Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-133/2020 17.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə iqtisadi işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsiilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək (Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamı ilə İnzibati-İqtisadi Məhkəmələr ləğv edilərək, İnzibati və Kommersiya Məhkəmələri təşkil edilmişdir), Cavabdeh MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 23017,80 manat əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı” İstehsalat Birliyiməhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 87335,60 manat debitor borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC-nin nümayəndəsi məhkəməyə vəsatət ünvanlayaraq Bakı Kommersiya Məhkəməsində iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsinin olduğunu və məhkəmənin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-1621/2020 saylı qərardadı ilə icraata qəbul edildiyini qeyd edərək hazırki işlə e-2-2(113)-1621/2020 saylı işin birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 vəsatətin təmin edilməsini və hazırki işin e-2-2(113)-1621/2020 saylı işlə birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 vəsatətin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə vəsatəti və iş materiallarını araşdıraraq, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, vəsatət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-1621/2020 saylı iş və hazırkı e-2-2(113)- 133/2020 saylı iş bir-biri ilə əlaqəli olduğundan, gələcəkdə ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınması və ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə xüsusi olaraq qeyd edir ki, məhkəmənin icraatında bir biri ilə əlaqədar olan mülki işlərin tərəflər arasında qarşılıqlı hüquq münasibətlərinin hərtərəfli araşdırılması, prosessual qənaət mənafeyinə uyğun olaraq və qəbul ediləcək məhkəmə aktlarının bir-birinə zidd olma riskini nəzərə alaraq bir məhkəmədə baxılmalı və bir qətnamə çıxarılmalıdır. Bu məhkəməyə imkan verir ki, işi düzgün həll etmək üçün mövcud sübutları və faktiki materialları bir icraatda toplasın və onlara birlikdə qiymət versin Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair (İş № e-2-2(113)-133/2020) iş məhkəmənin icraatında olan “iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçınə qarşı “borcun silinməsi” tələbinə dair (İş № e-2-2(113)-1621/2020) işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair (İş № e-2-2(113)- 133/2020) iş məhkəmənin icraatında olan iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair (İş № e-2-2(113)-1621/2020) işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-133/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-133/2020
17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver