Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1474/2020 25.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İlkin iddia üzrə iddiaçı/qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi vəkil Nümayəndə, İlkin iddia üzrə cavabdeh/qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X1 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh İB-yə qarşı “aktın ləğvi və borcun silinməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh İB tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarın (tələbnamə) ləğv edilməsi, əsassız hesablanmış 216.000 manat pulun silinməsi və ödənilmiş 30 manat dövlət rüsumunun ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona məxsus Şəmkir rayonu ərazisində yerləşən istixanada tərəvəz məhsullarının istehsalı ilə məşğuldur. İstixanada quraşdırılmış qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə edir. İstifadə etdiyi təbii qazın dəyərini həmişə vaxtında ödəmişdir. Cavabdeh İB-nin nümayəndələri tərəfindən 2020-ci ilin mart ayında istixanada quraşdırılmış sayğac çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. Sayğac onun iştirakı və məlumat olmadan yoxlamada keçirilmiş, sayğacda nöqsanlar aşkar edilmişdir. Faktla bağlı xx.xx.2020-ci il tarixli qərar ilə ona 216000 manat cərimə hesablanmışdır. O həmin cəriməni qanunqsuz və əsassız hesab etdiyindən silinməsini xahiş edir. İlk öncə istifadə etdiyi təbii qazın dəyərini həmişə ödənişdir. Heş bir borcu olmayıb. Cavabdeh İB-nin işçiləri hər ay sayğaca baxır, göstəriciləri götürür və ona hesab faktura təqdim edirlər. Əgər bu 3 ay ərzində sayğacda nöqsan olsa idi Cavabdeh işçiləri bu barədə ona məlumat verərdilər. Cavabdeh İB ona 90 gün cərimə hesablamaqla onun sayğacının 2019-cu ilin dekabr, 2020-ci ilin yanvar, fevral aylarında işləmədiyini və ya aktda sıraladıqları nöqsanların olduğunu bildirirlər. Onda sual olunur ki, bu 90 gün ərzində Cavabdeh işçiləri ən azı 6 dəfə sayğaca baxış keçiriblər və nəyə görə həmin nöqsanları görməyiblər. Bundan əlavə Cavabdeh İB-nin əməkdaşları tərəfindən “X2” nın tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, Cavabdeh İB tərəfindən sayğacın növbədənkənar dövlət yoxlamasına göndərilməsinin hüquqi əsasları ona bildirilməmiş, qaydaların tələbləri kobud şəkildə pozulmuşdur. Qaz sayğacı çıxarılarkən onun iştirakı olmalı, sayğac xüsusi qutuya qoyulub ağzı plomblanmalı, laboratoriyada qutudan onun iştirakı ilə çıxarılmalı və onun iştirakı ilə yoxlamadan keçirilməliydi. Lakin Cavabdeh İB tərəfindən bunların heç birinə əməl olunmayıb, hüquqları kobud şəkildə pozulmuşdur. Dəymiş iyanın hansı qaydada, hansı normativ hüquqi akta əsasən və necə hesablanması barədə Cavabdeh İBnin əməkdaşları ona əsaslandırılmış qərar verə bilıməmişlər. Onlar dəymiş ziyanı öz daxili qərarlarına əsasən hesabladıqlarını bildirdilər ki, həmin qərar istehlakçılar üçün məcburi xarakter daşıya bilməz. Həmçinin nəyə əsasən 90 gün müddətində cərimə hesablandığını da əsaslandıra bilməmişlər. Həmçinin Cavabdeh İB-nin həmin o daxili qaydalarına əsasən cərimənin hesablandığı günlər üçün istehlakçı tərəfindən ödənilmiş pul həmin cərimədən çıxarılmalıdır. Göründüyü kimi həmin 90 gün üçün 158893,80 manat pul ödənmişdir ki, həmin pul da cərimədən çıxılmalı idi. Bundan əlavə cavabdeh təşkilat tərəfindən “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun tələbləri kobud şəkildə pozulmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “dəymiş ziyanın və debitor borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Şəmkir RQİİ-nə istehlak edilmiş təbii qazın dəyərinə və müəyyənləşdirilmiş ziyan məbləğinə görə ümumilikdə 382746,80 manat vəsaitin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun cavabdeh tərəfindən bank hesbaına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəmkir rayonunda yerləşən İddiaçı adına Şəmkir RQİİ-də qeydiyyatda olan obyektdə-istixanada quraşdırılmış G-1000 markalı 83045540 nömrəli qaz sayğacına-hesablayıcı mexanizmin rəqəmləri zədələnməklə, şəffaf qapağında mənşəyi məlum olmayan qurğuşun lpomblar aşkar olunmaqla, həmçinin hesablayıcı mexanizminə və impuls ötürücüsünə vurulan xüsusi nömrəli plombların simləri fərqli olmaqla simi keçən dəliklər əridilərək genişləndirilməklə və plombun daxilində ağ rəngli yapışqan maddə aşkarlanmaqla müdaxilə edilmişdir. Bu fakt barədə Cavabdeh İB-nin mütəxəssisləri və cavabdehin iştirakı ilə (imzadan imtina barədə aktda qeyd aparılmaqla) xx.xx.2020-ci il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadə edildiyi üçün 1 080 000 kub metr təbii qaz sərfi, yəni 216000 manat dəymiş ziyan hesablanmışdır. Əlavə olaraq xx.xx.2020-ci il tarixədək həmin ünvanda istehlak edilmiş təbii qaza görə yaranmış 166746,80 manat borc da dəymiş ziyana əlavə edilməklə cavabdehin ümumilikdə Şəmkir RQİİ-nə 382746,80 manat borcu yaranmışdır. Ödənişin gecikdirilməsi idarənin maliyyə fəaliyyəti istiqamətində ciddi maneə yaratmış və götürülmüş öhdəliklərin vaxtında icrasında ləngimələrə səbəb olmuşdur. Məhkəmə araşdırması zamanı ilkin iddia tələbi üzrə iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, əsassız hesablanmış 216.000 manat pulun silinməsi və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması zamanı qarşılıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək,cavabdeh İddiaçı 216.000 manat dəymiş ziyan borcunun Cavabdeh İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddiaçının nümayəndəsi vəkil Nümayəndəlkin iddia tələbinin təmin edilməsini və qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin nümayəndəsi X3 ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümyəndələrinin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq hesab edir ki, ilkin iddia tələbi təmin, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Cavabdeh (Paylayıcı) ilə İddiaçı (İstehlakçı) arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli AMX-4976/19 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin təsdiq olunmuş surətindən görünür ki, Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən bu Müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 (bir) m3 üçün 0,20 manat məbləğində müəyyən edilir. Həmin müqavilənin 3.4-cü maddəsinə əsasən hesab İstehlakçıya Paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən bu müqavilə hər iki tərəfdən imzalandığı andan qüvvəyə minir və tərəflər üçün məcburidir. - xx xxxx 2020-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus istixanaya xx.xx.2020-ci il tarixdə baxış keçirilmiş və baxış zamanı 1 ədəd gücü 3000 kw olan qazanın nasaz olması aşkar edilmişdir. ARDNŞ-mim Cavabdeh İB-dən daxil olmuş xx.xx.2020-ci il tarixli 29/1640-00507 nömrəli akta əsasən, texniki baxış keçirilmiş və müəyyən olunmuşdur ki, hesablama mexanizminə vurulan SMPDK-nın qurğuşun plombların simi fərqlidir. Plombun üzərindəki il və rüb oxunmur. İmpuls ötürücüsünə vurulan “Socar” ın nömrəli plombunun simi fərqlidir. Nömrəli plombun simi keçən dəliklər əridilərək genişləndirilib. Nömrəli plombun daxilində ağ rəngli yapışqan maddə mövcuddur. Baxış zamanı sayğacın üst şəffaf qapağından mənşəyi məlum olmayan qurğuşun plomblar aşkar olunmuşdur. Nömrəli plombların nömrələri fərqlidir. Hesablayıcı mexanizmin rəqəmləri zədələnmişdir. - Dəymiş ziyanın bərpasına dair xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, istehlakçı İddiaçı mxsus istixanada sənaye və qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2020-ci il tarixli 29/1640- 00507 nömrəli aktına əsasən G-1000 markalı 83045540 nömrəli sayğaca müdaxilə olunmuşdur, nəticədə qaz itkisi yaranmışdır. Dəymiş ziyanın cəmi 108000 kub metr. Əsas xx.xx.2020-ci il tarixli ******* nömrəli akt. - İddiaçı (abonent kodu:**********00000) saldosundan görünür ki, abonentə 2020-ci ilin mart ayında sərfin məbləği 34397 manat, qalıq və aktlar bölməsində 216.000 manat borc yazılmışdır. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Cavabdeh (Paylayıcı) ilə İddiaçı (İstehlakçı) arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli AMX-4976/19 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, Paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin müəyyən edildi ki, xx.xx.2020ci il tarixdə istixanaya quraşdırılmış sayğaca baxış keçirilmiş, bu zaman sayğacda qüsurlar müəyyən edilərək eyni tarixli akt tərtib edilmişdir. Abonent saldosunda mart 2020ci il tarixə akt əsasında isə 216.000 manat borc hesablanmışdır. Bununla razılaşmayan iddiaçının hesablanmış borcun silinməsi barədə cavabdehə müraciəti sonuncu tərəfindən təmin edilməmiş və o, məhkəməyə müraciət etmişdir. Müəyyən olunmuş hallarla bağlı məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 17.3-cü maddəsinə əsasən, yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Bununla yanaşı “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsinə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Əsasnamənin 1.6-1.-ci bəndinə əsasən, qanunun 8.3-cü maddəsinə uyğun olaraq yoxlayıcı orqanın sahibkarın müraciətinə əsasən ona metodiki kömək göstərilməsi, məsləhət verilməsi və vəziyyətin qiymətləndirilməsi məqsədilə yerləşdiyi və ya faktiki fəaliyyət göstərdiyi ünvana gəlməsi Reyestrdə qeydiyyata alınmır. Belə tədbirlər nəticəsində əldə olunan faktlarla bağlı sahibkarlıq fəaliyyətinin subyekti məsuliyyətə cəlb edilə bilməz. Yuxarıda qeyd olunan maddi huquq normalarının tələblərinə əsasən məhkəmə cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan istixanaya quraşdırılmış sayğaca texniki baxışın keçirilməsi halına qiymət verərək bildirir ki, xx.xx.2020-ci il tarixdə iddiaçının istifadəsində olan istixanaya xidmət edən qaz sayğacına baxış keçirib akt tərtib edilmişdir. Sözügedən baxış yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarına əsasən müvafiq reyestrdə qeydiyyata alınması şərtləndirilmiş yoxlamaların dairəsinə aid edilmişdir. Lakin cavabdeh tərəfindən qanunvericilik ilə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestrində qeydiyyata alınması, yoxlamanın aparılması haqqında hər hansı qərar qəbul edilməsi, yoxlamanın keçirilməsinə dair müvafiq bildirirşin iddiaçıya təqdim edilməsi iş materialları ilə öz təsdiqini tapmamış və məhkəmə araşdırmasında bu barədə sübutlar təqdim edilməmişdir. Belə olan halda qanunvericiliyin göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının istifadəsində olan istixanada quraşdırılmış sayğacla bağlı aparılmış yoxlama hüquqi nəticə doğurmur. Məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia üzrə iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi istixanaya quraşdırılmış sayğac qanunvericiliyin pozulması ilə yoxlanıldığından həmin akt əsasında abonentə 2020-ci ilin mart ayı üçün artıq hesablanmış 216.000 manat borc abonent hesabından silinməlidir. Məhkəmə qarşılıq iddia tələbi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB 216.000 manat pulun qarşılıqlı iddia üzrə cavabdehdən tutulmasını tələb edir. Həmin məbləğ isə İddiaçı abonent hesabına sayğacın göstəriciləri əsasında deyil xx.xx.2020-ci il tarixli akt əsasında yazılmışdır. İlkin iddia tələbinə münasibət bildirilərək qeyd edilən aktın hüquqi nəticə doğurmadığı və həmin 216.000 manat məbləğin abonent hesabından silinməsi nəticəsinə gəlindiyindən Cavabdeh İB borcun ödənilməsini tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, İddiaçı abonent hesabına xx.xx.2020-ci il tarixli akt əsasında təbii qazdan istifadəyə görə artıq hesablanmış 216.000 (iki yüz on altı min) manat borcun silinməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalı, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. İddiaçı abonent hesabına xx.xx.2020-ci il tarixli akt əsasında təbii qazdan istifadəyə görə artıq hesablanmış 216.000 (iki yüz on altı min) manat borcun silinməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1474/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1474/2020
25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver