Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-180/2025 28.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “X1 Agentliyi” X18) “ödənilmiş pulun geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: elektrik enerjisindən istifadə, artıq ödənilmiş haqqın geri qaytarılması, balans mənsubiyyəti sərhədi, əsas istehlakçı və subabonentlər) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxsin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “X1 Agentliyi” X18) “ödənilmiş pulun geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Qızıldaş yolunda yerləşən iddiaçının çınqıl zavoduna artıq hesablanaraq ödənilmiş tranformator itkisinə görə 10868 manat məbləğində pulun cavabdeh tərəfindən geri qaytarılması, transformator itkisini hesablayan zaman qeyd edilənlərin nəzərə alınması və ödənilmiş 128,52 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. Qaradağ rayonu, Sahil qəsəbəsi, Qızıldaş yolunda yerləşən iddiaçıya məxsus çınqıl zavodu elektrik enerjisi ilə 514 saylı yarımstansiyadan çıxan 6 kV-luq hava elektrik xəttindən (karyer xətti) budaqlanma götürməklə bir ədəd 6/0,4 kV-luq, gücü 1000 kVA olan transformator vasitəsilə təchiz edilir və 02/4588 nömrəli qeyri-əhali kodu ilə cavabdehdə qeydiyyata alınmışdır. Hesablaşma elekrtik sayğacı (“Luna” markalı, 50038138 zavod nömrəli, ******* dövlət möhürlü, ******* alt qapaq möhürlü, əmsal 200) 1000 kVA transformatorun 0,4 kV-luq paylayıcı qurğusunda quraşdırılmışdır. xx.xx.2022-ci il tarixindən etibarən zavoda hesablaşma elektrik sayğacı ilə istehlak edilmiş elektrik enerjisi sərfiyyatından əlavə hər ay transformator itkisi də hesablanmışdır. 2.2. Abunə haqqında cədvəlin təhlili zamanı transformator itkisinin düzgün hesablanmadığı məlum olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.10-cu bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) baş transformatoru enerjitəchizatı müəssisəsinin elektrik veriliş xəttinə bilavasitə qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatordan sonra orta (alçaq) gərginlik tərəfində quraşdırıldıqda istehlakçı ilə (məişət abonenti istisna ol-maqla) elektrik enerjisi sərfinə görə hesablaşmada hər 1 kVts elektrik enerjisinə görə nəzərdə tutulmuş ödənişi müvafiq olaraq ikidolaqlı transformatorlar üçün 1,03 və üçdolaqlı transformatorlar üçün 1,05 yüksəldici əmsala vurulur. Bu halda baş transformatordakı elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və həmin elektrik enerjisi itkilərinə (texnoloji sərfiyyat) görə istehlakçıdan əlavə ödəniş tutulmur. 2.3. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Qızıldaş yolunda yerləşən iddiaçıya məxsus çınqıl zavodunda artıq hesablanaraq ödənilmiş transformator itkisinə görə Azərbaycan Respublikası Energetika Nazirliyi X1 Agentliyi Bakı Filialına müraciət olunmuşdur. xx.xx.2024-cü il tarixində iddiaçıya xx.xx.2023-cü il tarixli 3-15-2-1/2-5-5- 2317/2023 saylı cavab məktubu daxil olmuşdur. Həmin məktubda cavabdeh tərəfindən göstərilən məsələlərə mahiyyəti üzrə düzgün baxılmadığı qeyd olmuşdur. Belə ki, tərtib edilən “hesab ödəniş vərəqi”ndə enerji itkilərinin (texnoloji sərfiyyat) Qaydaların 8.11-ci bəndinə əsasən hesablandığı, həmçinin aktlara əsasən aparılmış hesabatın isə Qaydaların tələblərinə uyğun olduğu bildirilsə də, Qaydaların 8.10-cu və 8.16-cı bəndlərinin tələblərinin nəzərə alınmadığı müəyyən edilmişdir. Nəticədə isə cədvəldə qeyd edilən aylar üzrə artıq ödəniş olunmuşdur: Azərişıq (qaimə) № Tarix aralığı Artıq ödəmə 1 xx.xx.2022 5.00% 79.65 manat 2 xx.xx.2022 xx.xx.2022 39.57% 806.80 manat 3 xx.xx.2022 xx.xx.2023 18.17% 432.34 manat 4 xx.xx.2023 xx.xx.2023 17.00% 415.24 manat 5 xx.xx.2023 xx.xx.2023 12.39% 1,039.59 manat 6 xx.xx.2023 xx.xx.2023 23.70% 825.39 manat 7 xx.xx.2023 xx.xx.2023 27.02% 1,957.37 manat 8 xx.xx.2023 xx.xx.2023 27.11% 1,013.36 manat 9 xx.xx.2023 xx.xx.2023 18.68% 1,079.42 manat 11 xx.xx.2023 xx.xx.2023 21.36% 608.00 manat 12 xx.xx.2023 xx.xx.2023 27.50% 835.16 manat 13 xx.xx.2023 xx.xx.2023 15.18% 428.73 manat 14 xx.xx.2023 xx.xx.2023 22.50% 497.02 manat 15 xx.xx.2023 xx.xx.2023 11.85% 266.77 manat 16 xx.xx.2023 xx.xx.2024 27.51% 583.21 manat
2.4. Beləliklə, 10868,05 manat əlavə sərfiyyat nəzərə alınmışdır. Cavabdeh tərəfindən 10868,05 manat artıq ödəniş hesablanmış və iddiaçı tərəfindən ödənilmişdir. Bununla bağlı xx.xx.2024-cü il tarixində cavabdehə SN-05/24 saylı məktub ünvanlanmış və artıq ödənilmiş məbləğin geri qaytarılması xahiş olunmuşdur. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində cavab məktubu göndərilmiş və pulun geri qaytarılmasından imtina edilmişdir. “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.35-ci bəndinin tələbinə əsasən Enerjitəchizatının subyektləri arasında elektrik enerjisindən istifadədə və ya elektroenergetika sahəsində digər mübahisəli məsələlərə tərəflərdən birinin müraciətinə əsasən X1 Agentliyi səlahiyyəti çərçivəsində baxıb, rəy verə bilər. Enerjitəchizatının subyektləri (dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerjitəchizatı müəssisələri, istehlakçılar, o cümlədən məişət abonentləri) arasında bütün mübahisəli məsələlərlə əlaqədar tərəflər bilavasitə məhkəməyə müraciət edə bilərlər.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.10, 8.11, 8.16, 8.35-ci bəndlərinə istinad edilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə “X1 Agentliyi” X18 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
II. İşdə iştirak edən şəxslərin mövqeləri:
6. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, iddiaçının elektrik enerjisi xətti karyer ümumi xəttə qoşulub, birbaşa transformatora qoşulmayıb. Ümumi xəttə iddiaçından başqa, digər transformatorlar da qoşulub. Hazırda cavabdehin 35 faiz itki hesablaması qeyri-realdır. 3 faiz tranformator itkisi və 2 faiz xətt itkisi hesablanmalıdır. Belə ki, transformator avadanlıqdır, xətt ötürücüdür və köhnə deyil. Xəttə 21 abonent qoşulub. Bu abonentlərə gedən xəttin ölçüsü, kənar qoşulmaların olubolmaması müəyyən deyil. Bu səbəbdən itkinin necə yaranması məlum deyildir.
7. Cavabdehin nümayəndələri X6 və X9 məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdilər və göstərdilər ki, baş yarımstansiyadan karyer hava xətti keçir. Enerji itkisinin hesablanması üçün yarımstansiyada quraşdırılan baş sayğacın qeydiyyata aldığı ümumi sərfiyyat məbləğindən subabonentlərin sayğacının qeydiyyata aldığı sərfiyyatın ümumi məbləği çıxılmaqla itki hesablanır və subabonentlərin sərfiyyatına uyğun olaraq proporsional qaydada onlar arasında bölünür. İtki hər subabonentin sərfiyyatına görə proporsional qaydada bölünür. Bu hesablama ilə həm transformator itkisi, həm də xətt itkisi hesablanmış olur. Yəni “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.10 və 8.11-ci bəndlərinə əsasən hesablama aparılıb.
8. Üçüncü şəxsin nümayəndələri X10, X11, X8 və X7 məhkəmə iclaslarında iştirak edərək qeyd etdilər ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.10-cu bəndi transformatordan sayğaca qədər olan itkini, 8.11-ci bənd isə xətdən transformatora qədər olan itkini nəzərdə tutur. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.10 və 8.11-ci bəndlərinə əsasən hesablama aparıla bilər. Təcrübədə təchizat müəssisəsi əksər hallarda transformator itkisi hesablayır. Hazırkı iş üzrə cavabdeh həm transformator itkisi, həm də xətt itkisi hesablamışdır. Abonent hesabına məlumatlar transformator itkisi adı ilə daxil edildiyindən, üçüncü şəxsin nümayəndələri hesab ediblər ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.10-cu bəndinə əsasən hesablama aparılmalıdır. Lakin abonentlərin sərfiyyatına uyğun olaraq itki üzrə bölgünün hesablanması düzgündür, üçüncü şəxsin sonuncu mütəxəssis rəyi doğrudur. Məhkəmənin suallarına cavab olaraq bildirmişlər ki, transformatorun özünün işləməsi üçün elektrik enerjisi sərf olunur. Abonentin sayğacı transformatordan sonra quraşdırıldığından transformatorun özünün işləməsi üçün sərf olunan elektrik enerjisini qeydə almır. Sayğac tərəfindən qeydə alınmayan bu itki transformator itkisidir. Xətt itkisi isə baş sayğacın qeydiyyata aldığı sərfiyyat ilə subabonentlərin sayğacının qeydiyyata aldığı sərfiyyat arasında əmələ gələn fərqdir.
9. İddiaçı məhkəmənin sonuncu baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Ödənilmiş pulun geri qaytarılması tələbi ilə bağlı
11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
13. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki: – iddiaçı 02/4588 abunə kodu əsasında elektrik enerjisindən istifadə edir; – cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə sayğac göstəricisi əsasında 1650 manat, transformator itkisi qismində 165 manat, xx.xx.2022-ci il tarixdə sayğac göstəricisi əsasında 2112 manat, transformator itkisi qismində 941,27 manat, xx.xx.2023cü il tarixdə sayğac göstəricisi əsasında 2464 manat, transformator itkisi qismində 571,01 manat, xx.xx.2023-cü il tarixdə sayğac göstəricisi əsasında 2530 manat, transformator itkisi qismində 556,6 manat, xx.xx.2023-cü il tarixdə sayğac göstəricisi əsasında 8690 manat, transformator itkisi qismində 1511,29 manat, xx.xx.2023-cü il tarixdə sayğac göstəricisi əsasında 3608 manat, transformator itkisi qismində 1035,32 manat, xx.xx.2023-cü il tarixdə sayğac göstəricisi əsasında 7502 manat, transformator itkisi qismində 2402,51 manat, xx.xx.2023-cü il tarixdə sayğac göstəricisi əsasında 3872 manat, transformator itkisi qismində 1243,22 manat, xx.xx.2023-cü il tarixdə sayğac göstəricisi əsasında 5984 manat, transformator itkisi qismində 1417,24 manat, xx.xx.2023-cü il tarixdə sayğac göstəricisi əsasında 2948 manat, transformator itkisi qismində 777,15 manat, xx.xx.2023-cü il tarixdə sayğac göstəricisi əsasında 3146 manat, transformator itkisi qismində 1022,34 manat, xx.xx.2023-cü il tarixdə sayğac göstəricisi əsasında 2926 manat, transformator itkisi qismində 590,37 manat, xx.xx.2023-cü il tarixdə sayğac göstəricisi əsasında 2288 manat, transformator itkisi qismində 629,2 manat, xx.xx.2024-cü il tarixdə sayğac göstəricisi əsasında 2332 manat, transformator itkisi qismində 392,92 manat, xx.xx.2024-cü il tarixdə sayğac göstəricisi əsasında 3212 manat, transformator itkisi qismində 883,74 manat borc hesablanaraq abunə haqqında məlumata daxil edilmişdir; – Qeyd edilən borc məbləğləri iddiaçı tərəfindən tam olaraq ödənilmişdir.
14. İddiaçı cavabdeh tərəfindən tranformator itkisinin xx.xx.2022-ci il tarixdə 5%, xx.xx.2022-ci il tarixdə 39,57%, xx.xx.2023-cü il tarixdə 18,17%, xx.xx.2023-cü il tarixdə 17%, xx.xx.2023-cü il tarixdə 12,39%, xx.xx.2023-cü il tarixdə 23,7%, xx.xx.2023-cü il tarixdə 27,02%, xx.xx.2023-cü il tarixdə 27,11%, xx.xx.2023-cü il tarixdə 18,68%, xx.xx.2023-cü il tarixdə 21,36%, xx.xx.2023-cü il tarixdə 27,5%, xx.xx.2023-cü il tarixdə 15,18%, xx.xx.2023-cü il tarixdə 22,5%, xx.xx.2024-cü il tarixdə 11,85%, xx.xx.2024-cü il tarixdə 27,51% artıq hesablandığına istinad edərək, artıq ödənilmiş 10868 manat məbləğində pulun tutulmasını tələb edir.
15. Cavabdeh hesablamanın həm xətt itkisinə, həm də tranformator itkisinə əsaslanmaqla düzgün aparıldığını bildirir və iddianın rədd edilməsini xahiş edir.
16. Məhkəmə kommersiya mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
17. Hazırda tərəflər arasında olan mübahisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”da təsbit edilmiş elektrik enerjisi itkilərinə (texnoloji sərfiyyata) görə tətbiq edilən hesablaşma qaydalarının hansının tətbiq edilməsi ilə bağlı yaranmışdır.
18. Belə ki, Qaydaların 8.10-cu bənində əsasən, istehlakçının (məişət abonenti istisna olmaqla) baş transformatoru enerjitəchizatı müəssisəsinin elektrik veriliş xəttinə bilavasitə qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatordan sonra orta (alçaq) gərginlik tərəfində quraşdırıldıqda istehlakçı ilə (məişət abonenti istisna ol-maqla) elektrik enerjisi sərfinə görə hesablaşmada hər 1 kVts elektrik enerjisinə görə nəzərdə tutulmuş ödənişi müvafiq olaraq ikidolaqlı transformatorlar üçün 1,03 və üçdolaqlı transformatorlar üçün 1,05 yüksəldici əmsala vurulur. Bu halda baş transformatordakı elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və həmin elektrik enerjisi itkilərinə (texnoloji sərfiyyat) görə istehlakçıdan əlavə ödəniş tutulmur.
19. Qaydaların 8.11-ci bəndinə əsasən, istehlakçının (məişət abonenti istisna olmaqla) baş transformatorunun yüksək tərəfinə onun balansında olan elektrik veriliş xətti qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatorun yüksək və ya orta (alçaq) tərəfində quraşdırıldıqda göstərilən elektrik veriliş xəttindəki elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və onun dəyəri müəyyən edilmiş tarif üzrə istehlakçı (məişət abonenti istisna olmaqla) tərəfindən ödənilir.
20. Məhkəmə tərəfindən İddiaçınə məxsus transformator və hesablaşma elektrik sayğacının quraşdırılması yerinin müəyyən olunması məqsədilə xx.xx.2024-cü il tarixli e- 2-2(113)-3108/2024 nömrəli qərardadla iş üzrə kompleks məhkəmə mühəndis-texniki və məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış və ekspert qarşısında aşağıdakı sualları qoyulmuşdur: – İddiaçınə məxsus baş transformator "xxxx" Açıq Səhmdar Cəmiyyətinin elektrik veriliş xəttinə bilavasitə qoşulmuşdur yoxsa İddiaçınə məxsus baş transformatorun yüksək tərəfinə onun balansında olan elektrik veriliş xətti qoşulmuşdur? – Hesablaşma elektrik sayğacı baş transformatordan sonra orta (alçaq) gərginlik tərəfində yoxsa baş transformatorun yüksək və ya orta (alçaq) tərəfində quraşdırılmışdır? – Əgər İddiaçınə məxsus baş transformator "xxxx" Açıq Səhmdar Cəmiyyətinin elektrik veriliş xəttinə bilavasitə qoşulmuşdursa və hesablaşma elektrik sayğacı baş transformatordan sonra orta (alçaq) gərginlik tərəfində quraşdırılmışdırsa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.10-cu bəndinə (transformatorun ikidolaqlı və ya üçdolaqlı olması nəzərə alınıb hesablama ona uyğun aparılaraq) uyğun olaraq iş materiallarında olan hesab-fakturalar nəzərə alınmaqla xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək baş transformatordakı elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyat) dəyəri nə qədər təşkil edir? – Əgər İddiaçınə məxsus baş transformatorun yüksək tərəfinə onun balansında olan elektrik veriliş xətti qoşulmuşdursa və hesablaşma elektrik sayğacı baş transformatorun yüksək və ya orta (alçaq) tərəfində quraşdırılmışdırsa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.11-cı bəndinə uyğun olaraq iş materiallarında olan hesab-fakturalar nəzərə alınmaqla xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək elektrik veriliş xəttindəki elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) dəyəri nə qədər təşkil edir?
21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 sentyabr 2024-cü il tarixli 9/5480 – 10/5313 nömrəli ekspert rəyində göstərilmişdir ki, İddiaçı MMC-yə məxsus baş transformator "xxxx" ASC-nin elektrik veriliş xəttinə bilavasitə qoşulmamışdır. Transformatorun yüksək tərəfi, texniki şərtə uyğun olaraq, İddiaçı MMCnin balansında olan 6 kV-luq elektrik veriliş xəttinə qoşulmuşdur. “Luna” markalı, 50038138 zavod nömrəli, ******* dövlət möhürlü, ******* alt qapaq möhürlü, 200 əmsallı hesablaşma elektrik sayğacı 1000 kVA-lıq transformatorun 0.4 kV-luq alçaq gərginlik çıxışında quraşdırılmışdır. Transformatorun yüksək tərəfi İddiaçı MMC-yə məxsus olan elektrik veriliş xəttinə qoşulduğuna və hesablanma elektrik sayğacı transformatorun alçaq (0.4 kV) gərginlik tərəfində quraşdırıldığına görə Azərvaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.10 və 8.11-ci bəndlərinə uyğun olaraq, budaqlanma nöqtəsindən transformatora qədər İddiaçı MMC-yə məxsus 6 kV-luq elektrik veriliş xəttində və 1000 kVA-lıq transformatorda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilməli və elektrik sayğacının göstərişi ilə cəmlənməlidir (həmin elektrik enerjisi itkilərinə (texnoloji sərfiyyat) görə istehlakçıdan əlavə ödəniş tutulmur). Məhkəmə Ekspertizası Mərkəzində elektrik veriliş xəttində və transformatorunda elektrik enerjisi itkilərinin müəyyən edilməsi üzrə mütəxəssis və metodika olmadığına görə enerji itkilərinin miqdarını hesablamaq, bu səbəbdən isə itkilərin dəyərini müəyyən etmək mümkün olmadı (bu məsələ enerjitəchizatı müəssisəsinin mütəxəssisləri tərəfindən həll edilə bilər, belə ki, Azərbaycan Respublikası Energetika Nazirliyinin X1 Agentliyinin Bakı filialının rəisi tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli müraciətə cavab məktubunda "xxxx" ASC tərəfindən məsələlərə düzgün baxılmadığı və “Elektrik enerjisindən istifadə Qaydaları”nın müvafiq bəndlərinin tələblərinin nəzərə alınmadığı göstərilmişdir).
22. Beləliklə, ekspert tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı MMC-yə məxsus baş transformator "xxxx" ASC-nin elektrik veriliş xəttinə bilavasitə qoşulmamış, transformatorun yüksək tərəfi, texniki şərtə uyğun olaraq, İddiaçı MMC-nin balansında olan 6 kV-luq elektrik veriliş xəttinə qoşulmuşdur. “Luna” markalı, 50038138 zavod nömrəli hesablaşma elektrik sayğacı 1000 kVa-lıq transformatorun 0.4 kV-luq alçaq gərginlik çıxışında quraşdırılmışdır.
23. Həmçinin məhkəmənin 22 noyabr 2024-cü il tarixli e-2-2(113)-3108/2024 nömrəli mətubu ilə “X1 Agentliyi” X15 müraciət edərək, İddiaçınə məxsus 02/4588 saylı abonent kodu üzrə abunə haqqında məlumata xx.xx.2022-xx.xx.2024 tarixlər üzrə daxil edilmiş elektrik enerjisi itkilərinin düzgün hesablanıb-hesablanmaması, düzgün hesablanmamışdırsa, elektrik enerjisi itkilərinin nə qədər təşkil etməsi ilə bağlı mütəxəssis rəyinin verilməsi xahiş edilmiş, “X1 Agentliyi” X12 Bakı filialının baş müfəttişi X5 xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi məhkəməyə daxil olmuşdur.
24. Həmin rəylə müəyyən olunmuşdur ki, İddiaçı MMC-nin elektrik enerjisi təchizatı "xxxx" ASC-nin balansında olan 35/6 kV-luq 514 saylı yarımstansiyadan (YS) çıxan və əsas istehlakçının balansında olan 6 kV-luq “Karyer” hava elektrik verilişi xəttinin (HEVX) müvafiq dayağından budaqlanma götürməklə gərginliyi 6/0,4 kV, gücü 1000 kVA olan transformator yarımstansiyası (TYS) vasitəsilə təmin edilir və Azərişıq” ASC-nin məlumat bazasında 02/4588 nömrəli abonent kodu ilə qeydiyyata alınmışdır. İddiaçı MMC-yə aid hesablaşma elektrik sayğacı TYS-nin 0,4 kV-luq tərəfində quraşdırılmışdır. Həmçinin əsas istehlakçının balansında olan “Karyer” HEVX-nin müxtəlif hissələrindən budaqlanma götürməklə İddiaçı MMC də daxil olmaqla 21 istehlakçı subabonent olaraq elektrik enerjisi ilə təmin edilir. İddiaçı MMC-yə aid abunə haqqında cədvələ əsasən xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək olan hesablaşma dövrlərində qeydə alman sərfiyyatların dəyərindən əlavə transformator itkisi adı altında abonent hesabına aylar üzrə sərfiyyatlar daxil edilmişdir. Müəyyən edilmişdir ki, 514 saylı YS-nın 6 kV-luq paylayıcı qurğusunda “Karyer” HEVX-nin əvvəlində baş hesablaşma elektrik sayğacı quraşdırılmışdır. Göstərilən 21 subabonentə və əsas istehlakçıya aid TYS-lərin 0,4 kV-luq tərəfində quraşdırılmış hesablaşma elektrik sayğaclarının hər ay üzrə oxunmuş sərfiyyatları toplanır, baş sayğacla qeydə alınan sərfiyyatdan çıxılır və qalan itkilər (transformator və xətt) bütün abonentlərin istehlak payına mütənasib olaraq bölünür. Məlumat üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005- ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.1-ci bəndinə əsasən subabonent dedikdə, elektrik qurğuları abonentinin (əsas istehlakçı) elektrik şəbəkələrinə qoşulmuş istehlakçı başa düşülür. Qaydaların 8.10-cu bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) baş transformatoru enerjitəchizatı müəssisəsinin elektrik veriliş xəttinə bilavasitə qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatordan sonra orta (alçaq) gərginlik tərəfində quraşdırıldıqda istehlakçı ilə (məişət abonenti istisna ol-maqla) elektrik enerjisi sərfinə görə hesablaşmada hər 1 kVts elektrik enerjisinə görə nəzərdə tutulmuş ödənişi müvafiq olaraq ikidolaqlı transformatorlar üçün 1,03 və üçdolaqlı transformatorlar üçün 1,05 yüksəldici əmsala vurulur. Bu halda baş transformatordakı elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və həmin elektrik enerjisi itkilərinə (texnoloji sərfiyyat) görə istehlakçıdan əlavə ödəniş tutulmur. Qaydaların 8.11-ci bəndinə əsasən İstehlakçının (məişət abonenti istisna olmaqla) baş transformatorunun yüksək tərəfinə onun balansında olan elektrik veriliş xətti qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatorun yüksək və ya orta (alçaq) tərəfində quraşdırıldıqda göstərilən elektrik veriliş xəttindəki elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və onun dəyəri müəyyən edilmiş tarif üzrə istehlakçı (məişət abonenti istisna olmaqla) tərəfindən ödənilir. Qaydaların 7.13-cü bəndinə əsasən hesablaşma elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdmlmadığı hallarda, sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid edilir. Hesablaşma elektrik sayğacları quraşdırılmış yerdən şəbəkənin balans mənsubiyyəti sərhədinə qədər hissəsindəki elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyat) faizi hesabat yolu ilə müvafiq olaraq müqavilə münasibətlərində olan dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında müəyyənləşdirilir və elektrik enerjisinin alqısatqı müqaviləsində göstərilir. Subabonentlərə elektrik enerjisinin verilişi ilə əlaqədar əsas istehlakçının elektrik şəbəkəsindəki elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), subabonentlərin hesabına, onların istehlak paylarına mütənasib olaraq aid edilir. Qeyd olunlara əsasən məlum olur ki, “Karyer” HEVX-nin əvvəlində quraşdırılmış baş sayğac xəttin, həmçinin həmin xətdən budaqlanma götürməklə çəkilmiş digər xətlərin və transformatorların itikilərini qeydə alır. Eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı MMCyə və digər subabonentlərə hesablanmış ümumi elektrik enerjisi itiklərinin daxilində Qaydaların 8.10-cu, 8.11-ci bəndinə əsasən transformator və xətt itikisi, həmçinin Qaydaların 7.13-cü bəndinə əsasən əsas istehlakçının elektrik şəbəkəsindəki elektrik enerjisi itkilərinin subabonentlərin hesabına, onların istehlak paylarına mütənasib bölünmüş hissəsi mövcuddur. Beləliklə, İddiaçı MMC-yə itkilərə görə verilmiş hesabatlar məqsədə uyğun hesab olunur.
25. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 sentyabr 2024-cü il tarixli 9/5480 – 10/5313 nömrəli ekspert rəyi və “X1 Agentliyi” X17 xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən qeyd edir ki, İddiaçı MMCnin elektrik enerjisi təchizatı "xxxx" ASC-nin balansında olan 35/6 kV-luq 514 saylı yarımstansiyadan çıxan və əsas istehlakçının balansında olan 6 kV-luq “Karyer” hava elektrik verilişi xəttinin müvafiq dayağından budaqlanma götürməklə gərginliyi 6/0,4 kV, gücü 1000 kVA olan transformator yarımstansiyası vasitəsilə təmin edilir və iddiaçıya aid hesablaşma elektrik sayğacı gərginliyi 6/0,4 kV, gücü 1000 kVa olan tranformator yarımstansiyasının 0,4 kV-luq tərəfində quraşdırılmışdır. Həmçinin əsas istehlakçının balansında olan karyer hava elektrik verilişi xəttinin müxtəlif hissələrindən budaqlanma götürülməklə iddiaçı da daxil olmaqla 21 subabonent elektrik enerjisi ilə təmin edilir. “Karyer” hava elektrik verilişi xəttinin əvvəlində baş hesablaşma sayğacı, gərginliyi 6/0,4 kV, gücü 1000 kVa olan tranformator yarımstansiyasının 0,4 kV-luq tərəfindən isə iddiaçıya aid hesablaşma sayğacı quraşdırılmışdır.
26. Baş hesablaşma sayğacında qeydə alınan elektrik enerjisi sərfiyyatı ilə subabonentlərin balansında olan sayğacların qeydə aldığı elektrik enerjisi sərfiyyatı arasında yaranan fərq isə elektrik enerjisi itkisidir. Bu itkilər özündə iki növ itkini ehtiva edir: 1) yarımstansiyadan çıxan “Karyer” hava elektrik verilişi xəttində baş verən elektrik enerjisi itkisi; 2) subabonentlərin transformatorlarının işləməsi üçün tələb olunan və hesablaşma sayğacında əks olunmayan elektrik enerjisi itkisi. Hazırkı iş üzrə iddiaçı da “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələbinə əsasən “Karyer” hava elektrik verilişi xəttində baş verən elektrik enerjisi itkisi üçün cavabdehlik daşımaqla yanaşı, ona məxsus 6/0,4 kV, gücü 1000 kVa olan tranformator yarımstansiyasının işləməsi də elektrik enerjisi sərfinə səbəb olur və bu sərf yarımstansiyasının 0,4 kV-luq tərəfində quraşdırılmış hesablaşma sayğacında əks olunmasa da, baş elektrik hesablaşma sayğacında hesablanır. Bu səbəbdən də cavabdeh tərəfindən quraşdırılmış hesablaşma elektrik sayğaclarının hər ay üzrə oxunmuş sərfiyyatları toplanır, baş sayğacla qeydə alınan sərfiyyatdan çıxılır və qalan itkilər (transformator və xətt) bütün abonentlərin istehlak payına mütənasib olaraq bölünür.
27. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən hesablama qaydası mütəxəssisin də göstərdiyi kimi “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğundur.
28. Belə ki, Qaydaların 7.13-cü bəndinə əsasən, hesablaşma elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda, sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid edilir. Elektrik enerjisinin itkiləri (texnoloji sərfiyyat), elektrik enerjisinin alqı-satqı müqaviləsində buraxılacaq elektrik enerjisi göstəricilərində nəzərə alınmalıdır. Hesablaşma elektrik sayğacları quraşdırılmış yerdən şəbəkənin balans mənsubiyyəti sərhədinə qədər hissəsindəki elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyat) faizi hesabat yolu ilə müvafiq olaraq müqavilə münasibətlərində olan dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsində göstərilir. Məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. Subabonentlərə elektrik enerjisinin verilişi ilə əlaqədar əsas istehlakçının elektrik şəbəkəsindəki elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), subabonentlərin hesabına, onların istehlak paylarına mütənasib olaraq aid edilir.
29. Göründüyü kimi, Qaydalarda məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyatın) nəzərə alınmaması barədə göstəriş mövcuddur. Hazırda isə iddiaçı məişət abonenti deyildir. Digər tərəfdən, xx.xx.2022-ci il tarixli TŞ- 22/530 nömrəli texniki şərtin 2.14-cü bəndinə əsasən də enerji ödənişinin hesabatının məhz 35/6 kV-luq 514 saylı yarımstansiyanın 6 kV-luq paylayıcı qurğuda quraşdırılacaq sayğacla aparılacağı göstərilmişdir. Cavabdeh tərəfindən müvafiq itkilər Qaydalara müvafiq olaraq subabonentlər arasında bölüşdürülmüşdür. Bölüşdürülmə isə mütəxəssis rəyində də göstərildiyi kimi subabonentlərin istehlak paylarına mütənasib olaraq həyata keçirilmişdir.
30. İddiaçının istinad etdiyi “X1 Agentliyi” X12 26 dekabr 2023-cü il tarixli məktubuna münasibətdə isə məhkəmə göstərir ki, həmin məktub hazırkı iş üçün mötəbər sübut hesab ola bilməz. Belə ki, əvvəla məhkəmə iclaslarında iştirak edən “X1 Agentliyi” X12 nümayəndələri məhz xx.xx.2024-cü il tarixli mütəxəssis rəyin düzgün olduğunu, rəyin ətraflı araşdırma nəticəsində verildiyini bildirmişlər. Digər tərəfdən, 26 dekabr 2023-cü il tarixli məktuba nəzər saldıqda aydın olur ki, qeyd edilən məktub iddiaçının elektrik şəbəkəsinin halları nəzərə alınmadan səthi olaraq yalnız “Elektrik enerjisindən istifadə Qaydaları”nin 8.10-cu bəndinə əsaslanmaqla verilmişdir. Bu mənada hesablaşma yalnız gərginliyi 6/0,4 kV, gücü 1000 kVa olan tranformator yarımstansiyasının 0,4 kV-luq tərəfində quraşdırılmış hesablaşma elektrik sayğacına əsaslanmaqla aparıla bilməz.
31. Buna görə də iddiaçının da gərginliyi 6/0,4 kV, gücü 1000 kVa olan tranformator yarımstansiyasının 0,4 kV-luq tərəfində quraşdırılmış hesablaşma elektrik sayğacının göstəricilərinə əsaslanmaqla iddia irəli sürməsi əsaslı olmamışdır.
32. Qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, hazırda cavabdeh tərəfindən iddiaçıya düzgün olmayan hesabatın verilməsi halı müəyyən edilmədiyindən iddia rədd edilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
33. İddiaçı ödənilmiş 128,52 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir.
34. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, 05 sentyabr 2024-cü il tarixli 9/5480 – 10/5313 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 102 manat təşkil edir.
35. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
36. Həmin Məcəllənin 115.0 və 115.0.4-cü maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir.
37. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. Məhkəmə iddia tələbinin təmin edilmədiyini nəzərə alaraq hesab edir ki, ekspertiza xərci olaraq 102 manat pul İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. V. Nəticə:
39. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “ödənilmiş pulun geri qaytarılması və s.” tələbinə dair iddiası təmin olunmasın. Ekspertiza xərci olaraq 102 manat pul İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova