Məhkəmə qərarları › İş №e-2-2(113)-1562/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1562/2025

29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1562/2025 29.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: borcun silinməsi) X6 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı(bundan sonra – iddiaçı) Cavabdeh İB-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən mənə məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə quraşdırılmış sayğacda hesablanmış 3915 manat dəyərində borcun silinməsi və borcun yenidən hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, fərdi sahibkar kimi ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində sahibkarlıqla məşğulam. Mənimlə Cavabdeh İB arasında qeyri-yaşayış sahəsinə qaz sayğacının quraşdırılması barədə Cavabdeh İB arasında qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə əsasında mənim sahibliyimə olan qeyriyaşayış sahəsinə qaz sayğacı quraşdırılmış və **********00103 saylı abunə kodu verilmişdir. Qaz sayğacı quraşdırıldığı vaxtdan, hər ay qazdan istifadəyə görə hesablanmış xidmət haqqını vaxtlı-vaxtında ödəmişəm və aylıq sərfiyyat təxminən 20- 50 manat olmuşdur. Lakin, 2024- cü ildə qeyri-yaşayış sahəsində təmir işləri gedən zaman orada usta işləyən şəxsən texniki yalnışlığa yol verərək, qazdan istifadə üçün nəzərdə tutulmuş xə4ə deyil, digər xə4ə quraşdırmışdır. Lakin kənar xə4ən qazdan istifadə təxminən 1 ay davam etmiş və cavabdehin əməkdaşları qaz xə4indən kənar qaz istifadə etməsi bildirilmişdir.. Lakin sayğac yoxlamaya aparıldıqdan sonra guya sayğacda sərfiyyat fərqi müəyyən edilmiş və ona 2700 manat borc hesablanmışdır. Həmin bildirişin səbəbini öyrənmək məqsədilə cavabdehə ərizə ilə müraciət etdikdə, mənə bildirildi ki, xx.xx.2024-cü il tarixdə ******* saylı və 31 avqust 2022-ci il tarixli akt əsasında 1215 manat manat borc hesablanmışdır. Mən Qaz istismar idarəsinin əməkdaşlarına təxminən 3 ay müddətində 2700 manat dəyərində qaz sərfiyyatının mümkünsüz olmasını, bununla bağlı borcun silinməsi ilə bağlı Cavabdeh İB-nə müraciət etsəm də, borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etməli olduğum bildirilmişdir. Cavabdeh İB-nin əməkdaşları mənə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* saylı aktın əsasında 2700 manat və xx.xx.2024-cü il tarixli ******* saylı aktın əsasında 1215 manat olmaqla, həmin aktlara əsasən hesablanmış 3915 manat cərimə məbləği ödəməyimi tələb etdilər. Yuxarıda qeyd olunanlara əsasən hesab edirəm ki, Azəriqaz İB-nin sözügedən hərəkətləri ilə mənim istehlakçı hüquqlarım kobud şəkildə pozularaq üzərimə qanunsuz və əsassız öhdəlik qoyulmuşdur və pozulmuş hüquqlarımın müdafiəsinin yalnız məhkəmə qaydasında mümkün olacağı qənaətinə gəlmişəm. Aşağıdasadalanan əsaslara görə ümumilikdə 3915 manat cərimə məbləği silinməlidir. 1-ci yuxarıda qeyd olunduğu kimi Cavabdeh İB-nin əməkdaşları “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* saylı aktı və xx.xx.2024-cü il tarixli ******* saylı aktları qanunsuz və qərəzli tərtib edildiyini sübut edir. 2-ci mənim abonent saldomdan da görünr ki, evimdə sərf olunan qazın sərfiyyatında heç bir dəyişiklik baş verməmişdir. Belə ki, saldodan görünür ki, sayğacdan kənar qaz xətdi ləğv edildikdən sonra evimin qaz sərfiyyatı keçən ilin sərfiyyatı ilə eyni olmuşdur. Bu hal da bir dahatəsdiq edir ki, mənim evimdə saycdan kənar qazdan istifadə olunmamışdır.

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin ediməsini xahiş etmişdir.

4. Cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmişdir. III. Məhkəmə baxışının hədləri:

5. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

6. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

7. Cavabdeh İB ilə istehlakçı qismində İddiaçı arasında xx.xx.2024-cü il tarixli, 2470/24 saylı “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı” müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.

8. Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda qeyd edilmişdir ki, qeyd olunan ünvandakı qaz sayğacına baxış keçirilən zaman müəssisədə təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə aşkar olmuşdur və 2700 manat məbləğində borc hesablanmışdır

9. Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda qeyd edilmişdir ki, müəssisədə istifadə olunan qaz qurğularının saatlıq qaz sərfi sayğacın maksimal ölçmə həddində çox olması aşkar olmuşdur 1215 manat məbləğində borc hesablanmışdır

10. Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, ******* nömrəli Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktda qeyd edilmişdir ki, 2024-cü ilin fevral ayı üzrə abonent "xxxx" MMC-yə (abonent kodu: **********00000) qaz sayğacının işləmədiyi dövr ərzində hesablanmış qaz sərfinin həcmi 89.75 m3 , qaz sərfinin məbləği isə 1480.8 manat olmuşdur.

11. 07.04.2025-ci tarixli abonentin saldosundan müəyyən olunur ki, İddiaçı (abonent kodu: **********00103) qeyd edilən tarixə ümumilikdə borcu 2744.13 manat (sayğac oxunması: 0 + aktlar: 3915 manat – ödəmələr: 1170.54 manat – güzəşt: 0 manat = son borc: 2744.13 manat) təşkil edir.

12. Cavabdeh İB tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli sənayə üzrə inventar aktında iddiaçının sayğcın parametrləri,müəssisədə istəfadə olunan qaz qurğuları göstərilmişdir.

13. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY242095681 saylı, 27 mart 2024-cü il tarixli çıxarışa əsasən Cavabdeh İB tərəfindən İddiaçı aid qeyri-yaşayış sahəsində müqavilə şərtlərinə əməl olunması ilə bağlı plandankənar yoxlama Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır.

V. Tətbiq edilən hüquq:

14. “Qaz təchizatı haqqında” AR Qanununun 3.5-ci maddəsinə görə Sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir.

15. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

16. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.

17. AR MPM-in: 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 113.1-ci maddəsinə görə iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır.

VI. Məhkəmənin mövqeyi:

18. Məhkəmə hesab edir ki,iddia ərizəsi qismən təmin edilməlidir.

19. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr-ri,bina 0220,mənzil 0103 ünvanında yerləşən, İddiaçı məxsus qeyriyaşayış sahəsi cavabdeh tərəfindən müqavilə əsasında təbii qazla təchiz edilir. İddiaçı təbii qazdan istifadə etmiş, sərf olunan sərfiyyata uyğun sərfin məbləği hesablanmış və iddiaçı tərəfindən müvafiq ödənişlər həyata keçirilmişdir. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, debitor borcla yanaşı, müxtəlif vaxtlarda cavabdeh tərəfindən aktlar tərtib olunaraq, iddiaçıya əlavə borclar hesablanmışdır. Abonent saldosundan göründüyü kimi, 2022-ci və 2024-cü ildə tərtib olunmuş aktlara əsasən iddiaçıya 3915 manat məbləğində borc hesablanmışdır.

20. Məhkəmə qeyd edir ki, Cavabdeh İB təbii qaz ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.

21. Göründüyü kimi İddiaçı silinməsini tələb etdiyi 2700 manat məbləğində borcun hesablanmasına səbəb olmuş abonentə məxsus obyektdə qaz sayğacına Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixində keçirilmiş yoxlamanın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınması müəyyən edilmir.

22. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır.

23. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, xx.xx.2024-cü il tarixində keçirilmiş yoxlama qeydiyyata alınmış,lakin xx.xx.2022-ci il tarixli cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya borc hesablamaqla haqlı olmamışdır.

24. Məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixində keçirilmiş yoxlama qeydiyyata alınmış, həmçinin həmin akt əsasında hesablanmış borc (1215 manat) haqqlı olmuşdur. Belə ki, iddiaçının özü izahatlarında qeyri yaşayış sahəsində aktda qeyd edilən qaz qurğularının istifadə edildiyini etiraf etmişdir.

25. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən tərtib olunmuş aktlara əsasən iddiaçıya hesablanmış xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 2700 manat məbləğində borc iddiaçının abunə hesabından (kod: **********00103) silinməlidir.

26. Məhkəmə xərclərinə gəldikdə dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 59 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

27. Məhkəmə hazırkı qətnamə ilə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, 47 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən akt əsasında hesablanmış 2700 (iki min yeddi yüz ) manat borc İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin abonent kodu **********00103 olan hesabından silinsin. Ödənilmiş 47 manat dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar