Məhkəmə qərarları › İş №e-2-2(113)-1608/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1608/2020

17.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1608/2020 17.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: HakimƏliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsitələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz olaraq tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktın etibarsız hesab edilərək ləğv edilməsi,İddiaçınə qanunsuz hesablanmış 3.162,20 manat məbləğində pulun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli qazın alqı-satqısı müqaviləsinə əsasən cavabdeh iddiaçını keyfiyyətli qazla təmin etməyi, iddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə əsasən paylayıcıya (cavabdehə) ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.3.1-ci bəndinə əsasən, qaz sayğacının göstərişinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının borcudur; 4-cü bəndinə əsasən istehlakçının qaz qurğuları müəyyən olunmuş dövlət standartlarının tələblərinə cavab verməlidir. Qaz qurğuları layihə və digər texniki sənədlər əsasında quraşdırılmalı və istismar edilməlidir. Cavabdehin tərtib etdiyi xx.xx.2020-ci il tarixli akta əsasən istehlakçı İddiaçı MMC tərəfindən istixanada (müəssisədə) “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmiş və qeyri-qanuni qaz xəttinin ləğv edilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. Qeyd edilən akta əsasən cavabdehin tərtib etdiyi dəymiş ziyanın hesablanması barədə xx.xx.2020-ci il tarixli hesabatdan görünür ki, qaz işlədicilərindən 1 ədəd kombi (34kw) maksimal saatlıq qaz sərfi 3.66 kub.m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın 15.811 kub.m. olması müəyyən edilmişdir. Abonentin saldosuna görə, 2020-ci il yanvar ayı üçün İddiaçı MMC-dən 15.811 kub.m. qaz sərfiyyatına görə 3.162,20 manat məbləğdə pul tələb edilmişdir. Nəzərə çatdırılır ki, xx xxxxxx 2019-cu il tarixli icarə müqaviləsinə əsasən X6 məxsus ünvan 1 ünvanında yerləşən 342,5 kv.m. sahədən ibarət ofis İddiaçı MMC-yə icarəyə verilmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında qazın alqı-satqısına dair müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən qazın ofisə çəkilməsinə dair işçi layihə hazırlanmış və Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* №-li akt tərtib edilmişdir. Həmin ofis təmir olunduqdan sonra xx.xx.2020-ci il tarixdə təyinatı üzrə istismara başlanılmışdır. Qeyd edirlər ki, sözügedən icarə obyekti xx.xx.2019cu ildə dövlət reyestrində qeydiyyatdan keçərək X5 mülkiyyətinə keçmişdir. Göründüyü kimi, iddiaçı həmin obyekti təmir edən zaman və təyinatı üzrə istifadə etmədən ona cavabdeh tərəfindən qanunsuz olaraq qazdan istifadəyə görə 3.162,20 manat məbləğində haqq hesablanmışdır. Halbuki iddiaçının həmin vaxt qazdan istifadəsinə ehtiyacı olmamış və ən əsası iddiaçı ofisə köçənə qədər qazın verilməsi ilə bağlı bütün müvafiq sənədləşmə işinicavabdehlə aparmış və ödənişlərietmişdir. Bu səbəbdən hesab edirlər ki, cavabdeh tərəfindən İddiaçı MMC-yə hesablanmış 3.162,20 manat məbləğində borc əsassız olduğundan silinməlidir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən hesablanmış 3.162,20 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək dəqiqləşdirilmiş iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Vəkil izahatında iddia ərizəsində göstərilənlərə əlavə olaraq mübahisəli qeyri-yaşayış sahəsinin yeni tikilmiş binada yerləşdiyini, əvvəllər həmin sahənin qazla təchiz edilmədiyini, obyektin qazlaşdırılması ilə bağlı işlərin dekabr-yanvar aylarında onlar tərəfindən görüldüyünü və həmin obyektin qazla təchiz edilməsinə dair cavabdehlə müqavilənin ilk dəfə xx.xx.2020-ci il tarixdə bağlandığını bildirmişdir. Cavabdeh İB-nin nümayəndəsi X8 iddiaya etiraz edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Qaz paylayıcısı (cavabdeh) ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı (iddiaçı) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, AMX-0565/20 saylı “Qazın alqı-satqısı barədə” müqaviləyə əsasən qaz paylayıcı istehlakçını təbii qazla təmin etməyi, istehlakçı isə istehlak etdiyi təbii qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq qaz paylayıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və qaz paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının borcudur. Müqavilənin 4.3-cü bəndinə əsasən “xxxxxxxx” MMC-yə məxsus qeyri-yaşayış sahəsinə 2 ədəd kombi quraşdırılması nəzərdə tutulmuşdur. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* saylı aktdan görünür ki, ünvan 2 ünvanında yerləşən “xxxxxxxx” MMC-nin icarəsində olsn obyektində təbii qazdan qeyri-qanuni, sayğacdan kənar istifadə edildiyi aşkar edildiyindən itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələb edilmişdir. Qeyd edilən akta əsasən, Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının üzvləri Taciyəddin Hüseynov, Kənan Əhmədov və Dünyamalı Əliyev tərəflərindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, qaz işlədicilərindən qaz işlədicilərindən kombinin maksimal saatlıq qaz sərfi 3.66 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın 15.811 m3 qazın dəyərində olması müəyyən edilmişdir. Abonentin saldosundan görünür ki, 2020-ci ilin yanvar ayında “xxxxxxxx” MMC-yə akta əsasən 15.811 kub.m qaz sərfiyyatına görə 3.162,20 manat məbləğində borc hesablanmışdır. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin iddiası qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 2 ünvanında yerləşən İddiaçı MMC-nin icarəsində olan qeyri-yaşayış sahəsinə baxış keçirilərkən abonentin qaz xəttinə təbii qazdan qeyri-qanuni, sayğacdan kənar istifadə edildiyi aşkar edilmişdir. Bununla bağlı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* saylı akt tərtib edilərək itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması tələb edilmişdir. Həmin akt əsasında Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın 15.811 m3 qazın dəyərində olması müəyyən edilmişdir. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi 3.162,20 manat borc məbləği istehlakçının təbii qazdan qeyri-qanuni, sayğacdan kənar istifadə etməsi nəticəsində qaz paylayıcıya dəymiş maddi zərərin əvəzi olaraq hesablanmışdır. Mülki Məcəllənin 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə əvvəla qeyd edir ki, hazırkı işdə İddiaçı MMC-yə məxsus qeyri-yaşayış sahəsində qaz xəttinə sayğacdan kənar qoşulma halının aşkar edilməsi, yəni iddiaçı tərəfindən təbii qazdan istifadə qaydaların pozulması və bunun nəticəsində cavabdehə maddi ziyan vurulması iş materialları ilə öz təsdiqini tapdığından cavabdeh ona maddi ziyanın əvəzi olaraq iddiaçıya borc hesablamaqda haqlı olmuşdur. İddiaçı tərəfindən hesablanmış borcun məbləği ilə bağlı isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının icarəsində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qazlaşdırılmasını təmin edən qaz kəmərləri xx.xx.2020-ci il tarixdə yoxlanılaraq istismara qəbul edildiyi, xx.xx.2020-ci il tarixdə tərəflər arasında qazın alqı-satqısı barədə müqavilə bağlandığı və həmin tarixdə qeyri-yaşayış sahəsinə qaz sayğacı quraşdırıldığı halda xx.xx.2020-ci il tarixdə, yəni tərəflər arasında bağlandığı tarixdən 5 gün sonra cavabdeh tərəfindən keçirilmiş baxış zamanı qeyri-qanuni xətt aşkar edilmiş və əvvəlki 90 günlük müddət üçün dəymiş ziyan hesablanmışdır. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi borc məbləği tərəflər arasında müqavilə münasibətlərinin mövcud olmadığı və hətta obyektin qazlaşdırılmasının aparılmadığı müddət üçün hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, qaz itkisinə görə Cavabdeh İB-yə dəymiş ziyan tərəflər arasında müqavilə bağlandığı vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən pozuntu aşkar edildiyi vaxtadək - xx.xx.2020-ci il tarixədək, 5 günlük müddət üçün hesablanmalı və hesabat müddəti 5 gün qəbul edilməklə cavabdehin istifadə etdiyi düsturə əsasən 3,66x2x24x5=878,4 kub.m. qazın dəyərində olmalı, yəni 1 kub.metr qaza görə 0,20 manat hesabı ilə 175,68 manat məbləğində müəyyən edilməli, iddiaçıya artıq hesablanmış 2986,52 manat məbləğində borc isə silinməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsinin məhkəmədə verdiyi izahatında istinad etdiyi müqavilə bağlanmadan da kənar qaz xəttindən istifadə edilməsinin mümkünlüyü barədə dəlilləri əsaslı görünmür. Belə ki, qeyri-yaşayış sahəsinə gedən qaz xətti xx.xx.2020-ci il tarixdə istismara qəbul edilərkən, eləcə də xx.xx.2020-ci il tarixdə qeyri-yaşayış sahəsinə sayğac quraşlarkən cavabdehin əməkdaşları tərəfindən kənar qaz xəttin mövcud olması faktı aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı hesab edir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq iddia verilməsi ilə əlaqədar ödənilməli olan 30 manat dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 5 manat hissəsi iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən İddiaçı MMC-yə qanunsuz olaraq hesablanmış 2986,52 manat (iki min doqquz yüz səksən altı manat əlli iki qəpik) məbləğində borc silinsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 5 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar