Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-196/2023 10.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh2n nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Gənclərin X2 və Cavabdeh2nə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Gənclərin X2 və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Xəzər“ Gənclərin X1 təbii qazdan istifadəyə görə yaranmış 86.420,14 manat, Cavabdeh2 PHŞ-dən isə təbii qazdan istifadəyə görə yaranmış 23.577,50 manat borcun və müştərək qaydada 400 manat ödənilmiş dövlət rüsumun məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2017-ci il tarixli, 1308-05-17 saylı müqavilə əsasında **********00001 saylı qaz hesabı olan “Xəzər“ Gənclərin X2 məxsus qeyri-yaşayış sahəsinə təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə xx.xx.2022-ci il tarixə 86420,14 (səksən altı min dörd yüz iyirmi manat, on dörd qəpik) borcu yaranmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 57s nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin sifarişi əsasında inşa edilmiş, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 142 ünvanında 4,2050 hektar torpaq sahəsində yerləşən “Milli Sağlamlıq Mərkəzi” İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyində olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 balansına verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.4-cü bəndinə əsasən qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Qazlaşdırılmış obyektin mülkiyyətçisinin (istifadəçisinin) dəyişilməsi qazın verilməsinin dayandırılması üçün əsas deyildir. Göründüyü kimi xx.xx.2020-ci il tarixdən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi dəyişmiş lakin qazın verilməsi dayandırılmamışdır. xx.xx.2021-ci il tarixdə, Cavabdeh2 PHŞ ilə AMX-3591/21 saylı müqavilə bağlanmışdır. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə xx.xx.2022-ci il tarixə 23.577,50 (iyirmi üç min beş yüz yetmiş yeddi manat, əlli qəpik) borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X6 borcun tam ödənildiyini bildirərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər Cavabdeh1 Gənclərin X2 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin iş materiallarında olan sənədlər əsasında müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı İB ilə Cavabdeh1 Gənclərin X4 arasında 04 may 2017-ci il tarixli 1308.05.17 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, müqaviləyə əsasən paylayıcı (İddiaçı İB) bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdələrinə götürmüşlər. Bundan sonra İddiaçı ilə Cavabdeh2 PHŞ arasında xx.xx.2021-ci il tarixdə AMX-3591/21 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. Hazırda iddiaçı Cavabdeh1 Gənclərin X4nin xx.xx.2022-ci il tarixə 86.420,14 manat borcunun, Cavabdeh2 PHŞ-nin isə xx.xx.2022-ci il tarixə 23.577,50 manat borcunun qaldığını qeyd edərək, həmin borcun tutulmasını tələb edir. Cavabdeh2n nümayəndəsi X6 isə iddianın onlara aid hissəsinə etiraz edərək, Azəriqaz İB tərəfindən onlara xx.xx.2022-ci il tarixində dəyəri 24.892,5 manat təşkil edən elektron qaimənin vurulduğunu, 21.095,34 manat və 3.797,16 manat pulun ödənilməsinə dair xx.xx.2022-ci il tarixli 2 ədəd qəbzləri təqdim edərək, qeyd edilən tarixə borcun tam ödənildiyini bildirir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 57s nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin sifarişi əsasında inşa edilmiş, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 142 ünvanında 4,2050 hektar torpaq sahəsində yerləşən “Milli Sağlamlıq Mərkəzi” İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyində olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 balansına verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsinin çıxarışına əsasən “Milli Sağlamlıq Mərkəzi” X12 adı dəyişdirilərək Cavabdeh2 olmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı ilə “Xəzər“ Gənclərin X4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 1308-05-17 saylı müqavilədə və İddiaçı ilə Cavabdeh2 PHŞ arasında bağlanmış xx.xx.2021-ci il tarixli AMX-3591/21 saylı müqavilədə sayğacın markası və nömrəsi eynidir (G-1000, ********). Yəni tələb edilən borclar üzrə istehlakçı hesabı eynidir və mübahisələndirilən borc məbləği də, eyni qeyri-yaşayış sahəsində istifadə edilən, eyni sayğac üzrə hesablanmış təbii qazın dəyərini təşkil edir. Göründüyü kimi, hal-hazırda Yeni Klinikanın fəaliyyət göstərdiyi ünvanda xx.xx.2020ci il tarixədək “Xəzər“ Gənclərin X4 fəaliyyət göstərmiş, sonradan qeyd edilmiş tarixdən sonra isə Yeni Klinikanın açılışı olmuş və təbii qazdan sonuncu istifadə etməyə başlamışdır. Məhkəmə qeyd edir ki, hazırki mübahisənin həlli baxımından aşağıdakı normalar nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. İş materiallarında olan abonentin saldosundan görünür ki, 03 fevral 2020-ci il tarixə yəni Cavabdeh1 Gənclərin X4nin qeyd edilmiş ünvanda olduğu dövrdə olan borcu 86.420,14 manat təşkil edir və qeyd edilən borcun da ödənilməsinə dair hər hansı bir sənəd təqdim edilməmişdir. Belə olan Məhkəmə hesab edir ki, iddia 86.420,14 manat borcun “Xəzər“ Gənclərin X1 tutulması hissəsində təmin edilməlidir. Məhkəmə iddianın Cavabdeh2 PHŞ-dən borcun tələb edilməsi ilə bağlı hissəsi üçün aşağıdakıları qeyd edir. Bu hissədə ilk növbədə o qeyd edilməlidir ki, iddiaçı tərəf iddia ərizəsinin məzmunundan da, göründüyü kimi, Cavabdeh2 PHŞ-nin xx.xx.2022-ci il tarixə 23.577,50 borcunun olduğunu qeyd edərək tələb edir. Yəni, hazırkı mübahisə Cavabdeh2 PHŞ-nə münasibətdə ancaq xx.xx.2022-ci il tarixə olan borcun tələb edilməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, iddia 23.577,50 manat borcun Cavabdeh2ndən tutulması hissəsində təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 649604 saylı EBCH seriyalı elektron qaiməyə əsasən İddiaçı İB tərəfindən Cavabdeh2nə təbii qazdan istifadəyə görə 24.892,50 manat borc hesablanaraq, ödənilməsi tələb edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli BD3 və BD3EDV saylı ödəniş tapşırıqlarından məlum olur ki, xx.xx.2022-ci il tarixli 649604 saylı EBCH seriyalı elektron qaimə əsasən Cavabdeh2 tərəfindən müvafiq olaraq 21.095,34 manat və 3.797,16 manat, ümumilikdə 24.892,50 manat məbləğində pul İddiaçı İB-nə ödənilmişdir. Beləliklə göründüyü kimi, iddia qeyd edilmiş xx.xx.2022-ci il tarixə hesablanmış və tələb edilən borc və hətta Azəriqaz İB-nin oktyabr ayında göndərmiş olduğu elektron qaimədə qeyd edilmiş borc Cavabdeh2 tərəfindən tam ödənilmişdir. Belə olan halda, iddia Cavabdeh2ndən borcun tələb edilməsi hissəsində təmin edilə bilməz. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 400 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MŞB/16-073 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı İB tərəfindən mediasiya xərci olaraq 400 manat məbləğində pul ödəmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi borcun yalnız Cavabdeh1 Gənclərin X1 tutulması hissəsində təmin edildiyindən, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pul da Cavabdeh1 Gənclərin X1 tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Təbii qazdan istifadəyə görə yaranmış borc üzrə 86.420 (səksən altı min dörd yüz iyirmi) manat, 14 (on dörd) qəpik məbləğində pul Cavabdeh1 Gənclərin X1 tutularaq İddiaçı İB-yə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdeh1 Gənclərin X1 tutularaq İddiaçı İB-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-196/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-196/2023
10.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver