Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1209/2020 09.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı “xxxxxxxx” X3rşı hesablanmış borcun silinməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxxxxxx” ASC tərəfindən qəbul edilmiş NDQ 007055EİQ saylı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 5335,20 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək “xxxxxxxx” ASC tərəfindən qəbul edilmiş NDQ 007055EİQ saylı akta əsasən hesablanmış 5335,20 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı mağazalar şəbəkəsinə daxil olan mağazalardan biri ünvan 1 ünvanında yerləşir. xx xxxxxx 2020-ci il tarixdə “xxxxxxxx” ASC-nin əməkdaşları ünvan 1 ünvanında yerləşən mağazaya gələrək 73054859 nömrəli, C 410 tipli sayğaca baxış keçirmiş və sayğacın yaddaşında xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinə kimi gərginliyin düşməsini müəyyən etmiş, buna dair 007055 nömrəli akt tərtib etmişlər. Həmin akta əsasən sayğac yenisi ilə əvəz edilmiş, çıxarılmış sayğac selofan torbaya qoyularaq ağzı möhürlənmiş və “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən rəy verilməsi üçün laboratoriyaya götürülmüşdür. “xxxxxxxx” ASC-nin Sayğac Quraşdırma və Uçota Nəzarət idarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, 176452 nömrəli “Sayğacların və cərəyan transformatorlarının yoxlanması” protokolu ilə sayğacın ******* saylı sarı alt qapağının və 287445 saylı dövlət möhürünün normal vəziyyətdə olması, yalnız sayğacın daxilində qısaqapanma nəticəsində yanma aşkar edilmişdir. Göründüyü kimi, yoxlama zamanı sayğaca hər hansı müdaxilənin olmaması müəyyən edilmişdir. Lakin buna baxmayaraq, “xxxxxxxx” ASC tərəfindən xx xxxxxx 2020ci il tarixdə 007055EİQ pozulması tipli akta əsasən ünvan 1 ünvanında yerləşən mağazaya 5335,20 manat borc hesablanmış və xx.xx.2020-ci il tarixə kimi ödənilməsi xahiş edilmişdir. Hesablanmış borc məbləği ona görə əsassızdır ki, sayğaca müdaxilənin olunmaması laboratoriya yoxlaması zamanı öz təsdiqini tapmışdır. Buna baxmayaraq, mövcud halı “xxxxxxxx” ASC istehlakçı tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları”nın pozulması kimi qiymətləndirmişdir və istehlakçıya əsassız olaraq 5335,20 manat borc hesablanmışdır. Həmçinin, enerji təchizatçının hansı əsasdan elektrik enerjisi borcunu məhz 5335,20 manat məbləğində hesablaması məlum deyildir. Belə ki, “xxxxxxxx” ASC borcun hansı sayğac göstəricilərinə əsasən və nə kimi riyazi hesablamalar əsasında 5335,20 manat məbləğində müəyyən edildiyini əsaslandırmamışdır. İddiaçı hal – hazıra kimi elektrik enerjisindən istifadəyə görə borcunu vaxtı-vaxtında ödəmişdir və iddiaçının “xxxxxxxx” ASC-yə ödənilməmiş borcu qalmamışdır. Hətta “xxxxxxxx” ASC-nin № ********* nömrəli hesab ödəniş vərəqi əsasında xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisinə görə iddiaçıya 5712,12 manat borc hesablanmış və həmin borcun ödənilməsi tərəflərindən həyata keçirilmişdir. Beləliklə, faktiki olaraq “xxxxxxxx” ASC-dən iddiaçıya iki hesab ödəniş vərəqi daxil olmuş, bunlardan biri xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinə qədər istifadə olunan elektrik enerjisinə görə hesablanmış borc məbləği olmuşdur. Həmin borc tərəflərində ödənmişdir. Digər hesab ödəniş vərəqi NDQ 007055EİQ pozulması tipli akta əsasən hesablanmış borca görə tərtib edilmişdir. Həmin borc məbləği ilə iddiaçı razılaşmayaraq “xxxxxxxx” ASC-yə pretenziya məktubu ilə müraciət etmişdir. “xxxxxxxx” ASC isə pretenziyaya cavab verməmiş, əvəzində xx xxxxxx 2020-ci il tarixdə ünvan 1 ünvanında yerləşən mağazay elektrik enerjisinin verilməsi dayandırılmışdır. İddiaçı MMC ödəmə sənədini aldığı tarixdən sonra 5 gün ərzində ödənişi həyata keçirmiş, 5335,20 manat məbləği isə mübahisələndirmişdir. “xxxxxxxx” ASC tərəfindən xx xxxxxx 2020-ci il tarixdə ünvan 1 ünvanında yerləşən mağazada apardığı yoxlama qanunun tələbləri gözlənilmədən keçirilmişdir. Eyni zamanda, cavabdeh qurumun əməkdaşları tərəfindən yoxlama keçirilərkən, qanunvericiliyin tələbləri kobud pozulmuşdur. Belə ki, yoxlamanın aparılması heç bir yerdə qeydiyyata alınmamışdır. Odur ki, həmin akt əsasında hesablanmış borc silinməlidir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə “xxxxxxxx” ASC-nin əməkdaşları sayğaca baxış keçirilmiş və sayğacın yaddaşında xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinə kimi gərginliyin düşməsi müəyyən olunduğuna görə akt tərtib etmişlər. Həmin akta əsasən sayğac yenisi ilə əvəz edilmiş, çıxarılmış sayğac laboratoriyaya göndərilmişdir. “xxxxxxxx” ASC-nin Sayğac Quraşdırma və Uçota Nəzarət idarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, 176452 nömrəli “Sayğacların və cərəyan transformatorlarının yoxlanması” protokolu ilə sayğacın daxilində qısaqapanma nəticəsində yanma aşkar edilmişdir. Buna görə də “xxxxxxxx” ASC tərəfindən xx xxxxxx 2020-ci il tarixdə 007055EİQ saylı akta əsasən 5335,20 manat borc hesablanmışdır. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Mülki iş materiallarında olan: -xx.xx.2020-ci il tarixli, NDK 007055 saylı akta əsasən Bakı şəhəri, Suraxanı rayonu, S.Bəhlulzadə ünvanında yerləşən İddiaçı baxış zamanı sayğacın yaddaşında xx.xx.2020 tarixdən xx.xx.3030-ci il tarixinə kimi gərgnlik açılması düşdüyü, ölçmə zamanı axın yükləri İN=24A;. İB=23A; İC=195A; PF=130 kvt, qoyuluş gücü güc transformatorlarının nominalına əsasən S=630 kvt təşkil etdi müəyyən edilmişdir. -xx.xx.2020-ci il tarixli, 176452 saylı sayğac və cərəyan transformatorlarının yoxlanması barədə protokoluna əsasən sayğacın ******* saylı sarı alt qapaq və 287445 saylı qırmızı möhürləri normal olduğu, sayğacın daxilinə baxış zamanı daxili DSNK5 detallarının üzərində daxili qısaqapanma nəticəsində yanma müşahidə olunduğu qeyd olunmuşdur. -xx.xx.2020-ci il tarixli 206221 saylı aktan göründüyü kimi NVQ 007055 nömrəli akta əsasən sayğac yenisi ilə əvəz edilmiş, çıxan sayğac salafan torbaya qoyulmuş, ağzı möhürlənərək laboratoriyada rəy verilməsi üçün götürülmüdür. -xx.xx.2020-ci il tarixli hesab ödəniş vərəqinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, B.Bülbülə qəsəbəsi, S.Bəhlulzadə 85 ünvanında yerləşən İddiaçı cəmi borcunun 4722,12 manat olduğu və xx.xx.2020-ci il tarixinə kimi ödənilməli olduğu qeyd olunmuşdur. -xx.xx.2020-ci il tarixli hesab ödəniş vərəqinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, B.Bülbülə qəsəbəsi, S.Bəhlulzadə 85 ünvanında yerləşən İddiaçı cəmi borcunun 5335,20 manat olduğu və xx.xx.2020-ci il tarixinə kimi ödənilməli olduğu qeyd olunmuşdur. -xx.xx.2020-ci il tarixli “xxxxxxxx” ASC-nin icra vərəqinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, S.Bəhlulzadə qəsəbəsi ünvanında yerləşən İddiaçı yoxlama zamanı sayğacın yaddaşında xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinə kimi gərginlik açılması düşdüyü müəyyən edilmiş və sayğacın yenisi ilə əvəz edilməsi qərara alınmışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadə zamanı pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini də məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd apanlır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir. Bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdeh “xxxxxxxx” ASC-nin əməkdaşları ünvan 1 ünvanında yerləşən iddiaçının mülkiyyətinə olan mağazaya gələrək 73054859 nömrəli, C 410 tipli sayğaca baxış keçirmiş və sayğacın yaddaşında xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinə kimi gərginliyin düşməsini müəyyən etmiş, buna dair 007055 nömrəli akt tərtib etmişlər. Həmin akta əsasən sayğac yenisi ilə əvəz edilmiş, çıxardılmış sayğac selofan torbaya qoyularaq ağzı möhürlənmiş və “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən rəy verilməsi üçün laboratoriyaya götürülmüşdür. “xxxxxxxx” ASC-nin Sayğac Quraşdırma və Uçota Nəzarət idarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, 176452 nömrəli “Sayğacların və cərəyan transformatorlarının yoxlanması” protokolu ilə sayğacın ******* saylı sarı alt qapağının və 287445 saylı dövlət möhürünün normal vəziyyətdə olması, yalnız sayğacın daxilində qısaqapanma nəticəsində yanma aşkar edilmişdir. Daha sonra cavabdeh tərəfindən xx xxxxxx 2020-ci il tarixdə 007055EİQ pozulması tipli akta əsasən ünvan 1 ünvanında yerləşən mağazaya 5335,20 manat borc hesablanmış və xx.xx.2020-ci il tarixə kimi ödənilməsi xahiş edilmişdir. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Bundan başqa iddiaçıya hesablanmış borcun hansı əsaslarla hesablanması barədə cavabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti “xxxxxxxx” X4 tutularaq İddiaçınə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxxxxxx” X3rşı hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilsin. “xxxxxxxx” X6 tərəfindən NDQ 007055EİQ saylı akta əsasən İddiaçınə hesablanmış 5335,20 manat məbləğində borc silinsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti “xxxxxxxx” X4 tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1209/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1209/2020
09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver