Məhkəmə qərarları › İş №e-2-2(113)-135/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-135/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-135/2020 21.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Mənzil – Tikinti Kooperativinin “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı hesablanmış borcun silinməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “xxxxxxxx” ASC tərəfindən iddiaçıya vurulmuş ziyana görə əsassız hesablanmış 23611,13 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxxxxxx” ASC tərəfindən İddiaçı MTK-ya əsassız olaraq 23611,13 manat məbləğində borc hesablanmışdır. Bundan sonra cavabdeh “xxxxxxxx” ASC tərəfindən İddiaçı MTK-ya qarşı elektrik enerjisinin istehlakına görə 23611,13 manat məbləğində borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı MTK-dan elektrik enerjisinin istehlakına görə yaranmış 23611,13 manat məbləğində borc və iddia aşırılarkən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı “xxxxxxxx” ASC-yə ödənilməsi qət edilmişdir. “xxxxxxxx” ASC tərəfindən İddiaçı MTK-ya qeyd edilən borc əsassız olaraq hesablanmışdır. İddiaçı MTK tərəfindən borc mütəmadi olaraq ödənilmişdir. Belə ki, suyun doldurulması üçün istifadə edilən motorun, həyətin, blokların işıqlandırılması üçün istifadə edilən enerjinin dəyəri vaxtı-vaxtında ödənilmişdir. Həmçinin bina sakinlərinə ayrılmış mənzillərdə elektrik enerjisinin istifadəsinin əvəzində hesablanmış pul məbləğləri də həmin bina sakinləri tərəfindən ödənilmişdir. Nəticə etibarilə hazırda İddiaçı MTK-nın “xxxxxxxx” ASC-yə borcu yoxdur. Bununla əlaqədar olaraq xx xxxxxxxx 2019-cu il tarixində pretenziya qaydasında cavabdeh təşkilata ərizə ilə müraciət edərək əsassız hesablanmış borc məbləğinin silinməsini xahiş edilmişdir. Lakin qeyd edilən borc məbləği cavabdeh tərəfindən silinməmişdir. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır. Hazırkı iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh təşkilat zərərin "İddiaçı" MTK-nın qanunsuz hərəkət və yaxud hərəkətsizliyim nəticəsində vurulmasını, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını və iddiaçının təqsirli olmasını sübuta yetirməlidir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, hər iki sayğac “xxxxxxxx” ASC tərəfindən quraşdırılmışdır, sayğaclar 2005-ci və 2010-cu ildə quraşdırılmış, bu barədə protokol tərtib olunmuşdur. Hesabatın aparıldığı sayğac balans hesabat sayğacdır, həmin sayğac verilən elektrik enerjisinin ümumi hesabatını aparır, motorun, həyətin, blokların işıqlandırılması üçün istifadə edilən, həmçinin bina sakinlərinə ayrılmış mənzillərdə elektrik enerjisinin istifadəsinə əsasən hesablanmış pul məbləğləri ödənildikdən sonra fərq yaranır və həmin fərqin də iddiaçıdan tutulması qanunidir. Hal – hazırda yaranmış borc fərqlərin ödənilməməsi nəticəsində yaranmışdır. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Mülki iş materiallarında olan: - İddiaçı MTK-nın xx.xx.2015-ci il tarixə qalıq borcu 15191.20 manat, xx.xx.2016-cı il tarixə qalıq borcu 17185.66 manat, xx.xx.2017-ci il tarixə qalıq borcu 18533.06 manat. xx.xx.2018-ci il tarixə qalıq borcu 24194.13 manat, xx.xx.2019-cu il tarixə qalıq borcu 24839.66 manat müəyyən edilmişdir. - ”İddiaçı” MTK tərəfindən xx.xx.2015-ci il tarixli milliön ödəmə çekinə əsasən 235 manat, xx.xx.2015-ci il tarixli milliön ödəmə çekinə əsasən 210 manat, xx.xx.2015-ci il tarixli, 027213 saylı mədaxil qəbzinə əsasən 200 manat, xx.xx.2015-ci il tarixli, 051064 saylı mədaxil qəbzinə əsasən 192 manat, xx.xx.2015-ci il tarixli milliön ödəmə çekinə əsasən 10 manat, xx.xx.2015-ci il tarixli milliön ödəmə çekinə əsasən 190 manat, xx.xx.2015-ci il tarixli 007773 saylı mədaxil qəbzinə əsasən 175 manat, xx.xx.2015-ci il tarixli, ********* sylı mədaxil qəbzinə əsasən 170 manat, xx.xx.2015-ci il tarixli, 009366 saylı mədaxil qəbzinə əsasən 140 manat, xx.xx.2015-ci il tarixli, ********* saylı mədaxil qəbzinə əsasən 160 manat, xx.xx.2015-ci cil tarixli, 038821 saylı mədaxil qəbzinə əsasən 160 manat, xx.xx.2015-ci il tarixli, 039490 saylı mədaxil qəbzinə əsasən 190 manat, xx.xx.2015-ci il tarixli ********* saylı mədaxil qəbzinə əsasən 211.20 manat, xx.xx.2016-cı il tarixli, ********* saylı mədaxil qəbzinə əsasən 260 manat, xx.xx.2016-cı il tarixli, 121848 saylı məxail qəbzinə əsasən 200 manat, xx.xx.2016-cı il tarixli 147722 saylı mədaxil qəbzinə əsasən 101 manat, xx.xx.2016-cı il tarixli, 147630 saylı mədaxil qəbzinə əsasən 100 manat, xx.xx.2016-cı il tarixli, ********* saylı mədaxil qəbzinə əsasən 210 manat, xx.xx.2016-cı il tarixli, ********* saylı mədaxil qəbzinə əsasən 160 manat, xx.xx.2016-cı il tarixli ********* saylı məxail qəbzinə əsasən 180 manat, xx.xx.2016-cı il tarixli, ********* saylı mədaxil qəbzinə əsasən 41 manat, xx.xx.2016-cı il tarixli, ********* saylı mədaxil qəbzinə əsasən 144 manat, xx.xx.2016-cı il tarixli, ********* saylı mədaxil qəbzinə əsasən 140 manat, xx.xx.2016-cı il tarixli, 053988 saylı mədaxil qəbzinə əsasən 160 manat, xx.xx.2016-cı il tarixli, ********* saylı mədaxil qəbzinə əsasən 222.50 manat, xx.xx.2016-cı il tarixli, ********* saylı saylı mədaxil qəbzinə əsasən 216 manat, xx.xx.2016-cı il tarixli, ********* saylı mədaxil qəbzinə əsasən 201.20 manat, xx.xx.2017-ci il tarixli ********* saylı mədaxil qəbzinə əsasən 400 manat, xx.xx.2017-ci il tarixli, ********* saylı mədaxil qəbzinə əsasən 315 manat, xx.xx.2017-ci il tarixli poçt qəbzinə əssən 270.50 manat, xx.xx.2017-ci il tarixli million ödəmə çekinə əsasən 283 manat, xx.xx.2017-ci il tarixli, ********* saylı mədaxil qəbzinə əsasən 253 manat, xx.xx.2017-ci il tarixli milliön ödəmə çekinə əsasən 260 manat, xx.xx.2017-ci il tarixli, 38512 saylı mədaxil qəbzinə əsasən 210 manat, xx.xx.2017-ci il tarixli ********* saylı mədaxil qəbzinə əsasən 200 manat, xx.xx.2017-ci il tarixli, ********* saylı mədaxil qəbzinə əsasən 250 manat, xx.xx.2017-ci il tarixli milliön ödəmə çekinə əsasən 240 manat, xx.xx.2017-ci il tarixli ********* saylı mədaxil qəbzinə əsasən 273 manat, xx.xx.2018-ci il tarixli milliön ödəmə çekinə əsasən 127 manat, xx.xx.2018-ci il tarixli milliön ödəmə çekinə əsasən 200 manat, xx.xx.2018-ci il tarixli milliön ödəmə çekinə əsasən 126 manat, xx.xx.2018-ci il tarxli milliön ödəmə çekinə əsasən 200 manat, xx.xx.2018-ci il tarixli milliön ödəmə çekinə əsasən 62 manat, xx.xx.2018-ci il tarixli, ********* saylı mədaxil qəbzinə əsasən 150 manat, xx.xx.2018-ci il tarixli, ********* saylı mədaxil qəbzinə əsasən 150 manat, xx.xx.2018-ci il tarixli, ********* saylı mədaxil qəbzinə əsasən100 manat, xx.xx.2018-ci il tarixli milliön ödəmə çekinə əsasən 120 manat, xx.xx.2018-ci il tarixli milliön ödəmə çekinə əsasən 131 manat, xx.xx.2018-ci il tarixli, milliön ödəmə çekinə əsasən 131 manat, xx.xx.2018-ci il tarixli milliön ödəmə çekinə əsasən 236 manat, xx.xx.2018-ci il tarixli, 48312609 saylı mədaxil qəbzinə əsasən 600 manat, xx.xx.2018-ci il tarixli, ********* saylı mədaxil qəbzinə əsasən 300 manat, xx.xx.2019-cu il tarixli milliön ödəmə çekinə əsasən 364 manat elektrik enerjisi haqqı ödənilmişdir. - Azərbaycan Respublikası MEM-in 21.0.2020-ci il tarixli, 1760 saylı rəyinə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış binasında İddiaçı MTK tərəfindən liftlərin və su nasoslarının istifadəsi, eləcə də girişlərin və həyətin işıqlandırılması nəticəsində həmin elektrik qurğularının şəbəkələrində quraşdırılmış “Delixi” tipli **********73 (5001873 s/n) nömrəli və “Ampy” tipli A370920147 (70920147 s/n) nömrəli elektrik sayğaclarının göstəricilərinə gör, bir günlük sərfiyyat (xx xxxx 2020-ci il tarixdən 11:30-dan xx xxxx 2020ci il tarixə saat 11:30-a qədər) 128 kVth (63+65=128) orta hesabla bir aylıq (30 günlük) sərfiyyatı isə 3840 kVth (128x30=3840) təşkil edir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Göründüyü kimi, hazırkı mübahisə elektrik enerjisindən istifadəyə görə yaranmış borcla əlaqədardır. İddiaçı, cavabdehin ona ünvanladığı xəbərdarlıqda göstərilmiş enerji haqqı borcu qəbul etməmiş və bununla əlaqədar olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: - 1.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. - 5.1-ci bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında, abonent ilə subabonent arasında elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehlik sərhədi bu qurğuların balans mənsubiyyətilə müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsinə əlavə edilən elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktında qeyd olunur - 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə - 7.13-cü bəndinə əsasən hesablaşma elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda, sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid edilir. - 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. - 8.25-ci bəndinə əsasən yaşayış binasının mülkiyyətçisi və ya mənzil istismar təşkilatı binanın ümumi ehtiyaclan və texniki məqsədlər (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) üçün sərf etdiyi elektrik enerjisinə görə şəbəkənin balans mənsubiyyəti sərhəd nöqtəsində quraşdırılmış hesablaşma elektrik sayğacı vasitəsilə, bu qrup istehlakçılar üçün müəyyən edilmiş tarif üzrə enerjitəchizatı müəssisəsi ilə hesablaşır. Göründüyü kimi, iddiaçıya “xxxxxxxx” ASC tərəfindən “Elektrik enerjisindən istifadə” Qaydalarının tələblərinə zidd olaraq balans mənsubiyyəti sərhəddindən elektrik sayğacı quraşdırıldığı yerədək elektrik enerjisi itkiləri çıxılmadan faktiki istehlak edilmiş elektrik enerjisinin dəyərindən artıq əlavə borc hesablanmışdır. Belə ki, qanunvericilik, elektrik enerjisinə görə hesablaşmaların tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış elektrik sayğacının göstərişinə əsasən hesablanmalı olmasını müəyyən etmiş, elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkilərini (texnoloji sərfiyyat) şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid etmiş, elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehliyi isə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktına əsasən həmin qurğuların balans daşıyıcısı olan təşkilatın üzərinə qoymuşdur. Bundan başqa iddiaçıya hesablanmış borcun hansı əsaslarla hesablanması barədə cavabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı cavabdeh tərəfindən tələb edilən borcun ödənilməsini mübahisələndirdiyinə görə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən (MPM-77.1) qeyd edilən məbləğin iddiaçı tərəfindən ödənilməli olmasını sübuta yetirmək cavabdehin vəzifəsidir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında həmin məbləğin necə və hansı əsaslara istinad olunaraq hesablanmasını əsaslandıra bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin olunaraq “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı Mənzil – Tikinti Kooperativinə hesablanmış 23611,13 manat məbləğində borc silinməli, ekspertizanın keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Mənzil – Tikinti Kooperativinin “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilsin. “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı Mənzil – Tikinti Kooperativinə hesablanmış 23611,13 manat məbləğində borc silinsin. Məhkəmə mühəndis – texniki ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar