Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1937/2023 10.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəmənin hakim Namazova Günay Rüstəm qızı, İddiaçı (İB) Cavabdehnə (MMC) qarşı təbii qazdan istifadəyə görə yaramış borcun ödənilməsi tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Eko Group“ MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 76298,62 manat borcun və 400 manat ödənilmiş rüsum xərcləri məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ**********9955001212 bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı səbəblərə görə iddia ərizəsi geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş «mediasiya sessiyasında iştirak edilməməsi barədə» xx.xx.2023-cü il tarixli, MŞB/16-00222 saylı arayışda mediasiya sesiyasında iştirak etməyən tərəf kimi "xxxx" (VÖEN-**********) MMC-nin (işdə cavabdeh olmayan) adı qeyd olunmuşdur. İş üzrə İddiaçı İB tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə isə hazırkı tələbin yönəldiyi cavabdeh şəxs Cavabdeh MMC (VÖEN **********) olduğu halda həmin hüquqi şəxsin ilkin mediasiya sessiyasında iştirak edilməsini təsdiq edən sənəd işə əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 4.5-ci maddəsinə əsasən tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. - 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. - 150.1 və 150.1.7-ci maddəsinə əsasən ərizəyə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Bundan əlavə, məhkəmə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilərkən, iddiaçı tərəfindən yol verilmiş bir sıra nöqsanları qeyd etməyi zəruri hesab edir. İlk olaraq məhkəmə qeyd edir ki, iddiaçı təşkilatın təbii qazdan istifadəyə görə yaranmış 76298,62 manat borcun tutulmasını istədiyi Cavabdeh MMC ilə xx.xx.2019-cu il tarixli, AMX-1242/19 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinin tərəfi olan "xxxx" MMC-nin eyni hüquqi şəxs olması işin halları ilə müəyyən edilmir. Bundan başqa, iş materiallarına əlavə edilmiş abonet saldosundan görünür ki, 76298,62 manat borcun "xxxx" MMC-yə (VÖEN **********) (iş üzrə cavabdeh olmayan) aid olduğu qeyd olunmuşdur. Halbuki Bakı Kommersiya Məhkəməsində mübahisələndirilən borc məbləğinin iş üzrə cavabdeh qismində göstərilən Cavabdeh MMC-dən tələb olunur. Bununla belə məhkəmə onu da vurğulayır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 reyestri məlumatlarının verilməsi barədə çıxarışdan da göründüyü kimi Cavabdeh MMC-nin (VÖEN **********) hüquqi ünvanı kimi AZ1025, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 22 qeyd olunmuş, xx.xx.2019cu il tarixli, AMX-1242/19 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinin tərəfi və abonent saldosunun aid olduğu və hazırkı borc məbləğinin həmin abonent saldosuna əsasən müəyyən edildiyi "xxxx" MMCnin (VÖEN:**********) ünvanı isə AZ0118, ünvan 2 2018” MMC-nin (VÖEN:**********) hüquqi ünvanının Abşeron rayonu olması faktı iddiaçı tərəfin iş materiallarına əlavə edilmiş X1 Qeydiyyatı haqqında xx.xx.2018-ci il tarixli "xxxx" MMC-yə məxsus şəhadətnamədə də öz əksini tapmışdır. Məhkəmə Hüquq Şurasının “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 saylı qərarına əsasən Abşeron rayonu Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Buna görə də iddiaçı ilkin olaraq qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra, 766298,62 manat borcun tutulmasına dair iddia tələbinin hansı hüquqi şəxsə qarşı yəni Cavabdeh MMC və ya "xxxx" MMC-yə mi yönəldilməsi məsələsini dəqiqləşdirməli, bundan sonra həmin cavabdeh hüquqi şəxslərin hüquqi ünvanına uyğun olaraq ərazi aidiyyatı qaydalarına riayət etməklə müvafiq kommersiya məhkəməsinə müraciət etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu, 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı təbii qazdan istifadəyə görə yaramış borcun ödənilməsi tələbi barədə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1937/2023
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1937/2023
10.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver