Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1596/2024 12.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “ ümumi yığıncağının çağırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması və s.” tələblərinə dair kommersiya mübahisəsi (açar sözlər: ümumi yığıncağının çağırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması və s.) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “ümumi yığıncağının çağırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması və s.” tələblərinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2inin üzərinə cəmiyyətin ümumi yığıncağının çağırılması, onun iştirakı ilə icra orqanlarının yaradılması, xx.xx.2019-cu il tarixdən hazıradək ötən dövr üzrə illik hesabatlarını və maliyyə hesabatlarının həm təsisçi olaraq ona təqdim edilməsi, əldə edilmiş mənfəətin yenidən hesablanaraq bölüşdürülməsi, nizamnamə kapitalındakı payına uyğun olaraq mənfəət payının (Dividendin) ona ödənilməsi vəzifəsinin qoyulması, ödənilmiş 105 manat məbləğində dövlət rüsumunun və 55 manat məbləğində mediyasiya xidmət haqqının cavdehlərdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3481/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdeh ilə nikahı pozulmuşdur. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin sözü gedən qətnaməsi qanuni qüvvəyə minmiş, icraya yönəldilmiş və Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzildə və “Mercedes Benz S 500 minik” markalı, ** UP *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində 1/2 hissədə payı, habelə Cavabdeh2 nizamnamə kapitalında 1/2 hissədə (50%) payı ilə bağlı hüquqları müvafiq dövlət orqanlarında qeydiyyata alınsa da, lakin hazıradək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeyd olunan məhkəmə qətnaməsini faktiki olaraq icra etməmişdir. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində göstərilən daşınar və daşınmaz əmlaklardakı payını, habelə birgə nika dövründə təsis edilmiş Cavabdeh2 nikah faktik olaraq pozulduğu 2019-cu il tarixdən hazıradək ötən dövr üzrə şirkətin mənfəətindən (xalis gəlirlərindən) ona heç bir məbləğdə dividend və ya mənfəət hesabına əldə edilmiş əmlaklardan pay verməmiş, ünvan 2 ünvanında yerləşən əmlaklardakı, habelə həmin mənzilin yenidən inşa edilməsinə çəkilmiş vəsaitdəki payını istər natura şəkilində, istərsə də, pul şəkilində ona verməkdən boyun qaçırmışlar. Belə ki, hər iki cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz hərəkətləri ilə yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsininin icra edilməməsi nəticəsində təsisçilərin ümumi yığıncağı çağırılmamış, ümumi yığıncağın müstəsna səlahiyyətlərinə aid olan təsisçilərin razılığı ilə cəmiyətin icra orqanlarının yaradılması, xx.xx.2019-cu il tarixdən hazıradək ötən dövr üzrə illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək, onun mənfəətini bölüşdürmək vəzifəsi kimi digər vəzifələrini icra edilməmiş, habelə digər daşınar və daşınmaz əmlaklardakı payından faktiki olaraq məhrum olunmuşdur.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehlər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdehlər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 87.1-ci maddəsinə bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. - 88.1-ci maddəsinə əsasən Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının sayı qanunvericiliklə müəyyənləşdirilmiş həddi keçməməlidir. Əks halda o, bir il ərzində səhmdar cəmiyyətinə çevrilməli, bu müddət bitdikdən sonra isə, əgər onun iştirakçılarının sayı azaldılıb qanunla müəyyənləşdirilmiş həddə endirilməzsə, məhkəmə qaydasında ləğv edilməlidir. - 93.1-ci maddəsinə əsasən Məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı cəmiyyətin nizamnamə kapitalındakı payını və ya onun bir hissəsini həmin cəmiyyətin bir və ya bir neçə iştirakçısına sata bilər və ya başqa qaydada güzəşt edə bilər. - 91.1-2. Cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Cəmiyyətin illik fəaliyyətinin yekunlarına həsr olunmuş ümumi yığıncaq hesabat-maliyyə ili başa çatdıqdan sonra dörd aydan gec olmayaraq çağırılır. - 91.1-3. Cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı qanunda və ya nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə, habelə qanunla müəyyən edilən digər şəxslər tərəfindən çağırılır. Ləğvetmə prosesində olan cəmiyyətin növbədənkənar ümumi yığıncağı ləğvetmə komissiyası tərəfindən çağırılır. - 91.1-5. Cəmiyyətin iştirakçılarının ümumi yığıncağında yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən çağırılmalıdır. Yenidən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının əlli faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir. - 91.1-6. Yenidən çağırılan yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncaq cəmiyyətin icra orqanı tərəfindən cəmiyyətin nizamnaməsində müəyyən edilmiş qaydada, ümumi yığıncağın gündəliyi dəyişdirilmədən təkrarən çağırılmalıdır. Təkrarən çağırılan ümumi yığıncaq cəmiyyətin paylarının 25 faizinə malik olan iştirakçıları iştirak etdikdə səlahiyyətlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
10. Məhkəmə ilk növbədə qeyd edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın İddiaçı Cavabdeh1 və Cavabdeh2nə qarşı “cəmiyyətin ümumi yığıncağının çağırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması və s.” tələblərinə dair iddiasının “MMC-nin icra orqanının yaradılması və nizamnamə kapitalındakı paya uyğun olaraq dividendin ödənilməsi” hissəsində iş üzrə icraata xitam verilmişdir.
11. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, **********353800 nömrəli reyestrdən çıxarışdan görünür ki, Cavabdeh2 nizamnamə kapitalında Cavabdeh1 50%, X1 50% paya sahibdir.
12. Göründüyü kimi, hazırda İsmayılova (Kərimova) Xəyalə Ələddin qızı Cavabdeh2 50% payçısıdır. Ona görə də, MMC-nin fəaliyyəti ilə bağlı sənədlərlə tanış olmaq hüququ vardır.
13. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin MMC ilə bağlı normalarında məhz MMC-nin iştirakçılarının onun fəaliyyəti ilə bağlı sənədlərlə tanış olmaq hüququ birbaşa göstərilməmiş olsa da, Mülki Məcəllənin Səhmdar cəmiyyət ilə bağlı normalarında bu hal nəzərdə tutulmuşdur.
14. Ona görə də, Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4 (Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.) və 13.5-ci (Belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür.) maddələrinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
15. Mülki Məcəllənin 106-1.3-cü maddəsinə əsasən səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək (106-1.3.1), qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq (106-1.3.2), cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək (106-1.3.5), cəmiyyətin xalis mənfəətindən dividend almaq (106-1.3.7), icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək (106-1.3.8-1), cəmiyyətin səhmlərinin satışı prosesində iştirak etmək (106-1.3.8-2), bağlanmış əqd nəticəsində cəmiyyətə və ya səhmdarlara dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma müraciət etmək (106-1.3.8-3), bu Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər (106-1.3.9) hüquqları vardır.
16. Sadalanmış normaların məzmunundan görünür ki, Cəmiyyətin üzvü onun fəaliyyətinə dair məlumatlar almaq, illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq və s. kimi hüquqları vardır.
17. Ona görə də, Məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixdən hal-hazıradək olan illik hesabat və maliyyə hesabat sənədlərinin surətləri Cavabdeh2 tərəfindən İddiaçı təqdim edilməlidir.
18. Məhkəmə iddianın digər hissəsi, Cavabdeh2 MMC-nin ümumi yığıncağının çağırılması vəzifəsinin X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.
19. Azərbaycan Respublikası Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(102)-222/2024 saylı qərarında qeyd edilmişdir ki, MM-nin 91.1-3-cü maddəsində MMC-nin iştirakçılarının növbədənkənar ümumi yığıncağının, icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə, habelə qanunla müəyyən edilən digər şəxslər tərəfindən çağırıldığı təsbit olunmuşdur. Göründüyü kimi, MM-nin 91.1-3-cü maddəsində iştirakçıların növbədənkənar ümumi yığıncağının çağırılması üçün təşəbbüs və ya tələb irəli sürən subyektlərin dairəsi göstərilmiş, lakin həmin yığıncağı çağıracaq orqan (və ya şəxs) barədə məlumat nəzərdə tutulmamışdır. Bununla belə, MM-nin 91.1-5 və 91.1.6-cı maddələrində MMC-lərin iştirakçılarının ümumi yığıncağında və yenidən çağırılan yığıncaqda yetərsay olmadıqda, ümumi yığıncağın məhz cəmiyyətin icra orqanı tərəfindən təkrarən çağırılması nəzərdə tutulmuşdur. MM-in 91.1-3, 91.1-5 və 91.1.6-cı maddələrinin məzmununun birgə təfsiri belə nəticəyə gəlməyə əsas verir ki, sözügedən qayda MMClərin iştirakçılarının həm növbəti, həm də növbədənkənar ümumi yığıncaqlarına aiddir.
20. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərilmiş, lakin cavabdeh həmin pretenziya məktubuna da əhəmiyyət verməmiş və cəmiyyətin təsisçilərinin ümumi yığıncağının keçirilməsini təmin etməmişdir.
21. Məhkəmə hesab edir ki, Cavabdeh2 MMC-nin ümumi yığıncağının çağırılması vəzifəsi Cavabdeh2 üzərinə qoyulmalıdır.
22. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
23. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh2 MMC-nin ümumi yığıncağının çağırılması vəzifəsi Cavabdeh2 üzərinə qoyulsun. xx.xx.2019-cu il tarixdən hal-hazıradək olan illik hesabat və maliyyə hesabat sənədlərinin surətləri Cavabdeh2 tərəfindən İddiaçı təqdim edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Kənan Hüseynov