Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-125/2023 13.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh "X3" MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "X3" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş ziyanın əvəzi olaraq 20.000 manat məbləğində pul vəsaitinin və 5.000 manat mənəvi ziyanın, mediasiya xərci olaraq ödənilmiş 200 manat rüsumun, hüquqi xidmət haqqı olaraq ödənilmiş 150 manat pul vəsaitinin Cavabdeh MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 2(113)-285/2021 saylı qətnaməsi ilə 1 ədəd qeydiyyat stolunun altında süd rəngli 2 siyirtməli tumba, 3 ədəd qararəngli qonaq stulu, 1 ədəd süd rəngli təkərli tumba, 1 ədəd təkərli, qara rəngli müəllim kreslosu, 1 ədəd ağ-yaşıl dizaynda təkərli kreslo, 1 ədəd 2x2,40 mölçüdə böyük qara rəngdə parta stol (alt hissəs işkaflı, siyirtməli), 1 ədəd orq şüşədən üzərində led işıqlarla yazı olan lövhə, 1 ədəd süd rəngli qeydiyyat stolu, 2 ədəd qararəngli təkərli qeydiyyat kreslosu, 1 ədəd zibil qutusu, 1 ədəd süd rəngli asılqan, 1 ədəd krem rəngli hündürlüyü tavana qədər olan 6 siyirtməli 2 qapılı şkaf, 1 ədəd qızılı rəngli yastıqlı divan, 1 ədəd qızılı rəngli yastıqlı kreslo, 1 ədəd boz rəngli dispenser, 2 ədəd böyük dekorativ təbiiağac, 1 ədəd uzun qara rəngli güldan, 1 ədəd dairəvi divar güzgüsü, 2 ədəd qəhvəyi rəngli parta tipli stol, 1 ədəd kreslo, 2 ədəd iki qapılı hündürlüyü tavana qədər olan 2 ədəd qəhvəyi rəngli kitab rəfi, 1 ədəd qəhvəyi rəngli 3 siyirtməli tumba, 2 ədəd dekorativ təbiiağac, 1 ədəd qəhvəyi rəngdə hündürlüyü tavana qədər olan 2 qapılı kitab rəfi, 3 ədəd qara stul, 1 ədəd yeni stabilizator, sürücülük kursuna aid 75 ədəd yeni vəziyyətdə kitablar, 2 qutu A4 formatda kağız, 1000 ədəd dispenser üçün stəkan, 10 ədəd güllər üçün boş dibçəklər, arxiv sənədləri, ayaqqabılar, otverka, çəkic, kəlbətin, 20 ədəd boş qovluqlar, 1 ədəd tikiş üçün düymə vuran aparat, 1 ədəd böyük yazı lövhəsi, 1 ədəd qara təkərli asılqan, 15 ədəd dekorativ güllər, 6 ədəd qara stul, 1 ədəd böyük dərs stolu, 5 ədəd qızılı rəngli stul, 7 ədəd svetofor rənglərində parça stul, 1 ədəd “Jack” markalı professional tikiş maşını, 1 ədəd “Jack” markalı professional oberlok tikiş maşını, qapılı dolab və həmin dolabda olan şəxsi əşyalar, 1 ədəd kiçik ölçülü ağ rəngdə soyuducu, 1 ədəd kiçik lövhə, 1 ədəd uşaq paltarı üçün maniken Cavabdeh MMC-dən alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. 2-2(113)-285/2021 xx.xx.2021-ci il tarixli icra vərəqəsi icra edilməsi üçün Yasamal Rayon İcra Şöbəsinə həvalə edilmişdir. Yasamal Rayon İcra Şöbəsi tərəfindən qətnamənin icrası üçün Cavabdeh MMC-nin siyahıya alınmış əmlakların saxlanılan qeyri-yaşayış sahəsinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, əmlakların çox hissəsinin olmadığı və qalan hissəsinin isə tam yararsız vəziyyətdə olduğu üçün məhkəmə qətnaməsi ilə qət edilmiş əmlakların ona təhvil verilməsi mümkün olmamışdır. İcra sənədi icra edilmədən məhkəməyə geri qaytarılmışdır. Bildirir ki, 21 fevral 2020-ci il tarixdə Express bankdan 10.000 manat biznes kredit götürərək yuxarıda qeyd etdiyi ofis əmlaklarının müəyyən bir hissəsini təzə alaraq Caspian Plazada icarəyə götürdükləri ofisə yerləşdirmişdir. 2020-ci ilin mart ayından etibarən Koronavirus (COVİD-19) pandemiya dövrü ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu üçün fəaliyyət göstərə bilməmişlər. Daha sonra isə Cavabdeh MMC tərəfindən ofisə girişləri qadağan edilmişdir və qətnamədə göstərilən bütün əmlakları təzə şəkildə ofisdə qalmışdır. Cavabdeh təşkilatın yaratdığı süni maneələr səbəbindən o banka olan borcunu da ödəyə bilmədi və girov olaraq qoyduğu qızıl-zinət əşyaları da bank tərəfindən pulun əvəzi olaraq götürülmüşdür. Yəni cavabdehin hərəkətləri nəticəsində o əmlakları ilə bərabər onun üçün mənəvi dəyəri əvəz edilməz olan qızıl əşyalarını da itirmişdir. Qətnamədə göstərilmiş aşağıdakı əmaklarının yarasız vəziyyətdə olması və müəyyən bir hissəsinin isə olmaması səbəbindən Cavabdeh MMC tərəfindən ona 20.000 manat ziyan dəymişdir. 1. Resepşn stolunun altında süd rəngli 2 polkalı tumba – 1 ədəd - 140 manat; 2. qara qonaq stulu (3 ədəd) - 120 manat; 3. Süd rəngli təkərli tumba (1ədəd) – 140 manat; 4. Müəllim kreslosu qara+ təkərli (1ədəd) – 149 manat; 5.ağ yaşıl dizaynda təkərli kreslo (1ədəd) – 235 manat; 6. 2*2,40 ölçüdə böyük qara rəngdə parta-stol (alt hissəsi şkaflı, siyirməli) (1ədəd) – 1180 manat; 7. Divarda İ❤ (love) STEP yazısı (org steklodan led işıqlarla) – 1 ədəd – 690 manat; 8. Süd rəngli Resepşn stolu – 1 ədəd – 760 manat; 9. Qara Resepşn kreslosu təkərli (2ədəd) – 298 manat; 10. zibil qutusu 1 ədəd – 9 manat; 11. Süd rəngli asılqan – 01 ədəd - 160 manat; 12. Krem rəngli hündürlüyü tavana qədər olan 6 polkalı 2 qapılı (4 polkası 2 şüşə qapılı, 2 polkası mebel qapılı) olan şkaf – 01 ədəd – 380 manat; 13. Divan qızılı yastıqlı – 01 ədəd – 675 manat; 14. Kreslo qızılı yastıqlı – 01 ədəd – 355 manat; 15. Dispenser (Bozrəngli) – 01 ədəd – 320 manat; 16. Böyük dekorativ təbi iağac – 02 ədəd – 320 manat; 17. Qara güldan uzun - 01 ədəd – 40 manat; 18. Divarda Dairəvi güzgü – 01 ədəd – 150 manat; 19. qəhvəyi rəngli parta tiplistol müdir masası (2ədəd) – 280 manat; 20. Müdir kreslosu – 01 ədəd - 149 manat; 21. 2 qapılı hündürlüyü tavana qədər qəhvəyi kitab rəfi (2 ədəd) – 760 manat; 22. qəhvəli rəngli 3 polkalı tumba (1ədəd) – 130 manat; 23. dekorativ təbi iağaclar (2 ədəd) - 160 manat; 24. kitab rəfi 2 qapılı qəhvəyi rəngdə/ tavanadək (1ədəd) – 380 manat; 25. Alçipandan ofis daxilində stasionar təmir edilmiş qapalı anbara oxşar sahənin içində olan və onlara məxsus qara stullar – 3 ədəd – 120 manat, təzə karobkasında sterilizator aparatı 01 ədəd - 380 manat, sürücülüyə aid təzə kitablar işlənməmiş – 75 ədəd – 750 manat, A4 kağızlar təzə paçkalarda 2 ədəd - 11 manat, dispenser üçün stəkan 1000 ədədli paket – 01 ədəd - 25 manat, güllər üçün boş dibçəklər – 10 ədəd – 90 manat, arxiv sənədləri, ayaqqabılar, otverka, çəkic, kəlbətin, boş qovluqlar – 20 ədəd – 200 manat, tikiş üçün düymə vuran aparat 01 ədəd – 100 manat; 26. Böyük yazı lövhəsi (1ədəd) – 110 manat;
27. Qara təkərli asılqan – 01 ədəd – 70 manat; 28. Dekorativ güllər - 15 ədəd – 675 manat; 29. qara qonaq stulu (6 ədəd) – 240 manat; 30. Böyük Dərs stolu (meeting roomstolu) (1ədəd) – 980 manat; 31. Qızılı stul - 5ədəd – 575 manat; 32. svetafor rənglərində parça stul (7 ədəd) – 630 manat; 33. jack firmasının professional tikiş maşını (1ədəd) – 2.000 manat; 34. jack firmasının professional overlok tikiş maşını (1ədəd) – 2.000 manat; 35. İri həcmli+ tavanadək+ krem rəngli+ 4 qapılı təxmini 90 sm dərinlikdə dolab (1 ədəd) və həmin dolabda olan şəxsi əşyalar, işə aid sənədlər, parçalar, saplar, paltarlar – 840 manat; 36. Soyuducu ağ rəngli (kiçik ölçülü) – 01 ədəd – 560 manat; 37. Lövhə (balaca) – 1 ədəd – 45 manat; 38. Uşaq paltarı üçün maniken (1 ədəd) – 120 manat. Bildirir ki, qətnamə ilə qət edilən əmlakların dəyəri ümumilikdə 20.000 manat təşkil edir. Artıq 3 ildir ki, həmin əmlaklarından məhrum olmuşdur. İcra sənədində və video görüntüdə aydın şəkildə görünür ki, cavabdeh təşkilat tərəfindən əmlaklarının müəyyən bir hissəsi yararsız hala gətirilib, digər hissəsi isə yoxdur. Bilindiyi kimi icarəyə ofis götürüldüyü halda oranın fəaliyyət göstərməsi üçün əşyalar ilə təchiz edilməsi mütləq idi. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində 3 ildir ki, öz əmlaklarından istifadə edə bilməmiş, nə əmlaklarını nə dəki onların dəyəri ona verilməmişdir. Belə ki, 2020-ci ildən cavabdehlərin hərəkətləri nəticəsində o əmlaklarından məhrum olmaqla illərdir qazanc əldə etmə imkanını da itirmişdir. Cavabdehin əmlaklarını yararsız hala gətirməsi və digər hissəsinin isə ümümiyyətlə olmaması nəticəsində ciddi psixoloji sarsıntı keçirmiş və şüurumnda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuşdur. Bu da onun sinir sisteminə ciddi fəsad törətmişdir. Dəfələrlə səhhətində ciddi narahatlıqlar olmuş, müayinə və mülaicə olunmuşdur. Mənəvi zərər tərəfindən 5.000 manat müəyyən edilir. Bütün bu hallar göstərir ki, cavabdeh təşkilat qətnamənin icrasından yayınaraq qərəzli şəkildə qətnaməni icra etməmişlər, bununla da ona maddi və mənəvi zərər vurulmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı izahatında həmçinin bildirmişdir ki, 2020-ci ildə biznes krediti götürərək aparatları və mebellərin əksər hissəsini əldə etmişlər. Onlar ofisə köçəndə ofisdə heç nə yox idi. 2020-ci ildən başlayaraq onlar ofisi mebellər ilə doldurmuşlar. Fevral ayından mart ayınadək çalışdıqlarına görə mebellər çox istifadə edilmiş vəziyyətdə ola bilməzdi. İddiaçı məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, bankdan 10.000 manat məbləğində kredit götürüb əşyaları əldə etmişlər. Əşyaların əksər hissəsini 10.000 manat məbləğə əldə etmişlər. Tikiş aparatını da götürdükləri kredit əsasında əldə etmişlər. Aldığı malların qəbzlərini götürmək üçün cavabdeh şərait yaratmadı. Anbardan tikiş maşınını götürməməyinin səbəbi aparatın sınıq olması idi. Malların pis vəziyyətdə olması ilə bağlı icra məmurunun rəyi var. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, iddiaçı əmlaklara ekspert ilə birlikdə baxış keçirib, lakin əmlaklar sökülü vəziyyətdədir və iddiaçıya məxsus əmlak deyildir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-285/2021 nömrəli qətnaməsi ilə müəyyən olunan həmin əmlaklar mövcud deyil və mövcud olanlar isə yararsız vəziyyətdədir. İddiaçının əmlaklarından məhrum olması nəticəsində ona 20.000 manat ziyan dəymişdir. Onlar dəymiş ziyanın əvəzini tələb edirlər. Əmlaklar qətnamənin icra edilməsinin mümkün olmaması səbəbilə onlara təhvil verilməmişdir. İcra məmuru əmlakların bir hissəsinin yararsız olması, digər hissəsinin isə olmaması qərarına gəlmişdir. Belə olan halda ekspertin əmlakların qiymətini şəkillər əsasında müəyyən etməsi daha məqsədəuyğundur. Cavabdehin ekspertdən izahat verməsini tələb etdiyi fotoşəkillər iddiaçı tərəfindən icra mərhələsində çəkilib. Bu fotoşəkillərdəki əmlakların heç birini ekspert görməyib. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, əşyalara ekspert tərəfindən qoyulmuş qiymətlər həqiqəti əks etdirmir. Əmlakların dəyəri qeyri-müəyyəndir, amortizasiya nəzərə alınmamışdır. İddia tələbinin rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixdə məhkəməyə daxil olmuş “ekspertiza aparılmasına imtina edilməsi barədə” məlumat məktubu ilə bağlı yaranmış sualları cavablandırmaq üçün məhkəmə iclasına dəvət edilmiş və xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən ekspert X2 izahatında əmlakların sökülmüş vəziyyətdə olması ilə bağlı rəy verilməsinin mümkün olmadığını bildirmişdir. Ekspert məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, əmlakların yenidən qurulması mümkündür. Əmlaklar balaca otağa yerləşdirilmişdir və üstüstə yığılmışdı. Gördüyü qədəri ilə əmlaklar sökülü, qırıq-qırıq idi. Əmlakların saxlandıldığı yerdə tikiş maşının olub-olmaması yadında deyil, lakin səhv etmirsə tikiş maşını yox idi. Divan var idi, lakin görünüşü yadında deyil. Şəkilləri xatırlamır. Həmin otaqda 38 ədəd əşya olması mümkün deyil, otaq çox balaca idi. Sadalanan həcmdə əmlakların otağa yerləşməsi mümkün deyil. Məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə verilmiş 22 iyun 2023-cü il tarixli, 9/2717 nömrəli ekspert rəyi ilə bağlı yaranmış sualları cavablandırmaq üçün məhkəmə iclasına dəvət edilmiş və xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən ekspert X2 izahatında sonuncu dəfə əmlakları yerində müayinə etməyə gedəndə o məhkəməyə gəldiyini və məhkəmənin olduğu ünvandan yerində müayinə etmək üçün əşyaların saxlanıldığı yerə getdiyini, anbarın qarşısında 20 dəqiqə gözlədikdən sonra 2 dəfə əşyaların göstərilməsi üçün şərait yaradılmasını xahiş etdiyini, cavabdehin nümayəndələrinin onları yubandırdığını və əşyalara baxış keçirmək üçün şərait yaradılmadığını bildirdi. Ekspert E.Qəhrəmanov məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, birinci dəfə baxış keçirərkən əşyaların bir qismi qırıq, bir qismi isə yox idi. Birinci dəfə baxış keçirilməsi üçün məhkəməyə gəldi, ona iddiaçı bildirdi ki, gəlib lakin cavabdeh ofisdə gözlədiyini qeyd etdi. Daha sonra anbara gələndə mühafizəçi onlara bildirdi ki, əşyaların yerində müayinə edilməsi barədə məlumatı yoxdur. Daha sonra cavabdeh tərəfindən heç kim tədqiqat prosesi ilə maraqlanmadı. Sonuncu dəfə anbara daxil olmadı. Birinci dəfə baxış keçirərkən anbara daxil olmuşdu və əşyalar üst-üstə yığılmışdı. Əşyaların fotoşəkillərini çəkmədi. Əşyalara qoyulan qiymətlər internet saytlarından və mərkəzdə olan məlumatlardan formalaşıb. Əmlakların dəyəri tədqiqatın aparıldığı dövr üçün, əşyaların istifadə olunmağı nəzərə alınmaqla müəyyən edilib. Tikiş maşını dəfələrlə ekspertiza mərkəzi tərəfindən qiymətləndirilib. Adıçəkilən tikiş maşının qiymətini əmtəəşünas olmağı səbəbilə bilir. Onlar ortalama qiymət müəyyən edirlər. Əşyalar nəzəri qiymətləndirilib. Əşyalar qiymətləndirilərkən onların istifadə olmuş olması və amortizasiyası nəzərə alınıb. Birinci dəfə gedəndə həmin tikiş maşını təqdim edilmədi. İkinci dəfə baxış keçirmək üçün gedəndə mühafizəçi gözləməklərini xahiş etdi və 20 dəqiqə gözlədilər və daha sonra hər hansı məlumat verilmədi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-285/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı ofis icarəsinə dair icarə müqaviləsinə xitam verilməsi, icarə müqaviləsi üzrə yaranmış borcun, cərimənin və elektrik enerjisindən istifadəyə görə yaranmış borcun ödənilməsi barədə ilkin iddiası qismən təmin edilmiş, İddiaçı Cavabdehnə qarşı icarə müqaviləsinə xitam verilməsi, əşyaların qaytarılması, artıq ödənilmiş pulun qaytarılması barədə qarşılıqlı iddiası qismən təmin edilmiş, 663 manat məbləğində əsas borc, 50 manat dəbbə pulu olmaqla ümumilikdə 713 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Cavabdehnə ödənilməsi, 1 ədəd qeydiyyat stolunun altında süd rəngli 2 siyirtməli tumba, 3 ədəd qara rəngli qonaq stulu, 1 ədəd süd rəngli təkərli tumba, 1 ədəd təkərli, qara rəngli müəllim kreslosu, 1 ədəd ağ-yaşıl dizaynda təkərli kreslo, 1 ədəd 2x2,40 m ölçüdə böyük qara rəngdə parta stol (alt hissəsi şkaflı, siyirtməli), 1 ədəd orq şüşədən üzərində led işıqlarla yazı olan lövhə, 1 ədəd süd rəngli qeydiyyat stolu, 2 ədəd qara rəngli təkərli qeydiyyat kreslosu, 1 ədəd zibil qutusu, 1 ədəd süd rəngli asılqan, 1 ədəd krem rəngli hündürlüyü tavana qədər olan 6 siyirtməli 2 qapılı şkaf, 1 ədəd qızılı rəngli yastıqlı divan, 1 ədəd qızılı rəngli yastıqlı kreslo, 1 ədəd boz rəngli dispenser, 2 ədəd böyük dekorativ təbii ağac, 1 ədəd uzun qara rəngli güldan, 1 ədəd dairəvi divar güzgüsü, 2 ədəd qəhvəyi rəngli parta tipli stol, 1 ədəd kreslo, 2 ədəd iki qapılı hündürlüyü tavana qədər olan 2 ədəd qəhvəyi rəngli kitab rəfi, 1 ədəd qəhvəyi rəngli 3 siyirtməli tumba, 2 ədəd dekorativ təbii ağac, 1 ədəd qəhvəyi rəngdə hündürlüyü tavana qədər olan 2 qapılı kitab rəfi, 3 ədəd qara stul, 1 ədəd yeni stabilizator, sürücülük kursuna aid 75 ədəd yeni vəziyyətdə kitablar, 2 qutu A4 formatda kağız, 1000 ədəd dispenser üçün stəkan, 10 ədəd güllər üçün boş dibçəklər, arxiv sənədləri, ayaqqabılar, otverka, çəkic, kəlbətin, 20 ədəd boş qovluqlar, 1 ədəd tikiş üçün düymə vuran aparat, 1 ədəd böyük yazı lövhəsi, 1 ədəd qara təkərli asılqan, 15 ədəd dekorativ güllər, 6 ədəd qara stul, 1 ədəd böyük dərs stolu, 5 ədəd qızılı rəngli stul, 7 ədəd svetofor rənglərində parça stul, 1 ədəd “Jack” markalı professional tikiş maşını, 1 ədəd “Jack” markalı professional overlok tikiş maşını, qapılı dolab və həmin dolabda olan şəxsi əşyalar, 1 ədəd kiçik ölçülü ağ rəngdə soyuducu, 1 ədəd kiçik lövhə, 1 ədəd uşaq paltarı üçün maniken Cavabdehndən alınaraq İddiaçı qaytarılması, ilkin və qarşılıqlı iddiaların qalan hissələrdə rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin (icra məmuru Bəhruz Bayramov) icrası mümkün olmaya icra sənədinin məhkəməyə və digər orqana qaytarllması haqqında xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-285/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsi icra edilmədən həmin məhkəməyə geri qaytarılmışdır. Qərardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-285/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin (qətnamənin) icrası ilə bağlı Cavabdeh siyahıya alınmış əmlakların saxlanılan qeyri-yaşayış sahəsinə baxış keçirilən zaman əmlakların bir hissəsinin orada olmadığı, qalan digər hissəsinin isə yararsız vəziyyətdə olduğu aşkar edilmişdir. Bu səbəbdən əmlakların İddiaçı təhvil verilməsi mümkün olmamışdır. Belə olan halda tələbi tam təmin etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılmasında imtina edilməi barədə 19 yanvar 2023-cü il tarixli məlumatına əsasən xx.xx.2022-ci il tarixdə məhkəmə qərardadında göstərilən əmlaklara baxış keçirilmiş, lakin təqdim edilmiş əşyalar sökülü vəziyyətdə olduğundan qiymətləndirmə aparmaq mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyun 2023-cü il tarixli 9/2717 nömrəli ekspert rəyi ilə (məhkəmənin 1-ci və 5-ci sualları üzrə) iddia ərizəsində adları sadalanan əşyaların nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 18.501 manat müəyyən edilir. Məhkəmənin 2-ci, 3-cü və 4-cü sualları üzrə qeyd edilən əşyalar ekspertiza tədqiqatına təqdim edilmədiyi üçün tədqiqat aparmaq mümkün olmadı. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. İddiaçı tərəfindən “Cavabdehnə xəbərdarlıq (pretenziya) məktubu ünvanlanaraq 20.000 manat ziyanın və 5.000 manat mənəvi ziyanın ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
Əsaslandırıcı hissə:
Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin hallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 285/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə 1 ədəd qeydiyyat stolunun altında süd rəngli 2 siyirtməli tumba, 3 ədəd qara rəngli qonaq stulu, 1 ədəd süd rəngli təkərli tumba, 1 ədəd təkərli, qara rəngli müəllim kreslosu, 1 ədəd ağ-yaşıl dizaynda təkərli kreslo, 1 ədəd 2x2,40 m ölçüdə böyük qara rəngdə parta stol (alt hissəsi şkaflı, siyirtməli), 1 ədəd orq şüşədən üzərində led işıqlarla yazı olan lövhə, 1 ədəd süd rəngli qeydiyyat stolu, 2 ədəd qara rəngli təkərli qeydiyyat kreslosu, 1 ədəd zibil qutusu, 1 ədəd süd rəngli asılqan, 1 ədəd krem rəngli hündürlüyü tavana qədər olan 6 siyirtməli 2 qapılı şkaf, 1 ədəd qızılı rəngli yastıqlı divan, 1 ədəd qızılı rəngli yastıqlı kreslo, 1 ədəd boz rəngli dispenser, 2 ədəd böyük dekorativ təbii ağac, 1 ədəd uzun qara rəngli güldan, 1 ədəd dairəvi divar güzgüsü, 2 ədəd qəhvəyi rəngli parta tipli stol, 1 ədəd kreslo, 2 ədəd iki qapılı hündürlüyü tavana qədər olan 2 ədəd qəhvəyi rəngli kitab rəfi, 1 ədəd qəhvəyi rəngli 3 siyirtməli tumba, 2 ədəd dekorativ təbii ağac, 1 ədəd qəhvəyi rəngdə hündürlüyü tavana qədər olan 2 qapılı kitab rəfi, 3 ədəd qara stul, 1 ədəd yeni stabilizator, sürücülük kursuna aid 75 ədəd yeni vəziyyətdə kitablar, 2 qutu A4 formatda kağız, 1000 ədəd dispenser üçün stəkan, 10 ədəd güllər üçün boş dibçəklər, arxiv sənədləri, ayaqqabılar, otverka, çəkic, kəlbətin, 20 ədəd boş qovluqlar, 1 ədəd tikiş üçün düymə vuran aparat, 1 ədəd böyük yazı lövhəsi, 1 ədəd qara təkərli asılqan, 15 ədəd dekorativ güllər, 6 ədəd qara stul, 1 ədəd böyük dərs stolu, 5 ədəd qızılı rəngli stul, 7 ədəd svetofor rənglərində parça stul, 1 ədəd “Jack” markalı professional tikiş maşını, 1 ədəd “Jack” markalı professional overlok tikiş maşını, qapılı dolab və həmin dolabda olan şəxsi əşyalar, 1 ədəd kiçik ölçülü ağ rəngdə soyuducu, 1 ədəd kiçik lövhə, 1 ədəd uşaq paltarı üçün manikenin Cavabdehndən alınaraq İddiaçı qaytarılması qət edilmişdir. Sözügedən qətnamə (icra vərəqəsi) icra edilməsi üçün müvafiq icra şöbəsinə göndərilmiş, lakin Bakı şəhəri Yasamal rayon icra şöbəsinin (icra məmuru Bəhruz Bayramov) icrası mümkün olmayan icra sənədinin məhkəməyə və digər orqana qaytarllması haqqında xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-285/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsi icra edilmədən həmin məhkəməyə geri qaytarılmışdır. Qərara əsasən müəyyən edilir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-285/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin (qətnamənin) icrası ilə bağlı Cavabdeh siyahıya alınmış əmlakların saxlanılan qeyriyaşayış sahəsinə baxış keçirilən zaman əmlakların bir hissəsinin orada olmadığı, qalan digər hissəsinin isə yararsız vəziyyətdə olduğu aşkar edilmişdir. Bu səbəbdən əmlakların İddiaçı təhvil verilməsi mümkün olmamışdır. Belə olan halda tələbi tam təmin etmək mümkün olmamışdır. Hazırda İddiaçı məhkəmə qətnaməsi ilə onlara qaytarılması qət edilən yuxarıda göstərilən əşyaların (əmlakların) çox hissəsinin olmaması və qalan hissəsinin isə tam yararsız vəziyyətdə olması nəticəsində onlara dəymiş maddi və mənəvi zərərin əvəzinin, yəni həmin əşyaların dəyərinin Cavabdehndən tutulmasını tələb edir. Cavabdeh isə sözügeden əşyaların (əmlakların) dəyərinin qeyri-müəyyən olmasını hətta əşyalara ekspert tərəfindən qoyulmuş qiymətlərin həqiqəti əks etdirmədiyini iddia edir, yəni bir sözlə qaytarılacaq əşyaların dəyəri ilə razı deyillər. Maddi zərərin əvəzinin ödənilməsi hissəsində iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 21-ci maddəsi təşkil edir. Mülki Məcəllənin: 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Sözügedən normaların məzmunundan da göründüyü kimi maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialar o şərtlə təmin oluna bilər ki, məhkəmə tərəfindən 1) Cavabdeh tərəfindən təqsirli hüquqazidd əməl törədilməsi 2) cavabdehin şəxsiyyətinə və ya əmlakına maddi zərər vurulması 3) İddiaçının əməli ilə cavabdehə dəymiş maddi zərər vurulması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilsin. Hazırkı halda Cavabdeh MMC tərəfindən İddiaçı məxsus iddia ərizəsində göstərilən əşyaların qanunsuz olaraq saxlanılması, yəni cavabdeh tərəfindən iddiaçının hüquqlarını pozan təqsirli, hüquqazidd əməl törədilməsi qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və həmin qətnamə ilə sözügedən əşyaların iddiaçıya qaytarılmalı olması qət edilmişdir. MPM-in 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin əşyaların cavabdehin qanunsuz sahibliyində olduğu dövrdə əşyaların bir hissəsinin itirilməsi, bir hissəsinin yararsız vəziyyətə düşməsi, yəni cavabdehin hüquqazidd təqsirli əməli nəticəsində iddiaçıya maddi zərər vurulması faktı isə icra məmurunun qərarı, qətnamənin icra mərhələsində çəkilən şəkillər, eləcə də ekspertin məhkəmədə verdiyi izahatı ilə öz təsdiqini tapır. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh MMC tərəfindən qanunsuz olaraq saxlandığı dövrdə İddiaçı məxsus əşyaların itirilməsi və yararsız vəziyyətə düşməsi, yəni cavabdehin törətdiyi hüquqazidd, təqsirli əməl nəticəsində iddiaçıya maddi zərər vurulması iş materiallarına əsasən müəyyən edildiyindən iddiaçı ona məxsus əmlakların itirilməsi və yararsız vəziyyətə düşməsi nəticəsində dəymiş zərərin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. İddiaçıya məxsus əşyalara dəymiş zərərin məbləğinə gəldikdə məhkəmə qeyd edir ki, iş üzrə iki dəfə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsinə baxmayaraq cavabdehin faktiki sahibliyində olan əşyalar ekspertiza tədqiqatına təqdim edilmədiyi (birinci dəfə sökülü vəziyyətdə təqdim edildiyi) üçün mübahisəli əşyaların hazırda tam yararsız olub-olmamasının, qismən yararlı olan əşyaların hazırkı vəziyyətdə bazar dəyərinin, eləcə də əşyaların faktiki mövcud olmayan qisminin müəyyən edilməsi məqsədilə ekspertiza tədqiqatını aparmaq mümkün olmamışdır. Mülki Məcəllənin 97.5-ci maddəsinə görə tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Odur ki, məhkəmə MPM-in 97.5-ci maddəsinin tələblərini nəzərə alaraq cavabdehin sahibliyində olmuş iddiaçıya məxsus əşyaların hamısının tam yararsız vəziyyətdə olması faktını müəyyən edilmiş hesab edir və əşyaların yararsız vəziyyətə düşməsi nəticəsində iddiaçıya vurulmuş zərərin həmin əşyaların ekspertiza rəyində göstərilmiş bazar dəyəri əsasında müəyyənləşdirilməsini mümkün sayır. Əşyaların yararlı vəziyyətdə bazar dəyərləri müəyyənləşdirilərkən ekspert tərəfindən əşyaların istifadə edilmiş olmasının nəzərə alınmaması, bazar dəyərindən amortizasiya məbləğlərinin çıxılmaması barədə cavabdehin nümayəndəsinin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, göstərilən halın aydınlaşdırılması məqsədilə ekspert məhkəmə iclasında izahat vermiş və izahatında bazar dəyəri müəyyən edilərkən əşyaların istifadədə olması faktının və amortizasiya məbləğlərin nəzərə alındığını bildirmişdir. Digər tərəfdən cavabdeh də öz növbəsində ekspertin müəyyən etdiyi bazar dəyərlərinin həqiqətə uyğun olmadığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, məhkəmə qeyd edir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil və həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir. Mənəvi zərərin ödənilməsi barədə iddia tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Hazırkı halda məhkəmə qətnaməsi ilə iddiaçıya qaytarılmalı olan əşyaların (əmlakların) cavabdehin törətdiyi delikt nəticəsində yararsız vəziyyətə düşməsi və itirilməsi, yəni iddiaçının qanunla qorunan əmlak hüquqlarının pozulması öz təsdiqini tapmışdır. İddiaçının mülkiyyətində olan əşyalarından 3 ildən artıq müddət ərzində istifadə edə bilməməsi, əşyaların iddiaçının qanunsuz sahibliyində qalması və iddiaçının sahibliyində olduğu müddətdə yararsız vəziyyətə düşməsi İddiaçı şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, yəni əmlak hüquqlarının pozulması nəticəsində İddiaçı mənəvi sarsıntı keçirməsi, yəni sonuncuya maddi zərər vurulması açıq-aşkardır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı dəymiş mənəvi zərərin əvəzi olaraq 300 manat məbləğində pul vəsaiti Cavabdehndən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən dəymiş zərərin əvəzi olaraq 18.501 manat və mənəvi zərərin əvəzi olaraq 300 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 165 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumunundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinə dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddia tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 160 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddianın qismən təmin edildiyini, eləcə də MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 150 (yüz əlli) manat məbləğində pulun tutulmasını ağlabatan hesab edir. Məhkəmə hazırkı qətnamə ilə iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinin verilməsinə görə ödənilməli olan 100 manat pul vəsaitinin 80 (səksən) manat hissəsi cavabdehdən, 20 (iyirmi) manat hissəsi isə iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.
Nəticə hissəsi:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh "X3" MMC-dən dəymiş maddi ziyanın əvəzi olaraq 18.501 manat, mənəvi zərərin əvəzi olaraq 300 manat, cəmi 18.801 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 160 manat, vəkil xidmətlərinə çəkilmiş xərclərinin əvəzi olaraq 150 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 80 (səksən) manat hissəsi cavabdeh"X3" MMC-dən, 20 (iyirmi) manat hissəsi isə İddiaçı tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva