Məhkəmə qərarları › İş №e-2-2(113)-1825/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1825/2020

09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1825/2020 09.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədzadə Sevinc Bağman qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X1, İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İlkin iddia üzrə iddiaçı "İddiaçı" İstehsalat Bırlıyınin cavabdeh "Cavabdeh" məhdud məsulıyyətli cəmıyyətınə qarşı cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 134710,70 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun məcburi qaydada tutularaq iddiaçının ABB Sabunçu filialı, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ**********0000 002944, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ72İBAZ3801 **********001922 bank hesabına ödənilməsi barədə, qarşılıqlı iddia üzrə iddiaçı "Cavabdeh" məhdud məsulıyyətli cəmıyyətınin cavabdeh "İddiaçı" İstehsalat Bırlıyınə qarşı iddiaçının hesabında yaranmış 89388,52 manat borcun iddia müddətini tətbiq edərək silinməsi barədə qarşılıqlı iddia ərizələrinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İlkin iddia üzrə iddiaçı "İddiaçı" İstehsalat Bırlıyı cavabdeh "Cavabdeh" məhdud məsulıyyətli cəmıyyətınə qarşı cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 134710,70 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun məcburi qaydada tutularaq iddiaçının ABB Sabunçu filialı, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ**********0000 002944, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ72İBAZ3801 **********001922 bank hesabına ödənilməsi barədə, qarşılıqlı iddia üzrə iddiaçı "Cavabdeh" məhdud məsulıyyətli cəmıyyətı cavabdeh "İddiaçı" İstehsalat Bırlıyınə qarşı iddiaçının hesabında yaranmış 89388,52 manat borcun iddia müddətini tətbiq edərək silinməsi barədə qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2019-cu il tarixli, AMX- 5988/19 saylı müqavilə əsasında Cavabdeh məhdud məsulıyyətli cəmıyyətıni təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə xx.xx.2020-ci il tarixə 134710,70 manat borcu yaranmışdır. Mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli məktubla pretenziya qaydasında müraciət olunmasına baxmayaraq cavabdeh tərəfindən heç bir cavab alınmamışdır. Məktubda cavabdehə borcunu ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli, AMX-5988/19 saylı qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən, hesab İstehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində İstehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsiX2 oğluməhkəmə iclasında ilkin iddianı müdafiə edərək və qarşılıqlı iddiaya etiraz edərək, ilkin iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki,qarşılıqlı iddia ilə razı deyildir. Qarşılıqlı iddia ərizəsində mübahisələndirilən borc 2016-cı ildə yaranmış, bundan sonra borc məbləği artmış, hazırda ilkin iddia üzrə cavabdehin borcu daha çoxdur. Məhkəmə iclasının uzanmaması üçün iddia tələbinin həcmini artırmamışlar. Borc sayğac göstəricisinin borcudur, dəymiş ziyanla bağlı deyildir. Sonda nümayəndə ilkin iddianın təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki,Cavabdeh ilə İddiaçı arasında bağlanmış müqavilə üzrə Cavabdeh İddiaçı tərəfindən təbii qazla təmin olunmuşdur. İstehlak edilmiş qaza görə müqavilə üzrə müəyyən olunan öhdəlik 3 il nəzərədə tutulmuşdur. Belə ki, Cavabdeh 2017-ci ilin aprel ayına 89388,52 manat debitor borcu olmuş, lakin Cavabdeh tərəfindən həmin borc ödənilmədiyindən iddia müddəti ötürülmüşdür. Lakin İddiaçı heç bir sərfıyat olmadan 2017-ci ilin may ayına 3877,20 manatlıq sərfiyyat yazmış və sonradan həmin sərfiyyatı silmişdir. Bundan əlavə Cavabdeh xəbəri olmadan 2011-ci il tarixdə Cavabdehnə 21964,80 manat cərimə yazılmışdır. Bununla bağlı Cavabdehnə heç bir məlumat verilməmişdir. Həmin cərimənin yazılması Cavabdehnə yeni məlum olmuş, bununla bağlı dəfələrlə İddiaçınə müraciət etməsinə baxmayaraq həmin sənədlər təqdim edilməmişdir. Bundan əlavə İddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdehnə pretenziya qaydasında müraciət edərək qaz təchizatının dayandırılacağını bildirmişdir. Bundan sonra Cavabdeh tərəfindən İddiaçınə pretenziya qaydasında müraciət olunaraq iddia müddəti ötürülmüş borcun silinməsi və məlumatı olmadan yazılmış cərimənin silinməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən müqavilə tələbləri və vaxta görə icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 il müəyyən edilmişdir. Odur ki, iddia müddəti ötürülmüş borc tələb edilə bilməz. Bundan əlavə Cavabdehnə məlum olmayan səbəblərdən yazılmış cərimənin də tələb olunması əsassızdır. Tərəflər arasında üzləşmə aktı imzalanmış, bu da pandemiya dövründə müəssisənin qaz təchizatını dayandıracaqlarını bildirdikləri üçün Cavabdeh tərəfindən imzalanmışdır. İddiaçı Cavabdeh məhkəməyə verməsinə baxmayaraq, indi də qaz təchizatının dayandıracağını bildirir və bu ağır pandemiya dövründə təşkilatın işini iflic etmək istəyir. İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilkin iddiayaetiraz edərəkvə qarşılıqlı iddianı müdafiə edərək,qarşılıqlı iddia ərizəsinə uyğun izahat verdi və ilkin iddianın iddia müddəti tətbiq edilməklə rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışın və Kommersiya hüquqi şəxsinin Dövlət qeydiyyatı haqqında Şəhadətnamənin surətlərindən görünür ki, Cavabdeh xx xxxxxx 2015-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx.xx.2019-cu il tarixli, AMX-5988/19 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilədən görünür ki, İddiaçı, Cavabdeh keyfiyyətli qazla təmin etməyi, Cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq İddiaçı hesabına ödəməyi öhdələrinə götürmüşlər. Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktının surətindən görünür ki, Cavabdeh xx xxxxxx 2020-ci il tarixə olan borcu 151724,08 manat, xx xxxxx 2020-ci il tarixə qalıq borcu isə 138398,10 manat olmuşdur. Abonentin saldosundan görünür ki, Cavabdeh 2017-ci ilin aprel ayına 89388,52 manat borcu olmuş, sonrakı dövrlər üzrə borc artan xətt üzrə davam etmiş və 2020-ci ilin iyun ayına olan borcu 134710,70 manat təşkil edir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia qismən təminedilməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AMX-5988/19 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən İddiaçı, Cavabdeh keyfiyyətli qazla təmin etməyi, Cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq İddiaçı hesabına ödəməyi öhdələrinə götürmüşlər. Cavabdeh 2017-ci ilin aprel ayına 89388,52 manat borcu olmuş, sonrakı dövrlər üzrə borc artan xətt üzrə davam etmiş və 2020-ci ilin iyun ayına olan borcu 134710,70 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin Məcəllənin 372.1-ci və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1, 373.2-ci maddələrinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın həmin maddəsinin İİİ hissəsinin müddəalarına əsaslanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq, işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir”. Bundan başqa, həmin Qərarda iddia müddəti anlayışının tətbiqi ilə bağlı qeyd edilir ki, “iddia müddətinin əhəmiyyəti bunlardır: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli və Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarlarında göstərmişdir, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi Cavabdeh tərəfindən istifadə olunmuş təbii qaza görə yaranmış 134710,70 manat borcun 89388,52 manat hissəsi2017-ci ilin aprel ayına olan borcdur. Tərəflər arasında tərtib olunmuş qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı müqavilə tələbləri üzrə iddia müddəti keçdikdən sonra təsdiq olunmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia müddəti tətbiq edilməsi barədə ərizəni mübahisə tərəfi verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50-ci maddəsinə görə tərəflər iddiaçı və cavabdehdir. İddia müddətinin keçməsi cavabdehin xeyrinə olduğu üçün həmin müddətin tətbiq edilməsi barədə ərizəni adətən o verir. Lakin öhdəliklərin qarşılıqlı icrası hallarında (Mülki Məcəlləsinin 441-ci maddəsi) iddia müddətinin tətbiq edilməsi barədə ərizə qarşılıqlı surətdə iddiaçı tərəfindən də verilə bilər. Cavabdeh tərəfindən ərizə verilməyən hallarda da iddiaçı qarşılıqlı tələbi üzrə iddia müddətinin tətbiqinə dair ərizə verə bilər. İlk tələb üzrə iddia müddətinin tətbiq edilməməsi qarşılıqlı tələb üzrə iddia müddətinin tətbiq olunmasını istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 441.1-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 441.2. Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 441.3. Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən İddiaçı ilə Cavabdeh arasındakı öhdəliklər də qarşılıqlı icraya bağlı olan öhdəliklərdir. Belə ki, müqaviləyə əsasən İddiaçı Cavabdehnə təbii qaz verməyi, Cavabdeh isə həmin qazın dəyərini İddiaçınə ödəməyi öhdələrinə götürmüşlər. Tərəflərin biri öhdəliyini icra etmədikdə və ya vaxtında icra etmədikdə öhdəliyin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, İddiaçıMülki Məcəllənin 373.1-civə 373.2-ci maddələrnə əsasən istifadə olunmuş təbii qaza görə yaranmış borcun 2017-ci ilin aprel ayına olan 89388,52 manat hissəsinintələb edilməsi ilə bağlı üç il iddia müddətini keçirmişdir. Məhkəmə qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə Aktına münasibətdə qeyd edir ki, borclu şəxsin borcunun etiraf edilməsini göstərən və təsdiqləyən hərəkətlər iddia müddətinin ötməsinə kimi edilməlidir. Lakin üzləşmə aktından görünür ki, həmin Aktın tətrtib olunma tarixi olmamaqla xx xxxxx 2020-ci il tarixə qədər olan borcla əlaqədar bağlanmışdır. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətlər iddia müddətinin ötməsinə kimi edilməmiş, yəni iddia müddəti keçdikdən sonra borc etiraf edilmiş, bununla da iddia müddəti keçirilmişdir. Məhkəmə hesab edir ki, Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə Aktı iddia müddətinin axımının kəsilməsi kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi Cavabdeh tərəfindən istifadə olunmuş təbii qaza görə yaranmış 134710,70 manat borcun 89388,52 manat hissəsi iddia müddəti ötmüş borcdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdehtərəfindən iddia müddətinin tətbiq olunması barədə ərizə məhkəmə tərəfindən qəbul olunmalı və iddia müddəti tətbiq edilməklə qarşılıqlı iddiatəmin edilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AMX- 5988/19 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” müqaviləyə əsasən yaranmış 45322,18 (134710,70 - 89388,52 = 45322,18) manat borc Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş abonentin saldosundan göründüyü kimi həmin borc Cavabdeh tərəfindən 2017-ci ilin aprel ayından sonra istifadə olunmuş təbii qaza görə yaranmış borc məbləğidir ki, Cavabdeh də müqavilə ilə istifadə etdiyi təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, istifadə olunmuş təbii qaza görə yaranmış 45322,18 manat borc məbləği Cavabdehndən tutularaq İddiaçı hesabına ödənilməli, ilkin iddia qalan hissədə rədd edilməli, qarşılıqlı iddia təmin edilməli, "Cavabdeh" məhdud məsulıyyətli cəmıyyətınin hesabında yaranmış 89388,52 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İlkin iddianın təmin edilmiş hissəsi (45322,18 manat) ilkin iddia tələbinin (134710,70 manat) 33,64 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 10 manat məbləği Cavabdeh Məhdud Məsulıyyətli Cəmıyyətındən tutularaq İddiaçınə ödənilməli, qalan 20 manat məbləği isə İddiaçınə aid edilməlidir. Qarşılıqlı iddia isə təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçındən tutularaq Cavabdeh Məhdud Məsulıyyətli Cəmıyyətınə ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. "Cavabdeh" məhdud məsulıyyətli cəmıyyətındən təbii qazdan istifadəyə görə yaranmış 45322,18 manat borc tutularaq "İddiaçı" İstehsalat Bırlıyınin ABB Sabunçu filialı, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ**********0000 002944, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ72İBAZ3801 **********001922 bank hesabına ödənilsin. İlkin iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 10 manat məbləği "Cavabdeh" məhdud məsulıyyətli cəmıyyətındən tutularaq "İddiaçı" İstehsalat Bırlıyınə ödənilsin, qalan 20 manat məbləğ isə "İddiaçı" İstehsalat Bırlıyınə aid edilsin. İlkin iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. "Cavabdeh" məhdud məsulıyyətli cəmıyyətınin hesabında yaranmış 89388,52 manat borc silinsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu "İddiaçı" İstehsalat Bırlıyındən tutularaq "Cavabdeh" məhdud məsulıyyətli cəmıyyətınə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar