Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1680/2021 29.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı hesablanmış borcun silinməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” ASC tərəfindən tərtib olunmuş 05.05.2020-ci il tarixli NDQ 007319 №-li akt əsasında 9979,20 manat və 29.01.2021-ci il tarixli NDQ 008914 №-li akt əsasında 4624,92 manat olmaqla ümumilikdə 14604,12 manat pul vəsaiti abunəçinin qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, fiziki şəxs olaraq iddiaçı 29.04.2006-cı ildən ********** saylı VÖEN-lə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Bakı şəhəri, Qaradağ rayonu, Güzdək qəsəbəsində yerləşən iddiaçıya məxsus daş sexində işlədiyi bütün müddət ərzində heç bir zaman kommunal borcları olmamışdır. Bakı şəhəri, Qaradağ rayonu, Güzdək qəsəbəsində yerləşən ona məxsus daş sexində ******* nömrəli elektirik sayğacı mövcuddur. 05 may 2020-ci il tarixdə «xxxx» ASC-nin əməkdaşları Nəsibov N., Hüseynov Ə., İsmayılıov Samir daş sexinin çöl hissəsində yerləşən ******* nömrəli elektirik sayğacına baxış keçirmiş və NDQ 007319 №-li AKT tərtib edilmişdir. Həmin akta əsasən, EEİQ-na uyğun sayğaca baxış keçirilən zaman məlum oldu ki, sayğac “C” fazasından keçən yükü qeyd etmir. Sayğaçın qutusunun möhürü abonent nümayəndəsi və Qaradağ RETSİ-nin iştirakı ilə tərəflərindən açılmış və məlum olmuşdur ki, “C” fazasının üzərinə quraşdırılmış Cərəyan Transformatorunun (C/T) sıxacın dib hissəsindən xüsusi dəlik açılmış, C/T-ının sarğısından sıxaca gələn naqil daxildən kəsilmişdir” 06.05.2020-ci il tarixli 197126 №liaktla Cərəyan Transformatoru (C/T) yenisi ilə əvəz edilmiş, sxem EEİQ-na uyğun olaraq bərpa edilmiş, sayğac və C/T-ları yerşələn qutu hər iki tərəfdən möhürlənmişdir. 07.05.2020-ci il tarixli sayğacların və C/T-nın yoxlanılması protokoluna əsasən C/T-nın gövdəsinin dolaq hissəsində ərimə imləri aşkar edilmiş və istismara yararsız hesab edilmişdir. Tərtib edilmiş 05.05.2020-ci il tarixli NDQ 007319 №-li AKTəsasında iddiaçıya 9979.20 manat cərimə hesablanmışdır. Bundan başqa 29.01.2021-ci il tarixdə “xxxx” ASCnın əməkdaşları Nəsibov N., Quliyev Z.,İsmayılov Samir daş sexinin çöl hissəsində yerləşən ******* nömrəl ielektirik sayğacına baxış keçirmiş və NDQ 008914 №-li AKT tərtib edilmişdir. Həmin akta əsasən, “EEİQ-na uyğun sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, Sayğac “B” fazasından keçən yükü qeyd etmir. Sayğac və C/T yerləşən qutuya vurulmuş ******* №-li möhür abonent nümayəndəsinin iştrakı ilə tərəflərindən açılmış və məlum olmuşdur ki, “C” fazasındakı C/T-ndan sayğacı qidalandıran komutasiya naqilinin C/Tna birləşdiyi hissədə keçiriciliyi nasazdır. Daha sonra sayğac və C/T-ları yenisi ilə əvəzedilərək xxxx əməkdaşları tərəfindən möhürləndi. Tərtib edilmiş 29.01.2021-ci il tarixli NDQ 008914 №-li AKT əsasında ona 4624,92 manat cərimə hesablanmışdır. “xxxx” ASC əməkdaşlarının təkidi ilə yaranmış borc tərəfindən dərhal ödənilmişdir. Həm birinci dəfə yəni 05.05.2020-ci il tarixdə həmdə ikinci dəfə 29.01.2021-ci il tarixdə xxxx ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman sayğaca abonent tərəfindən hər hansı bir müdaxilə edilməsi aşkar edilməmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh “xxxx” ASC tərəfindən iddiaçıya yazılmış 05 may 2020-ci il tarixli, NDQ 007319 №-li və 29 yanvar 2021-ci il tarixli, NDQ 008914 №-li aktlar əsasında hesablanmış 14604,12 manat borun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, tərtib olunmuş aktlar və həmin aktlar əsasında hesablanmış məbləğlər qanunidir. Mülki iş materiallarında olan: - 05.05.2020-ci il tarixli NDQ 007319 saylı akta əsasən EEİQ-ya uyğun sayğaca baxış keçirilən zaman məlum oldu ki, sayğac “C” fazasından keçən yükü qeyd etmir. “C” fazasının üzərinə quraşdırılmış c/t-nin sayğacın dib hissəsindən xüsusi dəlik açılmış c/t-nin sarğısından sıxaca gələn naqil daxildən kəsilmişdir. - sayğac və cərəyan transfarmatorlarının yoxlanması baədə 07.05.2020-ci il tarixli protokol ilə cərəyan transfarmatorlarının gövdəsinin dolaq hissəsində ərimə ivləri olduğu və istismara yararsız olduğu qeyd olunmuşdur. - sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə 197126 saylı akta əsasən NDQ 007319 saylı akta əsasən obyektin sayğacının cərəyan transfarmatorunun yenisi ilə əvəz olunduğu, 300/5 çıxarılan sayğacın c/b-ru torbaya qoyularaq möhürləndiyi və rəy verilməsi üçün testə təhvil verildiyi qeyd olunmuşdur. - 29.01.2021-ci il tarixli 008914 saylı akta əsasən yoxlama zamanı məlum olmuşdur ki, elektrik b fazasından keçən yükü qeyt etmir və B fazasındakı cərəyan transfarmatorundan sayğacı qidalandıran cərəyan kommutasiya nqailinin c/tr-na birləşdiyi hissədə keçiriciliyi itmişdir. - 03.02.2021-ci il tarixli icra vərəqi üzrə qeyd olunmuş qərarda 4624,92 manat tutulması müəyyən edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın: - 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. - 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadə zamanı pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini də məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd apanlır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir. Bu izahatlar və mülahizələr akta əlavə olunur. - 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. - 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, 05.05.2020-ci il tarixli NDQ 007319 saylı akta əsasən EEİQ-ya uyğun sayğaca baxış keçirilən zaman məlum oldu ki, sayğac “C” fazasından keçən yükü qeyd etmir. “C” fazasının üzərinə quraşdırılmış c/t-nin sayğacın dib hissəsindən xüsusi dəlik açılmış c/t-nin sarğısından sıxaca gələn naqil daxildən kəsilmiş, sayğac və cərəyan transfarmatorlarının yoxlanması baədə 07.05.2020-ci il tarixli protokol ilə cərəyan transfarmatorlarının gövdəsinin dolaq hissəsində ərimə ivləri olduğu və istismara yararsız olduğu qeyd olunmuş, sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə 197126 saylı akta əsasən NDQ 007319 saylı akta əsasən obyektin sayğacının cərəyan transfarmatorunun yenisi ilə əvəz olunduğu, 300/5 çıxarılan sayğacın c/b-ru torbaya qoyularaq möhürləndiyi və rəy verilməsi üçün testə təhvil verildiyi qeyd olunmuş, 29.01.2021-ci il tarixli 008914 saylı akta əsasən yoxlama zamanı məlum olmuşdur ki, elektrik b fazasından keçən yükü qeyt etmir və B fazasındakı cərəyan transfarmatorundan sayğacı qidalandıran cərəyan kommutasiya nqailinin c/tr-na birləşdiyi hissədə keçiriciliyi itmiş və 03.02.2021-ci il tarixli icra vərəqi üzrə qeyd olunmuş qərarda 4624,92 manat tutulması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. - 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: - 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. - 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Bunan başqa, saycağa müdaxilə olmadığı halda, yalnız müxtəlif vaxtlarda yük olmaması və müdaxilə imkanlarının olması əsası ilə zərər hesablanmasınının heç bir əsası yoxdur. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı hesablanmış borcun silinməsi tələbinə dair iddiası təmin edilsin. 05 may 2020-ci il tarixli, NDQ 007319 №-li və 29 yanvar 2021-ci il tarixli, NDQ 008914 №-li aktlara əsasən “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı hesablanmış 14604,12 manat məbləğində borc silinərək ödənilmiş həmin məbləğ abonentin hesabına qaytarılsın. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1680/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1680/2021
29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver