Məhkəmə qərarları › İş №e-2-2(113)-1911/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1911/2020

25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1911/2020 25.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X1, İlk iddia üzrə cavabdeh, qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndələri X3 və X2 iştirakları ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşlıqlı iddia üzrə iddiaçı Cavabdehnə qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi barədə ilk, ilk iddia üzrə cavabdeh, qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh borcun silinməsi barədə qarşılıqlı iddia tələblərinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı (İddiaçı İB) ilk iddia üzrə Cavabdehnə (Cavabdeh KM) qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh KM-dən 7181,55 (yeddi min yüz səksən bir manat, əlli beş qəpik) manat borc və 30 manat məbləğində dövlət rüsumunun məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBA AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2018-ci il tarixli, AKX-563 saylı müqavilə əsasında Cavabdeh KM-ni təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq, müqavilə öhdəliklərinə əməl etməmiş, istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmiş, nəticədə xx.xx.2020-ci il tarixə 7181,55 (yeddi min yüz səksən bir manat əlli beş qəpik) manat borcu yaranmışdır. İddiaçı tərəfindən 7181,55 manat məbləğində borcun ödənilməsi barədə cavabdehə pretenziya qaydasında müraciət olunmasına baxmayaraq, cavabdeh borcunu ödəməmiş, kreditorla borclu arasında bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Eyni zamanda ilk iddia üzrə Cavabdeh KM ilk iddia üzrə cavabdeh İddiaçınə qarşı qarşlıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı İB-nin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək İddiaçı tərəfindən Cavabdehnə əsassız hesablanmış 14019,50 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırımışdır ki, istifadə etdiyi təbii qazın dəyərini sayğacın göstəricilərinə əsasən vaxtında ödəyir. Lakin İddiaçı tərəfindən müəssisəyə müxtəlif tarixlərdə sayğac göstəricisindən əlavə əsassız borclar yazılmışdır. Belə ki, 2011-ci ilin mart ayında 1368 manat, 2012-ci ilin yanvar ayında 9561,6 manat, 2015-ci ilin may ayında 1100 manat, iyun ayında 1388,30 manat, iyul ayında isə 601,60 manat əlavə borclar yazılmışdır. Neçə illərdir həmin borcların silinəcəyini vəd etsələr də, borcları silinməmiş, əksinə həmin borcların alınması ilə bağlı məhkəmədə iddia qaldırılmışdır. Dəfələrlə sayğacdan əlavə borcların nəyə əsasən hesablandığı, əlavə borcun hesablanmasına əsas olan sənədlərin surətləri tələb edilsə də, bugünədək heç bir sənəd təqdim edilməmişdir. Eyni zamanda 2012-ci ilin yanvar ayında hesablanmış 9561,60 manat borc müəssisənin 2011-ci il ərzində istifadə etdiyi illik sərfıyyatına bərabərdir. İddiaçı” İstehsalat Birliyinin nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinin məzmnuna uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X3 məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşlıqlı iddia tələbinin təmin edilməsi, ilk iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X5 məhkəmə iclasında digər nümayəndənin izahatına uyğun izahat verərək qarşlıqlı iddia tələbinin təmin edilməsi, ilk iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - "İddiaçı" İB ilə istehlakçı Cavabdeh KM arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə xx.xx.2018-ci il tarixli, AKX-563 saylı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən istehlakçı istifadə etdiyi təbii qazın qeydə alınması məqsədi ilə G-100 markalı 80097899 saylı sayğacla təmin edilmişdir. -xx.xx.2020-ci tarixli abonentin saldosundan müəyyən olunur ki, Cavabdeh KM 2020ci ilin may ayının sonuna təbii qazdan istifadəyə görə qalıq borcu 7181,55 manat təşkil edir. - "İddiaçı" İB xx xxxx 2020-ci il tarixdə pretenziya məktubu ilə Cavabdeh KM-yə müraciət edərək, istehlak olunmuş təbii qazdan istifadəyə görə qeyd olunan tarixə Birliyə ödənilməmiş debitor borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən İddiaçı Cavabdeh KM-yə qarşı “borcun ödənilməsi” tələbi təmin edilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh KM-nin cavabdeh İddiaçı” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "İddiaçı" İB ilə Cavabdeh KM arasında xx.xx.2018-ci il tarixdə qazın alqı-satqısı barədə müqavilə bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, cavabdehi qazla təmin etsə də, cavabdeh aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq iddiaçı tərəfindən təqdim edilən hesaba əsasən vaxtında ödəməmiş, nəticədə iddiaçıya 7181,55 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir; 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 3.2.1-ci maddəsinə əsasən qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Həmin Qaydaların 5-ci bəndinə əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə göstərilən qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, ilk iddia üzrə cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyindən ilk iddia tələbi təmin edilməli, ilk iddia üzrə cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 7181,55 manat məbləğində borc İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və ilk iddia tam təmin edildiyindən, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ilk iddia üzrə cavabdehə aid edilməlidir. Cavabdeh qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək əsassız hesablanmış 14019,50 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, xx.xx.2020-ci tarixli abonentin saldosundan müəyyən olunur ki, iddia ərizəsində göstərilən tarixlərdə aktlar əsasında qarşılıqlı iddia üzrə iddiaçıya 2011-ci ilin mart ayında 1368 manat, 2012-ci ilin yanvar ayında 9561,6 manat, 2015-ci ilin may ayında 1100 manat, iyun ayında 1388,30 manat, iyul ayında isə 601,60 manat borc hesablanmış, həmin borc ödənilmiş və hazırda qarşılıqlı iddia üzrə iddiaçının silinməsini istədiyi 14019,50 manat borc artıq mövcud deyil. Ona görə də məhkəmə qarşılıqlı iddianı əsassız sayır və belə nəticəyə gəlir ki, qarşılıqlı iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia təmin edilsin. İlk iddia üzrə cavabdeh, qarşlıqlı iddia üzrə iddiaçı Cavabdehndən 7181,55 manat (yeddi min yüz səksən bir manat əlli beş qəpik) borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat İddiaçı İB-nin xeyrinə tutulsun. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar