Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-161/2021 03.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi barədə ilkin, Cavabdeh İddiaçınə qarşı əsassız hesablanmış borcun silinməsi barədə qarşılıqlı iddia ərizələrinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilə Cavabdeh MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 126040,60 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun məcburi qaydada tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı İB 25 oktyabr 2019-cu il tarixli, AMX- 7198/19 saylı müqavilə əsasında cavabdehə məxsus müəssisəni təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə 19 iyun 2020-ci il tarixə 126040,60 manat borcu yaranmışdır. Mübahisənin həll olunması məqsədi ilə məktubla pretenziya qaydasında müraciət olunmasına baxmayaraq cavabdeh tərəfindən heç bir cavab alınmamışdır. Məktubda cavabdehə borcunu ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfinizdən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı tərəfindən artıq hesablanmış 151675,90 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xəzər rayonu, Zirə qəsəbəsində Cavabdeh MMC-yə məxsus istixana fəaliyyət göstərir. Həmin istixanaya “İddiaçı" İstehsalat birliyi tərəfindən 4 dəfə əsassız olaraq əlavə borclar hesablanmışdır. Belə ki, 01.01.2015-ci il tarixdə guya sayğac olmadığına görə sayğacsız istixanada təbii qazdan istifadə edildiyinə görə də əsassız olaraq 1094,40 manat əlavə borc hesablayıblar. Halbuki, 2015-ci ilin yanvar ayına 32832,50 manatlıq sayğac göstəricisinə əsasən sərfiyyat verilmişdir. 2015-ci ilin fevral ayında 13702,10 manatlıq sərfiyyat verilmiş 20793,90 manat sayğac olmadığı üçün əlavə cərimə hesablanmışdır. 2015-ci ilin mart ayında 12696,10 manatlıq sərfiyyat verilmiş 18753,50 manat sayğac olmadığı üçün əlavə cərmə hesablanmışdır. 2015-ci ilin aprel ayında 8380,80 manatlıq sərfiyyat verilmiş, 11034,10 manat sayğac olmadığı üçün əlavə cərmə hesablanmışdır. Əgər sayğac yox idisə sərfiyyat necə verilmişdir və yaxud sayğac işləmirdisə sərfiyyatı necə qeydə alınmışdır. Qaz təchizatı haqqında qanunda göstərilmşdir ki, qaz sayğacı işləmədiyi halda əvəz edici qaz sayğacı quraşdırılmalı ya da əvvəlki ayın və yaxud ilin göstəricilərinə uyğun hesabat aparılmalıdır. Göründüyü kimi əvvəlki illərdə və sonrakı ildə sərfiyatda hec bir artım olmamışdır. İddiaçı İB cəmiyyətə 51675,90 manat 2015-ci ildə artıq hesabat aparmışdır. Bundan əlavə 2017-ci ilin yanvar ayında 139365,20 manatlıq cəmiyyətə sərfiyyat vermişdir. 2016-cı ilin dekabr ayında borc olduğuna görə qaz təchizatı dayandırılmış dekabr ayında qaz verilməmişdir. 2017-ci ilin yanvar ayında 139365,20 manatlıq sərfiyyat verilmişdir. 2017-ci ilin yanvar ayına olan 139365,20 manat borcun 39365,20 manatının çox olmasına baxmayaraq iddiaçı qəbul edir. Qalan 100000 manatdan artıq hesablamanı qəbul etmir. Bütün hesablanmış borcları qanunsuz hesab edir və hesabdan silməyini məhkəmədən xahiş edir. Əsassız hesablanmış borcların silinməsi və mübahisənin məhkəmədən kənar həlli üçün İddiaçınə pretenziya məktubu ilə müraciət edilsə də cavabdeh tərəfindən həmin borclar silinməmişdir. Eyni zamanda cəmiyyətin texniki şərtdə nəzərdə tutulmuş istixanaya şəkilmiş qaz xəttində qaz sayğacının tənzimləyicidən əvvələ quraşdırılması nəticəsində sayğac qaz sərfiyyatını artıq hesablamışdır. Tənzimləyici qanunsuz olaraq sayğacsan sonraya keçirildikdən sonra qaz sərfiyyatı süni olaraq dəfələrlə artmağa başlamışdır. Daha sonra Cavabdeh MMC-nin nümayəndəsi iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı İB tərəfindən Cavabdeh MMC-yə artıq hesablanmış 151675,90 manat borcun silinməsi və qaz sayğacının tənzimləyicisinin texniki şərtə uyğun olaraq qaz sayğacından əvvələ keçirilməsi öhdəliyinin İddiaçı İB-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək ilkin iddia tələbinin qanunsuz və əsassız olduğundan rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Mülki iş materiallarında olan: - 25 oktyabr 2019-cu il tarixli, AMX7198/19 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, iddiaçı, cavabdehi keyfiyyətli qazla təmin etməyi, cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq iddiaçının hesabına ödəməyi öhdələrinə götürmüşlər. - abonentin saldosundan görünür ki, cavabdehin iddiaçıya 19 iyun 2020-ci il tarixə olan borcu 126040,60 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında üzərinə götürdüyü öhdəliklərə tam əməl etmədiyinə görə 126040,60 manat borcu yaranmışdır. Qarşılıqlı iddia üzrə borcun silinməli olması 2 xüsusatla əsaslandırılmışdır: sayğaca uyğun sərfiyyat verildiyi halda qaz sərfiyyatının artıq hesablanması və tənzimləyiciin qanunsuz olaraq sayğacdan sonra keçirilməsi. Lakin iddiaçı tərəfindən məhkəməyə tənzimləyicinin harada yerləşməsini özündə əks etdirən texniki şərt, yerinin dəyişdirilməsi barədə akt və digər sənədlər təqdim edilməmişdir. Belə olan təqdirdə, yəni, tənzimləyicinin yerinin dəyişdirilməsi dövrünü müəyyən etmək mümkün olmadığından bu xüsusat üzrə araşdırılmanın aparılması da mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hallarla bağlı məhkəməyə heç bir sübut təqdim olunmadığından qarşılıqlı iddianın təmin edilməsi üçün əsaslar mövcud deyildir. Bundan başqa, İddiaçı İB tərəfindən məhkəməyə tərəflər arasında bağlanaraq səlahiyyətli şəxslərin imzaları və hüquqi şəxslərin möhürü ilə təsdiq olunmuş barışıq sazişində də Cavabdeh MMC iddiaçıya olan borcunu etiraf etmiş və həmin borcu hissə – hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi hal – hazırda təmsil etdiyi hüquqi şəxsin sazişdə göstərilən şərtlərlə razı olmadığını və buna görə də həmin sazişi təsdiq olunması üçün onlar tərəfindən məhkəməyə təqdim olunmadığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ilkin iddia tam təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qarşılıqlı iddia rədd oldunduğuna görə həmin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi barədə ilkin iddiası təmin edilsin. 126040,60 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Cavabdeh İddiaçınə qarşı əsassız hesablanmış borcun silinməsi barədə qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-161/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-161/2021
03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver