Məhkəmə qərarları › İş №e-2-2(113)-1899/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1899/2020

17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1899/2020 17.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı İB-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması”tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 222861,80 (iki yüz iyirmi iki min səkkiz yüz altmış bir manat səksən qəpik) manat borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************** hesabına köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının nümayəndəsi barışıq sazişi təqdim edərək, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayndəsi barışıq sazişinin şərtləri ilə razı olduqlarını və barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəməyə təqdim edilmiş, xx.xx.2020-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. Cavabdeh iddia tələbi üzrə 199861,8 (yüz doxsan doqquz min səkkiz yüz altmış bir manat səksən qəpik) manat məbləğində hesablanmış debitor borcu qəbul edir, həmin pulu iddiaçıya ödəməyi öhdəsinə götürür.

2. Məhkəmə tərəfindən barışıq sazişi təsdiq edildikdən və qərardad tərəflərə təqdim edildikdən sonra 199861,8 (yüz doxsan doqquz min səkkiz yüz altmış bir manat səksən qəpik) manat debitor borcun 3 (üç) ay müddətində hər ay 66620,6 (altmış altı min altı yüz iyirmi manat altmış qəpik) manat olmaqla, aylıq istifadə etdiyi təbii qazın dəyərindən əlavə olaraq ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə məhkəmə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə tərəfindən tərəflərə aralarında barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsinin prosessual nəticələri izah edilmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı İB-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

3. Cavabdeh iddia tələbi üzrə 199861,8 (yüz doxsan doqquz min səkkiz yüz altmış bir manat səksən qəpik) manat məbləğində hesablanmış debitor borcu qəbul edir, həmin pulu iddiaçıya ödəməyi öhdəsinə götürür.

4. Məhkəmə tərəfindən barışıq sazişi təsdiq edildikdən və qərardad tərəflərə təqdim edildikdən sonra 199861,8 (yüz doxsan doqquz min səkkiz yüz altmış bir manat səksən qəpik) manat debitor borcun 3 (üç) ay müddətində hər ay 66620,6 (altmış altı min altı yüz iyirmi manat altmış qəpik) manat olmaqla, aylıq istifadə etdiyi təbii qazın dəyərindən əlavə olaraq ödəməyi öhdəsinə götürür. Barışıq sazişi təsdiq edildiyinə görə iş üzrə icraata xitam verilsin. İddiaçı İB tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Səbinə Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar