Məhkəmə qərarları › İş №e-2-2(113)-1929/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1929/2020

25.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1929/2020 25.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə İddiaçı “xxxx” ASC-nin cavabdeh “xxxx” QSC-yə qarşı (Azərbaycan Respublikası Maliyyə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbi barədə iddia ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC cavabdeh “xxxx” QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının vaxtilə qanuni mülkiyyətində olmuş Bakı ş., Binəqədi rayonu, Xocasən qəsəbəsinin Şimal hissəsində və eyni qəsəbədə Xocasən yolu-7 C ünvanında birlikdə olmaqla cəmi 24,290.6 metr ölçüdə qeyri-yaşayış sahələrinin cavabdeh tərəfindən dövlət ehtiyacı adı altında sökülməsinin əvəzi olaraq pul formasında hesablanmış və hazırda cavabdehə qalan 5,756.020.00 manat məbləğində kompensasiyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı ş.,Binəqədi rayonu, Xocasən qəsəbəsinin, Şimal hissəsində və eyni qəsəbəsə Xocasən yolu -7 ünvanında iddiaçının cəmi 24,290.6 metr ölçüdə qeyri-yaşayış sahələri onun xüsusi mülkiyyətində olmaqla, həmin cəmiyyətə məxsus olmuş və həmin əmlaklar üzərində müvafiq olaraq 1998-ci ildən cəmiyyətin sərəncam vermək hüququ yaranmışdır.Belə ki, həmin əmlakların bir qisminə dair ilkin olaraq iddiaçının adına xx.xx.1998-ci il tarixində Tİ və MŞQİ tərəfindən MŞ seriyalı 123930 nömrəli Qeydiyyat vəsiqəsi və daha sonra isə qalan hissəyə dair xx.xx.2014-cü il tarixdə DƏDRX tərəfindən RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Bakı şəhərində yeni metro stansiyalarının tikintisi ilə əlaqədar olaraq zərurət yarandığına görə iddiaçının mülkiyyətində olan yuxarıda qeyd olunan ölçüdə qeyri-yaşayış sahələri metro tikintisi üçün layihələşdirilən əraziyə daxil edildiyi üçün, 2013-2016-cı illərdə cavabdeh təşkilat tərəfindən cəmiyyətə həmin vaxtı əmlakların real bazar dəyəri ödənilmədən sökülmüşdür və bunun nəticəsində iddiaçı təşkilata külli miqdarda maddi ziyan vurulmuşdur. Belə ki, cavabdeh təşkilat iddiaçının göstərilən əmlaklarını sökərkən həmin əmlakların əvəzi olaraq təklif edilən 5.576,020.00 manat kompensasiya məbləğini cavabdehdən rəsmi olaraq qəbul etməmişdir. Lakin bununla belə cavabdehin iddiaçıya təklif etdiyi 5,756,020.00 manat kompensasiya məbləği dövlətin rəsmi maliyyə qurumu tərəfindən xx xxxxxxx 2014-cü il tarixində vaxtilə fəaliyyət göstərmiş “xxxx” ASC-nin Xəzər filialında olan cavabdehin depozit hesabına köçürülmüşdür. Belə ki, bu fakt cavabdehin iddiaçıya ünvanladığı xx xxxxxx 2016-cı il tarixli 40H-10/3-1330 nömrəli məktubu ilə öz təsdiqini tapır.Həmin məktubun məzmunundan müəyyən edilir ki, məhz Bakı şəhərində yeni metro stansiyalarının tikintisi ilə əlaqədar olaraq zərurət yarandığına görə iddiaçının mülkiyyətində olan yuxarıda qeyd olunan ölçüdə qeyri-yaşayış sahələri metro tikintisi üçün layihələşdirilən əraziyə daxil edildiyinə görə, cavabdeh təşkilat tərəfindən cəmiyyətə həmin vaxtı əmlakların real bazar dəyəri ödənilmədən sökülmüş və cavabdeh təşkilat iddiaçının göstərilən əmlaklarını sökərkən həmin əmlakların əvəzi olaraq pul şəkildə iddiaçıya yalnız 5,756,020.00 manat kompensasiya məbləğinin verilməsini təklif etmiş, lakin iddiaçı həmin vaxtı göstərilən məbləği qəbul etməmişdir. Bundan əlavə bildirilir ki, geridə qalmış müddət ərzində tərəflərindən cavabdeh təşkilatla aparılmış rəsmi və şifahi danışıqlar nəticəsində vaxtilə iddiaçının qanuni xüsusi mülkiyyətində olmuş cəmi 24,290.6 metr ölçüdə qeyriyaşayış sahələrinə görə təklif olunandan daha böyük məbləğdə kompensasiya məbləğinin ödənilməsinə də nail olunmamışdır. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində işə cəlb edilmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəməyə yazılı etiraz txxxxim edərək bildirmişdir ki, iş materiallarından da göründüyü kimi iddiaçıya hesablanmış kompensasiya məbləği cavabdeh tərəfindən müvafiq qaydada “xxxx” ASCnin “Xəzər” filialına köçürülmüş və iddiaçı bu barədə müvafiq qaydada məlumatlandırılmışdır. İddiaçı həmin məbləğlə razılaşmamış və vəsaiti hesabdan götürməmişdir. “xxxx” QSC tərəfindən hesablanmış kompensasiya məbləği banka köçürülməklə, yəni iddiaçıya vəsaitin ayrılması nəticəsində faktiki olaraq kompensasiya məbləği banka köçürülməklə kompensasiya məbləği iddiaçının sərəncamına verilmişdir. Əslində və faktiki cəhətdən də aydındır ki, alan orqan (“xxxx” QSC) tərəfindən iddiaçıya kompensasiyanın hesablanıb ödənilməsi alan orqanı öhdəlikdən azad edir. Ona görə ki, banka köçürülmüş vəsiatə sərəncam vermək hüququ bilavasitə daşınmaz əmlakın sahibinə aid olur. Bu halda vəsaitin sahibi iddiaçı olduğundan, həmin vəsait cavabdeh tərəfindən geri götürülə və başqa məqsədlərə istifadə oluna bilməz. İşin hallarında da aydın olur ki, cavabdehin “xxxx” ASC-nin Xəzər filialına köçürdüyü vəsait həmin hesabda qalmış və cavabdeh tərəfindən geri götürülməmişdir.Bu baxımdan cavabdehin kompensasiya ödənişi ilə bağlı öhdəlikləri başa çatdığından hazırda cavabdeh iddiaçı qarşısında yenidən öhdəlik daşıya bilməz. Göründüyü kimi, cavabdeh tərəfindən mübahisəli əmlakın əvəzi ödənilərkən cəmiyyətin maraqları ilə şəxsi maraqları arasında tarazlıq gözlənilmiş, alınan əmlakın əvəzinə iddiaçıya ağlabatan (real bazar qiymətlərinə uyğun) məbləğdə kompensasiya ödənildiyindən hazırkı qərar bu sahədə formalaşmış məhkəmə təcrübəsinə uyğun hesab oluna bilməz. Digər tərəfdən “xxxx” QSC-nin iddiaçı ilə münasibətləri faktiki surətdə başa çatdığına görə iddiaçının mübahisəsi bankla münasibətdə yaranır və bank (və ya onun ləğvedici komissiyası) onun hesabında saxlanılmış vəsaiti iddiaçıya qaytarmaq öhdəliyi daşıyır. Belə olan halda mübahisə iddiaçı ilə bank (bank ləğv olunma prosesində olduğundan onun ləğvetmə komissiyası) arasında tənzimləməlidir. Bununla bağlı bildirilir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-1541/2016 saylı xx xxxxx 2016-cı il tarixli qərardadı ilə ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi “xxxx” MMC Əmanətlərin Sığortalanması Fondu” ilə əvəzlənmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi verdiyi izahatda bildirdi ki, “Xocasən” elektrik deposunun tikintisi layihəsi çərçivəsində iddiaçıya məxsus daşınmaz əmlak sökülmüş və əmlakın dəyəri 5,756.020.00 manat məbləğində müəyyən olunmuşdur. Həmin vəsait AR Maliyyə Nazirliyi tərəfindən “xxxx” QSC-yə ödənilmiş, sonuncu tərəfindən isə “xxxx” ASC-nin hesabına köçürülmüşdür. İddiaçıya dəfələrlə bu barədə məlumat verilmiş, lakin o həmin məbləğlə razılaşmayaraq və daha artıq məbləğ tələb edərək kompensasiyanın alınmasından imtina etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi txxxxim etdiyi yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin və üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx xxxxx 1996-cı il tarixli 546 nömrəli sərəncamına əsasən Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 01-7/1079 nömrəli məktubu nəzərə alınaraq Binəqədi rayonu, Hacı-həsən yolunun şimal hissəsində istehsalat sahəsinin layihələşdirilməsi və tikintisi üçün “Amay” istehsalat –kommersiya firmasına torpaq sahəsi ayrılmışdır. - RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Xocasən yolu, 7 c ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında “xxxx” ASC-yə məxsus olmuşdur. - 111 saylı, xx xxxxx 2013-cü il tarixli müqaviləyə və xx xxxx 2014-cü il tarixli, 40 TMM-5/708 saylı məktuba əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi ünvanında xxxxn tikintisi sahəsinə düşən, Dövlət ehtiyacları üçün alınan daşınmaz əmlaklar üzrə hesablanmış kompensasiya cədvəlinə əsasən “Amay” İstehsalatkommersiya firmasına-16520.86 kv.m sahəyə görə 3,854,460 manat və 14,542.2 kv.m sahəyə görə 1,904,560.0 manat məbləğində kompensasiya hesablanmışdır. - “xxxx” MMC tərəfindən xxxxnin müdriyyətinə ünvanlanmış xx.xx.2013-cü il tarixli 111/16 nömrəli məktubla bildirilmişdir ki, qiymətləndirilən daşınmaz əmlakın bazar dəyəri məhdudlaşdırıcı şərtlər və edilmiş ehtimallar, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” AR Qanununun (xx xxxxx 2010) tələbləri və AR Prezidentinin xx xxxxxx 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndi nəzərə alınaraq təyin olunmuş bazar dəyərinə 20 % əlavə haqq ödənilməklə “Amay” İstehsalat-kommersiya firmasına aid layihə altına düşən əmlaklar üçün kompensasiya məbləği 3,851,460.00 manat hesablanmışdır. - “xxxx” QSC tərəfindən “xxxx” ASC-yə ünvanlanmış xx xxxxxx 2016-cı il tarixli məktubla bildirilmişdir ki, xxxxnin Perspektiv İnkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2011-ci il tarixli 1408 saylı sərəncamı ilə təsdiq olunmuş “xxxx Xətlərinin X4” nə əsasən İİİ yeni (Bənövşəyi) xəttin (Xocəsən) elektrik deposu, “Avtovağzal”, B-02, B-03, B-04 stansiyalarının tikintisi nəzərdə tutulmuşdur. Dövlət proqramında qeyd olunan stansiyaların tikintisinə Bakı şəhər İcra Hakimiyyəti Başçısının müxtəlif sərəncamları ilə torpaq sahələri ayrılmış, layihə altına düşən tikililərin inşaat sahəsindən köçürülməsi məqsədilə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” AR Qanununa uyğun olaraq inventarizasiyalar aparılmış, Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Kadastrı və X1 tərəfindən kadastr planlarından çıxarışlar hazırlanmışdır. Mövcud qanunvericiliyin tələblərinə əsasən mülkiyyət “xxxx” MMC müstəqil qiymətləndirici şirkət tərəfindən bazar qiymətinə uyğun olaraq 5,756,020.00 manat dəyərindən qiymətləndirilmişdir. Qeyd olunan məbləğ “Amay” İKF məxsus tikililərə görə xx xxxxxxx 2014-cü tarixində “xxxx” ASC-nin “Xəzər” filialına köçürülmüşdür. “xxxx” ASC-yə ayrılmış kompensasiya məbləğindən narazı qalaraq onu götürməkdən imtina edilmişdir. - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx xxxxxxxx 2020-ci il tarixli 09/12-1- 307 nömrəli xidməti məktubundan görünür ki, “Xocasən” elektrik deposunun tikintisi layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış və qeyri-yaşayış obyektləri üzrə dəymiş ziyana görə kompensasiya məqsədilə AR Nazirlər Kabinetinin 2013-cü il 30 dekabr tarixli 398 s nömrəli sərəncamı ilə təsdiq edilmiş 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərcləri hesabına ümumilikdə 7,754,309.4 manat vəsait “xxxx” QSC-yə ödənilmişdir və həmin vəsaitin 5.576,000.0 manat hissəsi sözügedən obyektlərin qiymətləndirilməsini həyata keçirən şirkətin txxxxim etdiyi sənədlərə əsasən “xxxx” ASC-yə dəyən ziyana görə hesablanmışdır. - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən Maliyyə Nazirliyinin Aparat rəhbərliyinə ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli, DA01/xx-xx-1000 nömrəli məktubla bildirilmişdir ki, Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən “Xocasən” elektrik deposunun tikintisi” layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış və qeyri-yaşayış obyektləri üzrə dəymiş ziyana görə kompensasiya məqsədilə ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin infrastruktur təyinatlı layihələrin maliyyə şöbəsinin təhriri məruzəsinə əsasən 7,754,309.4 manat vəsait (bank xərcləri ilə birgə) “xxxx” QSC-yə 2014-cü il 27 oktyabr tarixində ödənilmiş və 7,738,893.24 manat vəsait 2014-cü il 29 oktyabr tarixində “xxxx” QSC tərəfindən “xxxx” ASC-nin hesabına köçürülmüşdür. Beləliklə işin hallarından məlum olur ki, “xxxxnin Perspektiv İnkişafı ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin xx xxxx 2011-ci il tarixli 1408 saylı sərəncamı ilə təsdiq olunmuş “xxxxnin 2011-2015-ci illərdə İnkişafına dair Dövlət Proqramı” nda “Xocasən“ elektrik deposunun tikintisi layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış və qeyri-yaşayış sahələri o cümlədən “xxxx” ASC-nin mulkiyyətində olmuş Bakı ş., Binəqədi rayonu, Xocasən yolu, 7 C ünvanında yerləşən qeyri-yaşayış sahələri 2014-cü il tarixdə sökülmüşdür və sökulən daşınmaz əmlakların müqabilində “xxxx” ASC-yə məxsus əmlaklara görə 5,756,020 manat kompensasiya hesablanmışdır. Hazırda iddiaçı mülkiyyətində olmuş və sökülmüş daşınmaz əmlakların müqabilində hesablanmış 5,756.020 manat kompensasiya məbləğinin “xxxx” QSC-dən tutularaq “xxxx” ASC-yə ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin məhkəməyə ünvanladığı xx xxxxxxxx 2020-ci il tarixli, DA01/xx-xx-1000 nömrəli məktubundan məlum olur ki, həmin vəsait xx xxxxxxx 2014-cü il tarixdə “xxxx” QSC-yə ödənilmiş və sonuncu tərəfindən xx xxxxxxx 2014-cü il tarixdə “xxxx” ASC-nin hesabına köçürülmüşdür. Eyni zamanda işdən görünür ki, “xxxx” QSC tərəfindən “xxxx” ASC-yə sonuncuya məxsus tikililərə görə hesablanmış kompensasiya məbləği barədə, həmçinin həmin vəsaitin xx xxxxxxx 2014-cü il tarixində “xxxx” ASC-nin Xəzər filialına köçürülməsi barədə məlumat verilmişdir. Lakin buna baxmayaraq iddiaçı tərəfindən ona ayrılmış pul vəsaitinin qəbul edilməsi isə bağlı banka müraciət edilməmişdir. İddiaçı kompensasiya məbləğinin ödənilməsini “xxxx” QSC tələb etsə də, məhkəmə hesab edir ki, “xxxx” QSC-nin bununla bağlı heç bir öhdəliyi mövcud deyildir. Belə ki, sökülən daşınmaz əmlaklar üzrə kompensasiya məbləğinin ödənilməsi ilə bağlı QSC-nin öhdəliyi həmin vəsaitin “xxxx” ASC-də müvafiq hesaba köçürülməsindən ibarət olmuşdur və öz öhdəliyini icra edərək xx xxxxxxx 2014-cü il tarixdə bankın Xəzər filialına köçürmüşdür. Bununla da “xxxx” QSC kompensasiya məbləği üzərində sərəncam vermək hüququnu itirmişdir və həmin məbləğ üzərində sərəncam vermək hüququ iddiaçıya məxsus olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 439.6-cı maddəsinə əsasən əgər ödənişin aparılmalı olduğu yerdə və ya ölkədə kreditorun pul köçürülməsi üçün nəzərdə tutulan bank hesabı varsa, borclu öz pul öhdəliyini, kreditorun etiraz etdiyi hallardan başqa, həmin hesaba köçürmə yolu ilə yerinə yetirə bilər. Həmin Məcəllənin 446.1-ci maddəsinə əsasən kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Həmin Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 532.3-cü maddəsinə əsasən əgər depozitə qoyulmuş əşyanın qaytarılması istisnadırsa, borclu öz öhdəliyindən azad edilir, çünki bu halda depozitə qoyma öhdəliyin kreditora icra edilməsinə bərabər tutulur. Əlavə olaraq, məhkəmə qeyd edir ki, tələb edilən kompensasiya məbləği xx xxxxxxx 2014-cü il tarixində “xxxx” ASC-nin Xəzər filialına köçürülmüşdür.1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2-1(81)-1541/2016 saylı Qərarı ilə “xxxx” ASC müflis elan edilmişdir. "Banklar haqqında" Azərbaycan Respublikasının Qanunun 71.3-cü maddəsinə əsasən banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə txxxxim edilir.71.4 Ləğvedici məhkəmənin nəzarəti altında və Mərkəzi Bankla sıx qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərir. 72.1. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan: 72.1.1. bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur; 72.1.3. bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Həmin Qanunun 77.5-ci maddəsinə əsasən qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısma daxil edir. Göründüyü kimi, “xxxx” ASC hazırki mübahisə ilə banka qarşı “Banklar haqqında” Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində tələb irəli sürə bilər. Məhkəmə hesab edir ki, iddiaçı “xxxx” ASC-nin cavabdeh “xxxx” QSC-yə qarşı (Azərbaycan Respublikası Maliyyə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbi barədə iddiası təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxx” ASC-nin cavabdeh “xxxx” QSC-yə qarşı (Azərbaycan Respublikası Maliyyə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul” tələbi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar