Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1307/2021 16.03.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, İddiaçı nümayəndəsi, Vəkil və Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən **********00000 nömrəli abonent koduna hesablanmış 210352,80 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarını nəzərdən keçirən məhkəmə müəyyən etmişdir ki, Bakı Kommersiya Məhkəməsinin (hakim F.Qasımov) e-2-2(113)-338/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi barədə ilkin iddiasının təmin edilməsi, 214204,20 manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq Cavabdehnə ödənilməsi və İddiaçı Cavabdehnə qarşı qazdan istifadəyə görə əsassız hesablanmış 214204,20 manat borcun hesabdan silinməsi barədə qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi, Vəkil eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə başqa bir işin mövcudluğu ilə bağlı məhkəmə qərarının qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 izahatında bildirmişdir ki, hazırki işə baxıla bilməz, belə ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə başqa bir iş üzrə məhkəmə qətnaməsi qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa, məhkəmə, ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respubikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1307/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1307/2021
16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver