Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1674/2024 17.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «hesablanmış borcun silinməsi və s.» tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: su borcunun silinməsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı hesablanmış borcun silinməsi və s. tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunmuş 19 iyul 2023-cü il tarixli 602039 saylı aktın ləğv edilməsi və bu aktın əsasında hesablanmış su pulu sərfiyyatının dəyəri kimi tələb olunan 4082 manat əsassız borcun silinməsi və qanunsuz çıxılmış məbləğin geri qaytarılmasının cavabdehə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı təqribən 3 ilə yaxındır ki, vergidən qeydiyyatdan keçərək, fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğuldur. 2021-ci ilin oktyabr ayında Sumqayıt-Corat yolunun kənarında restoran icarəyə götürmüş və həmin obyektin sahibi X3 ilə Notariat qaydasında icarə müqaviləsi bağlamışdır. Müqavilənin şərtlərinə görə oranı 2026-cı ilin oktyabr ayının 29-na kimi icarəyə götürmüş və həmin obyektin bütün kommunal xərclərini öz öhdəliyinə götürmüşdür. Bundan sonra fəaliyyəə başlamış və bu müddət ərzində heç bir kommunal borcu olmamışdır. Belə ki, icarə müddətində işıq, qaz, su və kanalizasiya xərclərini o ödəməli idi. (icarə müqaviləsinin 12-ci bəndi). 19 iyul 2023 il tarixində "xxxx" ASC-nin əməkdaşları ona aid olmayan su kanalından orada Sumqayıt şəhər yaşıllıq idarəsinə məxsus, yaşıllıqları sulayan adını bilmədiyi bir işçiyə görə qanunsuz və əsassız akt tərtib edərək borc pul hesablamışlar. Yaranmış mübahisənin məhkəmədən kənar həlli üçün AR Mülki Məcəlləsinin 4.3-cü maddəsinə uyğun olaraq, tərəfindən cavabdehə pretenziya məktubu göndərilmiş, lakin cavabdeh tərəfindən mübahisənin həlli üçün addım atılmamışdır. Bundan başqa, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində kommersiya mübahisələrində iştirakı tələb olunduğu üçün cavabhdehə mediasiya təklifi göndərilmişdir. Həmçinin 1 saylı Mediasiya təşkilatı tərəfindən təyin olunmuş ilkin mediasiya sessiyasında iştirakla bağlı bildiriş göndərilsə də, cavabdeh müəssisə mübahisənin mediasiya qaydasında həll olunması üçün hər hansı təşəbbüs göstərməmişdir.
3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə verərək ona qanunsuz və əsassız hesablanmış 4082 manat borcun silinməsi və ödənilmiş 4082 manat pulun geri qaytarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Azərsu ASC-nin əməkdaşları tərəfindən obyektə baxış keçirilərkən sayğacdan kənar xətt aşkar edilmiş və 4082 manat dəymiz ziyan məbləği müəyyən edilməsi barədə akt tərtib edilmişdir. Obyektə baxış keçirilməsi yoxlama xarakterli olmuş, lakin həmin yoxlama dövlət reyestrində qeydiyyata alınmamışdır. Və dəymiş ziyana görə hesablanmış 4082 manat borcdan iddiaçı tərəfindən 4082 manat ödənilmişdir. İddia əsasız olduğu üçün rədd edilməsini xahiş edir. III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini X1 6 il müddətinə icarəyə götürmüşdür.
8. İşdən göründüyü kimi iddiaçı cavabdeh ASC tərəfidən qeyri-yaşayış sahəsində aparılan yoxlama zamanı tərtib olunmuş xx.xx.2023-cü il tarixli akta görə dəymiş zərər kimi hesablanmış borcu və həmin borca görə smart-sayğaca yüklənən puldan borca çıxılmalarını məhkəmədə mübahisələndirmişdir.
9. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 602039 saylı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “Su təchizatı və tullantı suları haqqında” AR Qanununun tələblərinə uyğun olaraq X2 məxsus Novxanı bağlar ünvanında yerləşən obyektin (restoran) su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və baxış nəticəsində obyektdə su sayğacından kənar rezin boru d=20mm-lik su xəttindən qeyriqanuni olaraq istifadə olunduğu aşkar olunduğu sudan qeyri-qanuni istifadə edilməsi nəticəsində Cavabdeh ASC-yə vurduğu maddi ziyanın hesan və ödənilməsi üçün bu aktın əsas olduğu qeyd olunmuşdur.
10. Cavabdeh ASC-nin xx.xx.2023-cü il tarixli, ********* saylı su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadə haqqının ödənişi üçün hesab fakturasına əsasən X2 358 gün qanunsuz istifadəyə görə su borcu 2041 manat və çirkab su borcu 2041 manat olmaqla cəmi 4082 manat məbləğində borc hesablanmışdır.
11. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.
12. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
13. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini X1 6 il müddətinə icarəyə götürmüşdür. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 602039 saylı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “Su təchizatı və tullantı suları haqqında” AR Qanununun tələblərinə uyğun olaraq X2 məxsus Novxanı bağlar ünvanında yerləşən obyektin (restoran) su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və baxış nəticəsində obyektdə su sayğacından kənar rezin boru d=20mm-lik su xəttindən qeyri-qanuni olaraq istifadə olunduğu aşkar olunduğu, sudan qeyri-qanuni istifadə edilməsi nəticəsində Cavabdeh ASC-yə vurduğu maddi ziyanın hesablanması və ödənilməsi üçün bu aktın əsas olduğu qeyd olunmuş və Cavabdeh ASC-nin xx.xx.2023-cü il tarixli, ********* saylı hesab- fakturasına əsanə X2 358 gün qanunsuz istifadəyə görə su borcu 2041 manat və çirkab su borcu 2041 manat olmaqla cəmi 4082 manat məbləğində borc hesablanmışdır.
14. Hazırda İddiaçı ona əsassız hesablanmış 4082 manat məbləğində borcun silinməsini və artıq ödənilmiş 4082 manat məbləğin hesabına qaytarılmasını tələb edir.
15. Məhkəmə əvvəla qeyd edir ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61.1-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.
16. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi mövcud qanunvericiliyə müvafiq olaraq faktiki göstərilən xidmətə görə ödənişi, obyektdən istifadənin dayandırılması haqqında istehlakçının azı dörd iş günündən gec olmayaraq su təchizatı və kanalizasiya müəssisəsinə məlumat verməsi halı istisna olmaqla, istehlakçı tərəfindən obyektdən istifadə dayandırıldıqdan sonra da alına bilər.
17. İşdən göründüyü kimi abonent kodu obyektin mülkiyyətçisinə məxsus olsa da, hazırkı iş üzrə iddiaçı həmin obyektin icarəçisidir və qeyd olunan qanunun tələblərinə əsasən obeyktin icarəçisi məhkəmədə iddia qaldırmağa subyektiv hüququ olmuşdur.
18. İşin hallarından göründüyü kimi Cavabdeh ASC mübahisəli borcun hesablanmasını İddiaçı tərəfindən sayğacdan kənar su xəttindən istifadə edilməsi və bunun nəticəsində Cavabdeh ASC-yə ziyan vurulması ilə əsaslandırsa da, iddiaçıya məxsus obyektdə kənar su xəttindən istifadə edilməsini təsdiq edən mötəbər sübutları (video və foto çəkilişləri və s.) məhkəməyə təqdim edə bilməmişdir.
19. Belə ki, məhkəməyə təqdim edilmiş 602039 saylı akta münasibətdə məhkəmə hesab edir ki, həmin akt iddiaçının imzası olmadan imtina etməsi və cavabdehin əməkdaşları tərəfindən tərtib edildiyindən kənar xətdən istifadə edilməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli sübut deyildir.
20. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun:
23. 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.
24. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.
25. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
26. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin:
27. 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
28. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.
29. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.
30. Göründüyü kimi Cavabdeh ASC su ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.
31. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borc Cavabdeh ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə su təchizatı və kanalizasiya sisteminin vəziyyəti ilə bağlı keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır.
32. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır.
33. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya 4082 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir.
34. Göründüyü kimi cavabdeh orqan ilkin olaraq qanunsuz yoxlama aparmaqla iddiaçıya 4082 manat məbləğində su borcu hesablamış və həmin borc üzrə iddiaçıdan tutulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən hesablanmış 4082 manat məbləğində borc əsassız olduğundan və həmin öhdəlikdən kənar borc üzrə tutulmuş pul vəsaiti iddiaçının hesabına qaytarılmalıdır.
35. Məhkəmə qeyd edir ki, MPM-də çəkişmə prinsipi və bir başa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur və həmin prinsiplərə əsasən, məhkəmə icraatı zamanı işin halları yalnız tərəflərin bildirdikləri faktlar və təqdim etdikləri sübutlar əsasında müəyyən edilir.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
38. Yuxarıda sadalanan halları məhkəmə nəzərə alaraq hesab edir ki, 4082 manat borcun silinməsi və ödənilmiş 4082 manat pulun geri qaytarılmasına dair iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
V. Nəticə:
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixli, 602039 saylı akta əsasən əsassız olaraq hesablanmış 4082 (dörd min səksən iki) manat məbləğində borc 156586 saylı abunə hesabından silinsin və həmin borcun ödənişi qismində tutulmuş 4082 (dörd min səksən iki) manat məbləğində pul vəsaiti İddiaçı qaytarılması öhdəliyi Cavabdeh ASC-nin üzərinə qoyulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova