Məhkəmə qərarları › İş №e-2-2(113)-1205/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1205/2020

19.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1205/2020 19.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Mən, Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlu, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” barədə kiçik iddialara dair sadələşdirilmiş qaydada verdiyi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ M: İddiaçı kiçik iddialara dair işlər üzrə ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən qəbul edilmiş NDQ 007055EİQ saylı aktın etibarsız hesab edilməsini və həmin akta əsasən hesablanmış 5335,20 manat məbləğində borcun silinməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, xx xxxxxx 2020-ci il tarixdə “xxxx” ASC-nin əməkdaşları İddiaçı MMC-yə məxsus İddiaçı brendi altında fəaliyyət göstərən mağazalar şəbəkəsinə daxil olan ünvan 1 ünvanında yerləşən mağazaya daxil olaraq 73054859 nömrəli, C 410 tipli sayğaca baxış keçirmiş və sayğacın yaddaşında xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinə kimi gərginliyin düşməsini müəyyən etmiş, buna dair 007055 nömrəli akt tərtib etmişlər. Həmin akta əsasən sayğac yenisi ilə əvəz edilmiş, çıxardılmış sayğac selofan torbaya qoyularaq ağzı möhürlənmiş və “xxxx” ASC-nin əməkdaşları tərəfindən rəy verilməsi üçün laboratoriyaya götürülmüşdür. “xxxx” ASC-nin Sayğac Quraşdırma və X1 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, 176452 nömrəli “Sayğacların və cərəyan transformatorlarının yoxlanması” protokolu ilə sayğacın ******* saylı sarı alt qapağının və 287445 saylı dövlət möhürünün normal vəziyyətdə olması, yalnız sayğacın daxilində qısaqapanma nəticəsində yanma aşkar edilmişdir. Göründüyü kimi, yoxlama zamanı sayğaca hər hansı müdaxilənin olmaması müəyyən edilmişdir. Lakin, buna baxmayaraq, “xxxx” ASC tərəfindən xx xxxxxx 2020-ci il tarixdə 007055EİQ pozulması tipli akta əsasən ünvan 1 ünvanında yerləşən mağazaya 5335,20 manat (4521,36 + 813,84 ƏDV) borc hesablanmış və xx.xx.2020-ci il tarixə kimi ödənilməsi xahiş edilmişdir. Qeyd edilən borc məbləği əsassızdır, belə ki, ünvan 1 ünvanında yerləşən mağazada quraşdırılımış sayğaca müdaxilənin edilmədiyi həmin sayğacın laboratoriya yoxlaması zamanı öz təsdiqini tapmışdır. Buna baxmayaraq mövcud halı “xxxx” ASC istehlakçı tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları”nın pozulması kimi qiymətləndirilmiş və heç bir sayğac göstəricilərinə əsaslanmadan əsassız olaraq yuxarıda qeyd edilən borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-4.1.4-ci maddəsinə əsasən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edilir. 284-4.2-ci maddəsinə əsasən, bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə olduqda məhkəmə həmin ərizənin qəbul olunmasından imtina edir. İddia ərizəsində sözügedən mağazada quraşdırılımış sayğaca müdaxilənin edilmədiyi halda əsassız olaraq hesablanmış 5335,25 məbləğində borcun silinməsi tələb olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, tələbetmə hüququ barədə mübahisə olduğundan iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 263, 264-cü maddələrinə əsasən, QƏRARA A L D İ M: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbi üzrə kiçik iddialar üzrə sadələşdirilmiş icraat barədə kommersiya mübahisəsinə dair ərizənin qəbul olunmasından imtina edilsin. İddia ərizəsi, ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçınə izah edilsin ki, kiçik iddialar üzrə sadələşdirilmiş icraat barədə kommersiya mübahisəsinə dair ərizənin qəbul edilməsindən imtina olunması onun həmin tələb üzrə iddia icraatı qaydasında ərizə verməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar