Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1541/2025 30.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X1 Seyfəddin oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı torpaq sahəsinin naturada bölünməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı CavabdehMMC-yə qarşı Cavabdeh MMC-nin iddiaçıya münasibətdə paylı mülkiyyətlərində olan torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işin ədalətli araşdırılması üçün əlavə sənədlər lazım olduğundan, həmin sənədlərin əldə olunması kifayət qədər vaxt apardığından və bu məhkəmə baxışı prosessual müddətin keçməsinə səbəb olmaması üçün iddia ərizəsinin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə3 İddiaçı ərizəsinə münasibət bildirərək qeyd etdi ki, Mülki iş üzrə İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək mülki işin baxılmamış saxlanmasını xahiş etmişdir. Səbəb olaraq isə iş üzrə sübutların toplanmasını göstərmişdir. Məhkəməyə bildirir ki, qeyd olunan səbəb mülki işin baxılmamış saxlanması üçün prosessual qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan biri deyildir. Belə ki, iddiaçı və cavabdeh tərəfindən verilmiş vəsatətlər, o cümlədən tərəflər tərəfindən məhkəməyə birbaşa təqdim edilmiş sənədlər məhkəmə tərəfindən iddianın əsassız hesab edilməsi üçün kifayət qədər əsas verir. Bundan əlavə, iddiaçı prosessual müddəti ötürməklə – yəni 20 il sonra məhkəməyə müraciət etməklə iddia müddətini keçirmişdir. Digər tərəfdən isə o, birbaşa şəxsi iştirakı ilə hüquqi şəxsin digər təsisçilərinə satılmış payları tələb etmişdir. Mülki iş üzrə toplanmış sübutların işin məhkəmə baxışına təyin edilməsi üçün kifayət etdiyini hesab edir. Bu səbəbdən məhkəmə hazırlıq iclası mərhələsini yekunlaşdıraraq işin baxış iclasına təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizəni prosesin hazırlıq mərhələsində xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etmiş, lakin qeyd olunan mərhələdə iddia ərizəsi geri qaytarılmamış, iş üzrə baxış iclası təyin olunmuşdur. Qeyd olunan faktı nəzərə alan məhkəmə bildirir ki, prosesin baxış mərhələsində cavabdeh tərəf iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etsə də, nə qədər ki iddiaçı ərizənin geri qaytarılmasına dair iradəsini hazırlıq mərhələsində ifadə etmiş və Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsinə əsasən hazırlıq mərhələsində iddianın geri qaytarılmasına dair ərizə təqdim olunduqda ərizənin geri qaytarılması cavabdehin razılığından asılı edilməmişdir, iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı CavabdehMMC-yə qarşı torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №e-2-2(113)-1541/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1541/2025
30.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver