına görə məcbur qalaraq abunə kodunu xx.xx.2023-cü il tarixində “Asan Xidmət” mərkəzində "xxxx" MMC-nin adından öz adına keçirmişdir. Bildirmək istəyir ki, fəaliyyət göstərdiyi üç il ərzində Cavabdeh İB-yə heç bir borcu yoxdur. Hal-hazırda ərizədə qeyd edilən abunə kodu ona məxsusdur. Beləliklə, tərəflərindən ödəniş edilsə də, həmin məbləğ miqdarında ümumi borc məbləğində azalma olmamış, sonradan isə Cavabdeh İB-nin tələbinə əsasən bütün borc məbləği tərəflərindən ödənilmişdir. Mövcud artıq ödəmənin hesaba keçirilməsi və ya geri qaytarılması barədə Cavabdeh İB-yə dəfələrlə rəsmi müraciət edilsə də, onlar tərəfindən hər hansı rəsmi yazılı cavab verilməmişdir. Şifahi olaraq danışıqlar zamanı isə onlar bu məbləğin olduğunu etiraf etsələr də, məhkəmə qətnaməsi olmadan bu barədə ödəniş edə bilməyəcəklərini qeyd etmişdirlər. Bu səbəbdən hesab edir ki, İddiaçı məxsus əmlakın abunə kodu üzrə ödənilmiş ödənilmiş 25.490,87 manat məbləğində pul vəsaiti Cavabdeh İB-dən tutularaq iddiaçıya geri ödənilməlidir.
16. İddiaçı tələbinin maddi hüquqi əsası kimi “Qazdan istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 5.2-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 433.1, 1091.2 və 1092.1-ci maddələrinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
17. İddiaya qarşı etiraz təqdim olunmamışdır. c) İşdə iştirak edən şəxslər və onların izahatları
18. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. A.Səfərov məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, ödəyici kodunu onlara “Asan Kommunal”da vermişdilər.
19. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, iddiaçının ödədiyi 1.613,44 manat məbləğində pul vəsaiti Cavabdeh İB-nin hesabına həqiqətən də daxil olmuşdur, lakin həmin zaman ödəyici ilə istehlakçının adları üst-üstə düşmədiyindən köçürülmüş pul vəsaiti Cavabdeh İB-nin hesabında elə də qalmışdır. Nümayəndə məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, geri tələb edilən ödənişlər qazın dəyəri ilə bağlı edilmiş ödənişlərdir. İstehlakçı ilə ödəyici arasında bağlılıq görsənmədiyi üçün pul abonentin hesabına köçürülməmişdir. Həmin pul vəsaitləri hazırda Cavabdeh İB-in hesabındadır. 20.Müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
21. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
22. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
23. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)
IV. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Mülki Məcəllənin: 431-ci maddəsinə görə borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. 431.2-ci maddəsinə görə kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər.
25. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
26. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
27. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh İB arasında bağlanmış təbii qaz alqı-satqısına dair xx.xx.2023-cü il tarixli AMX-2437/23 saylı müqaviləyə əsasən Cavabdeh İB fərdi sahibkar İddiaçı (abonent kodu 033072)təbii qazla təchiz edir. 033072 saylı abonent kodu İddiaçı adına olduğu dövrdə qazla təchiz edilən qeyri-yaşayış sahəsinin icarəçisi olmuş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs tərəfindən həmin kod üzrə qaz borcuna görə xx.xx.2023-cü il tarixdə 15000 manat, xx.xx.2023-cü il tarixdə 4.322,43 manat, xx.xx.2023-cü il tarixdə 3000 manat, xx.xx.2023cü il tarixdə isə 1155 manat olmaqla, ümumilikdə 23.477,43 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bununla yanaşı İddiaçı əvvəl həmin abonent kodu "xxxx" MMC-nin adına olmuş və həmin dövrdə qazla təchiz edilən obyektin icarəçisi olmuş İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixində 033072 abonent kodu üzrə qaz borcuna görə Cavabdeh İB-nin bank hesabına 1.613,44 manat pul ödənilmişdir. Hazırda İddiaçı yuxarıda göstərilən ödənişlərin Cavabdeh İB tərəfindən 033072 03072 abonent kodu üzrə borca silinmədiyini əsas göstərərək həmin ödənişlərin, mümkün olmadığı təqdirdə isə həmin vəsaitin qaytarılmasını tələb edir.
28. Məhkəmə ilk növbədə qeyd edir ki, iş materialları ilə İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs tərəfindən Cavabdeh İB-yə təyinatı 033072 abonent kodu üzrə borcun ödənilməsi göstərilməklə cəmi 25.090,87 manat məbləğində ödənişlər edilməsi öz təsdiqini tapsa da, abonent saldosundan da göründüyü kimi cavabdeh tərəfindən həmin ödənişlərin hesabına 033072 abonent kodu üzrə qaz borcundan silinmələr aparılmamışdır.
29. Cavabdeh İB həmin ödənişlərin borca yönəldilməməsini onunla əsaslandırmışdır ki, sözügedən ödənişlər 033072 saylı kod üzrə abonent olmuş şəxs tərəfindən deyil, üçüncü şəxslər tərəfindən (abonent kodu İddiaçı adına olduğu dövrdə Maraqlı şəxs, abonent kodu "xxxx" MMC-nin adına olduğu dövrdə isə İddiaçı tərəfindən aparılmışdır. Cavabdehin göstərilən dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 431-ci maddəsi şəxsən icra edilməli olan öhdəliklər istisna olmaqla digər öhdəliklərinin üçüncü şəxs tərəfindən icra edilməsi imkanını nəzərdə tutur və bu zaman kreditor yalnız borclu əleyhinə olduğu təqdirdə öhdəliyinin üçüncü şəxs tərəfindən icrasını qəbul etməmək hüququna malik olduğunu təsbit edir.
30. Hazırkı halda isə Maraqlı şəxs tərəfindən aparılmış ödənişlərə münasibətdə qeyd edilməlidir ki, Maraqlı şəxs tərəfindən icra edilmiş öhdəlik pul öhdəliyi olduğundan şəxsən icra edilməli olan öhdəliklərə aid edilmir. Bundan əlavə borclu İddiaçı üçüncü şəxs Maraqlı şəxs tərəfindən həyata keçirilmiş icranın kreditor Cavabdeh İB tərəfindən qəbul edilməsinin əleyhinə deyil, əksinə həmin icranın qəbul edilərək borcun silinməsini tələb edir. Odur ki, Cavabdeh İB Mülki Məcəllənin 431-ci maddəsinin tələbləri baxımından Maraqlı şəxs tərəfindən edilmiş icranı qəbul etməkdən imtina etmək hüququna malik olmadığından İddiaçı həmin ödənişlərin qəbul edilərək 033072 abonent kodu üzrə qaz borcuna silinməsini tələb etməkdə haqlıdır.
31. İddiaçı tərəfindən aparılmış 1.613,44 manat məbləğində ödənişə gəldikdə isə qeyd edilməlidir ki, həmin ödənişin edildiyi dövrdə abonent kodu İddiaçı adına olmasa da, abonent saldosundan göründüyü kimi həmin abonent kodu əvvəlki abonentin dövründən qalmış borcla birlikdə İddiaçı adına keçirilmişdir. Odur ki, hazırda İddiaçı həm qəbul edilməmiş icranı həyata keçirmiş şəxs, həm də borclu olduğundan tərəfindən edilmiş ödənişin kreditor tərəfindən qəbul edilməməsi üçün əsasların mövcudluğu müəyyən edilmir.
32. Edilmiş ödənişlər hesabına silinməli olan borc məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində 25.490,87 manat məbləğində borcun silinməsini tələb etsə də, cəmi 25.090,87 manat məbləğində ödənişləri təsdiq edən sənədləri məhkəməyə təqdim edilmişdir.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı adına olan 033072 saylı abonent kodu üzrə Cavabdeh İB-yə edilmiş ödənişlər hesabına həmin kod üzrə 25.090,87 manat məbləğində qazdan istifadəyə görə borc silinməlidir. 34.Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir.
35. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 166,47 manat təşkil edir.
36. Hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumunundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir.
37. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 190 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 38.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. İddiaçı adına olan 033072 saylı abonent kodu üzrə Cavabdeh İB-yə edilmiş ödənişlər hesabına həmin kod üzrə 25.090,87 manat məbləğində qazdan istifadəyə görə borc silinsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş 190 manat məbləğində mediasiya xərcləri cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva