Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-149/2022 31.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh “X3” LTD şirkətinin AR filialının nümayəndəsi Nümayəndə, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər “X3 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına və "xxxx" MMC-yə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Bakı şəhəri Maraqlı şəxs2 üçüncü şəxs olmaqla) qarşı torpaq sahəsinə servitut müəyyən edilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər “X3 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinə zəruri yol və keçidi təmin etmək məqsədilə cavabdehlərin mülkiyyətində olan torpaq sahəsinə servitut müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 300 kv.m. olan qeyri-yaşayış binasına cavabdehlərin mülkiyyətində olan torpaq sahəsindən piyada və avtomobillə keçidin təmin edilməsi məqsədilə servitut müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iş üzrə cavabdeh qismində "xxxx" MMC-nin cəlb edilməsini və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin cavabdehlərin siyahısından çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin işdə cvabdeh qismində iştirakına xitam verilmiş və "xxxx" MMC-ni iş üzrə cavabdeh qismində cəlb etmişdir. Məhkəmə iclasında tərəflərin nümayəndələri məhkəməyə yazılı ərizə təqdim edərək aralarında bağlanmış sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh “X3” LTD şirkətinin AR filialının nümayəndəsi Nümayəndə və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X4 barışıq sazişinin təsdiq edilməsinin MPM-in 191-ci maddəsində nəzərdə tutulmuş nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 31 avqust 2022-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:
1. İddiaçı MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus, ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 300 kv.m. olan qeyri-yaşayış binasına cavabdehlərin istifadəsində olan torpaq sahəsinin yanğınsöndürmə girişi hissəsindən maneəsiz və hər hansı bir şərt və tələb irəli sürmədən piyada və avtomobillə keçidin təmin edilməsini öhdəsinə götürür.
2. İddiaçı öz növbəsində özünə məxsus binaya piyada və avtomobillə daxil olmaq üçün torpaq sahəsinin yanğınsöndürmə girişi hissəsindən təyinatı üzrə istifadə edilməsini öhdəsinə götürür.
3. Cavabdehlər bəyan edirlər ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti SOCAR (ARDNŞ), "xxxx" Ortaq Neft Şirkəti (ONŞ) arasında 03 iyun 2010-cu il tarixdə bağlanmış “Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə və “BalaxamNeft” NQÇİ-nin ləğvetmə komissiyası ilə “X3 LTD” arasında imzalanmış 07 fevral 2012-ci il tarixli təhvil-təslim aktına əsasən qeyriyaşayış sahəsinə keçidin yerləşdiyi torpaq sahəsinin aid olduğu X1 və X6 Sexi “X3 LTD” Azərbaycan Respublikasındakı filialının istifadəsindədir. Sözügedən qeyriyaşayış binasına keçidin yerləşdiyi torpaq sahəsi Azərbaycan Dövlət Neft Şirkəti və Qrunevald İnterneyşnl LTD şirkəti arasında bağlanmış "xxxx" LTD azərbaycan-alman birgə müəssisəsinin yaradılması haqqında 1994-cü il tarixli kontrakta əsasən "xxxx" MMC-nin kontrakt sahəsi hüdudları daxilində yerləşir. Həmin kontraktın müddəti 08 noyabr 2024-cü il tarixədək müəyyənləşdirilmişdir.
4. Tərəflər razılaşırlar ki, barışıq sazişi Azərbaycan Dövlət Neft Şirkəti və Qrunevald İnterneyşnl LTD şirkəti arasında bağlanmış 1994-cü il tarixli kontraktın qüvvədə olma müddəti ərzində- 08 noyabr 2024-cü il tarixədək qüvvədə olacaq, lakin, kontraktın müddəti uzadıldığı halda kontraktın uzadıldığı müddətədək uzadılacaq və qeyd-şərtsiz qüvvədə olacaq. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı MMC-nin cavabdehlər “X3 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına və "xxxx" MMC-yə qarşı torpaq sahəsinə servitut müəyyən edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin.
1. İddiaçı MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus, ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 300 kv.m. olan qeyri-yaşayış binasına cavabdehlərin istifadəsində olan torpaq sahəsinin yanğınsöndürmə girişi hissəsindən maneəsiz və hər hansı bir şərt və tələb irəli sürmədən piyada və avtomobillə keçidin təmin edilməsini öhdəsinə götürür.
2. İddiaçı öz növbəsində özünə məxsus binaya piyada və avtomobillə daxil olmaq üçün torpaq sahəsinin yanğınsöndürmə girişi hissəsindən təyinatı üzrə istifadə edilməsini öhdəsinə götürür.
3. Cavabdehlər bəyan edirlər ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti SOCAR (ARDNŞ), "xxxx" Ortaq Neft Şirkəti (ONŞ) arasında 03 iyun 2010-cu il tarixdə bağlanmış “Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə və “BalaxamNeft” NQÇİ-nin ləğvetmə komissiyası ilə “X3 LTD” arasında imzalanmış 07 fevral 2012-ci il tarixli təhvil-təslim aktına əsasən qeyriyaşayış sahəsinə keçidin yerləşdiyi torpaq sahəsinin aid olduğu X1 və X6 Sexi “X3 LTD” Azərbaycan Respublikasındakı filialının istifadəsindədir. Sözügedən qeyriyaşayış binasına keçidin yerləşdiyi torpaq sahəsi Azərbaycan Dövlət Neft Şirkəti və Qrunevald İnterneyşnl LTD şirkəti arasında bağlanmış "xxxx" LTD azərbaycan-alman birgə müəssisəsinin yaradılması haqqında 1994-cü il tarixli kontrakta əsasən "xxxx" MMC-nin kontrakt sahəsi hüdudları daxilində yerləşir. Həmin kontraktın müddəti 08 noyabr 2024-cü il tarixədək müəyyənləşdirilmişdir.
4. Tərəflər razılaşırlar ki, barışıq sazişi Azərbaycan Dövlət Neft Şirkəti və Qrunevald İnterneyşnl LTD şirkəti arasında bağlanmış 1994-cü il tarixli kontraktın qüvvədə olma müddəti ərzində- 08 noyabr 2024-cü il tarixədək qüvvədə olacaq, lakin, kontraktın müddəti uzadıldığı halda kontraktın uzadıldığı müddətədək uzadılacaq və qeyd-şərtsiz qüvvədə olacaq. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Leyla Əliyeva