Məhkəmə qərarları › İş №e-2-2(113)-1892/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1892/2020

13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1892/2020 13.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X10 iştirakları ilə, X2 Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus qeyri-yaşayış sahəsinə dair əsassız hesablanmış 4104 manat məbləğində borcun abunə hesabından silinməsi və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manatın Cavabdeh ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, .9-cu mkr.,Mir Cəlal küçəsi 137 A ünvanında yerləşən qeyri-yaşayış sahəsində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Cavabdeh ASC ilə xx.xx.2018- c- il tarixdə 102297 saylı müqavilə bağlayaraq abunəçi qismində sudan istifadəyə başlamış, heç bir5 zaman müqavilə şərtlərini pozmamış, heç bir zaman məsuliyyətə cəlb edilməmişdir.2019-cu ilin mart ayında Cavabdeh ASC-nin nümayəndələri obyektə yoxlama aparmaq məqsədi ilə gəlmiş, yoxlama aparmış , nəticə olaraq ona əsassız olaraq 4104 manat məbləğində əlavə sərfiyyat hesablanmışdır.Baxış keçirilərkən onun iştirakı təmin olunmamış və həmin inventar aktını imzalamamışdır.Bir müddət sonra 4104 manat borc hesablandığı bildirilmiş və ödənilməsi tələb edilmişdir. Uzun sürən çəkişmədən sonra ona 64028/0043764 saylı rəy təqdim edilmişdir. Cavabdeh ASC tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçının obyektində keçirdiyi baxış Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrində qeydə alınması təmin həyata keçirilmişdir.Belə ola halda həmin yoxlamanın və onun nəticəsinin hüquqi qüvvəsi ola bilməz, bu səbəbdən onun nəticəsi ləğv edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X13 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, akt tərtib edildiyini , sayğaca müdaxilə olunduğunu bildirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında mütəxəssis kimi cəlb edilmiş X11 məhkəmə iclasında bildirmişdir ki, məftil sıxıldığına yəni kənar müdaxilə olduğuna görə çürümüş ola bilər,belə ki, sayğaca sadə əlatlə müdaxilə etmək olar və sayğac göstəricilərinə müdaxilə etmək olar. Hesablayıcı qurğunu geri çəkib dəyişiklik etmək mümkündür. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Cavabdeh ASC ilə X9 arasında xx.xx.2003-cü il tarixdə “Su təchizatı və kanalizaya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün xidmətlərinə dair” 102297 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh ASC X1 fəaliyyəti ilə məşğul olduğu müəssisəni içməli və istehsalat məqsədli su ilə təmin etməyi, tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi, X9isə su təchizatı və kanalizasiya xidmətlərinin haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli inventar aktı ilə müəyyən edilir ki, X6 fəaliyyət göstərdiyi qeyriyaşayış sahəsinə baxış keçirilən zaman məlum olmuşdur ki, sayğac çıxarılarkən qurğuşun plombun simi çürük olduğuna görə sayğa çıxarılarkən qırılmımışdır. Cavabdeh ASC tərəfindən tərəfindən tərtib olunan Quraşdırılan, dəyişdirilənvə təmir olunan su sayğacının istismara qəbuluna dair tərtib edilmiş 002069 nömrəli aktın surətindən görünür ki, mexaniki sərfiyyat nömrəsi 00203 , su sayğacının nömrəsi 64028 olan su sayğacı çıxarılmış, 00189007 nömrəli su sayğacı yeni quraşdırılmışdır. Cavabdeh ASC tərəfindən verilən 64028 /0043764 saylı rəydə 002069 aktla qəbul edilən sayğacın hesablama mexanizmində müdaxilə aşkar olunması, təmirə və istismara yararsız olması müəyyən olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, 4104 manat borcun silinməsinə dair iddia qismən təmin olunmalı, iddiaçıya hesablanmış 3758,34 manat məbləğində borc silinməlidir. Məhkəmə qeyd edir ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini su ölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 saylı Qərarı ilə təsdiq edilmiş “X16”nın 6.15-ci maddəsinə suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının SMPDK-nın müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini aşağıdakı qaydada müəyyənləşdirir və hesablaşma aparır: 5.1. istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq; 6.15.2. pozuntu (suölçən cihazın göstəricilərinin xətasının SMPDK-nın müəyyən etdiyi normalardan artıq olması) aşkar edildikdə isə istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 saylı Qərarı ilə təsdiq edilmiş “X16”nın 4.1.3-cü bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini istehlakçı təmin etməlidir. Həmin Qaydaların 8.7-ci maddəsinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. Beləliklə, istehlakçı X3 təchizatını təmin edən Cavabdeh ASC tərəfindən aparılan yoxlama zamanı sayğaca qanunsuz müdaxilə müəyyən edilmiş, tərtib edilmiş inventar aktı üzrə 12 ay üzrə hesabat aparılaraq 4104 manat borc iddiaçıdan tələb edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıdan tələb edilən borc 11 ay üzrə hesablanmaqla silinməlidir. Bununla da, məhkəmə hesab edir ki, X4na istehlakçı kimi (müqavilə nömrə 19451479 kod: 102297) Cavabdeh ASC tərəfindən hesablanmış 4104 manat borcun 3758,34 manat məbləğində borc silinməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçının barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən inventar aktından müəyyən olunur ki, cavabdeh iddiaçının barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə 09 manat dövlət rüsumunun əvəzi tutulmalı, qalan məbləğ iddiaçıya aid edilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli,Cavabdeh açıq səhmdar cəmiyyəti tərəfindən X5 tələb olunan borc məbləğindən 3758,34 manat hissəsi silinməli, cavabdehdən iddiaçının xeyrinə 09 manat tutulmalı ,iddia qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən X7 məxsus (müqavilə nömrə 19451479 kod: 102297) qeyri-yaşayış sahəsinə dair hesablanmış 3758,34 (üç min yeddi yüz əlli səkkiz manat otuz dörd qəpik) manat məbləğində borc abunə hesabından silinsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 09 manat məbləğində pul vəsaiti Cavabdeh ASC-dən tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar