Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1710/2025 09.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X3, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh7, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X2, X1, Cavabdeh6, Cavabdeh7 və onun yetkinlik yaşına çatmayan Cavabdeh3 və Cavabdeh5 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəməyə müraciət edilən zaman yanlışlıqla Naxçıvan MR Kommersiya Məhkəməsinə deyil, Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir, bu səbədən iddia ərizəsinin icraata götürülmədən geri qaytarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Çünki iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçı tərəfindən iddia ərizəsinin qaytarılmasına dair məhkəməyə ərizə daxil olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.9-cü maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, qeyd edilənləri nəzərə alaraq hesab edirəm ki, iddia ərizəsi və iddia ərizənin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu geri qaytarılmalı, iddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269-cu maddələrini rəhbər tutaraq, qərar verdim: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh7, Cavabdeh6, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı ASC tərəfindən dövlət büdcəsinə xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbz üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-1710/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1710/2025
09.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver