Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1898/2020 14.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədzadə Sevinc Bağman qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X1, İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İlkin iddia üzrə iddiaçı "İddiaçı" İstehsalat Bırlıyınin cavabdeh "Cavabdeh" məhdud məsulıyyətli cəmıyyətınə qarşı cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 60849,49 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə, qarşılıqlı iddia üzrə iddiaçı "Cavabdeh" məhdud məsulıyyətli cəmıyyətınin cavabdeh "İddiaçı" İstehsalat Bırlıyınə qarşı cavabdeh tərəfindən iddiaçıya artıq hesablanmış 27679,50 manat akt üzrə borcun və 60849,49 manat artıq hesablanmış sayğac borcunun silinməsi barədə qarşılıqlı iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İlkin iddia üzrə iddiaçı "İddiaçı" İstehsalat Bırlıyı cavabdeh "Cavabdeh" məhdud məsulıyyətli cəmıyyətınə qarşı cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 60849,49 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə, qarşılıqlı iddia üzrə iddiaçı "Cavabdeh" məhdud məsulıyyətli cəmıyyətı cavabdeh "İddiaçı" İstehsalat Bırlıyınə qarşı cavabdeh tərəfindən iddiaçıya artıq hesablanmış 27679,50 manat akt üzrə borcun və 60849,49 manat artıq hesablanmış sayğac borcunun silinməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2019-cu il tarixli, AMX- 7520/19 saylı müqavilə əsasında “Formes Grup. Az” məhdud məsulıyyətli cəmıyyətıni təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün "Cavabdeh" məhdud məsulıyyətli cəmıyyətınə bildirişlər göndərilmişdir. "Cavabdeh" məhdud məsulıyyətli cəmıyyətı istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə xx.xx.2020-ci il tarixə 60849,49 manat borcu yaranmışdır. Mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixli məktubla pretenziya qaydasında müraciət olunmasına baxmayaraq "Cavabdeh" məhdud məsulıyyətli cəmıyyətı tərəfindən heç bir cavab alınmamışdır. Məktubda "Cavabdeh" məhdud məsulıyyətli cəmıyyətınə borcunu ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli, AMX-7520/19 saylı qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi "Cavabdeh" məhdud məsulıyyətli cəmıyyətı tərəfindən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən, hesab İstehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində İstehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında ilkin iddianı müdafiə edərək və qarşılıqlı iddiaya etiraz edərək, ilkin iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, qarşılıqlı iddia ilə razı deyildir. İddiaçı tərəfindən “Formes Group.Az” məhdud məsuliyyətli cəmiyyətinə aktlar üzrə 4765,40 manat və 7570,80 manat olmaqla, cəmi 12336,2 manat borc hesablanmışdır, qalan borc məbləği isə “Formes Group.Az” məhdud məsuliyyətli cəmiyyətinin istifadə etdiyi təbii qaza görə sayğac oxunması əsasında hesablanmışdır. Sonda nümayəndə ilkin iddianın təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xəzər rayonu, Zirə qəsəbəsində “Formes Group.Az” məhdud məsuliyyətli cəmiyyətinə məxsus istixana fəaliyyət göstərir. Həmin istixanaya İddiaçı tərəfindən 4 dəfə əsassız olaraq əlavə borclar hesablanmışdır. Belə ki, xx.xx.2016-cı il tarixdə guya sayğac olmadığına görə 12 gün sayğacsız istixanada təbii qazdan istifadə edildiyinə görə də əsassız olaraq 7543 manat əlavə borc hesablamışlar. Halbuki, 2016-cı ilin noyabr ayının bütün günləri istixananın sayğacı yerində olmuşdur. Nəyə əsasən sayğacın olmadığını iddia edirlər “Formes Group.Az” məhdud məsuliyyətli cəmiyyətinə qaranlıq qalmışdır. Sayğacın harda olduğu, çıxarılıbsa çıxarılma aktını nə qədər istəsə də “Formes Group.Az” məhdud məsuliyyətli cəmiyyətinə heç bir sənəd təqdim edə bilməmişlər. Bundan sonra, 2019-cu ilin noyabr, dekabr aylarında guya sayğac işləmədiyinə görə əsassız olaraq noyabr ayı üçün 4765,40, dekabr ayı üçün isə 7570,80 manat borc hesablanmışdır. Halbuki, həmin aylarda da, sayğacın yerində olmuş, hər ay göstəriciləri götürülərək “Formes Group.Az” məhdud məsuliyyətli cəmiyyətinə hesab təqdim edilmişdir. Bundan başqa 2020-ci ilin fevral ayında da səbəbi bilinməyən 7799,50 manat borc hesablanmış və hesaba yerləşdirilmişdir. Bundan əlavə sayğac düzgün işləmədiyindən və qaz tənzimləyici sayğacdan sonra quraşdırıldığından qaz sayğacı çox yazmışdır. Bunun üçün xüsusi bilik tələb edən şəxslərin iştirakı ilə hesablanma aparılmalı və “Formes Group.Az” məhdud məsuliyyətli cəmiyyətinə hesablanmış artıq borc silinməlidir. “Formes Group.Az” məhdud məsuliyyətli cəmiyyəti bütün hesablanmış borcları qanunsuz hesab edir və hesabdan silməlidir. “Formes Group.Az” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən əsassız hesablanmış borcların silinməsi və mübahisənin məhkəmədən kənar həlli üçün İddiaçınə pretenziya məktubu ilə müraciət edilsə də İddiaçı tərəfindən həmin borclar silinməmişdir. İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilkin iddiaya etiraz edərək və qarşılıqlı iddianı müdafiə edərək, qarşılıqlı iddia ərizəsinə uyğun izahat verdi və ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya hüquqi şəxslərinin Dövlət reyestri məlumatından görünür ki, Cavabdeh xx xxx 2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx.xx.2019-cu il tarixli, AMX-7520/19 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilədən görünür ki, İddiaçı, Cavabdeh keyfiyyətli qazla təmin etməyi, Cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq İddiaçı hesabına ödəməyi öhdələrinə götürmüşlər. xx xxxxxx 2019-cu il tarixli ******* saylı Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktın surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 4765,40 manat borc hesablanmışdır. xx xxxxxx 2019-cu il tarixli ******* saylı Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktın surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 7570,80 manat borc hesablanmışdır. Abonentin saldosundan görünür ki, Cavabdeh 2020-ci ilin avqust ayına borcu 60849,49 manat təşkil edir. İddiaçı tərəfindən Cavabdehnə aktlar üzrə 2019-cu ilin noyabr ayına 4765,40 manat, dekabr ayına 7570,80 manat borc hesablanmışdır. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia qismən təmin edilməli və qarşılıqlı iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AMX-7520/19 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən İddiaçı, Cavabdeh keyfiyyətli qazla təmin etməyi, Cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq İddiaçı hesabına ödəməyi öhdələrinə götürmüşlər. Cavabdeh 2020-ci ilin avqust ayına borcu 60849,49 manat təşkil edir. İddiaçı tərəfindən Cavabdehnə xx xxxxxx 2019-cu il tarixli ******* saylı və xx xxxxxx 2019-cu il tarixli ******* saylı Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktlara əsasən 2019-cu ilin noyabr ayına 4765,40 manat, dekabr ayına 7570,80 manat borc hesablanmışdır. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi Cavabdeh 60849,49 manat borcnun 12336,2 manat (4765,40+7570,80) hissəsi İddiaçı tərəfindən tərtib olunmuş aktlara görə hesablanmış, qalan borc məbləi isə Cavabdeh istehlak etdiyi təbii qaza görə yaranmışdır. Məhkəmə ilk növbədə qarşılıqlı iddia ərizəsinə münasibətdə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və İddiaçı tərəfindən Cavabdeh barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktlardan müəyyən olunur ki, İddiaçı Cavabdeh barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, İddiaçı tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Beləliklə, məhkəmə tədqiqatı zamanı İddiaçı tərəfindən Cavabdeh barəsində tərtib edilmiş aktlara əsasən 27679,50 manat deyil, ümumilikdə 12336,2 manat borc hesablanması müəyyən olunmuşdur. Buna görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi hesablanmış 12336,2 manat borc hissəsində təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin 60849,49 manat artıq hesablanmış sayğac borcunun silinməsi hissəsinə münasibətdə qeyd edir ki, göstərilən məbləğ İddiaçı tərəfindən Cavabdehnə aktlar daxil olmaqla hesablanmış ümumi borc məbləğidir ki, iş materiallarına əlavə olunmuş abonentin saldosundan göründüyü kimi həmin borcun 48513,29 manat (60849,49-12336,2) məbləğ hissəsi Cavabdeh tərəfindən istifadə olunmuş təbii qaza görə yaranmış borc məbləğidir. Cavabdeh xx.xx.2019-cu il tarixli, AMX- 7520/19 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” müqavilə ilə istifadə etdiyi təbii qazın dəyərini ödəməyi öhdəsinə götürmüşdür ki, bu halda məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin oluna bilməz. Məhkəmə ilkin iddiaya münasibətdə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, ilkin iddia, təbii qazdan istifadəyə görə yaranmış 60849,49 manat borc hissəsində qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, Cavabdehndən təbii qazdan istifadəyə görə yaranmış 48513,29 manat borc tutularaq İddiaçınə ödənilməli, ilkin iddia qalan hissədə rədd edilməli, qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı tərəfindən Cavabdehnə hesablanmış 12336,2 manat borc silinməli və qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İlkin iddianın təmin edilmiş hissəsi (48513,29 manat) ilkin iddia tələbinin (60849,49 manat) 79,72 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 23,91 manat məbləği Cavabdeh Məhdud Məsulıyyətli Cəmıyyətındən tutularaq İddiaçınə ödənilməli, qalan 6,09 manat məbləği isə İddiaçınə aid edilməlidir. Qarşılıqlı iddianın təmin edilmiş hissəsi (12336,2 manat) qarşılıqlı iddia tələbinin (88528,99 manat) 13,93 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 4,18 manat məbləği İddiaçındən tutularaq Cavabdeh Məhdud Məsulıyyətli Cəmıyyətınə ödənilməli, qalan 25,82 manat məbləği isə Cavabdeh Məhdud Məsulıyyətli Cəmıyyətınə aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdehndən təbii qazdan istifadəyə görə yaranmış 48513,29 manat borc tutularaq İddiaçınə ödənilsin. İlkin iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 23,91 manat məbləği Cavabdehndən tutularaq İddiaçınə ödənilsin, qalan 6,09 manat məbləği isə İddiaçınə aid edilsin. İlkin iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı tərəfindən Cavabdehnə hesablanmış 12336,2 manat borc silinsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 4,18 manat məbləği İddiaçındən tutularaq Cavabdehnə ödənilsin, qalan 25,83 manat məbləği isə Cavabdehnə aid edilsin. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1898/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1898/2020
14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver