Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1577/2021 13.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçınin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi, vəkili Nümayəndə və Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı “X1” adlı Nümayəndəliyinin nümayəndəsi (rəhbəri) X3 iştirakı ilə, İddiaçınin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı “X1” adlı Nümayəndəliyinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) qarşı cavabdehin mülkiyyət hüququna xitam verilməsi və iddiaçının mülkiyyət hüququnun tanınması tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçınin Azərbaycan Respublikasındakı Nümayəndəliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı “X1” adlı Nümayəndəliyinin adına qeydiyyata alınmış: (1) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus D, ev 12 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (2) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus D, ev 7 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (3) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus C, ev 10 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (4) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus D, ev 5 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (5) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus D, ev 3 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (6) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus D, ev 4 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (7) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus E, ev 9, ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (8) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus E, ev 11 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (9) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus D, ev 2 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (10) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus E, ev 14 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (11) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus C, ev 12 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (12) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus D, ev 8 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (13) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus E, ev 1 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (14) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus C, ev 4 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (15) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus E, ev 12 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (16) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus E, ev 10 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (17) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus E, ev 5 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (18) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus C, ev 8 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (19) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus E, ev 2 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (20) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus D, ev 6 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (21) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus E, ev 7 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (22) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus D, ev 10 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (23) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus E, ev 3 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (24) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus E, ev 8 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (25) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus D, ev 1 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (26) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus E, ev 6 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (27) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus C, ev 6 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus D, ev 9 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (29) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus D, ev 13 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (30) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus E, ev 4 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan 30 (otuz) ədəd fərdi yaşayış evlərinin üzərindəki mülkiyyət hüquqlarına xitam verilməsi və qeyd edilən fərdi yaşayış evlərinin üzərində İddiaçınin mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (bundan sonra “Şirkət”) ilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı “X1” adlı Nümayəndəliyi (bundan sonra “Podratçı”) arasında imzalanmış C-97- COM-29 saylı, 11 avqust 1997-ci il tarixli müqavilə (bundan sonra “Müqavilə”) və həmin müqaviləyə əlavə olaraq imzalanmış 13 yanvar 1998-ci il tarixli Sifarişə Əlavə №1-ə (bundan sonra “Sifarişə Əlavə №1”) əsasən nəzərdə tutulmuş və yuxarıda təsvir edilmiş ümumilikdə 30 (otuz) ədəd fərdi yaşayış evlərinin tikinti-təmir işləri Podratçıya tapşırılmış və işlərin yekununda sözügedən fərdi yaşayış evlərinin Podratçı tərəfindən Şirkətə təhvil verilməsi nəzərdə tutulmuşdur. Həmin fərdi yaşayış evləri üçün ümumilikdə ******* ABŞ dolları müəyyən edilmiş və həmin məbləğ Sifarişçi tərəfindən Podratçıya tam ödənilmişdir. Sifarişə Əlavə №1-ə əsasən 30 (otuz) ədəd fərdi yaşayış evlərinin tikinti-təmir işlərinin 19 noyabr 1999-cu il tarixində yekunlaşması nəzərdə tutulmuşdur. Həmin fərdi yaşayış evlərinin tikinti-təmir işləri yekunlaşmasına baxmayaraq Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı “X1” adlı Nümayəndəliyi tərəfindən fərdi yaşayış evləri hazırki tarixədək "Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin adına rəsmiləşdirilməmiş, həmin fərdi yaşayış evləri əksinə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı “X1” adlı Nümayəndəliyinin adına rəsmiləşdirilmişdir və Şirkətin bütün öhdəliklərinin həyata keçirilməsinə baxmayaraq Podratçı sözügedən fərdi yaşayış evlərinin Şirkətin adına rəsmiləşdirilməsindən müxtəlif əsassız səbəblər gətirərək yayınmışdır. Şirkət tərəfindən Podratçıya dəfələrlə şifahı xəbərdarlıq edilməsinə baxmayaraq, Podratçı müqavilə üzrə öhdəliyini yerinə yetirməkdən yayınmışdır. Sonuncu dəfə 3 fevral 2021-ci il tarixində Podratçıya rəsmi pretenziya məktubu ünvanlanmış və bildirilmişdir ki, Podratçı tərəfindən öhdəliklərinin tam yerinə yetirmədiyi və Müqavilə və Sifarişə Əlavə №1-in müddəalarına uyğun olaraq 30 (otuz) ədəd fərdi yaşayış evini Şirkətin adına rəsmiləşdirmədiyi təqdirdə Şirkət tərəfindən məhkəməyə müraciət olunacaqdır. Şirkətin son xəbərdarlığına baxmayaraq Podratçı öhdəliyini yerinə yetirməmiş və bununla Müqavilə və Sifarişə Əlavə №1 üzrə öhdəliklərini kobud surətdə pozmuşdur. Beləliklə, indiki halda Podratçı ohdəliyini yerinə yetirmədiyindən Şirkət bu cür öhdəliyin yerinə yetirilməsini qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən İddiaçınin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi, vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı “X1” adlı Nümayəndəliyinin nümayəndəsi (rəhbəri) X4 iddianı qəbul edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə, işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 07 may 1996-cı il tarixli Bakı şəhərinin ərazisində torpaq sahəsinin ayrılması və yaşayış şəhərciyinin tikilməsi haqqında müqavilənin (proyekt) surətindən görünür ki, Administrasiya - Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər, Yasamal rayonunun təqribən 400000 m2 torpaq sahəsindən istifadə etmək hüququ verir ki, onun da yerləşdiyi yer müqavilənin ayrılmaz hissəsi olan 1 nömrəli Əlavənin sxemində göstərilir və maddi, maliyyə ehtiyatları, qabaqcıl xarici texnika və texnologiya ilə İnvestorun – Kanadanın “Stonepay” kompaniyasının idarəçilik təcrübəsi hesabına yaşayış evlərinin, sosial obyektlərin və başqalarının tikintisi üçün istifadə ediləcək. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 24.05.1996-cı il tarixli 675 nömrəli sərəncamının surətindən görünür ki, “Stonepay Commercial Construction İnc.”in (Kanada) şirkəti ilə Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış 07 may 1996-cı il tarixli müqaviləsini nəzərə alaraq, Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində, 2-ci Alatava, Bünyadzadə və Haqverdiyev küçələrinin kəsişdiyi sahədə “Stonepay Commercial Construction İnc.”in (Kanada) şirkətinə yaşayış massivinin layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. C-97-COM-029 saylı fərdi yaşayış evlərinin tikintisinə dair müqavilədən görünür ki, (şirkət) İddiaçı (podratçının) “Stonepay Commercial Construction İnc.”in (Kanada) Royal Park kimi tanınan Yeni Yasamal rayonu tikilisinin ərazisində yerləşən və onun bir hissəsi olan iyirmi (20) ədəd fərdi yaşayış evlərinin layihələndirilməsini, tikintisini və yekunda mülkiyyət hüquqlarının şirkətə ötürməsini podratçıya tapşırmaq niyyətindədir, podratçı burada göstərilən şərtlər və müddəalara uyğun olaraq işlərin operativ yerinə yetirilməsi üçün lazımi imkanlara, təcrübəyə və ixtisaslı işçi heyətinə, avadanlığa və resurslara malik olduğunu bəyan edir və podratçı şirkət üçün bu cür işləri yerinə yetirmək niyyətindədir. Həmin müqavilənin: 2.2-ci bəndinə əsasən podratçı işlərə 30 yanvar 1997-ci il tarixində başlayır və bu müqavilənin tələblərinə uyğun olaraq, 30 mart 1998-ci il tarixində işlərin tamamlanmasınadək davamlı və səmərəli şəkildə onları icra edir. 12.3.1-ci bəndinə əsasən podratçı tamamlanma akt(lar)ının verilməsindən etibarən 15 gün ərzində əmlakın və əmlakların podratçıdan şirkətə ötürülməsi barədə ötürmə aktı, Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma İdarəsindən şirkətin əmlak və əmlaklar üzərindəki mülkiyyətini təsdiq edən akt(lar)ı, şirkət və Bakı şəhəri İcra Hakimiyyəti arasında əmlak və əmlakların yerləşdiyi torpaq ərazidən istifadə hüququnun və sahibliyin ötürülməsini təsdiqləyən torpaq icarəsi müqaviləsi daxil olmaqla, lakin onlarla məhdudlaşdırmamaq şərti ilə istənilən hüquqi sənədləri, şəhadətnamələri və ya xüsusən də əmlak və əmlaklar üzərində mülkiyyət hüquqlarının podratçıdan şirkətə ötürülməsi aktı üçün müraciət etməli, almalı və şirkətə verməlidir. C-97-COM-029 saylı fərdi yaşayış evlərinin tikintisinə dair müqaviləyə edilmiş 2 nömrəli dəyişiklik əmrindən görünür ki, podratçı 10 əlavə evin tikintisini davam edir və podratçı 19 noyabr 1999-cu il tarixinədək evlərin tikintisini və müqavilədə nəzərdə tutulmuş bütün əlaqədar işləri başa çatdırır. Bu dəyişiklik əmri 08 aprel 1999-cu il tarixindən etibarən qüvvəyə minmiş hesab olunur. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Başçısının 30.12.2012-ci il tarixli 458 nömrəli sərəncamının surətindən görünür ki, Yasamal rayonu, Kənar Dairəvi yol 10 ünvanında “X2” adlı Nümayəndəliyə məxsus torpaq sahəsinin Baş planında nəzərdə tutulmuş c-14 kompleksində, təqdim olunmuş ərazinin müfəssəl planı əsasında 64 ədəd koteclərin tikintisinə icazə verilmişdir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin Başçısının 28.06.2013-cü il tarixli 232, 233, 234, 235, 236, 237, 238 və 239 nömrəli sərəncamların surətlərindən görünür ki, “X1” şirkəti tərəfindən Yasamal rayonu, Kənar dairəvi yol 10 ünvanında, “Royal park” yaşayış massivində “C-6” kompleksində müvafiq olaraq 96 saylı “E-3” modelli katec tipli, 69 saylı “E-1” modelli katec tipli, 72 saylı “A-2” modelli katec tipli, 8 ədəd (71, 74, 84, 90, 91, 95, 99 və 105 nömrəli) “F” modelli katec tipli, 6 ədəd (78, 80, 88, 89, 97 və 103 nömrəli) “E” modelli katec tipli, 2 ədəd (77 və 85 nömrəli) “C” modelli katec tipli, 5 ədəd (73, 82, 87, 92 və 107 nömrəli) “B” modelli katec tipli və 7 ədəd (75, 78, 83, 86, 93, 94 və 101 nömrəli) “A” modelli katec tipli yaşayış evlərinin tikintisinin başa çatdığını nəzərə alaraq, həmin ölçüdə istismara qəbul edilməsi və ilkin hüquqi qeydiyyata alınması qərara alınmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin çıxarışlarından görünür ki, (1) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus D, ev 12 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (2) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus D, ev 7 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (3) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus C, ev 10 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (4) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus D, ev 5 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (5) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus D, ev 3 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (6) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus D, ev 4 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (7) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus E, ev 9, ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (8) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus E, ev 11 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (9) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus D, ev 2 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (10) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus E, ev 14 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (11) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus C, ev 12 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (12) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus D, ev 8 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (13) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus E, ev 1 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (14) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus C, ev 4 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (15) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus E, ev 12 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (16) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus E, ev 10 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (17) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus E, ev 5 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (18) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus C, ev 8 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (19) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus E, ev 2 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (20) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus D, ev 6 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (21) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus E, ev 7 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (22) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus D, ev 10 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (23) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus E, ev 3 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (24) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus E, ev 8 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (25) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus D, ev 1 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (26) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus E, ev 6 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (27) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus C, ev 6 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus D, ev 9 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (29) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus D, ev 13 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan; (30) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus E, ev 4 ünvanında yerləşən, çıxarışa əsasən seriya və nömrəsi MA ******* olan 30 (otuz) ədəd fərdi yaşayış evləri “X2” Şirkətinin adına tam paylı mülkiyyət üzrə daşınmaz əmlakın dövlət reysetrində qeydiyyata alınmışdır. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 53.1-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. 53.3-ci maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Məhkəmə baxışında müəyyən edilmişdir ki, C-97-COM-029 saylı fərdi yaşayış evlərinin tikintisinə dair müqavilənin tərəfi kimi İddiaçınin Azərbaycan Respublikasındakı Nümayəndəliyi deyil, İddiaçınin özü çıxış etmişdir. Belə olan halda sözügedən tələblə bağlı məhkəmədə iddianı C-97-COM-029 saylı müqavilədə tərəf (şirkət) kimi çıxış etmiş hüquqi şəxs olan İddiaçı qaldıra bilər. Hətta hesab etsək ki, iddiaçının subyektiv hüquqi olsaydı belə yenə də iddia aşağıdakı səbəblərə görə rədd edilməlidir. Əvvəla ona görə ki, iddia tələbi Cavabdeh Şirkətinə qarşı deyil, onun Azərbaycan Respublikasındakı “X1” adlı Nümayəndəliyinə qarşı qaldırılmış, halbuki məhkəmədə cavabdeh qismində şirkətin nümayəndəliyi deyil, hüquqi şəxs olan şirkət özü çıxış etməlidir. İkincisi isə C-97-COM-029 saylı fərdi yaşayış evlərinin tikintisinə dair, 07 may 1996-cı il tarixli Bakı şəhərinin ərazisində torpaq sahəsinin ayrılması və yaşayış şəhərciyinin tikilməsi haqqında müqavilə üzrə tərəf kimi və həmçinin sözügedən fərdi yaşayış evlərinin mülkiyyətçisi kimi Cavabdeh Şirkəti deyil, “Stonepay Commercial Construction” şirkəti çıxış etmişdir. Göründüyü kimi iddia cavab verməli olmayan şəxsə qarşı verilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, tərəflərin arasında mübahisə olduğu təqdirdə məhkəmədə işə baxılır. hazırki iş üzrə isə mübahisə mövcud olmaması ilə yanaşı tələbdə göstərilən müddəalar məhkəmədən kənar həll edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçınin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı “X1” adlı Nümayəndəliyinə qarşı cavabdehin mülkiyyət hüququna xitam verilməsi və iddiaçının mülkiyyət hüququnun tanınması tələbi barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1577/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1577/2021
13.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver