Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1253/2021 05.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və Aslanov Kamal Sahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən **********00000 nömrəli abonent koduna hesablanmış 210352,80 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə müəyyən etmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, dövlət rüsumunu ödəməmişdir, halbuki istehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respbulikasının Qanunun 1-ci maddəsinə əsasən istehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs hesab edildiyi göstərilmişdir. Bu isə o dəməkdir ki, şəxs qazı öz şəxsi tələbatı üçün (evdə, bağda) istifadə edirsə o, istehlakçı kimi dövlət rüsumunun ödənilməsindən azaddır, əksinə şəxs öz şəxşi tələbatını ödəmək üçün deyil, sahibkarlıq fəaliyyəti (istixana, mehmanxana, restoran və sair) ilə bağlı gəlir əldə etmək məqsədi ilə qazdan istifadə edirsə o, istehlakçı statusuna malik olmadığına görə, dövlət rüsumu ödəməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı ərizəni “Elektron məhkəmə” informasiya sistemində yerləşdirərkən həmin ərizənin elektron formada tərtib edilməsi və sənədlərin elektron qeydiyyatı ilə bağlı müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə “Elektron məhkəmə” informasiya sistemində müəyyən etdiyi istifadə qaydalarına riayət etməmişdir. Azərbaycan Respublikası MPM-nin 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 152.1.1-ci maddələsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, dövlət rüsumunun ödənilməsi haqqında sənəd (qəbz) əlavə etməklə iddia ərizəsi ilə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində müəyyən edilmiş istifadə qaydalarına uyğun olaraq elektron formada tərtib edilməklə və elektron qeydiyyatından keçirilməklə yenidən məhkəməyə müraciət edə bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1253/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1253/2021
05.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver