Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1703/2020 20.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlunun iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı zərərin əvəzinin ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən meyvəqurutma sexinin qaz təchizatının dayandırılması nəticəsində iddiaçıya vurulmuş 94436,46 manat məbləğində zərərin əvəzi, həmçinin 30 manat iddia üzrə dövlət büdcəsinə köçürülmüş dövlət rüsumu, ümumilikdə 94466,46 manat məbləğində vəsaitin Cavabdeh İB-dən tutularaq iddiaçıya ödənilməs barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC fərdi sahibkar X2 icarəyə götürdüyü və Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində yerləşən meyvə qurutma sexində meyvə qurutma fəaliyyəti ilə məşğuldur. İddiaçı MMC ilə Cavabdeh İB arasında xx xxxxxxxx 2019-cu il tarixli AMX-7063/19 №-li Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı Müqaviləsinə əsasən Cavabdeh’ İB meyvə qurutma sexini təbii qazla təchiz edir. xx.xx.2020-ci il tarixli SS seriyalı 29/1640-00094 №-li Qeyriəhali qaz sayğacının yoxlanması haqqında aktdan göründüyü kimi, Cavabdeh’ İB-nin əməkdaşları tərəfindən Xaçmaz rayon xidmət sahəsinin İddiaçı MMC, Meyvə qurutma sexinin qaz xətti üzərində quraşdırılmış G400 markalı ********** nömrəli turbin tipli “İTRON” qaz sayğacını xx.xx.2020-ci il tarixində xətdən çıxarılmışdır. Sayğacın xəttən çıxarılmasından 4 aydan artıq müddətin keçməsinə baxmayaraq, bu günə kimi sayğac geri qaytarılıb xəttə quraşdırılmamış nə də ki, qaz təchizatının bərpa edilməsi üçün xəttə müvəqqəti sayğac quraşdırılmamışdır. Beləliklə, Meyvə qurutma sexinin qaz təchizatı 4 aydan artıq müddətə dayandırılmışdır. xx.xx.2020-ci il tarixindən İddiaçı MMC-nin balansında olan Meyvə qurutma sexinin qaz təchizatı dayandırıldığına görə istehsalat tam şəkildə dayandırılmışdır. Qaz təchizatının bərpası ilə bağlı Cavabdeh’ İB-nə yazılı və şifahi şəkildə müraciət edilməsinə baxmayaraq, Cavabdeh’ İB tərəfindən meyvə qurutma sexinin qaz təchizatı bərpa edilməmişdir. Sonuncu dəfə Cavabdeh İB-nə xx.xx.2020-ci il tarixində müraciət edilərək, Müqavilə ilə öz üzərinə götürdüyü öhdəlikləri lazımi şəkildə, yəni müəyyən edilmiş təzyiqdə, habelə dövlət standartlarına uyğun keyfiyyətdə fasiləsiz və etibarlı şəkildə qazla təmin edilməsi xahiş edilmiş, lakin müraciət Cavabdeh İB tərəfindən cavablandırılmamışdır. Beləliklə, meyvə qurutma sexinin qaz verilişinin dayandırılması nəticəsində dəymiş zərər - İddiaçı MMC ilə Fərdi sahibkar X5 arasında bağlanılmış ZA/İ/01/19 №-li “01” sentyabr 2019-ci il tarixli X1 Haqqında Müqaviləyə əsasən ödənilməli olan 4 aylıq icarə haqqı, bir aya görə 2500 manat, dörd aya görə isə 10000 manat təşkil edir. Qaz verilişi dayandırıldığına görə tədarük edilən və soyuducu anbarda saxlanılan və ümumi dəyəri 5000 manat təşkil edən almalar xarab olmuş, çürümüşdür. İstehsalat prosesi dayandığından əməyin vaxtamuzd ödənilmə sistemi əsasında işləyən 11 nəfər işçiyə 4 ay ərzində 10178 manat məbləğində əmək haqqı, bu əmək haqqına hesablanan 2544 manat sosial ödənişlər, cəmi isə 12722 manat məbləğində zərər dəymişdir. Beləliklə, qaz təchizatının dayandırılması nəticəsində İddiaçı MMC-nə cəmi 27722, manat məbləğində zərər dəymişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlu iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, Cavabdeh Xaçmaz X6 İdarəsinin nümayəndələri tərəfindən Xaçmaz rayonu Armudpadar kəndində yerləşən həmin müəssisənin qaz xətti üzərində quraşdırılmış G400 markalı, ********** nömrəli turbin tipli “İTRON" qaz sayğacına baxış keçirilmiş, nəticədə qaz sayğacının elektron ekran hissəsinin qaraldığı, keçən sərfiyyatın qeydə alınmadığı və ümumiyyətlə, göstəricinin oxunmasının mümkün olmadığı müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.4-cü bəndinə uyğun olaraq istehlakçının nümayəndəsinin iştirakı ilə həmin qaz sayğaçı xəttən çıxarılaraq Dövlət yoxlamasına göndərilmiş və qaz sayğacının çıxarılma aktının bir nüsxəsi istehlakçının nümayəndəsinə təqdim olunmuşdur. Sayğacın çıxarılacağı barədə istehlakçıya əvvəlcədən məiumat verilmiş, bu barədə istehlakçıya bildiriş təqdim olunmuş, bildiriş bir nüsxəsinə imza etdirməklə istehlakçının nümayəndəsi Nümayəndə1 təqdim olunmuşdur. Həmin bildirişdə qaz sayğacının 3 gün ərzində dövlət yoxlamasına göndərəcəliyi və dövlət yoxlaması müddəti ərzində təbii qazın verilişinin dayandırılacağı qeyd olunmuş, hər hansı sual yarandığı təqdirdə isə Bakı Regional Qazın Satışı Departamentinə müraciət edilməsi tövsiyyə olunmuşdur.Qaz sayğacı çıxarıldıqdan sonrakı dörd ay ərzində “xxxxxxxxxxxxxx” MMC tərəfindən rəsmi və ya qeyri-rəsmi qaydada hər hansı müraciət Cavabdeh İB-nin Xaçmaz RQİİ- yə daxil olmamışdır. Hətta sayğac çıxarılan zaman müəssisənin nümayəndələri tərəfindən Xaçmaz RQİİ-nin Xaçmaz rayonu üzrə xidmət sahəsinin əməkdaşlarına dövlət yoxlaması müddətində həmin müəssisəyə qazın verilməsinə ehtiyac olmadığı da bildirilmişdir. Bundan başqa qeyd olunan ərəfədə müəssisədə qazdan istifadə olunmadığı abonent saldosuna əsasən də müəyyən etmək olur. Belə ki, sərfiyyat 2019-cu ilin noyabr ayından sayğac çıxarılan dövrədək dəyişilməmiş, 69519 m3 səviyyəsində dayanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalan”nın 4.2-ci bəndinə uyğun olaraq məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısmm vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırdıq və dəyişdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.2-ci bəndinin 5-ci hissəsinə əsasən sənaye qaz qurğusu dedikdə ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu başa düşülür. “xxxxxxxxxxxxxx” MMC-yə məxsus qaz sayğacı Qaydalara əsasən sənaye qaz qurğusu hesab olunur. Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Sonda cavabdehin nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan: - xx.xx.2019-cu il tarixli 328 saylı qaz sayğacına texniki baxış keçirilməsi haqqında bildirişdə “xxxxxxxxxxxxxx” MMC-yə məxsus G-400 markalı ********** nöməli qaz sayğacına Cavabdeh İB-nin nümayəndələri tərəfindən texniki baxış keçiriləcəyi, texniki baxış zamanı qüsurla işləməsi aşkar olunduğu halda sayğacın çıxarılaraq dövlət yoxlamasına götürüləcəyi, sayğacın dövlət yoxlaması müddəti ərzində təbii qazın verilişin müvəqqəti sayğac və ya dəmir ötürücü quraşdırılmaqla təmin olunacağı, sayğacın dövlət yoxlaması müddəti ərzində qazın verilişinin dayandırılmasıa yalnız obyektin fəaliyyətinin mövsümü xarakter daşıması ilə yol verilə biləcəyi qeyd olunmuşdur. - xx.xx.2019-cu il tarixli “xxxxxxxxxxxxxx” MMC tərəfindən Xaşmaz RQİİ-yə ünvanlanmış ərizdə mövsümlə əlaqədar iş dayandığı üçün qazdan istifadə edilmədiyi və bu səbəbdən qazın təminatının dayandıılması xahiş olunmuşdur. - xx.xx.2020-ci il tarixli xitməti yazıya əsasən Xaçmaz rayonu, Armud-Padar kəndində yerləşən “xxxxxxxxxxxxxx” MMC-yə məxsus meyvə qurutma sexində quraşdırılan G-400 markalı **********6 nömrəli qaz sayğacının elektron ekran hissəsi qaraldığı üçün göstəricini oxumaq mümkün olmadığı və texniki baxış keçirilməsi üçün göstəriş verilməsi xahiş olunmuşdur. - Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında SS 29/1640-00094 saylı aktına əsasən “xxxxxxxxxxxxxx” MMC. Meyvə qurutma sexinin qaz xətti üzərində quraşdırılmış G400 maraklı ********** nömrəli turbin tipli İtron qaz sayğacı xx.xx.2020-ci il tariixnə xəttdən çıxarılmış, xx.xx.2020-ci il tarixində texniki baxış keçirilmiş və yoxlama nəticəsində normal sərfiyyatda xətanın normaya uyğun olmadığı və batarya tələb olunduğu müəyyən olunmuşdur. - xx.xx.2020-ci il tarixli akta əsasən Xaçmaz rayonu Armud Padar kəndinə yerləşən “xxxxxxxxxxxxxx” MMC-yə məxsus qaz sayğacı növbədən kənar dövlət yoxlamasında olduğu üçün icra şöbəsindən gələn bildiriş “xxxxxxxxxxxxxx” MMC-nin normativ hesabatla razılaşmadığına görə icra olunmamışdır. - xx.xx.2020-ci il tarixli “Qaz sayğacının dövlət yoxlamasından keçirilməsi və ilkin quraşdırılması barədə” məktubunda istehlakçının nümayəndəsinin S-35 saylı, xx.xx.2020ci il tarixli ərizəsinə əsasən təmirə yararsız qaz sayğacının möhürlənməmiş vəziyyətfə istehlakmının nümayəndəsinə təhvil verilməsi və əvəzinə Elester qaz sayğacının Dövlət yoxlamasından keçirilməsi və qaz xətti üzərində müvafiq qaydada quşadırılması barədə aidiyyəti üzrə göstərilməsi xahiş edilmişdir. - xx.xx.2020-ci il tarixli xidməti yazıya əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinə kimi Xaçmaz rayon Armud-Padar kəndinə yerləşən “xxxxxxxxxxxxxx” MMC tərəfindən müəssisənin qazının bərpası ilə əlaqəda Xaçmaz RQİİ- nə heç bir müraciəti daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. İddiaçı ona qazın verilməsinin dayandırılması nəticəsində ziyan dəydiyini, həmin ziyanın cavabdehin müqavilə ilə üzərinə düşdüyü öhdəliyi yerinə yetirməməsi ilə əlaqələndirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalan”nın 4.2-ci bəndinə uyğun olaraq məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısmm vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırdıq və dəyişdirilir. İşin faktiki halları ilə təsdiq olunur ki, qaz sayğaçı xəttən çıxarılaraq yoxlamaya göndərilərkən bu barədə aktın bir nüsxəsi istehlakçının nümayəndəsinə təqdim olunmuş, sayğacın çıxarılacağı barədə istehlakçıya əvvəlcədən məlumat verilmiş, bu barədə bildiriş təqdim olunmuş və bildirişdə qaz sayğacının 3 gün ərzində dövlət yoxlamasına göndərəcəliyi və yoxlama müddəti ərzində təbii qazın verilişinin dayandırılacağı qeyd olunmuş, hər-hansı sual yarandığı təqdirdə isə Bakı Regional Qazın Satışı Departamentinə müraciət edilməsi tövsiyyə olunmuşdur. Lakin bundan sonra “xxxxxxxxxxxxxx” MMC tərəfindən Cavabdeh İB- yə heç bir müraciət olunmamışdır. Məhkəmə işin hallarını araşdıran zaman, iddiaçı tərəfin ona dəyən ziyanın məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində olması hallarını aşkarlamamış və iddiaçı tərəfindən həmin qanunsuz hərəkətlər nəticəsində ziyanın dəyməsi hallarını sübuta yetirməmişdir. Belə ki, işdə olan sənədlərdən göründüyü kimi iddiaçıya məxsus sayğacın texniki yoxlanışa götürüləcəyi həmin yoxlanış müddətində müvəqqəti ötürücü ilə təmin edilə biləcəyi qeyd olunmuş və bu barədə xəbərdar edilmişdir. Lakin iddiaçı tərəf qazın verilməsinin bərpa olunması ilə bağlı Cavabdeh İB-yə müracət etməmiş, həmçinin qazın normativ qaydalar əsasında ötürlməsindən imtina etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd olunan xüsusatlar zərərin məhz cavabdehin hərəkəti və ya hərəkətsizliyi nəticəsində vurulmasını təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması halları mövcud olmadığından iddia rədd edilməli, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı zərərin əvəzinin ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1703/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1703/2020
20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver